Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Salidə Şərifova. Akademik İsa Həbibbəylinin elmi tədqiqatlarının əsas istiqamətləri

09-04-2019 [ 09:56 ] [ oxunub:183 ]
printerA+ | A-
98946

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, «Əməkdar elm xadimi» (1999), «Şöhrət» ordeni (2007), «Şərəf» ordeni (2009) laureate İsa Əkbər oğlu Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığında xidmətləri olan fədakar alimlərimizdəndir. Akademik İ.Həbibbəyli elmi fəaliyyətində Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığına aid vacib bir sıra problemlərə daha geniş yer ayırmışdır. İsa Həbibbəyli tədqiqatlarında Azərbaycan bədii irsinin qorunması, digər xalqlar tərəfindən Azərbaycan bədii nümunələrinin mənimsənilməsi və ədəbiyyatdan Azərbaycan xalqına qarşı istifadə edilməsi ilə mübarizə aparıcı yer tutur. Xüsusi qeyd etmək lazımdır ki, bu sahədə İ.Həbibbəylinin fəaliyyəti onun AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbəri və AMEA-nın akademiki adı almasından əvvəl başlamışdır. Akademik İ.Həbibbəylinin Azərbaycan bədii irsini qoruması cəhdləri onu, bir  tərəfdən Orta əsr Azərbaycan yazarlarının yaradıcılıqlarını hərtərəfli təhlilinə (ədəbiyyat məsələləri ilə yanaşı fəlsəfi problemlərin təhlili), digər tərəfdən isə Orta əsr Azərbaycan ədəbiyyatının müasir Azərbaycan ədəbiyyatı ilə əlaqələrinin tədqiqinə sövq etmişdir. Akademik İ.Həbibbəyli ədəbiyyat vasitəsilə Azərbaycan tarixinin süni dəyişdirilməsi ilə də mübarizə aparır. Müasir Azərbaycan ədəbiyyatının mövzu problemlərini araşdırması zamanı İsa Həbibbəyli ümummilli lider Heydər Əliyev obrazının ədəbiyyatda əksinə və vətənpərvərlik lirikasının əhəmiyyətinə önəmli diqqət yetirmişdir. Akademik İ.Həbibbəyli Azərbaycan ədəbiyyatında cərəyan və janrların inkişafının,  ədəbiyyatşünaslığın və ədəbi tənqidin tədqiqinə elmi əsərlərində geniş yer ayırmışdır. İsa Həbibbəyli müstəqil Azərbaycan ədəbiyyatının qarşısında duran vəzifələrin, keçdiyi inkişaf mərhələlərin tədqiqinə xüsusi diqqət yetirmişdir.

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR