Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycanın dünyada artan nüfuzunun göstəricisi olan beynəlxlaq elmi konfransda 50-ə yaxın məruzə dinlənilib

17-12-2024 [ 12:51 ] [ oxunub:117 ]
printerA+ | A-
105096

Xəbər verdiyimiz kimi, dekabrın 16-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfransın Mərkəzi Elmi Kitabxanada keçirilən rəsmi açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Najeeba Arif, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi professor Lu Yusong, Vyetnamın Hanoy Universitetinin əməkdaşı Nguyen Van Çien, Özbəkistanın Fərqanə Dövlət Universitetinin Ədəbiyyatşünaslıq kafedrasının müdiri professor Mənzurə Jurayeva və digərləri çıxış ediblər.

Daha sonra beynəlxalq tədbir öz işini “Türk xalqları ədəbiyyatı”, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Şərqi Asiya xalqlarının ədəbiyyatı” və “Cənubi Asiya xalqlarının ədəbiyyatı” seksiyaları ilə davam etdirib.

Seksiya iclaslarında Asiya xalqları ədəbiyyatının problemlərinə və mərhələlərinə, şəxsiyyətlərinin yaradıcılığına həsr olunmuş ümumilikdə 50-ə yaxın məruzə dinlənilib.

“Türk xalqları ədəbiyyatı” adlı I seksiya iclasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini fil.f.d., dosent Mehman Həsənli “Rollan Seysenbayevin “Qaçış” romanında 1930-cu illər qazax reallıqlarının təsviri”, Özbəkistanın Fərqanə Dövlət Universitetinin Ədəbiyyatşünaslıq kafedrasının müdiri professor Mənzurə Jurayeva “Mahmud Xoca Behbudi yaradıcılığında Səfərnamə janrı”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi fil.f.d., dosent Aygün Bağırlı “Berdibek Sokpakbayevin “Mənim adım Kojadır” əsərində qazax həyatının əksi”,  Özbəkistan Milli Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunin böyük elmi işçisi Dr. Gülnaz Səttarova “Çolpanın “Tufan” şeiri haqqında (Anadolunun müzəffər ordularına həsr edilən şeir)”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan fil.f.d., dosent Töhfə Talıbova “Türkmən ədəbiyyatının zirvəsi Məhtimqulu Fəraqi”, Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetindən Dinara Aşimova və Nurcamal Kospaganbetova “Qazaxıstanda sinxron tərcümənin əhəmiyyəti”, Abay Qazax Milli Pedaqoji Universitetindən Zhanakul Sametova və Aisulu Alzhanova “Orta Asiya xalqlarında “Oyanış dövrü” poeziyasında 4 oxşarlıqlar”, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologıya İnstitutundan Müqabil Məmmədov “XIX-XX əsr uyğur ədəbiyyatına dair”, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan Günay Novruzova “XX əsrdə Çində Uyğur maarifçiliyi”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Seyidnisə Lətifli “Kemel Tokayev detektivinin təşəkkülü və inkişaf xüsusiyyətləri”, Bakı Dövlət Universitetindən Sənurə Səmədova “Azərbaycan və qırğız bədii nəsrində tarixi mühit və şərti metaforizm (İsa Muğannanın “Məhşər” və Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu” əsərləri kontekstində)” və Abay Qazax Milli Pedaqoji Universitetindən Almas Naymanbayev “Oyanış dövründə Qazax-Azərbaycan poeziyasının oxşarlıqları və xüsusiyyətləri” mövzusunda məruzələrlə çıxış ediblər.

“Müqayisəli ədəbiyyatşünaslıq” adlı II seksiya iclasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədətlinin “Səfəvi və Muğal dövlətlərinin əməkdaşlığında türk-İslam mədəniyyəti və sufi poeziyası”, Türkiyənin Çanakkale Onsekiz Mart Universitetindən Prof. Dr. Ömer Solakın “Uluslarüstü Planda Edebiyat Çalışmaları: Mukayeseli Edebiyat”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan dos. Cavidə Məmmədovanın“Türk və Koreya mifoloji düşüncəsində ortaq xüsusiyyətlər”, Çanakkale Onsekiz Mart Universitetindən Tuba Has və Kocaeli Universitetindən Ümmügülsüm Irmakın “İki Kültür, İki Kadın: Söyüdlü Arx ve Sinekli Bakkal Romanlarında Kadınlık Temsilleri”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.ü.f.d. Dilarə Əliyevanın “Şərq-Qərb ədəbiyyatlarının kəsişməsi: universallıq, əlaqələr və təsirlər”, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan Sevinc Nuriyevanın “Şumer-Azərbaycan (türk) ədəbi əlaqələrinin müqayisəli öyrənilməsi məsələləri”, BDU-nun doktorantı İlahə Səfərzadənin “Azərbaycan və qırğız ədəbiyyatında müharibə qadını və ortaq azadlıq problemi (İsa Hüseynovun “Tütək səsi” və Çingiz Aytmatovun “Cəmilə” povestləri əsasında)”, Latviya Universitetinin Asiyaşünaslıq kafedrasının müdiri Kaspars Klavinsin “Orta əsrlər Azərbaycan və Avropa buddist ədəbiyyatında heçlik anlayışları”, Bakı Dövlət Universitetindən İlahə Əhmədovanın “Yapon və Azərbaycan nəsrində magik realizm (Haruki Murakaminin “Sahildə Kafka” və Zahid Sarıtorpağın “Qarğa marşrutu” romanları əsasında)” və Azərbaycan Texnologiya Universitetindən İlahə Qurbanovanın “Şərq fəlsəfəsinin XVIII əsr ingilis düşüncəsinə təsirinin xəritələşdirilməsi” mövzusunda məruzələri dinlənilib.

