Söz sənətində görkəmli şair kimi tanınan Məmməd İsmayılın nəsrə, xüsusən də roman janrına müraciət etməsi maraq doğurur. Müəllifin “İz” romanı oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. “İz” romanı insanların xeyir-şər mübarizəsində keçirdikləri sarsıntılar fonunda amansız çarpışmaların, nakam talelərin obyektiv həyat reallığının ifadəsidir. Əsərdə müəllifin həyatının müəyyən məqamları müxtəlif insanların taleləri fonunda təqdim edilir.
Əsərin janr xüsusiyyətləri. Məmməd İsmayılın təsvir etdiyi problem və əhvalat ları əks etdirən “İz” romanında roman janrının imkanları obyektiv dünyanın epik əksini təsvir etməyə imkan yaradır. Maraqlıdır ki, “İz” romanında janr qarışıq lığı özünü göstərir. Romanın publisistik janrlarla qarışıqlığı fonunda yaranmış “İz” romanında etiraf elementləri ilə də üzləşirik. Əsərdə roman-etirafın janr qarışıqlığı yalnız roman və etiraf janrlarının xüsusiyyətlərinin birləşməsində deyil, həmçinin avtobioqrafik janra xas elementlərin nüfuz etməsində özünü əks etdirir. Qeyd etməliyik ki, roman-etirafın avtobioqrafikliyi onunla bağlıdır ki, belə əsərin qəhrəmanı öz həyat təcrübəsi, dünyaya münasibəti, həmçinin sosial statusuna görə müəllifə yaxındır. Əsərin qəhrəmanı Murad bununla diqqəti cəlb edir.
Məmməd İsmayılın “İz” romanının süjet xəttinin inkişafında gərginlik özünü gös tərir. Süjet xəttindəki bu gərginlikləri təsvir edilən hadisələrin avtobioqrafik xü susiyyətlərə malik müxtəlif başlıqlar altında təqdim edilməsində müşahidə edi rik: “Bir cənazə yol gedir vaxtın bitəcəyində…”, “Seçilən bəndədir, seçən Allahdır…”, “İnsanın əməli özündən öncə” və s. Müəllif tərəfindən təqdim edilən ha disələrin müxtəlif başlıqlar altında təqdim edilməsi romanın süjet xəttinə bələdçilik edir. Müxtəlif başlıqlar altında təsvir edilən hadisələr bir hadisədən o biri ha disəyə keçid üçün vəsilə olur. Hadisələrin bir qismi arasında bağlılıq da özünü gös tərir. Təqdim edilən hadisələrin bir qismində hadisələr sona qədər açımayaraq qaranlıq qalır. Bəzi hadisələrdə insan talelərinin yarımçıq təsviri də diqqətdən ya yınmır. Məsələn, “Camal havalı idi” başlığı altında təqdim edilən hadisələr qol - ço maq damğası ilə əri Əlinin Sibirə sürgün olunmasından sonra Camalın başına gə lən olaylara həsr edilib. Doğrudur, biz hadisələrin gedişatında Camalın dünyaya qeyri-qanuni övlad gətirməsi, gətirdiyi atasız övladı Kınkının şikəst olması (beli donqar, barmaqları şanapipik, ayaqları sürüngən, dili pəltək) ilə tanış oluruq. Lakin əsərdə Kınkının atasının kim olması məqamı qaranlıq, bir növ qapalı qalır.
