Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Vüqar Əhməd. Azərbaycanda və tarixi coğrafiyasında milli-ədəbi mühit (XIX əsr – XX əsrin əvvəlləri)

11-07-2025 [ 14:29 ] [ oxunub:57 ]
printerA+ | A-
105708

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru Vüqar Əhmədin “Azərbaycanda və tarixi coğrafiyasında milli-ədəbi mühit (XIX əsr – XX əsrin əvvəlləri)” monoqrafiyası çap olunub. Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 19 iyun 2025-ci il tarixli 4 saylı qərarı ilə nəşr edilib. Nəşrin elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Kitabın Ön sözünü “Tərəqqi” medalı mükafatçısı pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadə yazıb. Kitabın rəyçiləri filologiya elmləri doktorları, dosentlər Gülbəniz Babayeva və Səbinə Əhmədovadır.
Monoqrafiyada XIX əsr – XX əsrin əvvəlləri Azərbaycanda və tarixi coğrafiyasında milli-ədəbi mühitin təşəkkülü, formalaşması və inkişaf yolu
tədqiqata cəlb olunur. Həmin dövrlərdəki ədəbi məclislər, bu məclislərdə formalaşan söz sənətkarlarının yaradıcılığı təhlil edilir. Tədqiqat Qərbi
Azərbaycan, Cənubi Azərbaycan, Kərkük, Naxçıvan, Qazax-Borçalı, Bakı, Şəki, Gəncə, Qarabağ, Şamaxı, Dərbənd, Quba, Lənkəran və digər coğrafiyalarda ədəbi mühitlə bağlı fikir formalaşdırır. 298 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Əsər Giriş, ön üç bölüm, nəticə və ədəbiyyat hissələrindən ibarətdir.

SİZƏ MARAQLI OLA BİLƏR