“Şərqi Asiya xalqlarının ədəbiyyatı” adlı III seksiya iclasında isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.ü.f.d. Gülnar Yunusova “Haruki Murakami romanlarında bədii məzmun və təhkiyə xüsusiyyətləri”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.ü.f.d. Nərmin Cahangirova “Ba Jin yaradıcılığının ideya istiqamətləri”, Azərbaycan Dillər Universitetindən f.ü.f.d. Turan Kərimli “Kazuo İşiquro yaradıcılığında Asiya həyatı və mədəniyyətinin bədii əksi (“Dəyişən dünyanın rəssamı” romanının materialları əsasında)”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Nərgiz Kərimova “Çin və Azərbaycan mədəniyyəti sivilizasiyaların toqquşması fonunda”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Leyla Həsənzadə “Na Do-hyang yaradıcıllğında romantiz və realizmin bədii əksi”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Lamiyə Nəsirova “Monqolların gizli tarixi” əsərində Çingiz xan obrazı: ideal qəhrəman konsepsiyası”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Sübhan Məmmədov “Rahimidin Zaharinin həyat və yaradıcılığı” və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.ü.f.d. Leyla Ramazanova “Müasir İndoneziya ədəbiyyatında pələng arxetipi (“Pələng adam” romanı əsasında)” mövzularında çıxışlar ediblər.

Beynəlxalq konfransında IV seksiyası isə Cənubi Asiya xalqlarının ədəbiyyatına həsr olunub. Bu seksiyada Vyetnamın Hanoy Universitetindən Nguyen Van Çien “Vyetnam və italyan xalqlarının ədəbiyyat və həyat tərzinə müqayisəli yanaşma”, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutundan Huang Xiangyi “Cəmiyyət və sənət: Zamanın inikası”, AMEA A.A.Bakıxanova adına Tarix və Etnoqrafiya İnstitutundan t.ü.f.d. Mübariz Ağalarlı “Əfqanıstanın Qarabağlı Azərbaycanlıları: Mədəniyyəti və tarixi”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.e.d. Bəsirə Əzizəliyeva “Məhəmməd İqbal və Azərbaycan ədəbiyyatı”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.e.d. Salidə Şərifova “Rabindranat Taqorun bədii yaradıcılığının janr xüsusiyyətləri və problematikası”, Hindistanın Camiə Milliyə İslam Mərkəzi Universitetindən Nouşad MK “Cənubi Hindistanda İslam ədəbi ənənələri: Mappila ədəbi hərəkatı”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Könül İsgəndərova “Pakistanda ingilisdilli yazıçılar”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Leyla Primova “İndu Sundaresanın “Kölgə Şahzadə” romanında Şahzadə Əurəngzəbin hakimiyyət uğrunda mübarizəsinin bədii əksi”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Sevda Məmmədova “Vyetnam ədəbiyyatının inkişaf mərhələləri” və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.ü.f.d. Müşfiq Çobanov “Mixeil Cavaxişvilinin yaradıcılığında Azərbaycan və gürcü xalqlarının dostluğu və millətlərarası münasibətlərin bədii inikası” mövzusunda məruzələrlə çıxışlar ediblər.

Daha sonra beynəlxalq konfransın bağlanış mərasimi olub. Bağlanış mərasimində çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini akademik Teymur Kərimli tədbirdə bir çox Asiya xalqlarının aparıcı elm və təhsil mərkəzlərinin nümayəndələrinin iştirakının təqdirəlayiq olduğunu bildirib, seksiya iclaslarındakı məruzələrin geniş mövzuları əhatə etdiyini bildirib. Qeyd edib ki, uzun illər sonra Bakıda ilk dəfə Asiya ölkələri ədəbiyyatı ilə bağlı belə mötəbər bir tədbirin keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, eləcə də Asiya xalqlarının dövlətimizə olan münasibətinin göstəricisidir. Akademik Teymur Kərimli tarixi beynəlxalq konfransın növbəti illərdə Asiya xalqları arasında ədəbi, mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcəyini söyləyərək tədbirə yekun vurub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR