Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Mammad Araz‘s independence period lyrics - Yashar Gasimbeyli

31-10-2023 [ 14:46 ] [ read:91 ]
printerA+ | A-
103904

The work of the folk poet Mammad Araz is considered one of the unique events of 20th century Azerbaijani poetry. We must separately mention two important features that determine the essence and importance of the literary heritage of an outstanding artist. First, the poetry of Mammad Araz is one of the main national literary sources that revive and shape the national independence thinking of the Azerbaijani people. The second is the People's poet Mammad Araz Bakhtiyar Vahabzadeh, Khalil Reza Ulutürk, Nariman Hasanzadeh, Huseyn Kurdoglu, Fikret Goca, Fikret Sadiq, Musa Yagub, Mammad Ismayil, Shahmar Akbarzadeh, Vagif Samadoglu, Sabir Rustamkhanli, Zalimkhan Yagub, Ramiz Rovshan, Vahid Aziz and others. He is one of our irreplaceable artists who laid the first cornerstones of Azerbaijani poetry during the period of independence. Academician Isa Habibbayli rightly wrote about the great poet's creative path in the 90s in his monograph "People's Poet Mammad Araz": "Mammad Araz has always been on guard in the trenches of the Fatherland with his great art, which lasted for more than forty years. People's poet Mammad Araz even at the current stage of independence, he is a warrior guard on the path of the nation and national state. And this is very meaningful, valuable and instructive that the words of Mammad Araz are valid for the whole nation. He is a worthy elder not only of our poetry, but of our literature and culture in the broadest sense of the word, at the current stage, at the threshold of the 21st century. "Today, if necessary, national poet Mammad Araz has the moral right to give a poetic verdict, ``Stand up, Azerbaijan!''" (1, 34-35). Indeed, the poems written by the great artist during the First Karabakh War - in the early 90s - confirm the views of the prominent literary critic. The most important works of the folk poet, which took the main place in the creativity of this period - "Oh my Lord, this world is not built by you" (1991), "Ata nation, mother nation don't cry" (1992), "We are called by the Motherland" (1992), "Soldier's son" " (1993), "Stand up, Azerbaijan" (1992), "I want to leave" (1992), "We are not" (1992), "Border fences" (1992), "Lies of the century, promises of the century" (1992) , "Connect me to the mountain wind" (1992), "The beggar refugee" (1992), "We are the shooter, we are the target" (1992), "Is this what living is" (1992), "This nation's troubles" (1992), " Ay Allah" (1992), "Return" (1992), "This person is an island person" (1992), "What did we give to this nation?!" (1992), "What is there to live for?" (1993) and others. His poems constitute the first golden pages of Azerbaijani poetry during the period of independence.

"Ayağa dur, Azərbaycan" şeiri təkcə 90-cı illərin yox, ümumən, XX yüzil milli şeirimizin möhtəşəm nümunələrindən biridir. Bu şeirdə sənətkar və xalq dialoqu kəskin şəkildə qoyulmuşdur:

Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

 

Bu şeirin özəlliyi və orijinallığı onun bir neçə xüsusiyyəti ilə səciyyələnir. Min illik Azərbaycan poeziyasında xalqa bu dərəcədə və bu səviyyədəki açıq müraciəti müşhidə etmirik. Ərəb və monqolların, başqa işğalçıların onlarla, yüzlərlə hücum və müharibələrinin şahidi olan əzabkeş Azərbaycan şeirində xalqı açıq mübarizəyə səsləyən bu qədər kəskin və emosional müraciət yazılmamış, bəlkə yazılsa belə bizim zəmanəmizə gəlib-çatmamışdı. Həqiqətən, 1992-ci ilin 19 mart günü yazılan bu tarixi şeir bəlkə də Azərbaycan tarixinin ən ağır və qanlı çağlarının ifadəsidir. Bir tərəfdən erməni-daşnaq işğalçılarının namərdcəsinə hücumları, ikinci tərəfdən isə daxili çəkişmələr, qardaş qırğınları və vətəndaş müharibəsinin alovlanmaq təhlükəsi burulğanında iztirab çəkən ana yurd obrazı bu şeirdə ürək qanı ilə ağ kağız üzərinə köçmüş, əbədiyyətə vəsiqə almışdır.

 

Səndən qeyri biz hər şeyi bölə billik!

Səndən qeyri biz hamımız ölə billik!                       

