Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

"A woman should not be a "weak link" in criticism" : essay by Elnara Akimova Concept of mercy Nizami Gandzhevi - social state - Sirajeddin Hajiakhibesi

30-10-2023 [ 15:09 ] [ read:36 ]
printerA+ | A-
103901

Commentary on the "Description of the Drought Year and Bahram's Compassion" section of the "Seven Beauties"

Introduction

The title of the section in the "Seven Beautiful" masnavi is: "Description of the drought year and Bahram's compassion". This is the name in the translation, there is no such title in the original. Nizami collected the section (sections) under the title "Bahram sat on the throne in the father's place".

- Nizaminin Bəhramın insan və dövlət başçısı obrazını inşa edərkən önə çıxardığı ən önəmli, olmazsa olmaz anlayışlardan biri də mərhəmətdir - o, qurucu dəyərdir;

- Şair mərhəmət anlayışını sadəcə, Bəhramın özəlliyi kimi tanıtmır, dövlətçiliyin, dövlət idarəçiliyinin, sosial dövlətin xarakteri, əsası kimi təqdim edir, deyir ki, ədalət və mərhəmət dövlətlə, hakimiyyətlə xalqı bir-birinə bağlayan iki qaynaq/sütun/maya/ dəyərdir. Bu iki dəyər olmasa, imtiyazlı qruplar ortaya çıxar, dövlət də xalqa deyil, sömürücü qrupa/qruplara xidmət edər, dövlət xalq üçün deyil, xalq dövlət üçün olar, hakimiyyət dövlətin gücünü xalqı əzməyə yönəldər, nəticədə, zülm, yoxsulluq, qıtlıq, bahalıq, əxlaqsızlıq, rüşvət ölkənin, dövlətin, insanın çöküşünə yol açar;

- Nizami dövlətin, dövlət idarəçiliyinin əsasına yeddi anlayış qoymuşdur: həqiqət, ədalət, mərhəmət, cəsarət, məsləhət, əhliyyət və ləyaqət, rifah - ümid;

- Şair dövlət mərhəmətli olmalıdır ölçüsünü tanıtmaq üçün uyğun mühit hazırlayır, üçmərhələli iş görür: a) zülmün xaraba qoyduğu bir ölkə - İran var; b) Bəhram gəlir, ədalətlə ölkəni dirildir, insanlar o dərəcədə zəngin olurlar ki, təkəbbür xəstəliyinə tutulur, zülm günlərini unudur, var-dövlətlə öyünür, Allaha şükür duyğusunu qəlblərindən çıxarır, mərhəməti sinələrindən söküb atırlar; c) nemətlərə şükür etməyən insanlara ilahi cəza gəlir, bolluq darlığa çevrilir, ruzi dəmirdən, daşdan çıxır, quraqlıq qıtlığa, bahalığa, darlığa, didişməyə, mənəvi-əxlaqi çöküşə səbəb olur;

- Bu hal dövlət, hakimiyyət, dövlət başçısı mərhəmətli olmalıdır ölçüsünü tanıtmaq imkanı doğurur, bədii təzad ideyanın açılmasına yol açır, çətin günlər dövlətin, dövlət başçısının kimliyini ortaya çıxarır, mərhəmətə bağlı sosial dövlətin önəmi anlaşılır, dövlətin şəxsiyyəti - kimliyi dar gündə sınanır, bilinir, üzə çıxır, mərhəmətin zəruri ehtiyac olduğu qavranılır: zor günlərdə mərhəmətli dövlət olmasa, insanların maddi, mənəvi ölümü gerçəkləşər, maddi, mənəvi qıtlıq, aclıq, yoxsulluq, əxlaqsızlıq ölkəni, xalqı həlak edər;

- Nizami mərhəmət anlayışını - dəyərini təqdim edərkən gerçək dövləti tanıtdığı kimi əsl lider-dövlət başçısı kimdir sualına da cavab verir: o, mərhəməti xarakterinin, siyasi kimliyinin ayrılmaz parçasına çevirən insandır: mərhəmət Bəhramın şəxsiyyət vəsiqəsidir, onun dövlət idarəçiliyinin əsaslarından biridir, onu xalqa bağlayan qırılmaz bağdır, ona ilahi rizanı qazandıran nemətdir;

- Nizami ədalətlə mərhəmət arasında bağ qurmuş, ədalətin mərhəmətin varlığının göstəricisi, meyvəsi olduğu ölçüsünü qoymuşdur;

