AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Orxan Arasın “Əsəd bəy – Qurban Səid: gizlinlər və gerçəklər” (həyatı, kitabları, məqalələri) kitabı çap olunub.
Kitab giriş, üç bölüm və “Əsəd bəyin məqalələri” hissələrindən ibarətdir. Kitabda Məhəmməd Əsəd bəylə Qurban Səid arasında paralellər aparılır və bu iki adın eyni şəxsiyyət olması haqqında təkzibolunmaz faktlarla sirli Qurban Səid adına aydınlıq gətirilir. Nəşrin elmi məsləhətçisi və “Məhəmməd Əsəd bəy dünyası və Orxan Aras” adlı “Ön söz”ünün müəllifi AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylidir.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, çevirəni Nəriman Əbdülrəhmanlıdır.
Qeyd edək ki, mühacirət ədəbiyyatı ilə bağlı tədqiqatlar aparan Orxan Aras “Məhəmməd Əsəd bəyin publisistikası” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.