AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2019-cu il üçün biblioqrafik göstəricisi nəşr olunub. “Biblioqrafik göstərici - 2019” kitabı institutun Elmi şurasının qərarı ilə çap edilib.
Biblioqrafiyanın layihə rəhbəri və baş elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva və Sona İbrahimovadır.
Biblioqrafiya üç dildə verilmiş “Uğurlu elmi hesabat-2019” yazısı ilə başlayır.
Elmi informasiya və tərcümə şöbəsində hazırlanmış biblioqrafik göstərici Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2019-cu ildə nəşr edilmiş kitabları, monoqrafiyaları, dövri mətbuatda dərc edilmiş, həmçinin müxtəlif elmi əhəmiyyətli internet saytlarında yer almış məqalə, tezis, müsahibə və bədii əsərlərini əhatə edir.
Dörd hissəli, 454 səhifədən ibarət olan biblioqrafiya “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.