- Şair deyir ki, Allah Rəhman və Rəhimdir, rəhməti zatına yazmışdır, yaratdıqlarına çox mərhəmətlidir, ruzini artırar, azaldar, ancaq əsla kəsməz, insanlar, o sıradan dövləti idarə edənlər də mərhəmət ölçüsünə bağlı olsalar, ilahi rizanı qazana bilərlər, mərhəmət yoxdursa, ilahi riza da yoxdur;

- "Yeddi gözəl" məsnəvisinin bu bölməsinin süjet xəttini belə sıralamaq olar: ölkədə quraqlıq olur, şair qıtlığın şiddətini ifadə edir - insanlar adamyeyən canavar kimi gah adam, gah da leş yeyirlər, Bəhram addımlar atır, anbarların qapısını açır, nəzarətçilər təyin edir, ərzaq uyğun qiymətə satılmalı, zənginlər yoxsullara yardım etməlidir göstərişini verir, o, quşları da unutmur, anbarlardan onlara pay ayırır, başqa ölkələrdən dən alır, quraqlıq dörd il davam edir, bu müddətdə xalqın ehtiyacını dövlət ödəyir, xalq mərhəmətli Bəhramı çox sevir, quraqlıq illərində bircə nəfər olur, şah çox üzülür, Allahdan bağışlanma istəyir, duaya yönəlir, Onun ər-Rəzzaq adının mənasını açıqlayır, gücsüzlüyünü boynuna alır, aclıqdan ölmüş insana görə ürəyinin yandığını təsirli sözlərlə açıqlayır, Bəhramın içdən, səmimi, mərhəmət yüklü duasına qarşılıq gəlir, qeybdən səs eşidilir, o səs Bəhramın əməyinə, şəfqətinə dəyər verildiyini söyləyir, ona müjdə gətirir - Allah bəlanı sənin şahlığından uzaqlaşdırdı, Nizami Allahın sevdiyi şah kimdir sualına cavab verir - o, rəiyyəti ölümdən qoruyan insandır, Bəhramın mərhəməti insanları aclığın caynağından qurtarır, əhalinin sayı artır, şəhərlər, kəndlər salınır, rifah, təhlükəsizlik, barış təmin olunur, bar-bərəkət çoxalır, xalq qıtlıqdan qurtulub bolluğa qovuşmağı bayram edir, bir-birindən qorunmaq üçün silaha ehtiyac qalmır, Bəhram iş yerləri açır, yoxsullar üçün sosial proqramlar gerçəkləşdirir, bir günü iki yerə ayır: iş və əyləncə, yeddi il vergi almır, İran xalqı bolluğun bərəkətini həyatın bütün sahələrində hiss edir, qəlbi Bəhrama minnətdarlıq duyğusu ilə coşub-daşır, mərhəmətin xilaskar dəyər olduğunu anlayır...

 

Birinci beytin şərhi:

Dünyanı qıtlıq daraltdı

 

Bir il toxumlar cücərib bar vermədi,

Geniş dünyanı qıtlıq daraltdı.

Nizaminin sosial dövlət anlayışı var. Bu dövlətin ən önəmli özəlliyi mərhəmətli olması, insanları darda qoymaması, qoruması, onları sıxıntılardan qurtarması, çətin gündə əl uzatmasıdır. Şair mərhəmətin, sosial dövlətin, mərhəmətli dövlət başçısının dəyərini göstərmək, mərhəmətli Bəhram şahın kimliyini inşa etmək üçün bədii zəmin hazırlayır, quraqlığı, qıtlığı, aclığı tanıdır, belə ki, şəxsiyyətin və dövlətçiliyin önəmli dayaqlarından biri olan mərhəmət adlı ölçünün öyrənilməsi, göstərilməsi, tətbiqi üçün sıxıntıya ehtiyac var, sıxıntının böyüklüyü mərhəmətin bütün xeyrini, imkanlarını, qurtarıcı dəyər olmasını üzə çıxarır, dövlətlə, hakimiyyətlə xalqı bir-birinə bağladığını, sevgiyə, barışa, güvənə, ədalətə, rifaha, ümidə yol açdığını ifadəyə imkan verir, deyir ki, mərhəmətin gücünü qavrayın, onu dövlət idarəçiliyinin, insanlararası münasibətlərin əsasına qoyun ki, toplumda hüzur olsun. Nizaminin ölçüsü budur: yaradılan hər şey ziddi ilə tanınar, sağalar - quraqlıq, qıtlıq, aclıq-ehtiyac olmasa, mərhəmətin dəyəri bilinməz, maddi qıtlığın dərmanı bolluq, mənəvi qıtlığın dərmanı mərhəmətdir.