“İz” romanında hadisələrin sırf realist şəkildə qələmə alınmadığının da şahidi olu ruq. Bu amil əsərin nə üslubuna, nə də janrına təsir edir. Əsərdə bir insanın ölü mü ilə əlaqədar olaraq, qeyri-real hadisələrin nəqli əsərin realist şəkildə təqdim edilməməsinə təsir edə bilmir. Müəllif qeyri-real hadisələrin təsvirini elə şəkildə təqdim edir ki, həmin təqdimatı müəllif təhkiyəsinin düşüncələri kimi qəbul edi rik. Əsərdə bir ölünün kənd qəbiristanına qadınların çiynində getməsinin dün - ya sını dəyişmiş insanın dili ilə təqdim edilməsi təbii ki, düşündürücüdür. Mərhum Şəmşəd kişinin dili ilə təqdim edilən fikir və düşüncələr müəllif tərəfindən istifadə edi lən ədəbi priyom kimi maraq doğurur. Mərhumun öz cənazəsini görməsini və ke çirdiyi hisslərin təsvir edilməsi əsərin real və qeyri-real şəkildə olması ətrafında mü bahisələr doğurur: “zamansızlıq içinə düşmüşdü. Oyandığı yer heç yatdığı yerə də bənzəmir. Yoxsa bütün bu gördüklərinin hamısı “o dünya” deyilənin özüdür?”.
Romanın problematikası. Xarici gerçəkliklərlə tam uyuşan əhvalatları xronoloji ar dıcıllıqla ifadə edə bilən “İz” romanı cəmiyyətin bədii təhlilini verir. “İz” romanı nın problematikasında insanların bir-birinə edilən xeyirxah əməllərin təbliği geniş yer tutur. Məsələn, hamının hörmətini qazana bilmiş Şəmşəd kişinin vur ğuladığı kimi, atasız uşağa kəndin sahib çıxması, xəstə uşağın da Allahın bir ne məti olmasının vurğulanması insanların xeyirxah əməllərini əks etdirir.
Şəmşəd kişinin kənd əhlindən günahsız Camalla işləri olmamasına çağırışı insanların xeyirxah əməllər yerinə yetirməyə çağırışdır. Əsərdə bədbəxtçiliyə düçar ol muş insanların talelərinə biganə qalmamaq da təsvir edilir. Camalın dünyaya gə tirdiyi xəstə uşağın Allahın bu dünyaya göndərdiyi qonaq kimi qəbul edil məsinin vurğulanması insanlığın hələ də məhv olmamasının göstəricisidir: “O tifillə də işiniz olmasın, dünyaya göndərilən hər uşaq, hansı anadan doğulmasından ası lı olmayaraq hamımızın qonağıdır. Allahınızı sevirsinizsə, Allah adına, onun övladlarını da sevin. Anasının ağlı üstündə olsaydı, başına bu bəla da gəlməzdi”.
Maraqlı məqamlardan biri də Məmməd İsmayıl tərəfindən Allahın varlığına olan inamın təbliğ edilməsidir.
Romanın problematikasında cəmiyyətdəki neqativ hadisələrin təsviri, tarixi özün də ehtiva edən 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin cəmiyyətə tə siri, Muradla Qəninin bir gözələ, Gülsənəmə aşiq olmaları, hər iki gəncin mə - həb bət hissləri təsvir edilir. Əsərdə təqdim edilən problematika oxucu yaddaşında də rin iz buraxır.
Romanın problematikasında ictimai-siyasi problemlərin təsviri də yer alır. Əsərdə İkinci Dünya müharibəsinin insan talelərinə təsiri qabardılır. Müharibənin insan talelərinə təsiri və yaşam harmoniyasını poza bilməsi incəliklə açıqlanır.
Məmməd İsmayıl bir müəllif kimi müharibənin vurduğu zərbənin acısını duyur. Müharibədən gələn qara xəbəri həmyerlilərinə verməyə çətinlik çəkən insanların iztirablarında bu acı və ağrını əks etdirir. Muradın həlak olması barədə “qara kağızı” Şəmşədə verməyə cürət edə bilməyən Kaftarın (Kamışın) keçirdiyi iztirablar da müharibənin insanlara vurduğu mənəvi zərbə yazar tərəfindən açıqlanır: “Qara kağız”ların bir çoxunu evlərə verməməyinin başqa bir səbəbi də vardı. Bə zən özü hansısa xəstəxanada yatan əsgərin qara xəbəri arxa cəbhədə qapıları dö yür dü. Belə halları gözüylə dəfələrlə gördüyü üçün cəbhədən gələn qara xəbərləri çox zaman vermir, işin sonunu gözləyirdi. Bu xəbərlərdən biri də Muraddan gəlmişdi”.
