AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova 27 may 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Gəncədən başlayan dövlətçilik səlnaməsi” mövzusunda keçirilən respublika elmi konfransının plenar iclasında çıxış etmişdir. Dosent Elnarə Qaragözovanın təqdim etdiyi "Nadir şah Əfşar: tarixi şəxsiyyətin bədii mətndə proyeksiyası (Yunus Oğuzun" Nadir şah"romanı əsasında)" mövzusunda məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış və serifikatla təltif edilmişdir.