Əlizadə Əsgərli. Bəxtiyar Vahabzadə (həyatı, mühiti və yaradıcılığı). Sənətkarın elmi pasportu – 32. – Bakı: Elm və təhsil, 2022. – 556 s.
Elmi redaktor və ön sözün müəllifi: akademik İsa Həbibbəyli; məsul redaktor: Aygün Bağırlı; rəyçilər: Rahid Ulusel, Aslan Salmansoy.
Xalq şairi, dramaturq, ədəbiyyatşünas-alim və ictimai xadim, Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Bəxtiyar Vahabzadə haqqında monoqrafiyada sənətkarın poeziyasının milli və bəşəri qaynaqları, onun mövzu, ideya-məzmun və bədii forma mündəricəsi, habelə, şairin azərbaycançılıq, türkçülük və dinçilik baxışları, Azərbaycan milli ideyasının təkamülü yollarında mücadiləsi ədəbi-fəlsəfi və ideoloji kontekstində əksini tapmışdır.
Tədqiqatın dördüncü və beşinci fəsillərində görkəmli sənətkarın poema və dramaturgiya yaradıcılığı, onların ideya-bədii xüsusiyyətləri və üslub fərdiliklərindən bəhs olunmuşdur.
Monoqrafiya elm və tədris sahəsinin mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.
Kitabdan geniş oxucu auditoriyası da faydalana bilər.