Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

V Международный детский и юношеский симпозуим. Стамбул 18-21 октября.

24-10-2018 [ 12:37 ] [ прочитано:106 ]
printerA+ | A-
93679

Uşaq və Gənclik ədəbiyyatı Yazarları Birliyi, İbn Haldun Universiteti və Mətbuat yayım Birliyinin təşkilatçılığı ilə V Uluslararası Uşaq və Gənclik Simpoziumu İstanbulda, Əli Əmri Əfəndi Mədəniyyət Mərkəzində keçirildi.

V Uluslararası Uşaq və Gənclik Simpoziumunu giriş nitqi ilə açan Uşaq və Gənclik ədəbiyyatı Yazarları Birliyinin başkanı Bican Veysel Yıldız "Bugünkü dünyanın problemlərini həll etmək, sabahın dünyasını inşa etmək və uşaqlarımıza daha yaxşı yaşaya biləcəkləri bir dünya buraxmaq, daha gözəl həyat düşüncəsini qazandıracaq uşaq ədəbiyyatı əsərlərini ortaya qoymaq, uşaq ədəbiyyatına dair başda Türk və İslam ölkələri olmaq üzrə dünyanın bütün ölkələrindəki insanların bir könül körpüsü qurmaq üçün səy göstərən simpoziumun” 5 ildən bəri davam etdiyini söylədi.

Oktyabr ayının 18-21 tarixində keçirilən növbəti simpoziumda 16 bölmədə 88 iştirakçının məruzələri dinlənildi. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin rəhbərliyi və təşəbbüsü ilə Nizami Gəncəvi ad. Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatı sahəsində aparılan tədqiqatlar, elmi  konfrans və tədbirlər haqqında slaydın təqdimatı və müvafiq bölmələrdə əməkdaşlarımızın məruzələri (M.Nəcəfova, L.Əsgərzadə, Z.Əliyeva, P.Məmmədli, R.Əliyeva)  maraqla qarşılandı. Simpozium öz işini geniş təhlillər, söhbətlər, gələcək birgə əməkdaşlıq və yaradıcılıq əlaqələri məsələlərinin müzakirəsi və qəbul edilmiş qərarlarla başa vurdu.

https://www.youtube.com/watch?v=IGh416AQbW4&feature=youtu.be

VIDEO

Другие новости