AMEA Rəyasət Heyətinin elmi jurnalı olan “Filologiya və sənətşünaslıq” jurnalının 2020-ci il üzrə ikinci sayı işıq üzü görüb.
Nəşrin baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin “Dədəm Qorqud: Azərbaycan ədəbiyyatının Homeri” məqaləsi ilə açılır.
Jurnalın məsul katibi Həlimə Mehdiyeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, baş redaktor müavinləri AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elmləri doktoru Əlizadə Əsgərlidir. Redaksiya heyətinə bir sıra akademiklər və AMEA-nın müxbir üzvləri daxildir.
“Elm” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbiyyatşünaslıq” “Dilçilik”, “Sənətşünaslıq”, “Resenziyalar”, “Yubileylər” və “Xronika” bölmələrindən ibarətdir. “Bələdçi” Azərbaycan, ingilis və rus dillərindədir