Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İNSTİTUT KİV-də

Töhfə Talıbova. Mirəli Seyidov - "Azərbaycan xalqının soykökünü düşünərkən"

02-11-2018 [ 10:43 ] [ oxunub:81 ]
printerA+ | A-

Görkəmli mifoloq-folklorşünas Mirəli Seyidov bütün ömrü boyu Azərbaycan mifik təfəkkürünün qaynaqları, xalq mərasimləri, etnogenez məsələləri ilə ciddi məşğul olmuş, ümumtürk mifologiyasının əsas qaynaqlarının, ortaq dəyərlərinin müəyyənləşdirilməsi və təhlili sahəsində azərbaycanşünaslıq elmi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən tədqiqatlar aparmışdır.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 18 sentyabr 2018-ci il 11 saylı iclasının qərarı ilə nəşr olunan çox sanballı bir kitab (444 səhifə) bugünlərdə "Elm və təhsil" Nəşriyyatında işıq üzü görmüşdür.

Əməkdar elm xadimi Mirəli Seyidovun bu kitabında xalqımızın soykökü ilə bağlı məsələlər Azərbaycan müəlliflərinin və tarixi dəlillərin yardımı ilə aydın-laşdırılır, təfəkkür tərzi və ilkin çağlardan onun keçib gəldiyi inkişaf yolu izlənilir.

https://525.az/site/?name=xeber&duzelis=0&news_id=109205#gsc.tab=0