 

Müəllifin dəhşətli nigarançılığının və bütün qəlbini saran iztirabların əsas səbəbi də məhz budur: Ana Vətənin yenidən daha kiçik parçalara və bölgələrə bölünmək təhlükəsi müəllifi hayqırmağa məcbur edir. Bu bölünmələr isə təbii və zəruri şəkildə artıq Vətənin ölümü və sonu deməkdir. Vətənin ölməsi isə ağlasığmazdır. Vətən vətəndaşlar diri ikən ölməməlidir. Bu min illərin, yüz illərin dəyişməz qanunu və həqiqətidir. Şair "biz hamımız ölə billik" dəhşətini və həqiqətini qəbul edir. Amma bir şərtlə: "Səndən qeyri"! Ona görə də qoca şair söz qılıncını göylərə qaldırıb hayqırır, o taya və bu taya hay salır, haraylayır:

 

Bu, Şəhriyar harayıdı,

Bu, Bəxtiyar harayıdı!

 

Şair öz adından, ustad Şəhriyar adından, milli qəm və qələm yoldaşı Bəxtiyar adından millətə üz tutur, onu yumruq kimi yumulmağa, düşmən önündə varını-yoxunu, qızını-oğlunu səfərbər etməyə səsləyir:

 

Hanı sənin tufan yıxan,

Gurşad boğan yurda oğul oğulların!

Qara Çoban, Dəli Domrul oğulların.

 

Müəllif bununla kifayətlənmir, yağı qarşısında yenilməmək üçün hətta mümkün olmayanları belə etməyə çağırır. Vətən dağlarından və qayalarından sinələrə sipər yaratmağı tələb edir:

 

Çək sinənə - qayaları yamaq elə,

Haq yolunu ayağına dolaq elə,

Bayrağını Xəzər boyda bayraq elə,

Enməzliyə qalxmış olan bayrağını!

 

Məmməd Araz yaradıcılığında və xüsusən, onun istiqlal lirikasındakı tragizm, şübhəsiz ki, gələcək tədqiqatların da mövzusu olacaq. Böyük sənətkarı yalnız Azərbaycanda baş verən haqsızlıq və ədalətsizliklər deyil, bəlkə bütün postsovet məkanındakı başıpozuqluqlar və hərcmərclik düşündürürdü. Bu mövzudakı şeirlərində Məmməd Araz da mənəvi sələfləri və ustadları Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Əhməd Cavad, Səməd Vurğun və Rəsul Rza kimi qardaş xalqların faciəsini öz münis kədəri kimi yaşaya bildiyini yüksək sənətkarlıqla nümayiş etdirir. Bu cəhətdən əzabkeş şairimizin 90-cı illərdə qələmə aldığı bir sıra şeirlər diqqətəlayiqdir. "Çeçen faciəsi" (1995) məhz belə şeirlərdən biridir:

Allah, Allah, bu nə dünya, bu nə bəşər?!

Gözgörəti insan yanır, insan ölür:

Körpəsiylə, qocasıyla, xəstəsiylə,

Torpaq yanır: bulağıyla, ağacıyla,

Torpaq yanır: havasıyla,

Qarışqası, böcəyiylə...

 

Məhəmməd Hadi əsrin əvvəllərində dünyanı bürümüş qanlı-qadalı qırğınlara cavab axtardığı kimi, Məmməd Araz da əsrin sonundakı dəhşətli və mənasız qanlı döyüşlərin səbəblərini düşünməyə, dərk etməyə çalışırdı. Bu ölüm-dirim savaşlarının nədən başlandığını və nə ilə, necə qurtaracağını anlamağa, səbəbkarları, günahkarları durdurmağa can atırdı:

 

Didir insan bir-birini;

Yeyir insan bir-birini.

Bilmək olmur kim günahkar,

            Kim haqlıdır.

Hamı, hamı günahsızdı-silahszdı,

Hamı, hamı günahkardı-silahlıdı.

 

Bütün müharibələrə, insanların törətdiyi vəhşiliklərə və qırğınlara sonradan hüquqi-siyasi qiymət verilir. Amma öncə onları şairlər təhlil edir və dəyərləndirir. Öncə poetik qiymət səslənir. 90-cı illərin ortalarında ölüm-qalım savaşlarının qızğın çağlarında poeziya bütün bunlara öz aydın və xalis münasibətini ifadə etməkdən çəkinmirdi:

 

Öz yurdunu şum eləmək,

Qan axıtmaq, sonra, sonra

Su axtarmaq - qan yumağa?!