Şair "bir il" ("sali") deyir, quraqlığın müddətini deyil - sıradakı beytlərdə quraqlığın dörd il davam etdiyi aydın olur - Bəhramın şahlığının bolluqdan sonrakı hər hansı bir ilini nəzərdə tutur: öncə bolluq oldu, insanlar o dərəcədə varlandılar ki, nemətlərin sahibini - Allahı unutdular, şükürsüzlük ilahi cəzaya səbəb oldu, insanlar onları yoldan çıxaran bolluğun ziddi ilə - qıtlıqla sınağa çəkildilər, qıtlıq imtahanı insanları yola gətirdi, tərbiyə etdi, nemətlərin dəyərini öyrətdi, mərhəməti, mərhəmətli dövləti, dövlət başçısını tanıtdı. Nizami ölçü qoyur: mərhəmət şüuru, anlayışı, əxlaqı "mərhəmət", "mərhəmət" deməklə formalaşmaz, saleh əmələ çevrilməz, onun bir hekayə/hadisə biçimində (başqa biçimlər də seçilər) işlənməsinə ehtiyac var. Bu üsul anlayışın içini açar, mənasını üzə çıxarar, dəyərini göstərər, yadda saxlayar, öyrədər, şüura çevirər, hərəkətə keçirər...

"Əz dane" - "dane" sözünün "dənə", "tum", "toxum" mənaları var. Bu söz orijinalda təkdə, tərcümədə cəmdə ("toxumlar") verilmiş, məna pozuntusuna yol açmışdır. Nizami "dane" sözünü niyə təkdə işlətmişdir? O, mərhəmətin dəyərinin anlaşılması üçün quraqlığın, onun doğurduğu sıxıntıların şiddətini son nöqtəyədək artırır. Bu məqsədlə daha təsirli vasitə seçir, "toxumlar" demir, heç bir toxum, bircə toxum da, tək bir toxumdan belə qəlibini seçir, yəni quraqlıq o qədər şiddətli idi ki, bir toxum da bitmədi. Bu seçim toxumun da az olduğunu ifadə edir, toxum var, su/yağış yoxdur, ancaq toxum da çox azdır. "Toxumlar" sözü çoxluğa - qıtlığın ziddi olan təsəvvürə yol açdığından Nizami ondan imtina edir, quraqlığın şiddətini göstərən sözə yer verir, hər əlamət qorxunc qıtlıq var deyir ki, mərhəmətin önəmi ortaya çıxsın.

Tərcümədə "bar vermədi" ("toxumlar cücərib bar vermədi") qəlibi var, bu ifadə də orijinalda yoxdur: birincisi, toxum/dənə bar verməz, bitər, cücərər, ikincisi, "bar vermək" feili şiddətli quraqlıq anlayışına uyğun deyil, mətnin məna aurasını pozur. Nizami deyir ki, toxum/heç bir toxum, bircəsi belə cücərmədi/bitmədi, budağı ("şax") - yaşılı çıxmadı. "Şax" ("budaq", "cücərti") sözü qafiyə mövqeyində - görünən yerdədir - toxum əkilmiş torpaqda heç bir canlılıq/dirilik əlaməti yox idi.

Nizami beytin ikinci misrasında quraqlığın şiddətini göstərmək üçün bu vasitələri seçir:

- "Dar oldu" ("təng şod") feilinə yer verir, misranın başına yerləşdir, toxumun bitməməsi ilə darlıq arasında bağ qurur, hər şey daraldı, quraqlıq qıtlığa, qıtlıq aclığa, yoxsulluğa, yoxsulluq xəstəliklərə, didişməyə, nifrətə, kinə, səbirsizliyə, əxlaqsızlığa - maddi, mənəvi darlığa yol açdı. Feil qəti keçmiş zamandadır, şahidlik, qətilik bildirir, hökm verir, birinci misradakı səbəbin nəticəsini açıqlayır;

- Tərcümə deyir ki, darlığın səbəbi quraqlıqdır, ancaq orijinalda "quraqlıq" sözü yoxdur, Nizami quraqlığı əlamətləri üzərindən tanıdır, ikinci dəfə "dane" sözünə yer verir, yenə təkdə işlədir, təkrar quraqlığın şiddətini göstərir, mənanı bu sözə yükləyir, toxum, bir toxum belə bitmədiyindən dar oldu;

