Antologiyaya Almaniyada mühacir həyatı yaşayan tanınmış cənublu şair, yazar və tərcüməçi Əziz Səlaminin alman klassik və çağdaş poeziyasından ana dilimizə orijinaldan tərcümə etdiyi əsərlər daxil edilmişdir. Əksəriyyəti Azərbaycan dilinə ilk dəfə çevrilən bu əsərlər vasitəsi ilə oxucular həm yeni tərcümə texnikası, həm də tərcümə işinə tamamilə yeni baxışla tanış ola biləcəklər.
Antologiya ədəbiyyatşünas alimlər, filologiya fakültələrinin tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Nəşrə hazırlayan: Zəminə ZEYNALOVA.
Min ilin alman şeiri (antologiya). (Çevirəni Əziz Səlami). Bakı: “Optimist”, 2024, ... səh