"Mənim" - deyib o torpağı

Əkmək, sonra mərmi səpmək,

Çox qəribə davadı bu...

 

"Qoluzorlulara nifrətim var" (1995) şeirində də Məmməd Arazın haqq və ədalət uğrunda mübarizəsi milli və dini müstəvidən kənara çıxır. Müdrik şair bütün insanlığın və bəşərin əmin-amanlığı, səadəti barəsində düşünür. Məmməd Araz Azrəabycan xalq şeirinin və klassik poeziyamızın humanist ənənələrini davam etdirərək bədii-fəlsəfi fikrimizin ən yüksək zirvələrinə layiq və uyğun sənət inciləri yaradır:

 

Bütün qoluzorlulara nifrətim var:

Boylu olsun, alçaq olsun.

...Çinli olsun, çinsiz olsun,

Dinli olsun, dinsiz olsun...

 

Məmməd Arazın bədii-fəlsəfi təhlilləri də ümiminsani dəyər daşıyır. Şair insanın varlığının və ölümünün mənasını açmaq istəyir. Göz önümüzdə mövcud olan şeylər - şəhərlər, kəndlər, məhəllələr, küçələr, yollar nəyə görə və necə bir andaca yoxluğa dönə bilər? Onları kimlər yaradır və kimlər məhv edir? İnsan niyə doğulur və niyə ölməlidir, daha doğrusu, öldürülməlidir? O dünyaya gələndə nə üçün doğulduğunu sormuruq və öldürüləndə isə onu kim və nəyə görə öldürdüyünü də bilmirik. Həqiqətən, baş verənləri və öz gözlərimizlə gördüklərimizi real məntiq müstəvisində təhlil etmək, dəyərləndirmək mümkün deyil. Dahi Hüseyn Cavidin yüzilin başında insanın gücü və gücsüzlüyü haqqında öncə söyləməsi həmin yüzilin sonunda bir daha öz amansız təsdiqi ilə üzləşir: "İblis nədir? Cümlə xəyanətlərə bais, Ya hər kəsə xain olan insan nədir? İblis!" İnsan və İblis qarşıdurmasında insanın növbəti və daha ağır məğlubiyyətini Məmməd Araz məharətlə bədiiləşdirib: "Öldürənin böyründəcə sən də vardın, Mən də vardım şeytanla bir. Sözə baxın: Şeytan insan öldürürdü, insanla bir. Şeytanın da, insanın da Birgə təlim keçdiyini Özüm gördüm öz gözümlə. İnsanın başında şeytan papağı, Şeytanın başında insan papağı. Özləri beləcə dəyişmişdilər, Aylarla beləcə döyüşmüşdülər."

"Sənə inanıram" (1995) şeiri Məmməd Arazın istiqlal lirikasında xüsusi mövqeyi və çəkisi olan şeirlərindən biridir. Çağdaş gerçəkliyin tragizmi və ziddiyyətləri bu şeirdə də öz əksini tapıb. Müəllif yenə də vəziyyətdən çıxış və qurtuluş yolları barəsində gərgin düşünməkdədir. Şair sanki milli dərdlərimizə və yaralarımıza məlhəm axtarır. Bizim taleyimizə və milli təhlükəsizliyimizə zərbə vura biləcək mərəz və xəstəliklər, qüvvələr və güclər haqqında fikrə dalır; Ağ ilan, qara ilan, ala şeytan, boz şeytan, qara qurd, ağ qurd... "Nə dona girsə də ilandır, ilan, Lənət ağına da qarasına da. Nə dildə danışsa - şeytandı, şeytan, Lənət bozuna da alasına da. Bunu mən demirəm, babalar deyib: Qurdnan yoldaş ol, çomağı bərk tut, Göz qırpdın qapacaq o üzə gülən, Az oldu yaltaqdı, çox oldu cəllad".