- Dar olan nədir? Şair quraqlığın şiddətini göstərmək üçün bədii təzada yer verir, "dünya" sözünü seçir, bu qəlib mətndə darlığın ziddi olan genişliyi ifadə edir, mübaliğədir, darlıq bir bölgəni deyil, dünyanı ("bər cəhan" - yer üzünü) əhatə etdi. Nizami quraqlığın ölçüsünü böyüdərək mərhəmətin dəyərini önə çıxarır - bütün dünyanı əhatə edən bir quraqlıq var - dünya çapındakı quraqlığın ortaya çıxardığı sıxıntıları bütün insanları qucaqlayan mərhəmət həll edər;

- İkinci misrada bədii təzad formalaşdıran bir söz də var, "fərax" - "geniş", "gen", "gen-bol", qafiyə mövqeyindədir, quraqlıq o qədər şiddətli idi ki, geniş dünya dar oldu - quraqlığın ortaya çıxardığı darlıq/qıtlıq hər kəsi əhatə etdi;

- Şair quraqlığın şiddətini ifadə etmək üçün toxumun heç cücərmək imkanı da olmadı deyir (cücərtisi soldu, yox oldu demir), torpağın altında da su/nəmlik yox idi, əkilən toxum çürüyür, susuzluqdan yanırdı;

 

İkinci beytin şərhi:

Adamlar otlamağa başladılar

 

Qəhətlik yeməyin yolunu elə kəsdi

Ki, adamlar heyvanat kimi otlamağa (başladılar).

 

Nizami mərhəmət adlı dəyərin inşasının, tanıdılmasının, insan kimliyi və dövlət idarəçiliyinin əsaslarından biri kimi qəbul edilməsinin yolunu açmaq üçün yeni addımlar atır. O, birinci beytdə quraqlığın şiddətini ifadə edən vasitələr seçdi, ikinci beytdə isə quraqlığın ortaya çıxardığı qıtlığın dərəcəsini göstərən sözlərə yer verir, hər qəlib, beytin söz düzümü, qafiyəsi insanların nəfəsini kəsən qıtlıq var idi deyir. Şair "darlıq" ("təngi") sözünə yer verir, onu qida, ərzaq, plovun qarası mənaları daşıyan "xoreş" sözü ilə birləşdirir, yəni ərzaq (zəruri ehtiyac olan qida) qıtlığı/darlığı, Nizami qıtlıq anlayışını misranın başına yerləşdirir - yəni ilk ağıla gələn, ölkədə hər kəsi düşündürən məsələ quraqlığın səbəb olduğu qıtlıq idi. Sonra qıtlığın dərəcəsi/şiddəti ifadə olunur, bu məqsədlə "ançenan" qəlibi beytə yerləşdirilir: elə, o biçimdə - qıtlıq zəruri ərzağın yolunu elə kəsdi ki...

Şair qıtlığın şiddətini göstərmək üçün "rah zəd" feilini seçir - yol(unu) kəsdi, "rahzən" sözü də eyni tərkibdən törəmişdir, "yolkəsən", "oğru", "quldur", "qarətçi" mənaları var, quldur yolu kəsər, mərhəmət etməz, yolçunun nəyi varsa, əlindən alar, qıtlıq da zəruri/ehtiyac qidanın yolunu o quldur kimi kəsdi, insanlar yaşayış şərti olan imkanlarını itirdilər.

Beytin ikinci misrası "ke"/"ki" bağlayıcısı ilə başlayır, bağ qurur, sonra quldur kimi davranın qıtlığın ortaya çıxardığı nəticə açıqlanır.

Tərcümədə "adamlar", orijinalda isə "adəmi" ("insanlıq") sözü var, fərq ortadadır, belə ki, "adamlar" sözü məna daralmasına yol açır, qıtlığın şiddətini də, məkanını da kiçildir. Nizaminin məqsədi qıtlığın, yol açdığı nəticənin dərəcəsini, əhatəsini böyüdərək mərhəmətin dəyərini göstərməkdir. Elə buna görə də "adamlar" deyil, "adəmi"/ "insanlıq" sözünü seçmişdir. "İnsanlıq" sözü ilə birinci misradakı "bər cahan" ("dünyada", "yer üzündə") qəlibi arsında da uyğunluq var, quraqlıq dünyadadırsa, deməli, qıtlıq da insanlığı əhatə etmişdir.

Qıtlıq insanlığı nə ilə üzləşdirdi? Nizami müqayisə imkanı formalaşdıran "çon" ("kimi") sözünü seçir: insanlıq heyvan kimi... Tərcümədə "heyvanat" sözü var, cəmdədir, orijinaldakı söz isə "şotur"dur, təkdədir, "şotur" hər heyvan (heyvanlar/heyvanat) deyil, yük daşıyan heyvandır, onların yemini çox zaman sahibi təmin edir, qıtlıq oldu, yük heyvanının yiyəsi onu yedirtməyə bir şey tapmadı, nəticədə, heyvan tapa bildiyi otu yedi. Başqa qidası olmayan, sadəcə ot yeyən yük heyvanı (hər heyvan, məsələn, dovşan deyil) yük daşıya bilərmi? Qıtlıq o yük heyvanını gücdən saldı, dəyər və imkanını bitirdi, o dərəcədə şiddətli oldu ki, insanlıq yük heyvanı kimi ot/ələf - qidası az olan bitki yedi, yaşamaq, sağ qalmaq uğrunda mübarizə başladı.

Beytdəki feillər şühudi keçmiş zamandadır, qətilik, şahidlik bildirir, hadisənin inandırıcılığını artırır: qıtlıq quldur oldu, ərzağın yolunu kəsdi, insanlıq yük heyvanı kimi ot yedi. Mesaj budur: bu halda, insanlar da, insanlıq da ölər, insanlığı qorxunc bəladan qurtaracaq bircə dəyər var, o da mərhəmətdir, dövlət, dövlət başçısı mərhəmətli olmasa, insanlar da, insanlıq da ölər - mərhəmət qurtarıcı dəyərlər sırasında yer tutur.

 

Üçüncü beytin şərhi:

Cahanın ürəyi daraldı

 

O darlıqdan cahanın ürəyi daraldı,

Çörək ən qiymətli daşların qiymətinə qalxdı.

 

Nizami mərhəmətin dəyərini göstərən üçüncü addımı atır, məcazlığın dərəcəsini çoxaldır ki, sözün təsir gücü artsın, anlayışın bütün yönləri ortaya çıxsın, bu məqsədlə frazeoloji birləşməyə, müqayisəyə - təşbehə yer verir.

Şair mərhəmətin xeyrini quraqlığın ortaya çıxardığı qıtlıq üzərindən verir. Beytin birinci misrasında iki "dar" sözü var - "dar" və "darlıq" biçimindədir (ilk üç misrada "dar" sözünə fərqli biçimlərdə dörd dəfə yer verilmişdir, hər misra darlıq, quraqlıq, qıtlıq, haradasan, ey mərhəmət deyir).

Birinci misra "dar" sözü ilə başlayır, "darlıq" qəlibi ilə bitir - hər yerdə qıtlıq var. Nizami qıtlığın şiddətini, mərhəmətə olan ehtiyacın böyüklüyünü göstərmək üçün məkanı böyüdür, məcaz seçir: "dünyanın ürəyi dar oldu" - bilinməzlik hər kəsi qorxuya, qayğıya sürükləyirdi, insanların düşündüyü tək şey qıtlıq, aclıq idi, yaşamaq uğrunda mübarizə gedirdi, dünya qaranlığa, yasa bürünmüşdü, çarəsizlik, sıxıntı qarşısındakı acizlik insanları ümidsizlik girdabında boğurdu.

Nizami "əz an təngi" deyir, darlığa qıtlıq mənası yükləyir, darlığın/qıtlığın qorxunc olduğunu ifadə etmək üçün "o" deyir, barmağı ilə göstərir: "o darlıqdan", "o darlıq səbəb oldu", insanları aclığa məhkum edən qıtlıq var ha, bax dünyanın ürəyini o dar etdi, hər kəsin ürəyini parçalayan o darlıq/qıtlıq idi...

Şair ikinci misrada qıtlığın dərəcəsini göstərmək üçün ən çox istifadə olunan, ən ucuz sayılan nemətlərdən birinin - çörəyin adına yer verir, artıq ətin, südün, yağın, qaymağın, pendirin  adı belə çəkilmir, insanlar olan, qalan güclərini bir tikə yavan çörək tapmağa sərf edirlər.

Nizami qıtlığın, ehtiyacın şiddətinin ifadəsi üçün bir addım da atır: müqayisə imkanı formalaşdırır, izzət qazandı deyir, tərəzinin bir gözünə bilinən qiymətli daşları, o biri gözünə də sadəcə çörəyi qoyur, çörək onlardan daha izzətli ("ezzət") - hörmətli, dəyərli oldu, insanların bircə hədəfi var idi, hər şeyi bir tikə çörək üçün xərcləmək, sağ qalmaq, elə buna görə də çörək izzət qazandı, tapdı ("yaft").

