ADA Universitetinin tǝşǝbbüsü vǝ dǝstǝyi ilǝ Azǝrbaycan Xalq Cümhuriyyǝti Hökumǝtinin orqanı olan “Azǝrbaycan” qǝzetinin (1918- 1920) tam külliyyatı ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülǝrǝk, lüğǝt, izahlar, şǝrhlǝr vǝ adlar göstǝricisi ǝlavǝ edilmǝklǝ nǝşrǝ hazırlanmaqdadır. Tǝǝssüflǝ qeyd etmǝk lazımdır ki, bu istiqamǝtdǝ ayrı-ayrı tǝşǝbbüslǝr olsa da (mǝrhum professor Şirmǝmmǝd Hüseynovun çalışmaları xüsusilǝ yada salınmalıdır), “Azǝrbaycan” qǝzeti kimi mühüm bir nǝşrin müasir oxucu üçün ǝlçatan olmasını tǝmin edǝcǝk bu sǝviyyǝdǝ bir iş, 30 illik müstǝqillik dövründǝ hǝyata keçirilmǝmişdir. “Azǝrbaycan” qǝzetindǝki materiallar Azǝrbaycan Cümhuriyyǝtinin bilavasitǝ tarixini ǝks etdirir. Qǝzetin sǝhifǝlǝrindǝ Azǝrbaycan Hökumǝtinin qǝrarları, Parlament üzvlǝrinin çıxışları, paytaxtda vǝ bölgǝlǝrdǝ baş verǝn hadisǝlǝrin tǝfǝrrüatları, müxtǝlif tǝhlillǝr, xatirǝlǝr öz ǝksini tapıb. Günümüzdǝ xüsusi ǝhǝmiyyǝt kǝsb edǝn Qarabağ, Zǝngǝzur bölgǝlǝrinǝ dair materiallar oxucularda böyük maraq doğuracaqdır. Elǝcǝ dǝ, Azǝrbaycan Cümhuriyyǝtinin xarici dövlǝtlǝrlǝ münasibǝtlǝri, dövrün ab-havası müfǝssǝl şǝkildǝ qǝzetin sǝhifǝlǝrindǝ ǝks olunub. Ümumiyyǝtlǝ bu qǝzetin transliterasiyası Azǝrbaycan Cümhuriyyǝti tarixşünaslığında yeni bir sǝhifǝ açacaq vǝ gǝlǝcǝk tǝdqiqatlar üçün mühüm stimul olacaqdır. İlk dörd nömrǝsi Gǝncǝdǝ, sonrakı nömrǝlǝri Bakıda nǝşr edilǝn “Azǝrbaycan” qǝzetinin 15 sentyabr 1918 – 28 aprel 1920 tarixlǝri arasında 443 nömrǝsi çapdan çıxmışdır. Qǝzetin redaktorları müxtǝlif vaxtlarda Ceyhun bǝy Hacıbǝyli, Şǝfi bǝy Rüstǝmbǝyli, Üzeyir bǝy Hacıbǝyli vǝ “AZƏRBAYCAN” QƏZETİ I cild Xǝlil İbrahim kimi dövrün qabaqcıl ziyalıları olmuşdur. Qǝzet ǝksǝriyyǝtlǝ 4 sǝhifǝ hǝcmindǝ çıxsa da, bǝzi nömrǝlǝrdǝ sǝhifǝlǝrin sayı fǝrqlilik göstǝrir. Hǝr sǝhifǝdǝki sütunların sayı vǝ sǝhifǝlǝrin ölçüsü, qǝzetin çap olunduğu 19 ay yarımlıq müddǝt ǝrzindǝ bir neçǝ dǝfǝ dǝyişmişdir. “Azǝrbaycan” qǝzetinin nüsxǝlǝri Azǝrbaycan Respublikasının Milli Arxiv İdarǝsindǝ, Azǝrbaycan Respublikasının Dövlǝt Arxivindǝ, Azǝrbaycan Respublikası Prezidentinin İşlǝr İdarǝsinin Siyasi Sǝnǝdlǝr Arxivindǝ, Mǝhǝmmǝd Füzuli adına Əlyazmalar İnstitutunda vǝ Azǝrbaycan Milli Kitabxanasında pǝrakǝndǝ halda saxlanmaqdadır. Qǝzetin müasir oxucu üçün ǝlçatan olması tariximizin Cümhuriyyǝt dövrü kimi zəngin sǝhifǝsinin öyrǝnilmǝsi baxımından çox ǝhǝmiyyǝtlidir. Azǝrbaycan xalqının tarixi mirasını qorumaq vǝ gǝlǝcǝk nǝsillǝrǝ ötürmǝk işinǝ töhfǝ vermǝkdǝn ADA Universiteti qürur duyur.
Hafiz PAŞAYEV,
ADA Universitetinin Rektoru