Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Əlizadə Əsgərli. Azərbaycan-Cin ədəbi-mədəni əlaqələrinə həsr olunmuş tədbir

05-11-2018 [ 11:53 ] [ oxunub:20 ]
printerA+ | A-
94529

26 oktyabr 2018-ci il tarixdə  Çin və Azərbaycan Respublikaları arasında mədəni əlaqə, tarix, din və siyasət sahəsində mübadilənin inkişafı məqsədilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tədbir keçirilib.

Çin Sosial Elmlər Akademiyasının Çin Sərhəd tədqiqatları İnstitutunun baş direktoru  Xinq Quanqçenq, Sincan-Uyğur Muxtar vilayətinin inkişaf və islahat komitəsinin direktor müavini Li Ren, Çin Müasir Beynəlxalq Əlaqələr İnstitutunun tədqiqatçısı Li Vei, Sincan-Uyğur Muxtar Vilayətinin Sosial Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş direktoru Mulati Heimiyati, Çin İslam Birliyinin əməkdaşı Ma Jie və Dövlət Şürası  İnformasiya şöbəsinin əməkdaşı Qiu Yinınq iştirak edib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat  İnsititutunun direktoru, akademik  İsa Həbibbəyli  açıb. O, Çin- Azərbaycan  iqtisadi-mədəni əlaqələrinin  tarixindən,  Çinə etdiyi səfərlərdən,  dövlət səviyyəli “Bir kəmər, bir yol”  layihəsinin ortaq  maraqlarından, Azərbaycanın Asiya ilə Avropanı birləşdirən körpü rolundan,  Çində kecirilmiç beşinci mədəniyyət forumundan danışıb.

Akademik İsa Həbibbəyli çıxışında xüsusi yeri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan--Çin ədəbi-mədəni əlaqələrinin müasir vəziyyətinə verib.

Bildirib ki, hazırda Azərbaycanın Çinin bütün sahələri  ilə əməkdaşlığı var. 2017-ci ildə AMEA Cin Xalq Respublikasının Sosial Elmlər Akademiyası ilə müqavilə bağlayıb. 2017-ci ilin sentyabında Çin və Azərbaycan ptezidentlərinin iştirakı ilə əməli konfrans keçirilib.

    Akademik İsa Həbibbəyli daha sonra  bildirib ki, İnstitut rəhbərliyi  Pekin Sosial Akademiyası və Sincan Akademiyası ilə əlaqələr qurmağa, layihələr işləməyə hazırdır. O, bunu da əlavə edib ki, iki ölkə arasında artıq qarşılıqlı layihələrin həyata keçirilməsi dövrü başlamışdır. Natiq bildirib ki, bu baxımdan yazılı təkliflərin hazırlanması ,mütəxəssis heyətinin müəyyənləşdirilməsi vaxtıdır. O, Azərbaycan dövlətinin  sabit siyasi- iqtisadi özəlliklərindən, habelə, terrorizm əleyhinə apardığı siyasətdən  söz açıb. Onu da əlavə edib ki, bu ilin 19 oktyabrında iki qurum arasında əməkdaşlıq müqaviləsi imzalanıb. ÇXR-dən gələn nümayəndə heyəti Ədəbiyyat, Fəlsəfə, Şərqşünaslıq, İqtisadiyyat, Memarlıq və İncəsənət institutlarında görüşlər keçirib.

Akademik İsa Həbibbəyli AMEA-nın Ədəbiyyat İnstitutunda yaradılmış ÇİN  Tədqiqatları Mərkəzindən danışıb. Bildirib ki, 14 noyabrda həmin Mərkəzin rəsmi açılışı olacaq.

Natiq iki ölkə arasında elmi əlaqələrin, elmi-tədqiqat işlərinin gələcək perspektivlərindən  söz açıb.

Çinin Şərqdə, Azərbaycanın isə Qafqazda Sivilizasiyanın beşiyi olduğunu qeyd edən akademik İsa Həbibbəyli inamını ifadə edib ki, iqtisadi-mədəni əlaqələr hər iki ölkə üçün səmərəli töhfə verəcəkdir.

