Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The center of the study of our literature and the Arab world - Imamverdi Hamidov

06-03-2024 [ 13:34 ] [ read:7 ]
printerA+ | A-

Azerbaijan's literature, which has a rich history, originates from sensitive folk thought and folklore, and has also benefited from the literary heritage of the peoples with whom it is in spiritual, religious, socio-political contact. The Islamic factor was also an important factor here. We observe this in the wise proverbs presented in laconic expressions, or in the works of Nizami, Fuzuli and other great classics. The masters of the art of artistic words, who presented the complexities of people's life and spiritual thought in the light of Islamic values, used Arabic and Persian languages in addition to their native Turkish-Azerbaijani language. During the period when "Kitabi-Dada Gorgud" and Oghuznams were created, poets of Azerbaijani origin who had already mastered the language of the "Holy Qur'an" created exemplary poetic works in Arabic. Since the 8th century, these works have been distributed in Medina and other Arab-Islamic centers.

XI əsrdə böyük ədəbiyyatşünas Xətib Təbrizi ədəbi təlimini Təbrizdən başlamış və Bağdadda davam etdirmişdir. İşraqi ədəbi-fəlsəfi cərəyanının nümayəndəsi Yəhya Sührəvərdi və huruf şairi İmadəddin Nəsiminin əsərləri öz dövründə ərəb dünyasında yayılmışdır.

Xaqani Şirvani, Eynulqudat  Müyanəçi, Məhəmməd Füzuli və digər Azərbaycan mütəfəkkirlərinin ərəb dilində yazdıqları poetik əsərlər ərəb ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

Çox müxtəsər şəkildə nəzər saldığımız bu şair, ədib və mütəfəkkirlərin irsi ölkəmizdə davamlı şəkildə nəşr, tərcümə və tədqiq edilmiş və edilməkdədir.

Elmlər Akademiyasının bir qurumu kimi yaradılmış Ədəbiyyat İnstitutunun alimləri ədəbiyyatşünaslıq elminin mərkəzi kimi göstərilən istqamətlərdə fəaliyyətini genişləndirməyə çalışmışdır. Bu işdə akad. M.A.Dadaşzadə, akad. H.Araslı, akad. M.Cəfərov, prof. M.Quluzadə, prof. M.Təhmasib, prof. R.Əliyev, prof. Q.Kəndli Herisçi kimi ustadlar onlara istiqamət vermişlər. Keçən əsrin 50-60-cı illərindən başlayaraq Sovet İttifaqının ərəb ölkələri ilə əlaqələri yaranmağa və genişlənməyə başladıqdan sonra ərəb dünyasında Azərbaycan ədəbiyyatının öyrənilməsinə maraq artdığı üçün Ədəbiyyat İnstitutunda da ərəb ölkələri ilə əlaqələrin yaradılmasına diqqət verilmişdir. Ölkəmizdə yubileyləri keçirilən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə kimi böyük şair və ədiblər haqqında hazırlanan müxtəsər kitablar başqa dillərlə yanaşı ərəb dilinə də tərcümə edilmişdir.

Müstəqillik dövründə Ədəbiyyat İnstitutunun ərəb ölkələri ilə əlaqələri daha da genişlənmişdir. Bu işdə ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin xidmətləri böyükdür. 1994-cü ildə Füzulinin 500 illik yubileyinin keçirilməsinə qayğı ilə yanaşan ölkə prezidentinin göstərişi ilə Bağdadda və Kərkükdə təntənəli mərasimlərdə Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi və Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun alimləri iştirak etmişlər. Ədəbiyyat İnstitutunun əməkdaşları B.Nəbiyev, T.Kərimli, N.Araslı, V.Quliyev, Q.Paşayev, İ.Həmidov, Ş.Alışanlının çıxışları maraqla dinlənilmişdir.

Ədəbiyyatşünas alimlərimiz Şərq xalqlarının ədəbiyyatı ilə bağlı ərəb ölkələrində keçirilən tədbirlərə dəvət edilir, beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edirlər. 2009-cu ildə Suriyada Nəsimiyə həsr edilmiş tədbirdə akad. Bəkir Nəbiyev, akad. Teymur Kərimli, prof. Qəzənfər Paşayevin iştirakı və çıxışları əhəmiyyətli olmuşdur.

Yaradılmış münasib şərait və alimlərimizin fəallığı nəticəsində bir çox ərəb alimləri ölkəmizə gəlmək, ədəbi mühit və ədəbi irsin qorunduğu xəzinələrdən istifadə etmək təşəbbüsündə olmuşlar. Bu baxımdan Beyrut Universitetinin (Livan) professoru Viktor əl-Kikin, Eyn Şəms Universitetinin professoru Muhəmməd Səid Cəmaləddinin Ədəbiyyat İnstitutunda görüşləri hər iki tərəf üçün maraqlı olmuşdur.  Bəhreyn Universitetinin professoru Abduləziz əl-Ani Şirvan şair, ədib və mütəfəkkirlərinin ədəbi irsi  ilə tanış olmaq üçün Azərbaycana elmi səfər etmək həvəsindədir.

2011, 2012 və 2013-cü illərdə Əlcəzairin Tlemsen şəhərində təsəvvüflə bağlı keçirilən beynəlxalq elmi konfranslarda bizim iştirakımız çox səmərəli olmuşdur. Seyid Yəhya Bakuvi haqqında təqdim etdiyim məruzə maraqla qarşılanmışdır. Əlcəzair Elmi-Tədqiqatlar Mərkəzinin əməkdaşı, doktor Zaim Xanşlavi fransız dilində qaynaqlardan istifadə edərək Nəsiminin poeziyası və dünyagörüşü haqqında çıxış etmişdir. O, 2015-ci ildə Bakıya səfəri zamanı Ədəbiyyat İnstitutu və Fəlsəfə İnstitutunun əməkdaşları qarşısında çıxış etmişdir.