“İz” romanının problematikasında milli tarixi abidələrin məhv edilməsinin açıq lanması diqqətdən yayınmır. Müəllif Sovetlər dönəmində tarixi abidələrin, xü susilə də məscidlərin yerlə yeksan edilməsi məsələsini milli problem kimi qabardır. Müəllif tarixi hadisəyə çevrilmiş, milli yaddaşın silinməsinə atılan addım kimi dəyərləndirilən bu siyasətin məscidlərin yerlə yeksan edilməsi ilə kifayətlən mədiyini vurğulayır. Yazıçı insanların da mənəvi və cismən məhvə düçar olmalarını əsərin problematikasında açıqlayır. Romanda mollaların, dini etiqadlı in sanların, ziyalıların Sibirə sürgün edilmələri, milli yaddaşın silinməsinə atılan ad dım kimi dəyərləndirilir. Müəllif bu proses zamanı cəmiyyətdə insanlar ara sın - da yaşanan xaosu, onların bu siyasi olaylar içində çaşıb qalmalarını da əks etdirir. Bu iztirablarla üzləşən insanların baş verən hadisələrdən sarsılmadıqları, ümidlərini itirmədikləri, gələcəyə nikbinlə baxmaqları əsərdə çağırış kimi səslənir: “indiki halda hökümətlə hökümətlik bizim işimiz deyil, məscidi uçurdular, ruhumuzu ki, uçurmuyuflar. Bir qazan südün bir qaşıq maya ilə qatığa necə döndüyünü bilir sən; südü üyüşdürməsən, qatıq olmaz. Məscid uçuruldu deyə, əlimizi əlimizin üs tünə qoyub boş oturası ha döyülük. Fəda olduğum Allahı məsciddə, kitabda ax tarmaq lazım deyil ki?! O kitabları da insan yazıb, o məscidləri də insanlar tikib. Öz tikdiyini uçurmaq insanın köhnə peşəsidir!”
Romanın problematikasında xəyanət və cəzanın təqdim edilməsi məqamı da ma raq kəsb edir. Əsərin baş qəhrəmanı, çılğın təbiətli Muradın dostu Qəni tərəfindən xəyanətə uğraması, atını (Gülüzə) ona hədiyyə etməsi insanlar arasında əma nətə dönük çıxmanı göstərir. Müəllif əsərdə Gülüzənin və Qəninin bir gündə cis mən məhv olmalarını, xəyanətin cəzasız qalmayacağını vurğulayır. Gülüzəyə xə yanət edib onu Qəniyə hədiyyə edən Murad da, Murada da xəyanət edən Qəni də cəzasız qalmırlar. Biri vicdan əzabına düçar olur, o birisi isə canını itirir: “Gülüzə ilə Qəni yan-yana uzanmışdılar. Buna təsadüf demək olardımı? Murad bir zaman lar bu iki varlığın ikisini də sevmişdi, birisini az, birisini çox, sevmişdi. Və tale deyilən nədirsə, elə onun öz əlləri ilə də bu iki sevginin ikisinə də son verdirmişdi”.
Məmməd İsmayıl bəşəriyyəti daim düşündürən dostluq münasibətlərini də romanda açıqlayar. Müəllif insanlar arasındakı dostluq məfhumunu Muradın dili ilə təqdim edir. Qəni ilə dostluq münasibətlərini çox götür-qoy etmiş Muradın dostluq haqqında fikirləri fəlsəfi deyimi ilə maraq doğurur: “Ağılsızlarla ağıllılar arasında dostluq baş tutan deyil. Birincilərin ehtiyacları bitdiyi yerdə dostluqları da bitir, ikincilərin öz ağılları özlərinə yetir. Dostluq – iki bədəndə bir ruh deməkdir! Qəni ilə iki bədəndə bir ruh ola bilmişdilərmi? Olsaydılar, heç bu tərəddüdlər, içini yeyib-tökmələr də baş göstərməzdi”.
