Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

GƏNC ALİMLƏR

Gənc tədqiqatçı Aynurə Paşayeva Türkiyədə elmi ezamiyyətdə olub

21-09-2018 [ 13:59 ] [ oxunub:210 ]
printerA+ | A-
90997

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva 10-15 sentyabr 2018-ci il tarixində Türkiyə Cümhuriyyətinin İstanbul Böyükşəhər Bələdiyyəsi Atatürk Kitablığında elmi ezamiyyətdə olmuşdur. Bu ezamiyyət Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliy­yə yardımı ilə gerçəkləşən “Ermənilərin azərbay­canlılara qarşı törətdiyi soyqırımların Azərbaycan və Türkiyə mətbuatında əksi: faktlar və axtarışlar (1988-1994-cü illər)” adlı (Qrant № EİF/GAM-4-BGM-GİN-2017-3(29)-19/15/5) layihəsi üzrə həyata keçirilib.

Tədqiqatçı Aynurə Paşayeva Atatürk Kitaplığının rəhbəri Ramazan Minderlə görüşmüş, 1988-1994-cü illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı Türkiyə mətbuatında – “Cumhuriyet”, “Hürriyet”, “Milliyet”, “Halkın sesi”, “Türkiye”, “Meydan”, “Tercüman” qəzetləri, “Dünya”, “Meydan” qəzetləri, “Azerbaycan Türk kültür dergisi”, “Azerbaycan dünyası”, “Azerbaycan türkleri”, “Orta Doğu Araştırmaları dergisi”, “Kültür Evreni”, “Türk Dünyası Dil ve Edebiyat Dergisi”, “Barış Araştırmaları ve çatışma çözümleri Dergisi”, “Akademik Bakış”, “Sbard”, “Uluslararası Sosyal ve Eğitim Bilimleri Dergisi” və başqa jurnallarda çap olunan 500-ə yaxın materialı Atatürk Kitaplığının kitabxanasında toplamışdır.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR