Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

That voice still lives... - Remembering Ilyas Efendiyev - Vagif Yusifli

01-06-2023 [ 12:18 ] [ read:52 ]
printerA+ | A-
103440

There is an artist who throughout his creativity, whatever he writes, whatever problems of life he addresses, always remains true to his artistic nature and the principles of creativity. This is called uniqueness in creativity, and this uniqueness does not allow to identify that artist with someone in the world of literature. People's writer, prominent prose writer and playwright Ilyas Efendiyev was one of such artists.

When you think of Ilyas Efendiyev, you remember the flower of a flower that doesn't lose its fragrance, even if it dries up, as if it had just been peeled. The most delicate, the most fragile, the most virgin feelings among people can be compared with the fragrance of that flower. Also because Ilyas Efendiyev's prose and dramaturgy glorify these delicate feelings in a poetic language.

Let's imagine for a moment that there was no person named Ilyas Efendiyev in the prose and drama of the 20th century, then what would our literature lose? The name and address of the lyrical-psychological trend in our prose and dramaturgy, the new and original school of theater after J. Jabbarli would be lost.

It is a fact that his creativity is not only a literary event - I. Efendiyev, who is considered one of the architects of two great palaces of this literature, such as prose and drama, is also one of the protectors of Azerbaijani spirituality and mentality. The great historical path of our people in the 20th century - more than the success and victory of this path, the pains and sufferings of the people who passed this path live as a history in his work. Undoubtedly, for current and future generations, acquaintance with the image of the 20th century Azerbaijani, the path to the spiritual world of this image will begin with the prose and drama works of Ilyas Efendiyev. These works of art are perhaps more valuable and reliable than history books, whose concept changes in every era and whose direction is determined by ideological winds. I said history, I remembered the words of prominent critic Yashar Garayev: "There are seven "Garabagnamas" - classical documents about the history of Azerbaijan. In total, I consider Ilyas Efendiyev's work as the eighth "Garabagnama".

It is true. And indeed, the artistic works of I. Efendiyev are one of the most reliable sources to understand and love our material, geographical and spiritual Karabakh more deeply.

Ilyas Efendiyev came to literature in the late thirties of the last century. However, until he came to great art, he faced a number of deprivations and difficult tests of time. Having graduated from high school with excellent grades, I. Efendiyev's biggest dream was to come to Baku and enter the literature department of the Pedagogical Institute. In 1934, he achieved his dream. According to his writings, he was deprived of the right to vote because he was considered "rich", therefore he was unemployed, his big house was taken from his hands, and his family of nine was given two small rooms on the second floor of their own house...

Of course, these events, which left a strong mark on Ilyas Efendiyev's memory, would be reflected in his works to one degree or another.

Ilyas Efendiyev's first book was published in 1939. This book called "Letters from the Village" collected his story of the same name and several stories. "Letters from the Village" attracted attention with its clear, fluent poetic language and style, a realistic description of life events, and the presentation of images on a psychological level, characteristic of all his later works.

This first book of I. Efendiyev was not met with silence, and the young critic of that time, Akbar Agayev, in his review entitled "Letters from the Village" ("Edabiyyat Gazete", 1940, February 11), expressed high thoughts about I. Efendiyev, who took his first steps in literature: and is a promising talent with special originality".

İ.Əfəndiyev müharibə illərində "Durna", "Kiçik bir poema", "Yarımçıq qalmış portret haqqında mahnı", "Tar", "Apardı sellər Saranı", "Qəhrəman və bülbülün nağılı" və s. hekayələrini yazdı, döyüş səngərlərindən uzaqda yaşayan insanların mənəvi dünyasını qələmə aldı, onların daxili aləmindəki çırpıntıları, hiss və həyəcanları təsvir hədəfinə çevirdi, necə deyərlər, müharibə içində görünməz müharibəni əks etdirdi. İndi bu hekayələri oxuyarkən qətiyyən onları dövrün "sifarişi" olan yazılar kimi qəbul eləmirsən. Çünki həmin hekayələrdə dövr şərtidir, onlarda təsvir olunan ölməz məhəbbət ideyası, mənəvi qəhrəmanlıq isə əbədidir.

İ.Əfəndiyevin bir oxucusu və tədqiqatçısı kimi belə bir məsələ həmişə məni düşündürüb. O, bir yazıçı kimi qadın psixologiyasını necə də incəliklə bilirdi, bunu öz əsərlərində necə də məharətlə əks etdirirdi. Bu baxımdan heç bir Azərbaycan yazıçısı onunla müqayisəyə gəlməz!...Adını çəkdiyimiz hekayələrdə İ.Əfəndiyev insan qəlbinin dramalarını yaradır. Bu isə o zamankı nəsrimizdə yeni hadisə idi.

1941-ci ildə yazdığı "Durna" hekayəsini xatırlayıram. "Durna onu sevirdi. Bu sevgi yaşıl otlar arası ilə yavaş-yavaş axan, nəcib duyğular təlqin edən bulaqlara bənzəyirdi. Durnanın yetimlik, yalqızlıq iztirabı ilə pərvəriş tapmış qəlbi bu sakit sevginin sadə, mehriban axşamları ilə bəxtiyar idi".

Deməli, böyük sevgi ilə nəfəs alan, onu həyatının mənasına və məhvərinə çevirən gənc qız.. Təzəcə ər evinə qədəm qoyan bu gənc qadının həyat yoldaşı müharibəyə gedir. Təbii ki, intizar, ayrılıq sənələri.. Və birdən... hisslər tüğyana gəlir, Durna şüurunu hisslərinə qurban verir və ...iradəsini itirir...

"Görəsən, Eldar onu bağışlayacaqmı?"

Yazıçı bu hadisəni o qədər təbii təsvir edir ki, oxucu, xəyanət edən qadına nifrət eləmir, yalnız onun halına acıyır. Axı, insan hissləri poladdan, dəmir parçasından yoğrulmayıb, qüvvətli iradəyə malik insanlar da var, zəif, hisslərinin əsiri olan insanlar da...

Təbii ki, hər bir yazıçının yaradıcılığında zamanın möhürü, diqtəsi olur, ancaq bunu da unutmayaq ki, bəzən yazıçı bu diqtədən sərf-nəzər edir, zamanın diqtəsini ürəyinin hökmüylə əvəz edir.

Bir daha həmin o hekayəyə qayıdır və Durnanın etirafları qarşısında susuram: "Sən məni bağışladınmı, Eldar! - dedi, - lakin yox... istəmirəm, mən buna layiq deyiləm... Mən sənin ayrılığın qarşısında özümü itirdim, iradəm sarsıldı. Mənə bir yol göstər, Eldar - əgər sən sağ gəlsən... mən ayaqların dəyən torpaqları göz yaşlarımla isladaraq üzr istəyəcəyəm.. Əgər... əgər gəlməsən..."

Çox-çox sonralar da İ.Əfəndiyev hekayə yaradıcılığını davam etdirdi. İlk hekayələrindəki təbiiliyi, yığcam bir süjet daxilində maraqlı, düşündürücü mətləb ifadə etməyi, ən başlıcası, yaddaqalan obrazlar yaratmaq istəyini sonrakı hekayələrində də görə bilərik. "Xəncər", "Görüş", "Su dəyirmanı", "Yaylaq qonşumuz", "Şəhərdən gələn ovçu", "Yun şal", "Qırçı və qızıl çiçək" hekayələri müxtəlif illərdə yazılıb, ola bilsin, bu hekayələrdə yazıldığı dövrün ab-havası duyulsun, həmin dövrün ictimai çaları hiss edilsin, ancaq yenə təkrar etməyə dəyər ki, İ.Əfəndiyev mümkün qədər bu şablondan - "dövrün həqiqətlərini realistcəsinə əks etdirmək" stereotipindən qaçırdı, o, insan qəlbini, insan mənəviyyatını əks etdirməyə çalışırdı.

İ.Əfəndiyev ilk romanını bir qədər gec yazdı, amma bu roman - "Söyüdlü arx" Azərbaycan nəsrində bir hadisə kimi qiymətləndirildi. 50-ci illərin sonlarında yazılan bu əsər nəsrimizdə dönüşün başlandığından xəbər verirdi. Ölkədə demokratik ab-hava, ictimai-siyasi atmosferdə mülayimləşmə hiss olunurdu və heç şübhəsiz, İ.Əfəndiyev yenilikçi bir yazıçı kimi bunu vaxtında hiss edirdi. O, bu əsərdə Azərbaycan kəndinin mənəvi problemlərini işıqlandırdı. O, cəmiyyətin ictimai-siyasi mənzərəsini deyil, yenə də insan qəlbinin dialektimkasını ön plana çəkdi.  Hörmətli ədibimiz Mir Cəlal Paşayev o vaxt bu əsər haqqında yazmışdı: "Söyüdlü arx" həm manerası, həm də yazı mədəniyyəti etibarilə çoxlarına oxşamayan, memuar stilində yazılmış şirin, oxunaqlı bir əsərdir". Sevgililər qovuşmasalar da, sevgi yaşayır...

