Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ИННОВАЦИИ. ПРОЕКТЫ

Академик Иса Габиббейли награжден академическим почетным дипломом Оксфорда за успешную инновационную деятельность

22-12-2017 [ 13:29 ] [ прочитано:213 ]
printerA+ | A-

Oksford Akademik Birliyi (Academic Union, Oxford, UK) Dekabrın 19-da  Böyük Britaniyada Oksford  şəhərində  dünyanın 55 ölkəsinin  aparıcı  universitet və təhsil  mərkəzlərinin rəhbərlərinin, elm və təhsil sahəsində çalışan  mütəxəssislərin    iştirakı ilə liderlərin beynəlxalq Sammiti keçirəcəkdir.  Sammit iştirakşıları elm və təhsil sahəsində  inkişaf perspektivlərini müzakirə edəcək, innovativ  layihə  və tədqiqatlarla tanış olacaq, təcrübə mübadiləsi aparacaq,  yeni əməkdaşlıq əlaqələri  yaradacaqlar. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin  Elm və təhsil komitəsinin sədri  akademik İsa Həbibbəyliyə Oksford Akademik Birliyi Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional əlaqələndiricisi Sammitdə iştirak etmək üçün rəsmi dəvət məktubu  göndərilmişdir.  Dəvət məktubunda qeyd edilir ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun   onilliklər boyu qazandığı təcrübə, milli ənənələri dünyanın başqa ölkələrinin elm  və təsil mərkəzləri üçün  maraq doğurur və nümunə ola bilər.  Sammitin gedişində Oksford Akademik Birliyi üzvlü olan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin  Elm və təhsil komitəsinin sədri  akademik İsa Həbibbəyliyə elmi fəaliyyətində yüksək professionallıq göstəriciləri və uğurlu innovativ layihələrinə görə Fəxri diplom təqdim ediləcəyi gözlənilir.