Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İNSTİTUT KİV-də

Akademik İsa Həbibbəylinin məqaləsi Türkiyədə işıq üzü görüb

12-11-2020 [ 15:07 ] [ oxunub:122 ]
printerA+ | A-

AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Azərbaycan-Türkiyə birliyi: Türk dünyası üçün örnək" adlı məqaləsi Türkiyənin "Doğru söz" qəzetində işıq üzü görüb.

Məqalədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağda və ətraf rayonlarda işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməyə başlandığı ilk gündən etibarən qardaş Türkiyənin ölkəmizə və xalqımıza hər cür siyasi və mənəvi dəstək göstərdiyi vurğulanıb.

Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, eləcə də diplomatik gedişlərinin Azərbaycanın qədim ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verdiyi, xalqımıza və əsgərlərimizə böyük ruh yüksəkliyi gətirdiyi məqalədə əksini tapıb.

https://dogrusozgazetesi.com/azerbaycan-turkiye-beraberligi-turk-dunyasi-icin-ornek-28908.html

SİZƏ MARAQLI OLA BİLƏR