Beytdə iki feil var, "oldu" ("şod"), "yaft" ("tapdı"), ikisi də şühudi keçmiş zamandadır (üç beytdə beş feil var, hamısı eyni zamandadır, bir məsdərə də yer verilib), qətilik, şahidlik bildirir, deyir: bundan əmin olun ki, qıtlıq bir gerçəklikdir, oldu, olur, olacaq, onun dərmanının mərhəmət olması da həqiqətdir - dəyişməyən ölçüdür, mərhəmət qıtlığın acısını azaldar, şəfa olar, mərhəmət elə bir dəyərdir ki, önəmi ehtiyac - qıtlıq, aclıq, yoxsulluq, xəstəlikdə ortaya çıxar, deməli, mərhəmətli insan, mərhəmətli toplum, mərhəmətli dövlət, mərhəmətli dövlət başçısı insanlığın ehtiyacıdır, sıxıntı hər zaman oldu, olur, olacaqsa, dərmanı da hazır olmalıdır - mərhəmət ölməz dəyərdir, qurtarıcıdır, mənəvi su, hava, qidadır, o, quraqlığı, qıtlığı, aclığı öldürər...

 

 

Dördüncü beytin şərhi:

Dünyanı qəhətlik tutub

 

Vəziyyəti Bəhrama söylədilər,

Ki, tamam dünyanı qəhətlik tutub.

 

Məsnəvinin süjet xətti yeni mərhələyə keçdi (birinci beytdə quraqlıq, ikinci, üçüncü beytdə isə quraqlığın ortaya çıxardığı qıtlıq təsvir olundu). Beytin tərcüməsində məna pozuntusuna yol açan bir sıra yanlışlar var, onlardan ən ciddisi budur: sanki Bəhramın dünyadakı, o sıradan İrandakı qıtlıqdan, xalqın ağır vəziyyətindən xəbəri yox idi, ona qıtlıqla bağlı xəbər verdilər. Bir neçə səbəbə görə bu, yanlış tərcümədir: birincisi, orijinal mətnə uyğun deyil, orijinaldakı önəmli - məzmuna təsir edən bir söz ixtisar olunub, bir sözün tərcüməsi də dəqiq verilməyib (bu sözlər şərh zamanı göstəriləcək). İkincisi, "Yeddi gözəl" məsnəvisinin öncəki bölmələrindən bilirik ki, Bəhram hakimiyyətə gəldi, ədalətə bağlı dövlət idarəçilik nizamı qurdu, məmurları seçdi, iş sistemini açıqladı, təlimatlarını izah etdi, bu nizamın ən önəmli özəlliklərindən biri də budur ki, güclü xəbəralma, işə nəzarət qurumları var, xalqdan gələn məktublara, şikayətlərə bir-bir baxılır, məmurlar neçə insanın şikayətinə baxdıqlarını, hansı sıxıntıları həll etdiklərini dəftərlərə qeyd edir, ardıcıl olaraq dövlət başçısına xəbər verirlər. Bu halda, Bəhramın dünyadakı, ölkədəki ən önəmli məsələdən - qıtlıqdan xəbərsiz olması mümkündürmü? Tərcüməyə görə Bəhram sarayda öz kefindədir, dünyadan xəbərsizdir, məmurlar da ona deyirlər ki, dünyada qıtlıq var. Bu ölçü Nizaminin xalqa bağlı, ədalətli, güclü Bəhram şah anlayışına uyğundurmu? Dediklərimiz olmasa belə, hər hansı bir dövlət başçısı dünyadakı ən önəmli, hər kəsi əhatə etmiş hadisədən xəbərsiz ola bilərmi? Üçüncüsü, Nizami bu bölmədə Bəhram şah obrazı inşa edir, onun və dövlətinin ən önəmli özəlliklərindən biri mərhəmətdir deyir. Mərhəmətin əsası xalqa bağlı olmaq, onun sıxıntılarını həll etmək, sosial dövlət anlayışına uyğun davranmaqdır. Bu halda, tərcümənin tanıtdığı dünyadan xəbərsiz Bəhramla, Nizaminin inşa etdiyi ağıllı, ədalətli, mərhəmətli Bəhram arasında fərq yoxdurmu?

