Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Rəsmi xəbərlər

AMEA-nın Rəyasət Heyəti Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması haqqında qərar qəbul edib

08-07-2025 [ 13:57 ] [ oxunub:26 ]
printerA+ | A-
105671

AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi haqqında olub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 1926-cı ilin 26 fevral - 6 mart tarixlərində Bakı şəhərində, AMEA-nın Rəyasət Heyətinin Böyük alt zalında keçirilən Birinci Türkoloji Qurultay SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul edib. Qurultayın keçirilməsi və qəbul etdiyi qərarlar sovet hakimiyyəti kimi sərt bir rejimdə türk xalqlarının milli kimliyini qorumasında və özünüdərkində mühüm rol oynayıb.

AMEA rəhbəri müasir dövrdə türk xalqlarının və dövlətlərinin güclü həmrəylik nümayiş etdirdiyini və bu birliyi Türk Dövlətləri Təşkilatının daha da gücləndirdiyini söyləyib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Türk dünyasını bizim ailəmiz adlandırıb və Azərbaycan Milli Elmlər Akademiyası da dövlət başçısının tapşırığından irəli gələrək bu istiqamətdə fəaliyyətini genişləndirib və əməli tədbirlər davam etdirilir.

Akademik İsa Həbibbəyli artıq Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Akademiyada keçirilməsi çərçivəsində hazırlıq işlərinə başlanıldığını və Rəyasət Heyətinin qərarı ilə işlərin sürətlənəcəyini söyləyib. AMEA-nın Rəyasət Heyəti tərəfindən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi haqqında qərar qəbul olunub.

SİZƏ MARAQLI OLA BİLƏR