"Sənə inanıram" şeirinin özünəməxsus milli və bədii dəyəri, yuxarıda misal gətirdiyimiz parçadan göründüyü kimi, çağdaş reallığın sərt və realist təhlili ilə səciyyələnir. Ümumən, XX yüzil Azərbaycan poeziyasının realizmindən bəhs edərkən Məmməd Araz lirikasına xüsusi toxunmaq lazımdır. Azərbaycanın milli mentalitetinin və gerçəkliyinin ən obyektiv təhlilçisi Mirzə Ələkbər Sabirdən sonra, şübhəsiz ki, Məmməd Arazdır. Bildiyimiz kimi, dahi Sabir milli qəflət və qəbahətlərimizi, qüsur və qeyrətsizliyimizi amansızcasına ifşa edirdi. Ancaq gəlin etiraf edək, Sabirin və b. klassiklərimizin bizə qoyub getdiyi örnəklərində milli ehtiyatlılığımız və təhlükəsizliyimiz barəsində az bilgilər mövcuddur. Milli mövcudluq və düşmən mühasirəsində yaşamaq, var olmaq və qalib gəlmək dərsləri heç kimin şeirində və nəsrində Məmməd Arazda olduğu qədər təbii və aydın əks etməyib. Bu mənada Məmməd Araz müdrikliyini dahi və klassiklərimizdən yalnız və yalnız milli mədəniyyətimizin banisi, ulular ulusu Dədə Qorqudla müqayisə etmək olar. Məmməd Araz 90-cı illərdə məhz Dədə Qorqud müdrikliyi ilə bizə yaşamağı öyrədir, həyat dərslərini keçirdi: "Beləcə, kiçilər "böyük olanlar", Beləcə böyüməz kiçik olanlar. Ayaq yalayanlar - küçük olanlar, Kiçiklər zənciri böyük əlində, Yüz səmtə qısqırdar yeri gələndə. Yüz yol söz verildi, and da içildi, Unutduq: "bu itlər girəvəcildi", Çevrildin, qəfildən qapacaq səni, Qapıb öz baltanla çapacaq səni, Hələlik bu düşüb baxtımıza bu, Hələlik doğrudur bu acı doğru". Şairin aşağıdakı xəbərdarlığı isə təkcə öz zamandaşlarına və müasirlərinə ünvanlanmayıb. Məmməd Araz gələcək nəsillərimizdən də nigarandır. Onları da unutmamağa, "girəvəcil" və "üzəgülən" düşmənlərdən ehtiyatlı olmağa çağırır:

 

Ayıq olmalıyıq, hər yerdə ayıq,

Süfrədə, yataqda, səngərdə ayıq,

Mən ayıq, sən ayıq, sərkərdə ayıq...  

 

Çağdaş söz sənətimizdə müstəqillik dövrü gerçəkliyinin bədii-fəlsəfi təhlili və dəyərləndirilməsi ədəbiyyatşünaslığmızın qarşısında duran mühüm vəzifələrdən biridir. Bu prosesdə altmışıncıların özünəməxsus missiyası və mövqeyi ayrıca bir tədqiqatın mövzusudur. Məmməd Araz yaradıcılığında müstəqillik dövrü epoxasının inikası isə daha bir mühüm və vacib məsələlərdən olub, diqqəti xüsusi cəlb edir. Şairin bu yöndəki mənəvi-estetik axtarışlarını təhlil edib ümumiləşdirərkən, milli idealın seçimi və ifadəsi ilə bağlı problemin son dərəcə mühüm əhəmiyyət kəsb etdiyini görürük. Azərbaycan tarixinin bütün böyük-kiçik, uzaq və yaxın mərhələlərini nəzərdən keçirən müəllif öz mənəvi istinadgahı kimi tariximizin qaranlıqları içərisindən iki nurlu nöqtəni kəşf edib bizə göstərməyə nail olur: Şah İsmayıl Xətayi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev. Əgər son 500 illik tariximizin ən parlaq səhifələri Xətayi babanın müqəddəs qılıncı ilə əbədiyyətə həkk olunmuşsa, çağdaş 50 illik tariximiz isə bütün zamanların ən böyük Azərbaycanlısı Heydər Əliyevin qələmi ilə yazılmışdır. Bu gün hamının anladığı və dərindən dərk etdiyi bu həqiqəti xalq şairi Məmməd Araz hələ 90-cı illərin əvvəllərində uzaqgörənliklə ifadə etmişdi. Bəli, 500 illik keçmişimiz ulu Xətayinin qılıncı ilə, önümüzdəki gələcək isə Ulu Öndərin qələmi ilə müəyyənləşmişdir:

 

Başımın üstündə müqəddəs Quran,

Sənə inanıram, ölkə rəhbəri.