Şərh etdiyimiz beytin ilk sözü "baz"dır, mənaya ciddi təsir göstərən, mesaj yüklənən, tərcümədə ixtisar olunan söz də odur. Bu sözün çox mənası var: "açıq", "açılmış", "qızılquş", "qırğı", "əsas", "bünövrə", "təməl", "hərbi sursat və tikililərin olduğu yer", "oynayan" ("baxtən" - "oynamaq" feilinin kökü). Sözü ən önəmli, mətnə uyğun mənası isə budur: "yenidən", "təzədən", "bir daha" ("hər halda", "baxmayaraq" kimi məna şalarları da var). İndi beytin birinci misrasını "baz" sözünün yüklədiyi məna ilə oxuyaq: "yenidən Bəhrama dedilər", yəni dünyadakı, o sıradan İrandakı qıtlıq məsələsi dövlət başçısı ilə dəfələrlə müzakirə olunmuşdu, bir daha müzakirə edildi. Məsələ qərar vermək mərhələsinə daxil oldu, doğru qərar üçün son dəqiqləşdirmələr - ən incə detallar təhlil edildi. "Yenidən" ("baz") sözü deyir ki, Bəhramın düşündüyü, dəfələrlə müzakirə etdiyi ən önəmli məsələ qıtlıq idi.

Nizami "dedilər" ("qoftənd") feilini seçir, onu cəmdə işlədir. Səbəb budur: Bəhram elə bir idarəçilik sistemi qurub ki, məsələlər məsləhətlə, müzakirə ilə həll olunur. Qıtlıqla bağlı şura var, işin mütəxəssisləri təkliflərini, hazırladıqları planı Bəhrama deyir - təqdim edirlər.

Şair niyə "müzakirə etdilər" sözünü deyil, "dedilər" qəlibini seçmişdir? Səbəb budur: "baz" ("yenidən", "bir daha") sözü bizə yol göstərir, məsələ müzakirə mərhələsində deyil ("müzakirələr oldu"), qərar dönəmindədir, müzakirələrdə təkliflər deyildi, mütəxəssislər bu təklifləri saf-çürük etdilər, seçdilər, son qərar layihəsini hazırladılar, Bəhrama dedilər - təqdim etdilər, elə bir sənəd/plan hazırladılar ki, qıtlıqdan əzityyət çəkən bircə nəfər də unudulmasın - sənəd sadəcə nə edək sualına cavab vermir, necə edək, kimlərlə edək, nə zaman edək, qıtlıqla mübarizə işi necə təşkil olunsun suallarına cavabları da əhatə edir. "Dedilər" feili təqdimatın qısa zamanda gerçəkləşdiyini də ifadə edir - zaman çox önəmlidir, qərara, hərəkətə, işə ehtiyac var, şahın bu sənədə münasibət bildirməsinə lüzum qalmamışdır - son söz/qərar onundur.

Nəyi dedilər? Nizami ərəbcə olan "qissə" ("ğesse") sözünü seçmişdir. Bu söz "vəziyyət" kimi tərcümə olunmuş, məna təhrifinə yol açılmışdır. Belə ki, "qissə" sözünün ən önəmli mənalarından biri baş vermiş bir şeyin (qissə uydurma deyil, gerçək hadisəni ifadə edir) qısa məzmunu, ən önəmli hissəsi, ana mesaj olan bölməsi, canı, özətidir. Artıq vəziyyəti bütün incəlikləri ilə Bəhrama danışmağa ehtiyac yoxdur. Məmurlar/mütəxəssislər qıtlıqla bağlı ən önəmli xəbəri, hazırladıqları planı dedilər.

Beytin ikinci misrası "ki"/ "ke" bağlayıcısı ilə başlayır, Bəhrama deyiləni açıqlayır:

- "Dər afağ" - "afaq" sözünün cəmi "üfüq"dür, "iqlim"/ "ölkə", "dünya", "aləm" mənalarını daşıyır, ilk üç misrada iki dəfə işlənmiş "dünya", bir dəfə işlənmiş "insanlıq" sözünə uyğundur, onları tamamlayır, "dünya", "insanlıq", "afaq" sözləri qıtlığın məkanını böyüdür. Məmurların Bəhrama dedikləri ən önəmli söz qıtlığın dünyanı əhatə etməsidir, məkan böyüdükcə Bəhramın dəyəri, mərhəmətin önəmi də böyüyür, insanlığı düşünən Bəhram var, o bilir ki, qıtlıq zamanında önə çıxan anlayış mərhəmətdir. Şair Bəhramı qurtarıcı, mərhəməti xilaskar dəyər kimi tanıdır;

- Misrada "təngi" ("darlıq") sözü var, müəyyənlik əlaməti ilə işlənmişdir: o, bəlli, bilinən, insanların nəfəsini kəsən darlıq/qıtlıq - ilk dörd beytin açar sözü - ana, mesaj anlayışı darlıqdır, fərqli biçimlərdə beş dəfə işlənmiş, ziddi olan mərhəməti müjdələmişdir;

