Məhərrəm Qasımlının “Əllərini uzat mənə” adlı kitabı çap edilərək oxucuların ixtiyarına verilib. Bu haqda Moderator.az-a M.Qasımlının özü məlumat verib. O, bildirib ki, kitabda 44 günlük Vətən müharibəsinə həsr olunan “Qırx dörd günün gerçək nağılı”, “Gəlmişəm, Şuşam, gəlmişəm”, “Kasıbın oğlu” adlı şeirləri, həmçinin “Şərqdə şər oyunu” adlı fəlsəfi-siyasi poeması, eləcə də “Taleyimdən və ürəyimdən keçənlər adlı ömür və könül etüdləri yer alıb.