Sənə inanıram, keşikdə duran

Ayıq Vətən oğlu, Vətən əskəri!

 

Böyük şair yaradıcılığının ən mötəbər tədqiqatçılarından biri, akademik İsa Həbibbəyli müstəqillik dövrü ədəbiyyatında yeni milli və bədii idealın dərkindən, təsdiqindən və inikasından bəhs edərkən aşağıdakıları yazırdı: "Böyük ədəbiyyat, həqiqi şeir-sənət artıq Məmməd Arazın tale ortağıdır. Bu böyük və müdrik sənətin şərəfli və məsuliyyətli yükünü - ədəbiyyatımızın böyük idealları ilə səsləşən Məmməd Araz ideallarını ayrılıqda bir şair deyil və ya ümumiyyətlə, qələm əhli yox, sözün geniş mənasında bütöv Vətən əhli çəkib daşıyır. Bu isə öz növbəsində xalq şairi Məmməd Arazın mənəvi zənginliyə, daxili saflığa, millilik və vətəndaşlığa, habelə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə aparan böyük, magistral yolun əsas, gücül poetik lokomotivi olması deməkdir. Mİlli yüklü həmin şeir-sənət, ədəbiyyat qatarı təkcə öz müəllifini deyil, bütövlükdə xalqımızı XXI əsrə aparır".

Görkəmli alimin vurğuladığı qüdrətli poeziya lokomotivinin şeiriyyətimizə və ümumən, milli söz sənətimizə baxş etdiyi töhfələrdən söz düşmüşkən, bir sıra mühüm bədii estetik yenilikləri burada xüsusi qeyd etməyi vacib hesab edirik:

1. Ötən əsrin əvvəllərində M.Ə.Sabirin və Məhəmməd Hadinin birlikdə əsasını quyduqları yeni Azərbaycan şeirindəki Milli Kədəri ilk dəfə məhz Məmməd Araz əsrin ortalarında yenidən diriltməyə və dirçəltməyə cəsarət etdi. M.Ə.Sabirin sərt satira dilində söylədiyi ana yurd həqiqətlərini və M.Hadinin ərəbi-farsi dumana bürünmüş millət həsrətlərini M.Araz Vaqifin, Ələsgərin, Vurğunun şirin dilində, hədsiz doğma və qayğıkeş ahənglərdə, M.Araz üslubunda bizə təlqin etdi.

2. Məmməd Araz - yeni vətəndaşlıq lirikamızın banisidir. Əslində bu növ poeziyanın bünövrəsini bizdə ilk dəfə mollanəsrəddinçi şairlərimiz və romantiklərimiz qoymuşdular. Yəni bilavasitə milli mentalitetimizi, dünyagörüşü və adətlərimizi, əxlaq və mənəviyyatımızı təhlil obyektinə çevirən və tənqid edən, tərbiyəvi-islahedici təsirə, pafosa malik şeirlərin ilk klassik nümunələrini M.Ə.Sabir, M.Hadi, A.Şaiq, H.Cavid, A.Səhhət, Ə.Cavad kimi korifey sənətkarlarımız yaratmışdılar. Amma sovet dövründə bu proses tamamilə başqa səmtə yönəldildi, yeni ideaya-estetik müstəvidə formalaşan S.Rüstəm, S.Vurğun, M.Rahim, R.Rza, O.Sarıvəlli, Ə.Cəmil və başqaları kimi görkəmli klassiklərimizin iştirakı ilə sovet ideologiyasına söykənən, sosializm cəmiyyəti əxlaqına və prinsiplərinə əsaslanan son dərəcə məfkurəvi bir vətəndaşlıq lirikası ərsəyə gəldi. M.Araz erkən yaradıcılığından başlayaraq məhz bu ideoloji-estetik inikas sisteminə qarşı çıxırdı. O, qətiyyətlə və həqiqi sənətkar səmimiyyəti ilə Vətən və vətəndaşlıq haqqında siyasi, sinfi və ideoloji qəliblərlə düşünməyi qəbul etmirdi. Böyük şairin bu qiymətli estetik yeniliklərini o vaxt özü də israrla bu yola qızğın maraq göstərən bir gənc qələm sahibi kimi xalq şairi Sabir Rüstəmxanlı ilk dəfə yüksək qiymətləndirdi. "Vətən daşlarının vətəndaşlıq nəğməsi" yazısı 70-ci illərdə yazılmasına baxmayaraq bugün də ustad Məmməd Araza və sözü gedən mövzuya həsr olunmuş ən yaxşı məqalə dərəcəsini və statusunu uğurla qoruyub saxlamaqdadır.

