Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

INSTITUTE IN PRESS

Academic Isa Habibbayli: "Vagif is the creator of the poem with syllabic rhyme in Azerbaijani written literature"

23-10-2017 [ 12:23 ] [ read:83 ]
printerA+ | A-

Oktyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə “Molla Pənah Vaqifin sənət idealları və müasirlik” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, böyük Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, müvafiq elmi müəssisələrin direktorları və əməkdaşları iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamının şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Ardını oxumaq üçün tıkla: https://azertag.az/xeber/1104525