2021-ci il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb.
Nobel Komitəsinin rəsmi saytının məlumatına görə, mükafat Tanzaniyadan olan və hazırda Böyük Britaniyada yaşayan yazıçı Abdulrazak Qurnaya (Abdulrazak Gurnah) verilib.
O, bu mükafata "mədəniyyətlər və qitələr arasındakı uçurumda müstəmləkəçiliyin təsirlərinə və qaçqınların taleyinə barışmaz və şəfqətli şəkildə nüfuzuna görə" layiq görülüb.
Abdulrazak Qurnayın əsərləri Buker mükafatının uzun və qısa siyahılarına düşüb. O, “Cənnət”, “Fərarilik”, “Dəniz kənarında” və başqa əsərlərin müəllifidir.