Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Daşkənd Dil və Ədəbiyyat İnstitutunun rektoru Ədəbiyyat İnstitutunda

02-07-2018 [ 11:38 ] [ oxunub:31 ]
printerA+ | A-
84027

Özbəkistanın Daşkənd Dil və Ədəbiyyat İnstitutunun rektoru professor Şöhrət Siracəddinov Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub.

Özbəkistandan olan qonaqları AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli salamlayıb. Akademik İsa Həbibbəyli Azərbaycanla Özbəkistan arasındakı ikitərəfli siyasi münasiblətlərdən söz açaraq bildirib ki, dövlətlərimiz arasında yüksək siyasi münasibətlər elmi əlaqələrin inkişafına zəmin yaradır. Akademik çıxışında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan-Özbəkistan ədəbi əlaqələri ilə bağlı görülən işlərdən danışıb.

          Daha sonra çıxış edən Daşkənd Dil və Ədəbiyyat İnstitutunun rektoru professor Şöhrət Siracəddinov göstərdiyi diqqətə görə akademik İsa Həbibbəyliyə öz dərin təşəkkürünü bildirib.

          İki qurum arasında əldə olunan razılaşmaya görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin nəzdində Əlişir Nəvai adına Ədəbiyyat mərkəzinin, Daşkənd Dil və Ədəbiyyat İnstitutunda Nizami Gəncəvi adına Dil və ədəbiyyat mərkəzinin yaradılıması qərarlaşdırılıb.

          Tədbirdə Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi, filologiya üzrə elmlər doktoru Yaşar Qasımbəyli, Daşkənd EA-nın böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülzar Səttarova çıxış ediblər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR