Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Əbülfəz Quliyev. Azərbaycan ədəbiyyatı tarixinə konseptual baxışın mükəmməl nümunəsi

04-10-2019 [ 09:27 ] [ oxunub:67 ]
printerA+ | A-
99347

Azərbaycanın dövlət müstəqilliyi qazanmasından sonra bütün digər sahələrdə olduğu kimi, elm sahəsində də inkişaf və dirçəliş özünü göstərməyə başlamışdır.
 
Xalqın təkidli tələbilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik qərarı sayəsində artıq "ölüm fitvası" verilmiş Azərbaycan Milli Elmlər Akademiyasının öz fəaliyyətinə yenidən başlaması elm sahəsində ciddi nailiyyətlərə səbəb oldu. Ulu öndərin layiqli varisi kimi cənab İlham Əliyevin ölkə başçısı seçilməsi ilə Azərbaycanda inkişaf və dinamika yeni mərhələyə qədəm qoydu. Hərtərəfli inkişaf yeni məzmun və şəkil qazanmaqla da özünü təzahür etdirməyə başladı. Bu baxımdan elmi tədqiqatlar sahəsində müasir tələblər yeni mərhələyə start verdi. Elm sahəsində aparılan islahatlar və yaradılan şərait dinamik inkişafın təzahürünə çevrildi. Bu sahədə yeni nailiyyətlərdən biri kimi müasirlik çərçivəsində Azərbaycançılıq ideologiyası tələblərinə uyğun yeni elmi tədqiqatların aparılması və əsərlərin çapı xüsusilə təqdirəlayiq oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi tədbirində çıxış edərkən demişdir: "Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. ...Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər. Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır". Bu cəhətdən ölkəmizdə elmin baş məbədi kimi Azərbaycan Milli Elmlər Akademiyası müasir tələblərə uyğun milli ideologiya işığında çoxsaylı yeni nəşrlərlə tədqiqatçılıq və ziyalılıq vəzifəsini yerinə yetirmişdir. Son dövrlərdə ortaya çıxan ən təqdirəlayiq nəşrlər içərisində isə xüsusilə diqqəti çəkən və daha çox oxucu marağı qazanan məhz Azərbaycan ədəbiyyatının qədim dövrlərdən bu günə kimi keçdiyi inkişaf yoluna nəzər salan oncildlik fundamental "Azərbaycan ədəbiyyatı tarixi"nın birinci cildidir...
.....

 

SİZƏ MARAQLI OLA BİLƏR