Romanın problematikasında cəmiyyətdəki kataklizmləri müəllif maraqlı şəkildə təqdim edir. “İz” romanında, bəzi epizodlarda gerçəklik və qeyri-real hadisələrin sinxron halda təsvir edilməsi oxucunu maraq dairəsinə salır. Əsərdə sırf realist üslubda qələmə alınmayan ruhun təsvir edilməsi reallıq kimi oxucunu inandırır. Romanda “sarımtıl torpaq içində, məzar qaranlığında atılıb qalan onunmu bədənidir?! Yəni doğrudanmı ölən odur?” düşünən ölmüş insanın öz cənazəsini görməsi və keçirdiyi hisslərin təsviri, reallıqla irreallığın realist üslubda təqdimi məhz cəmiyyətdəki kataklizmləri əks etdirir.
“İz” romanında obrazlar qalereyası. Qəlbləri parça-parça edən gerçəklik qarşı sında təsvir edilən obrazların özlərinə olan inamlarının itməməsi romanın forma struk tur və məzmun tərəfini müəyyənləşdirir. Əsərdə təsvir olunan hadisələr İkinci Dünya müharibəsini əhatə edən dövrlər, həmçinin ondan əvvəl və ondan sonrakı dövrlər müxtəlif insan obrazları, həmçinin əşya surətləri vasitəsi ilə açıqlanır.
Romanın inkişaf edən hadisələrinin mərkəzində Muradın şəxsi probleminin, cə miyyətlə konfliktinin və daxili dünyasının təsviri, mənfidən müsbətə doğru dəyişməsinə can atması onun bitkin obrazını gözümüzdə canlandırır. Xarici gerçəklikər qarşısında dəyişikliyə uğrayan Murad obrazının iç dünyası cəmiyyətdə baş ve rən xeyirlə şərin mübarizəsi fonunda incələnir. Müəllif təqdim etdiyi obrazı həyatı əks etdirən problemlər fonunda açmağa cəhd edir.
Əsərdə özünəməxsus mövqeyi və milli xüsusiyyəti ilə fərqlənən Şəmşəd ki şi - nin obrazı da diqqəti cəlb edir. Muradın böyük qardaşı Şəmşədin ölümün gözünə dik baxması və ona hazır olması, onun daxili mənəviyyatının zənginliyi kimi dəyər ləndirilir. “...Nə vaxtacan bu günəşin altında, dərdli-ahlı toprağın üstündə başımı girləyəcəyəm, ölməkdən başqa çarəm qalmadı. Ruh olmaq istəyirəm, xəs tələnib öz ağırlığını özü çəkə bilməyən bu bədəni boş-boşuna daşımaqdan yo ruldum. Ruhumun göylərə uçacağını hər kəsdən yaxşı bilirəm” fikri ilə hətta ölü mün gözünə dik baxa bilən Şəmşədin kişi kimi yaşamağı üstün tutması, sürünərək yaşamaq istəməməsi qabardılır.
Romanda real həyatda mövcudluğu gözlə görünməyən varlıqlar da təqdim edi lir. Təqdim edilən bu varlıqlar reallıqla əlaqəsi olmayan uydurma xüsusiyyətlə rə malikdir. Əsərdə real aləmlə əlaqəsi olmayan, Platona görə ölümsüz olan ruhun təsviri fikrimizə əyani sübutdur: “o dunyadan bu dünyaya gələn bir şeyi varsa, o da ruhdur, keçmişini, gələcəyini daşıyan ruh! Ruhu bədənini tərk edərkən qorxub eləməmişdi, bilirdi ki, o an nəyi düşünsə, düşünə bilsə gedəcəyi yerdə dü - şün düklərini görəcək!”