3. Məmməd Araz ustad S.Vurğun və ustad R.Rzanın poeziya məktəblərinin estetik təcrübəsini öz yaradıcılığında birləşdirməyə can atan qüdrətli və novator şairlərimizdən biridir. Ümumən, 20-ci illərdən başlanan və 50-ci illərdə də öz kəskinliyini saxlayan Heca və Sərbəst qarşıdurmasını yumşaltmağa çalışan ən orijinal altmışıncıların biri və birincisi də M.Araz olub. Əgər Əli Kərim, Fikrət Sadıq, Fikrət Qoca, Abbas Abdulla, İsa İsmayılzadə, Vaqif Səmədoğlu və başqaları sərbəst vəzni heca ahəngdarlığı və intonasiyası ilə sintez etməyə çalışırdılarsa, M.Araz, B.Vahabzadə, Qabil, X.R.Ulutürk, N.Həsənzadə, M.İsmayıl və başqaları isə ənənəvi vəznə sərbəstlik sızdırmaq, hecaya sərbəstin poetexniki ünsür və elementlərini peyvənd etməyi məqsədə uyğun sayırdılar.

4. 60-cı illərdən etibarən Azərbaycançılıq ruhunun və Azərbaycan düşüncəsinin sürətlə intişarında poeziya və publisistikanın fəal iştirakı danılmazdır. Tam əminliklə söyləmək olar ki, ədəbiyyatımızda Azərbaycançılığın yeni mərhələdəki banisi xalq şairi Məmməd Arazdır. Ən yaxın amal və məslək dostları Ə.Kərim, B.Vahabzadə, X.R.Ulutürk, F.Sadıq, A.Abdulla və başqaları ilə birlikdə "Azərbaycan dünyasından baxdım dünyaya" deyən M.Araz Azərbaycan düşüncəsinin və idealının milli həyatımızda və mənəviyyatımızda dərin kök atmasında, yayılmasında misilsiz rol oynamış, milli oyanış və özünəqayıdış mərhələsinin bayraqlarlarından biri olmuşdur.

5. 90-cı illərdə ədəbiyyatımızda dekadans meyllərin geniş yayıla bilməməsində, cəmiyyətdə və mənəviyyatımızda dərinləşməməsində M.Araz və silahdaşlarının yaradıcılığının xüsusi rolu olduğunu burada vurğulamaq yerinə düşər. Xalqımızın sevimli sənətkarı M.Araz Vətənimizin ağır günlərində "Ata millət, ana millət ağlama", "Çıxıb getmək istəyirəm", "Ay Allah!" kimi acı kədər və hüznlə yoğrulan şeirlər yazsa da, bir sıra gənc qələm sahiblərinin əsərlərində geniş vüsət alan dekadentizm ovqatınının - mənəvi-psixoloji zəiflik, acizlik, düşkünlük, miskinlik kimi pessimist əhvali-ruhiyyənin poeziyamızda aparıcı mövqeyə çıxmasına qarşı öz nəsildaşları ilə birgə ciddi mənəvi-estetik müqavimət göstərdi. "Bizi Vətən çağırır", "Əsgər oğul", "Ayağa dur, Azərbaycan!" və s. poetik nümunələr həmin dövrdəki milli şeirimizin əsil ideya-estetik simasını müəyyənləşdirdi.

Beləliklə, Məmməd Araz öz zamanının və mühitinin müqavimətini, müxtəlif ictimai-siyasi maneə və qadağalarını yenərək, ən gözəl əsərləri millətinin qəlbindən yer alan, ana südü kimi onun qanına və canına hopan üç hədsiz doğma, məhrəm və milli istiqlal şairlərimizdən biridir: Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və Məmməd Araz!.. Milli müstəqilliyimizdən bəri keçən 32 illik kifayət qədər yetərli zaman kəsiyi də bizim üçün son dərəcə mühüm və ümummilli əhəmiyyət kəsb edən bu həqiqəti təsdiq etməkdədir.

OTHER NEWS