Çindən gələn qonaqlar İki ölkə arasında əməkdaşlığın gücləndirilməsindən, onun perespektivlərindən və Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolundan, mədəni əlaqələrdən, nəqliyyat əlaqələrinin əhəmiyyətindən, ümumi mənafelərin oxşarlığından, böyük layihələrin uğurlarından, regionlardakı sabit mühitin mövcudluğu və iqtisadi əməkdaşlığın yaxınlığından,  beynəlxalq terrorizmlə mübarizədən, elmi-tədqiqat və iqtisadi-mədəni əlaqələrin  əhəmiyyətindən  danışıb və həmin sahələrin gücləndirilməsinin gələcək perspektivlərini göstərib.

Natiqlər onu da qeyd edib ki, Çində İslam araşdırmaları sahəsində uğurlu işlər görülməkdə, Pekində EA çərçivəsində Sərhəd problemləri sahəsində araşdırmalar aparılmaqdadır.

Tədbirdə  Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ertəkin Salamzadə bildirib ki, iki ölkə arasında əməkdaşlıq, elmi əlaqələr başlanıb. İnstitutumuzda iki görüş, Azərbaycan-Çin  mədəni-əlaqələr mövzusunda   dəyirmi masa keçirmişik, rus dilində  bir kitab nəşr etmişik, daha bir jurnal isə Azərbaycan-Çin əlaqələrinə həsr olunub. Bədii miniatürlərimizin də Çin incəsənətinə müəyyən təsiri olub.Tahir Salahov,  Altay Salamzadə Çinə həsr edilmiş silsilə rəsmlər çəkib. Azərbaycan Milli İncəsənət  muzeyində Çinin də sənət əsərləri var. Professor E.Salamzadə kitab və jurnalı çinli qonaqlara təqdim edib.

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə göstərib ki, fəlsəfə, tarix, din, etnos, iqtisadiyyat üzrə araşdırma institutları fəaliyyət ğöstərir. Bu istiqamətdə 4 jurnal buraxılıb. Onların ədəbiyyat, dil, fəlsəfə, tarix, hüquq üzrə jurnalları da vardır ki,  bunlar  bizim institutumuza da aiddir. O, eyni zamanda  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın milli muğam sahəsində xidmətləri fonunda Çin musiqisi ilə  milli musiqimizin kəsişən məqamlardan danışıb.

Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri,  professor  İmamverdi Həmidov qeyd edib ki, biz zəngin ədəbiyyata malik ölkəyik. Bizim qarşılıqlı əməkdaşlığımız üçün əlverişli imkanlarımız vardır.  Nizami “Yeddi gözəl” əsərində Çin  gözəlinin nağılını verib, Fərhad təhsilini Çində alıb. Çində memarlıq sənətini öyrənib. Demək istəyirəm ki, iki ölkə arasında qarışıqlı tədqiqat üçün xeyli zəmin vardır.

Fəlsəfə İnstitutunun direktoru, professor  İlham Məmmədzadə xatırladıb ki, biz  Qarabağ faciələrimizdən  bilirik ki, terror nə qədər təhlükəli qüvvədir.  O, erməni terrorizminin törətdiyi fəlakətlərdən danışıb və bildirib ki,  birlik bizim üçün, bütün dünya üçün vacib məsələdir. O, hümanitar fəlakətlərin dünya xalqlarına vurduğu ziyanlardan, fəlsəfi, hüquqi problemlərin öyrənilməsindən, qarşılıqlı elmi -mədəni  əməkdaşlıqdan bəhs edib.

Azərbaycan-Asiya  ədəbi əlaqələri  söbəsinin  müdiri, professor Bədirxan Əhmədov bildirib ki, bu şöbə 2 ildir ki, yaranmasına baxmayaraq, Çin, Yaponiya, Hindistan,  Koreya ölkələri ilə ədəbi əlaqələr yaradıb. Hazırda müəyyən tədqiqatlar aparılır, şeirlərdən ibarət antologiya yaradılıb. Bu  ölkələr  bizim ədəbiyyatımızı, biz də onların ədəbiyyatını öyrənirik. Çin mövzusunda bir dissertasiya işi yazılır. Hazırda elmi-mədəni əməkdaşlığımız güclənməkdədir.

Tədbirə yekun vuran akademik İsa Həbibbəyli ortaq mədəni-iqtisadi münasibətlərin əhəmiyyətini qeyd edərək bildirib ki, biz ortaq layihələr ətrafında düşünməli, müxtəlif səfərlərdə olmalıyıq. Alim hesab edib ki, bu səmimi görüş iki ölkə arasında gələcək əməkdaşlığımız üçün  əhəmiyyətli olacaqdır.

Əlizadə Əsgərli

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru.

SİZƏ MARAQLI OLA BİLƏR