Məmməd İsmayıl romanda ruhu canlı bir varlıq kimi təqdim etsə də, onun real dünyada heç bir nişanəsi olmadığını vurğulaya bilir. Ruhun öz izini görə bilməməsi, artıq onun canlı olmadığına, var olmadığına bir işarədir. Müəllif həyatda iz qoya bilməyən, nişanəsi olmayan insanların da boş həyat sürmələrinə işarə edir. Bu məqamı məhz ruhun timsalında açıq-aydın şəkildə açıqlayır. Var olanın özün dən sonra izi olmasını qabardan müəllifin bu baxımdan yürütdüyü mühakiməni qələmə aldığı epizodda açıqlayır: “Uca Tanrı, öz sifətini göstərmək üçün mə ni yaratdı, sonra da sizləri. Musa peyğəmbərin gözünə göründüyü o dağa and ol sun ki, Allah hər adamın gözünə görünüb, hər adamla danışmaz... Yaradılanların ha mısı yaradana qayıdır amma”.
Əsərdə dəniz sahilində gəzən ruhun “özün öz ömrünü tanımadınmı, mənim balam?” kimi sualı həyatda ömürlərini mənasız yerə başa vuran insanların ol ma sı nı göstərir. Bu sualın cavablandırılmaması, sahildə qumlar üzərində dörd ayaq izi nin gözünə dəyən ruhun düşüncələri oxucunu məhz düşünməyə vadar edir: “...bu iki ayaq izi mənimdir. Bəs o biri izlər kimindir? Bəlkə heç nə dəniz var, nə onu sınağa çəkən səs. Sadəcə, qorxudan, ya nədənsə gözü alacalanıb, qulağı səsə dü şüb”.
Məmməd İsmayılın qeyri-insani varlıqların, cansız əşyaların əlamətlərini ümumi ləşdirilmiş şəkildə təsvir edən əşya surəti ruhla yekunlaşmır. Müəllifin əsərdə bə dii əsərin əsas obyektinə, insan həyatı ilə əlaqəli olan heyvan surətlərini təq - dim etməsi diqqəti cəlb edir. İstər şifahi xalq ədəbiyyatımızda, istərsə də yazılı ədə biyyatımızda əşya surəti kimi heyvan surətlərindən istifadə edilmişdir. Məsələn, “Koroğlu” eposunda Qırat, Dürat, “Məlikməmməd” nağılında Zümrüd quşu, İsmayıl Şıxlının “Dəli Kür” əsərində Qəmər və s. heyvan surətləri yardımçı qüv vələr kimi hadisələrin inkişafına, əsərin ideya-məzmununa təsir göstərə bilir. Məm məd İsmayılın “İz” romanında da yardımçı qüvvələrin əsərdə təsadüfi xarak ter daşımadığı, əsərdə təqdim edilən insan obrazının fəaliyyətinə tabe olması özü nü göstərir.
Yazıçının əsərdə təqdim etdiyi heyvanların (at, qoç, it), ağacların (alma) və həşəratların bu və ya digər dərəcədə əsərdəki təsvir edilən hadisələrin inkişafına, əsə rin ideya-məzmununa təsir etməsinin şahidi oluruq. Sədaqətli, etibarlı dost ol ma ları müəllif tərəfindən məharətlə əks etdirilir. Məsələn, Gülüzə adlı atın əsərdə təsviri diqqətdən yayınmır. Gülüzənin (atın) Muradın dost adlandırdığı Qə ni - dən etibarlı, sədaqətli olmasını təsvir edən müəllif bizə heyvanlardan “insanlıq” dər si öyrənməyə çağırış edir. Məmməd İsmayıl dostluq, xəyanət məfhumlarına məhz təqdim etdiyi at vasitəsilə aydınlıq gətirir. Yazıçı dostluğa xəyanət etmiş Qə nini igidlik, sədaqət rəmzi olan at ilə müqayisəli şəkildə təqdimində dostluq, xə yanət, xəyanətkarlıq kimi məfhumları açmağa nail olur.
