Mahirə Quliyeva. Füzuli zirvəsi və Vaqif başlanğıcı. “ Elm və Təhsil”, Bakı, 2021, 224 səh.
Kitabda Mir Cəlalın “...böyük şairin şeir dilinin bədii xüsusiyyətlərini, ecaskar təsir qüdrətini müəyyənləşdirmək ücün onun hər bir əsərinin poetikası üzərində dərin ətraflı ...iş aparılmalıdır”, - tövsiyyəsi əsas götürülməklə Füzuli bədiyyatının bəzi incə məqamları və milli ədəbiyyatımızın səciyyəvi yönlərindən irəli gələn füzulisayağı yeni poetik vasitələri öz təhlinini tapır.
Poeziya tariximizdə Füzuli məktəbindən sonra yeni dövr Vaqiflə başladığı ücün hər iki şairin yaradıcılıqlarındakı kəsişən və kəsişməyən məqamları izləmək başlıca amalımız olsa da, əsərin yazılması 44 günlük müharibə dönəminə düşdüyü üçün ən əsası, Vaqifin Qarabağ xanlığının xarici siyasətini istiqamətləndirmə və möhkəmləndirməsində əvəzsiz xidmətləri olduğundan şairin təkcə yaradıcılığından deyil, həyatından, Qarabağdakı xidmətlərindən də söz açmağı qarşımıza məqsəd qoyduq.
Qeyd edək ki, kitabın "Füzuli zirvəsi və Vaqif başlanğıcı".adlandırılması nəşrin elmi məsləhətçisi AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəylinin razılığı ilə qərara alınmışdır. Kitabın sonunda isə XVIII əsr ədəbi prosesini təqdid edən, bu dövr ədəbiyyatını əhəmiyyətini işıqlandıran və tarixi faktlarla ədəbiyyatın qovşağında Molla Pənah Vaqif haqqında monoqrafiya yazan “Məmməd Araz Dadaşzadənin ömür yolu” adlı məqaləni də əlavə etdik.