Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

INSTITUTE IN PRESS

A meeting was held with Professor Vugar Ahmad under the rubric "Beloved, Loved"

29-09-2023 [ 12:09 ] [ read:120 ]
printerA+ | A-

ədlə görüş

Respublika Gənclər Kitabxanası pandemiya ilə əlaqədar karantin şəraitində “Sevilənlər, sevənlər” rubrikası altında izləyiciləri söz, sənət adamları ilə görüşdürməyə davam edir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, növbəti görüş şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Vüqar Əhmədlə baş tutub. Kitabxananın “Instagram” səhifəsində keçirilən canlı yayımda istifadəçilərin sualları cavablandırılıb, mütaliə, şeir sənətinin incəlikləri haqqında dəyərli fikirlər söylənilib.

V.Əhməd Respublika Gənclər Kitabxanası ilə bağlı gənclik xatirələrini bölüşüb, karantin dövründə müəllifi olduğu “Koroğlu” romanının, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 80 illik fəaliyyəti tarixində ilk ensiklopediya olan “Molla Nəsrəddin ensiklopediyası”nın ilk, 2014-cü ildə qələmə aldığı Məhəmmədəmin Rəsulzadəyə həsr edilmiş “Son nəfəsədək Azərbaycan” əsərinin isə təkrar çap olunmasından danışıb. Son bir ildə İran, Belçika, Meksika, Rusiya kimi xarici ölkələrdə fars, ingilis, rus dillərində çap olunan şeir kitabları və elmi məqalələri haqqında məlumat verən qonaq Kəlkütdə “Ayın şairi” adını almasını xüsusilə qeyd edib. O, həmçinin yüksək tirajla çap olunan kitablarından, hərbi vətənpərvərlik mövzusunda yazdığı əsərlərindən də söhbət açıb. Canlı yayım zamanı “şair” və “nəğməkar şair” anlayışları arasında maraqlı paralellər aparılıb, Zeynal Cabbarzadə, İslam Səfərli kimi nəğməkar şairlərin adı çəkilib. Görüş zamanı şair “Polad iradəli ay Polad paşam” və sevgi şeirlərindən nümunələr səsləndirib. Sonda kitabxananın Hüquq İnformasiya Şöbəsinin müdiri Günay Həsənova qonağa canlı yayıma qatıldığına görə öz təşəkkürünü bildirib, bu görüşün Vüqar Əhməd yaradıcılığının vurğunları üçün xoş bir xatirə olacağını söyləyib. “Instagram” səhifəsində yayımlanan canlı yayıma 1120-dən çox baxış olub.

İzləyicilər canlı yayıma https://www.instagram.com/p/CMSTM2EC8mU/ linki vasitəsilə baxa bilərlər.