“İz” romanında diqqəti çəkən isə Şəmşəd kişinin alma ağacına olan münasibətidir. Şəmşəd kişinin ümidi olan bu ağacın quruyub məhv olmasını müəllif Muradın ölümü ilə bərabər, bir insanın (Şəmşəd kişi) ümidlərinin məhv olması ilə əla qələndirir. Məhz quruyub məhv olmuş yanıl almanın Şəmşəd kişi tərəfindən dəfn edilməsi rəmzi məna daşıyır. Yanıl almanı dəfn edən Şəmşəd kişi qardaşının sağ olması haqqında ümidlərini torpağa dəfn edir: “Yanıl alma fırtınadan sonra üzü qoylu qalmışdı. Qızılı meyvə və yarpaqları çoxdan çürüyüb torpağa qarışmışdı. Qar danmı, sazaqdanmı, yoxsa yerdə qalıb çürüdüyündənmi ağacın qabıqları çat daq-çatdaq olmuşdu. Əl vurmasan bəlkə elə oduncağı da yarpaqları kimi çürüyüb tor pağa qarışacaqdı. Amma Şəmşəd kişi yanıl almanı öz əlləri ilə torpağa gömmək is tə yirdi. (Onsuz da bu gün - sabah mənim də yerim oradı!) Torpağın altında ruhları bir-birini tapar, bəlkə o zaman yanıl almanın ruhundan vaxtsız quruduğunun sə bəbini də öyrənə bilərdi”.
Qardaşı Muradı müharibəyə yola salandan sonra onun sağ qayıtmasına ümid edən Şəmşəd kişi yanıl almanın qurumaması üçün dualar edirdi. Yanıl ağacın quruması ilə özünün ümidinin sona yetəcəyini duyan Şəmşəd kişi ümidlərinin sönməməsi üçün dualar edirdi. Şəmşəd kişinin bu dualarında Allaha məhəbbətlə yanaşı, qardaşı Murada olan məhəbbət özünü göstərir: “Allahım, sən dünyanı pəriskərində saxla, Allahım, sən yanıl almanı, Muradımı, cəmi məxluqatı qoru! Bilirəm, günahımız böyükdü, bağışlaya bilirsən, bizi bircə birliyinə, minbir adına bağışla! Bağışla bu günahkar qullarını. Sən bağışlayansan. Bir dəfə də mənə görə bağışla bu günahlı dünyanı!”
Romanda Kamışın (Kaftarın) müharibədə ölüm-dirim mübarizəsi apardığı məqamda Alabaşın küçüklərini diri-diri yanar peyinliyə basdırdığını, o küçüklərin yer altdan gələn zingiltiləri”ni xatırlayan Kamış öz əməllərini anlayıb peşiman olur. Onun bir insan kimi peşimançılığı təqdirəlayiqdir. Ancaq bəzən peşimançılıq fayda vermir. Məsələn, Alabaşın diri-diri basdırılmış gözü açılmamış küçüklərini kim qaytaracaq?
Məmməd İsmayıl heyvan, bitki və həşəratları təsvir etməklə onlar vasitəsi ilə romanda təsvir edilən insanların daxili aləmlərini açmağa nail olur. Gülüzənin təsvirində Qəninin daxili aləmi, Alabaşın təsvirində Kamışın iç dünyası, qara qoçun, arıların, yanıl almanın təsvirində isə Şəmşəd kişinin böyük qardaş kimi iztirabları təsvir edilir.
Əsərin dili. Romanında müəllif əsərin bədii dilində tez-tez atalar sözlərinə, məsəllərə müraciət edir. Atalar sözlərinin və məsəllərin işlənilməsinə, əsərdə hadi sələri əks etdirən müxtəlif başlıqların da adlarında rast gəlirik. Bəzən bunlar müəl lif tərəfindən dəyişikliyə uğramış şəkildə təqdim edilir. Buna baxmayaraq, əsər də təsvir edilən hadisələrin başlıqlarının bir qisminin atalar sözləri və mə səl - lər lə təqdim edilməsi maraq doğurur: “El içində – öl içində…”, “Çıxan qan bədəndə durmaz”, “At sahibinə görə kişnər”, “Oğlan evində toydu...”, “Gecə qara, cücə qara...”, “Qurd ağacı içindən yeyər...”, “İslanmışın yağışdan qorxacağı”, “Bir yandan bağlayan, bir yandan açar”, “Bəd xəbər atlı olur...”, “Nəfsin səni yenmədən, sən nəfsini yen”, “Boğaz boydan ucadır...”, “Atalar üçəcən deyib...” və s.
Bədii əsərdə dilin tez qavranılması əsərin tam başa düşülməsinə təkan verir. Məm məd İsmayıl da “İz” romanında təsvir etdiyi cəmiyyəti özüməməxsus xüsusiyyətləri ilə göstərmək üçün şivələrə müraciət etmişdir. Müəllif əsərdə təsvir etdiyi obrazların mənəvi dünyalarını açıqlamaq üçün onların nitqində yerli şivə və dialekt lərdən istifadə edir. Müəllifin işlətdiyi əyə, nə xəvərdi, özünü üstümüzə sa lıfsan, nəyi deyəjəm, inanmersan – inanma, Çobanı öldürüf, inanasım gəlmer, üs tünə düşüfsən, gör nə xəvərdi, yaxşı iş görüfsən və s. kimi söz və ifadələr Azərbay can dilinin qərb dialektinin Ayrım – Qarapapaq subdialektində və Gəncəbasar ləh cəsində rast gəlinir. Qeyd etməliyik ki, Azərbaycan dilinin qərb dialekti Res - pub likasının qərb (Gəncəbasar adlanan ərazi) və Gürcüstanın cənub-şərq böl gə - lə rində işlənən danışıq dilidir. Ayrım-Qarapapaq subdialekti əsasən Şəmkir, Qazax, Ağstafa, Tovuz və Gürcüstanın Borçalı, Qaraçöp kimi bölgələrində işlənir.
Müəllif bəzən çatdırmaq istədiyi düşüncələrini ritorik sual şəklində təqdim edir. Məmməd İsmayıl insan övladına ünvanladığı ritorik sualla oxucunu düşünməyə vadar edir: “...nə tərəddüdə düşmüsən, mənim balam, yaşadığın həyatını ta nımadınmı?” “Sevdiyim qulumun gözü, mənimlə görər, könlü mənimlə vurar, qu lagı mənimlə eşidər, dili məndən söylər; iki aləmdə də ondan uzaq olmaram” fikirləri ilə isə müəllif Ulu Tanrının əbədi olmasını, bəndələrinin hər əməlini görüb dəyərləndirməsini həm bir müəllif, həm də bir insan kimi duyaraq təqdim edir.
Bədii surətləri, həyat lövhələrini, insan xarakterlərini yaratmaq üçün xəzinə olan bədii dil insan idrakının əsas təzahür forması, ədəbiyyatın ilkin elementi, müəllif üslubunun inikasıdır. Məmməd İsmayıl əsərdə bədii dil vasitəsilə təsvir etdiyi həyat hadisələri haqqında fikirlərini reallaşdırır. Əsərdə müəllifin dialektizmlərin yalnız müəyyən məqsədlər üçün obrazların dilində təqdim etməsi onların dilinə əlvanlıq qatır. Müəllif həmin dialekt sözlərin həm əsərin əsas qəhrəmanlarının, həm də epizodik və yardımçı qüvvələri əks etdirən surətlərin dili ilə təqdim edir. Müəllifin Gülüzənin (atın) düşüncələrini əsərdə təqdim edərkən, istifadə etdiyi “böyürdən” sözünün işlətməsi məqamına diqqət yetirək: “özünü bir möcüzəyə inandırmışdı, inandırmışdı ki, onu məclislər yaraşığı edən adam günün birində böyürdən çıxıb gələcək, düşdüyü bu bəlalardan qurtarıb qisasını alacaq”. Gülüzənin sahibi olmuş Murada inamını qabarıq şəkildə oxucuya çatdıran bu epizodda istifadə edilən “böyürdən” sözü bir tərəfdən, bir yandan çıxacaq mənalarını ifadə edir.
Romanda “bağrının çatlamasını” söz birləşməsinin işlədilməsi məqamı da diqqətdən yayınmır: “daşından, divarından da qorxu və vahimə yağan, işgəncə görmüş minlərlə insan bağırtılarından bağrı çatlayan bu milis binası döyüşlərə, söyüşlərə çoxdan öyrəncəlidir. Bu binanın “bağrının çatlamasını” Murad öz gözləri ilə görmüşdü. Saxlama kameralarının divarları əzab görmüş qarı sifəti kimi bürüş bürüş, çat-çatdı. Üstünə bohtan atılmış, arzuları, istəkləri dörd divara salınmış, sonunun nə olacağını bilməyən, gecənin yarısında sorğu-suala çəkilən, istənilən cavabları verməyəndə bağırtısı kameranın qabırğasıqalın divarlarını keçib Allaha belə ulaşmayan insan fəryadlarından başqa, o çatları nə yarada bilərdi ki?!”. Doğmaca dayısı Çobanı bilərəkdən qətlə yetirəndən sonra könüllü asayiş qoruyucularına təslim olan Muradın milis binasında keçirdiyi sıxıntılar zamanı işlətdiyi bu söz birləşməsi ilə onun bir fərd kimi keçirdiyi sarsıntılar qabardılır.
Məmməd İsmayılın “İz” romanında simvollardan müxtəlif məqamlarda istifadə etməsinin də şahidi oluruq. Bu, müəllifin əsərin adına çıxardığı “iz” sözündə özü nü qabarıq şəkildə əks etdirir. Müəllifin istifadə etdiyi “iz” sözü Azərbaycan dilin də müxtəlif mənalarda ifadə olunur. Biz “iz” sözünün insan və ya heyvan aya - ğın dan səth üzərində qalan nişanə; ləpirlərin adlanmasını bilirik. Məsələn, insan izi, canavar izi, dovşan izi, maral izi, ceyran iz və s. “İz” sözü həmçinin ana dilimiz də bir şeyin hərəkətindən sonra səth üzərində qalan çuxurluq, xətt, şırım, əla mət və s. də ifadə edir. Məsələn, maşın izi, araba təkərlərinin izi və s.
Romanın adına çıxarılmış “iz”in həm də hər hansı bir şeydən qalan və onun keç miş varlığına şəhadət edən nişanə, qalıq, əsər-əlamət olmasını ifadə etməsini mü şahidə edirik. Məsələn, izi silinməz, qocalığın mənfur izləri, illərin izi və s. “İz” həm də bir hadisənin, keyfiyyətin və sairənin olmasına şəhadət edən hal, əlamət, ni şanə, qalıq da ifadə edir. Məsələn, cinayətin izi, müharibənin izi, xəyanətin izi, tə bəssüm izi, qan izi və s.
Ana dilimizdə “iz”in həm də yol, istiqamət mənası bildirməsinin də şahidiyik. Məsələn, yolundan, izindən qalma, izindən ayrılma və s.
“İz” romanında müəllifin istifadə etdiyi “iz” simvol kimi təqdim edilir. Müəllif “iz”i əsərin qəhrəmanlarının həyat yolundan, izindən ay rıl ma dan keçmiş varlıqlarına işarət edən əlamət kimi əks etdirir.
Məmməd İsmayılın polifonik quruluşu ilə diqqəti cəlb edən “İz” romanında təsvir edilən hadisələr özlüyündə həyat məktəbidir. Texnoloji dünyada inteq rasiyalara məruz qalmış bədii nəsrdə “İz” romanı kimi əsərlərin qələmə alın ması xalqın öz kökünə, keçmişinə boylanmasına vadar edir.
filologiya elmləri doktoru