İlyas Əfəndiyev nəsrinin ən başlıca məziyyəti nədədir? Ədəbiyyatşünaslar bu suala müxtəlif cavablar vermişlər: biri demiş ki, bu nəsr həyat həqiqətlərinin real təsviri və inandırıcılığı ilə şöhrət tapıb, başqa birisi lirika, şeiriyyət, aydın və səlis üslub yazıçının nəsri üçün əsas barometrdir, - deyib. Bütün bu mülahizələrin hamısı poeziyası haqda yazmışdı: Rəsul Rza poeziyasında qılınc kimi kəskin həqiqətlər vardır. Onun lirikası tikanlı ağ gülə bənzəyir". Məncə bu fikri İ.Əfəndiyevin öz yaradıcılığına da aid etmək olar. Heç şübhəsiz, onun obrazları təsvir üsulunda lirika və romantika üstünlük təşkil edirdi, amma bunlar qətiyyən həyatın reallıqlarını canlandırmaqdan imtina etməyə gətirib çıxarmırdı. Yada salaq "Körpüsalanlar" və "Sarıköynəklə Valehin nağılı" romanlarını. "Körpüsalanlar"da Səriyyə obrazı Azərbaycan ədəbiyyatında yeni idi. Yeni olduğu üçün də mübahisə hədəfinə çevrilmişdi. Milli əxlaqın çoxdan köhnəlmiş, müasirliklə uyuşmayan cəhətləri... və bir də mənəviyyatda baş verən, sanki əxlaqa zidd görünən yeni meyllər.. Ərli bir qadın birdən-birə imkanlı, qəşəng, göyçək, vəzifəli ərindən imtina edir və sadə bir buldozerçiyə qoşulub gedir.. Təbii ki, burada məsələnin "texniki" tərəfi (hüquqi, dini, nikah tərəfi) etiraz doğurur, onlarla, yüzlərlə kişini, qadını həyəcana gətirir, bədii əsər qəhrəmanı Səriyyə üçün qəzet səhifələrində "məhkəmə" qurulur, o da, yazıçı da "milli əxlaq" müstəvisində tənqid hədəfinə çevrilir. Ancaq nəzərə alınmırdı ki, insanın qəlbi də var, sevgisi də.. Və təbii ki, qəlbi və sevgisi olduğu üçün roman qəhrəmanı Səriyyə bir obraz kimi yaşadı..

İlyas Əfəndiyev mahir roman ustası idi. Təkcə müasir dövrün həqiqətləri deyil, tarixi keçmiş də onun bir çox romanlarının mövzusuna çevrilmişdi ("Geriyə baxma, qoca", "Üçatılan", "Xan çinar"). İ.Əfəndiyev bu tarixi romanlarında da müasirlik duyğusuna sadiq qalırdı. Keçmişdə, tarixdə səhv və yanlış meyllər axtarmırdı. Keçmişi və tarixi ideallaşdırmaqdan da çəkinirdi. Sadəcə olaraq, bu gün bizi düşündürən bir çox sualların cavabını axtarırdı. Onun nəsri dramatik elementlərlə zəngin olduğu kimi, pyesləri də nəsrə xas olan dolğun xarakterlərə, kəskin konfliktlərə, maraqlı süjet xəttinə malikdir. Həm də dramaturq İlyas Əfəndiyevlə nasir İlyas Əfəndiyevi eyni sənətkarlıq amalı birləşdirir: dövrün böyük qəhrəmanını yaratmaq, zamanın böyük həqiqətlərini sənət dilinə çevirmək! İ.Əfəndiyev M.F.Axundzadə, C.Cabbarlı, Ü.Hacıbəyli, H.Cavid kimi ustad dramaturqlardan sonra ədəbiyyat tariximizdə öz yolu və məktəbi olan bir sənətkardır. Mərhum və istedadlı rejissorumuz Tofiq Kazımov məhz İlyas Əfəndiyevin pyesləri ilə recissura sənətində lirik-psixoloji təmayülü təsbit edə bildi. Həsənağa Turabov, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Səməndər Rzayev, Fuad Poladov, Səfurə İbrahimova, İlham Namiq Kamal kimi sənətçilərimiz İlyas Əfəndiyevin pyeslərində oynadıqları rollarla məşhurlaşdılır.

"Bahar suları", "Sən həmişə mənimləsən", "Atayevlər ailəsində", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Mənim günahım", "Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Natəvan", "Büllur sarayda", "Sevgililərin cəhənnəmdə vüsalı", "Şeyx Məhəmməd Xiyabani"... bu pyeslər keçən əsrin yarım əsri ərzində dramaturgiyada və teatr aləmində iz salan əsərlərdir.

İlyas Əfəndiyev haqqında bu qeydlərimi başa çatdıranda onun öz obrazı gözlərim qabağına gəldi. Yazıçılar Birliyində keçirilən tədbirlərdə onu bir neçə dəfə görmüşəm. 90-cı illərin əvvəllərində isə İlyas müəllimlə hansı qəzet üçün isə müsahibə də aparmışam. Çox istiqanlı insan idi. Və bir yazımda belə bir cümlə işlətmişdim ki, onun səsi də diri idi, insanı cəzb edirdi, bu səsdə tarixlə bu günün çalarları birləşmişdi. 

 Son söz: Altıncı sinifdə oxuyurdum. Bir gün əmim Fərman mənə İlyas Əfəndiyevin "Söyüdlü arx" kitabını verdi ki, oxu, kənd həyatından yazılıb. Mən də oxudum və o zamanın bir "ədəbiyyat həvəskarı kimi bu əsər haqqında on-on iki cümlədən ibarət balaca bir "məqalə" yazdım. Göndərdim "Ədəbiyyat və incəsənət" qəzetinə. İki həftədən sonra həmin o yazı qəzetdə dərc edildi. 1962-ci il idi. O yazıdan sonra mən ədəbiyyata daha möhkəm bağlandım.

OTHER NEWS