2021-ci ildə Nizami Gəncəvi ilinin keçirildiyi dövrdə ərəb alimləri böyük Azərbaycan şairinin öyrənilməsinə marağı daha da artırmışlar. Məlumdur ki, hələ keçən əsrin ikinci yarısında şairin irsinin öyrənilməsi sahəsində Misir alimləri prof. Muhəmməd Quneymi Hilal, Abduneym Həsəneyn, Muhəmməd Bədi Cuma, Muhəmməd Səid Cəmaləddin Nizami Gəncəvi irsinin öyrənilməsi sahəsində böyük işlər görmüşlər. Eyn Şəms Universitetinin professoru Abdussəlam Abduləziz Fəhmi və Qahirə Universitetinin professoru Hüseyn Mucib əl-Misrinin Xaqani Şirvaninin və Məhəmməd Füzulinin həyatı və yaradıcılığının tədqiqi ilə məşğul olmuşlar. İraq Füzulinin ərəb dünyasında tanıdılmasında İraq alimi doktor Hüseyn Əli Məhfuzun xidmətləri vardır. Adıçəkilən alimlərin "Fəzilət şairi Nizami Gəncəvi. Həyatı, mühiti və əsərləri", "Buhturidə və Xaqanidə Mədain qəsri", "Türk şeirinin əmiri Füzuli Bağdadi" adlı əsərləri Xaqani, Nizami və Füzuli irsinin tədqiqində böyük əhəmiyyətə malikdir.

Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli İnstitutun ərəb ölkələri ilə əlaqələrinin genişlənməsi qayğısına qalır və münasib mütəxəssisləri bu istiqamətə yönəldir. 2021-ci ildə Nizami ilinin keçirilməsi ilə əlaqədar YUNESKO-nun nəzdində Azərbaycan Milli Komitəsi, Azərbaycan Respublikasının İordaniyadakı Səfirliyi, Ammandakı Al Beyt Universiteti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun iştirakı ilə ərəb alimlərinin Nizami haqqında yazdıqları məqalələrdən ibarət "Azərbaycan şairi Nizami Gəncəvi ərəblərin gözü ilə" adlı kitab hazırlanmışdır. Kitabın elmi redaksiya heyəti akad. İsa Həbibbəyli, prof. İmamverdi Həmidov və Mərakeş alimi prof. Əhməd Musadır. Burada 8 ərəb ölkəsindən 13 alimin məqaləsi, habelə akad. İsa Həbibbəyli və prof. İmamverdi Həmidovun məqalələri verilmişdir. İlk dəfə olaraq ərəb dünyasında böyük şairimiz haqqında nəşr edilən kitabın üz qabığında "Azərbaycan şairi Nizami Gəncəvi" ifadəsi əksini tapmışdır.

2024-2025-ci illərdə yerinə yetirilməsi nəzərdə tutulan YUNESKO-nun mədəniyyət layihəsində iştirak edən Ədəbiyyat İnstitutu təklifini  "Misirin Qahirə və İskəndəriyyə kitabxanalarında saxlanılan əlyazmalarda Azərbaycan müəlliflərinin əsərlərini aşkara çıxarmaq, seçilmiş nümunələri tərcümə və nəşr etmək" adlı işlə irəli sürmüşdür. Müsbət nəticə alındığı təqdirdə, təklif alimlərimiz tərəfindən Misirdə və Azərbaycanda yerinə yetiriləcək.

Ərəb ölkələrində Azərbaycan ədəbiyyatı nümunələrinin təbliği işində Ədəbiyyat İnstitutu həmişə maraqlı olmuşdur. Son illərdə Bakıda elmi-tədqiqat yolu keçmiş və hazırda fəaliyyətini burada davam etdirən Misir alimi prof. Əhməd Sami Kamal Abdullanın "Yanmayan əlyazma" əsərini ərəb dilinə tərcümə etmişdir. Kitab Qahirədə geniş tirajla nəşr edilmişdir.

Son günlərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna ədəbiyyatımız üçün çox əhəmiyyətli bir iş daxil olmuşdur. Bu, Nizami Gəncəvi "Xəmsə"sinin ərəb dilinə tərcüməsi ilə bağlıdır. Bilindiyi kimi, böyük şairin "Xəmsə"si dünyanın bir çox ölkələrində tədqiqata cəlb olunduğu kimi onun tərcüməsi də həyata keçirilir.

Bütov şəkildə o, ingilis və rus dillərinə, "Xəmsə"yə daxil olan əsərlərin bəziləri müxtəlif dillərə tərcümə edilmişdir. Bu işdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü təqdirəlayiqdir. Bu vaxta qədər yalnız "Xosrov və Şirin" poeması ərəb dilinə çevrilmişdir. "Xəmsə"nin tam tərcüməsi Qahirə Universitetinin Elmi Tədqiqatlar fakültəsinin azad professoru Abduləziz Mustafa Məhəmməd Bakkuş tərəfindən yerinə yetirilmişdir. Hazırda bu filoloji tərcümə bizim tərəfimizdən redaktə edilir. Göstərmək lazımdır ki, Misir Nizamişünası çox çətin və zəhmət tələb edən bir iş görmüşdür. Şübhəsiz, hər yerdə var olmağını bildirən dahi Nizami ərəb dünyasında da oxucuların gözü qarşısında canlanacaq.

Hesab edirik ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə ərəb ölkələri arasında əməkdaşlıq əlaqələri daha da genişlənəcək.

OTHER NEWS