Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

INSTITUTE IN PRESS

Academician Isa Habibbeyli. Literary process movement: From commentary critic to monographic depth

02-07-2018 [ 10:36 ] [ read:160 ]
printerA+ | A-

Ədəbi proses dedikdə ilk növbədə müəyyən olunmuş ilin və ya illərin ədəbi mənzərəsi təsəvvür olunur. 
Ona görə də “Ədəbi proses” yaradıcılıq müşavirələri “İlin ədəbi mənzərəsi” adlı ümumiləşdirilmiş elmi məruzələrlə başlanır. Sovet hakimiyyəti illərindəki “Ədəbi proses”lərdə “Ön söz”lər müstəqillik dövründəki “İlin ədəbi mənzərələri”nin mahiyyətini ifadə etmişdir. Doğrudur, “Ön söz”lər və “İlin ədəbi mənzərəsi”ndə yalnız ədəbi prosesin mövcud vəziyyətindən bəhs edilməklə kifayətlənilməmiş, ədəbi prosesin gedişatından, vəzifələrindən də söz açılmışdır. Bu mənada ədəbiyyatda gedən proseslərin mövcud vəziyyəti, inkişaf meyilləri, yüksəliş ritmləri və çətinlikləri ədəbi prosesin real mahiyyətini ifadə edir. Ədəbi proses - ədəbi həyatın inkişafda olan mənzərəsini təqdim edir. Ədəbi proses - hərəkətdə olan yaradıcılıq prosesi deməkdir.  Bu mənada “Ədəbi proses - 2013”, sonrakı “Ədəbi proses - 2014”ün start nöqtəsidir. Yaxud “Ədəbi proses - 2016” özündən əvvəlki “Ədəbi proses - 2015”in davamıdır. Ədəbi prosesin illəri və gedişatı arasında daxili bir bağlılıq mövcud olur. Ədəbi proses ədəbiyyatdakı yaradıcılıq təkamülü proseslərinin gedişatının mühitdəki əks-sədasıdır. Deməli, ədəbi proses - hərəkətdə və inkişafda olan davamlı bədii yaradıcılıq prosesləri deməkdir. Ona görə də ən yaxşı halda ədəbi prosesin illər üzrə təqdimatında bir əvvəlki il başlanğıc, mövcud vəziyyət hərəkət prosesi, sonrakı il isə ümumiləşmiş nəticə ola bilər. Lakin “sonrakı il” özü də daha sonrakı ilin start vəziyyətini əks etdirdiyi üçün ədəbi proses anlayışı şərtidir. Buna görə də şərti də olsa ədəbi prosesi müəyyən ədəbi-tarixi hadisələr əsasında mərhələlər üzrə ümumiləşdirmək mümkündür. Belə olduqda ədəbi proses ədəbiyyatın bir inkişaf mərhələsi ilə sonrakı başqa bir yüksəliş dövrü arasındakı ideya-mənəvi bağlılığı, yaradıcılıq təkamülü proseslərinin varisliyini, nəticə etibarilə ədəbiyyatda başlanan, sönən və ya yaşamaqda davam edən proseslərin elmi cəhətdən real qiymətləndirilməsini tələb edir. Bu mənada Ədəbi proses həm də məhək daşı funksiyasını həyata keçirir. Ədəbi proses - ələk rolunu yerinə yetirir. Ədəbi prosesin ələyindən, süzgəcindən keçib, yaradıcılıq dalğası kimi yaşamaqda davam edən proseslər böyük ədəbiyyatı yaradan və daha da inkişaf etdirən proseslərdir...

https://525.az/site/?name=xeber&news_id=100669#gsc.tab=0

 

OTHER NEWS