Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Woman in the stories of Tomris Uyar - Elnara Garagözova

03-09-2024 [ 14:27 ] [ read:79 ]
printerA+ | A-

Türk ədəbiyyatının usta qələmi Tomris Uyarın hekayə dünyasının spesifikliyini klassik türk nəsrindən gələn sentimental izlərlə modern üslubun vəhdəti təmin edir. Yazıçının hekayələrində diqqət çəkən üslubi məqamlardan biri də mətnlərdə yazıçı narrativindən obrazın monoloquna keçidin heç bir stilistik bağa ehtiyac duyulmadan, birbaşa reallaşmasıdır. Bu üslubi məqam Tomris Uyar mətninin təkrarsızlığını və axıcılığını təmin edir.

Yazıçının hekayə qəhrəmanları dünənlə bu günün kəsişməsində dayanan, milli cizgilərinin qabarıqlığı ilə səciyyələnən obrazlardır. Tomris Uyarın obrazlar qalereyasında qadın obrazları önəmli mövqeyə malikdir və o, hekayələrində qadının müxtəlif yaş, eləcə də yaşam kateqoriyalarını məharətlə əks etdirə bilir.

Yazıçının "Çiçek dirilticileri" hekayəsinin qəhrəmanı altı yaşlı Şükriyyə iki fərqli dünyanın - çiçəkçi nənə-babasının, çiçəkçi oğlu olan zəhmətkeş atasının və tacir qızı olan, iddialı anasının kəsişmə, qırılma nöqtəsində dayanan bir obrazdır. Daima özü, bəzəyi-düzəyi ilə məşğul olan və ticari məsələləri ailədə istilik yaratmaqdan daha önəmli hesab edən anası ilə ünsiyyət qura bilməyən kiçik qız atasının timsalında özünə şəfqətli bir dost tapır, anasından almalı olduğu, bir qız övladın ehtiyacı olan mehr-məhəbbəti onda görür. Altı yaşına qədər üzünü görmədiyi babasının xəstə olduğunu eşidib otağına izinsiz girən Şükriyyə atasından duyduğu mehr-məhəbbətin, ailə istiliyinin mənbəyini kəşf edir:

"İhtiyar duygulanmıştı.

- İyi kızsın Şükrüye, - dedi. Babana çekmişsin. İçerde mi? Çok oldu görmeyeli eşşeği.

Şükrüye utandı ama kızmadı.

İhtiyarın bıyıkları titriyordu.

- Sen müthiş bir kız olacaksın Şükrüye. Öyle gözüküyor. Çabuk alışacaksın. Bilir misin, önceleri satamazdım çiçeklerimi, kıyamazdım. O zaman gençtim. Güzelliği kanıksamamıştım daha. Zamanla alışıyor insan."

Hekayənin sonunda Şükriyyə atası ilə arasında özəl bağ yaradan sirri faş edir: kino adı ilə hər dəfə anasından gizlin atasının valideynlərinin evinə qonaq getdiklərini açıqlayır. Sirri faş etməklə bu balaca qız atasının göstərə bilmədiyi cəsarəti göstərərək anasına meydan oxuyur, tacir qızı ilə evləndiyinə etiraz etdiyi üçün övladına qəzəbli olsa da, onun üçün ürəyi titrəyən, ahıl, "çiçək dirilticisi" adı verdiyi babasının və nənəsinin öz körpə, təmiz dünyasının ayrılmaz hissəsi olduğunu elan edir: "Yolda babasıyla hiç konuşmadılar. Şükrüye hep dedeyi düşündü. Eve girdiklerinde annesi sedire oturmuş, tırnaklarını boyuyordu.

- Raşit beyler babamla ortak oluyorlar, - dedi. Sermaye meselesi çözümlendi böylece. Siz ne yaptınız? Filim nasıldı?

- Babaannelere gittik, - dedi Şükrüye, dedeyi çok sevdim"

Tomris Uyarın "Temmuz" hekayəsində şirniyyat dükanında oturub məktub yazan bir qadının uşaqlıq xatirələrindən boylanan qızcığazın vasitəsilə bir körpənin valideyn sevgisinin ən məhrəm məqamları canlandırılır: "Kendini ne zaman düşünse, bir merdivenden iner görüyordu. Eli, annesinin elinde; küçük tırnakları yenmiş, kirli; kirler kurşun kalemle çıkarılmış, kalem kaymış (Anne, öyle derinden kesme, sızlıyor sonra), tırnağı çevreleyen deri kapkara olmuş o yüzden, ağıza acı geliyor, bir şey tutarken kıpırdıyor, belli belirsiz sancıyor. Neyse, annesinin avucunda gizli ya, kimseler göremez. Azalan günün tarazlı uçları (yıpranmış, tutamaksız) darmadağın yayılmış göğe. Yaz, bu demekti biraz da o günlerde: el, annenin eli içinde, denizli akşam kokusu, kum, ıslak lokantalar, iskeleye giden yol".