- Beytdə qıtlığın məkan ölçüsünü böyüdən, onun hər kəsi əhatə etdiyini göstərən bir söz də var: "tamam" / "bütün", qafiyə mövqeyindədir - bütün dünyada/dünyanın tamamında qıtlıqdır, mesaj var: sıxıntı nə qədər böyükdürsə, onu həll edən Bəhram da, dəyər (mərhəmət) də o dərəcədə böyükdür, güclüdür, xeyirlidir;

- Bəhramın adı mətnin dördüncü beytində yer tutur, qafiyə mövqeyinə yerləşdirilir, ancaq heç bir təyinə, o sıradan "şah" sözünə yer verilmir, onun liderliyi bu yolla ifadə olunur: qissəni Bəhrama deyirlər - mərkəz, lider, həlledici məqam odur, "şah" sözünə ehtiyac yoxdur, Nizami qıtlıq dönəmində "şah" sözünün Bəhramla acı içində qıvrılan xalq arasına qoyduğu-qoyacağı məsafəni/əngəli götürür, onu dərdli insanlara yaxınlaşdırır, iç-içə yerləşdirir, "şah" sözündən imtina mərhəmətli, xalqına bağlı, onun dərdini anlayan, bölüşən, sıxıntılarını həll etmək üçün çalışan Bəhram obrazının inşasına xidmət edir;

 

Beşinci beytin şərhi:

Canavar kimidirlər

 

İnsanlar adamyeyən canavar kimi,

Gah adam yeyirlər, gah da leş.

 

Bu, öncəki beytin davamıdır, məmurlar quraqlığın ortaya çıxardığı qıtlığın ölçüsünü ifadə etdilər - bütün dünya (insanlıq) qıtlıq içindədir - məkan çox böyükdür. Sıradakı beyt isə qıtlığın şiddətini göstərir. İki vasitə - qıtlığın əhatə dairəsi, şiddət dərəcəsi mərhəmətin, mərhəmətli dövlətin, liderin dəyərinin anlaşılmasına yol açır. Nizami qıtlığın şiddətinin ifadəsi üçün bu vasitələri seçir:

- Çoxluq bildirən sözə yer verir, insanlar ("mərdoman") deyir, bu sözün "xalq", "camaat" mənaları da var - qıtlıq bütün insanları əhatə edib;

- Qıtlıq o dərəcədə şiddətlidir ki, insanların əxlaqını pozub, onları insanlıqdan çıxarıb, sağ qalmaq uğrunda savaş insanları vəhşiləşdirib, ancaq güclü, əxlaqsız olan yaşaya bilər;

- Nizami vəhşiliyin, əxlaqi çöküşün dərəcəsini ifadə etmək üçün müqayisə imkanı formalaşdıran vasitəyə - "həmço" ("belə", "bu kimi", "bu cür", "elə", "o cür") sözünə yer verir, tutuşdurulan tərəflərdən biri insanlar o birisi canavardır, ancaq bu, sıradan bir canavar deyil, adamyeyən canavardır - canavarlaşmış insandır;

- İnsanların vəhşiləşməsi məhz adamyeyən canavar obrazı üzərindən verilir, belə ki, canavar o biri yırtıcı heyvanlardan fərqlidir, hiyləgər, acımasızdır, oyun qurar, tələyə salar, sürüyə çox zaman toplu halında hücum edər, ehtiyacından daha çox heyvan parçalayar, yediyini yeyər, yemədiyini sonrakı günlərə saxlayar, leşlə də qidalanar;

- Beytin ikinci misrası adamyeyən canavarın - canavarlaşmış insanların özəlliyini açıqlayır;

- Bu məqsədlə növbələşmə bildirən "gah" bağlayıcısına yer verilir, bu bağlayıcı tək işlənməz, təkrarlanar, sıralayar (beytdə "gah", "gəh" biçimlərindədir);

- İnsanlar adamyeyən canavar kimi daha çox insan öldürürlər, gah adamı öldürən kimi yeyirlər, gah da (öldürməyə adam tapmayanda) leş ("mordar", "cəmdək", "natəmiz") yeyirlər;

- Hər kəs hər kəsə düşmən kimi baxır, öldürmək, parçalamaq üçün fürsət axtarır;

- Öncəki beytlərdə feillər keçmiş zamanda, bu beytdə isə indiki zamandadır, belə ki, məmurlar Bəhrama qıtlığın ortaya çıxardığı son halı bildirirlər - xəbər axışı fasiləsizdir, Bəhramın gündəliyini quraqlığın nəticələri müəyyən edir.

 Ədəbiyyat qəzeti. 30.10.2023.