Bu hekayədə də müəyyən günlərdə vaildeynləri tərəfindən ata nənəsinin evinə göndərilən və bu müvəqqəti ayrılığı qorxu, yadlıq kimi beyninə yeridən bir körpə qızın yaşantıları ön mövqedədir. Bu hekayədə də qızın ata-anasının duya bilmədiyi məqamları, həssaslığı nəslin yaşlı nümayəndəsi - nənə hiss edir: "Aynı günün gecesi, babaanne:

- Kızım, babanla konuştum, seni bize yollamayacaklar bu kış. Onların yanında kalacaksın. Yaramazlık etme sakın... Bu çocukluğun var ya, hiç yitirme onu, bazıları yitirmezler. Sen öyle bir çocuğa benziyorsun. Korun.

- Olur, söz".

Yazıçının "Kuytuda" hekayəsinin qəhrəmanı isə ahıl bir qadındır. Ömrünün zirvəsində olan qadın özünü keçmişdən qalan son, amma möhkəm bir ailə qoruyucusu kimi xarakterizə edir: "Gün ağarırken akşam alacakaranlığının hüznünden daha mavi bir duman sarar ortalığı. Arka bahçelerin ağaçlarına çökelir, dizleri ağrıtır. Gençler bilmiyor, ama yıllar birbiri üstüne hiç aksamadan yığılınca alışıyor kişi, sis kalkar diyor ve gün ışımayı nasıl olsa becerir. Korkmak yersiz. İhtiyarlık budur işte: yeni bir günü bir organ haline getirmek, saatleri kendiliğinden sıraya koymak. Her sabah böyledir. Yumuşak terliklerimle evi dolanırım. Sızan muslukları kaparım, su şişelerinin örtülerini kaldırırım ki içilsinler, peynirin suyunu dökerim. Yürüyüşüm kimseyi uyandırmaz çünkü, ben yıllardır yürümeyi bilirim. Usulca. Öyle halıları, tahtaları eskitmem, taşlarda iz bırakmam. Ben gerekliyim evi sürdürmede. Ben olmasam onu kim hazırlar sabaha? Kim karşılar?" Hekayə qəhrəmanının bu düşüncələri həyatın sürətli axışında unutduğumuz bir həqiqəti vurğulayır: insan ahıl yaşında yeni bir kimlik qazanır, yeni bir vəzifənin icraçısına çevrilir, o türk mifologiyasındakı "ev iyəsi", slavyan mifologiyasındakı "domovoy" kimi ocağın qoruyucusuna çevrilir. Təsadüfi deyil ki, el arasında evdəki bərəkətin, xeyirin evin ahıl üzvünün ayağında olduğu deyilir, çox zaman evin yaşlı sakini dünyasını dəyişdikdən sonra ev əhlinin həyatında mənfi dəyişikliklər baş verir, sanki qoruyucu qüvvə nəsli tərk edir.

Onu da qeyd etməliyik ki, Tomris Uyarın hekayələrində nə körpələr şirin şərqi söyləyən bəzəkli varlıqlar, nə də ahıllar moizə oxuyan dərviş kimi təsvir edilmir. Tomris Uyar sevimli obrazlarını onların realist atributları - kirli dırnaqları, pırtlaşıq saçları, taxma dişləri, sulanan ağzı ilə təsvir edir. Lakin bu realist, hətta sərt naturalist məqamlar yazıçının ideyasına xələl gətirmir, əksinə, onun daha qabarıq, daha məzmunlu ifadəsinə kömək edir.

Aqillər Yaradanın əmanəti olan ruhu dünyanın savaşından, boz üzündən, çirkindən qorunmaq, həyat yolundan vaxtından tez usanmamaq üçün körpələr və ahıllarla ünsiyyəti vacib bilirlər. Çünki həm körpələrin, həm də uşaqlaşan qocaların bu dünyadan təmənnası ancaq sevgidir. Körpələr hələ dünya qovğasına qoşulmadığından, ahıllar isə bu qovğanın mənasızlığını öz həyatları bahasına dərk etdiyindən mərhəmətin nirvanasında yaşayır və onlarla ünsiyyətdə olan insanlara da bunu yaşada bilirlər. Tomris Uyarın araşdırmaya cəlb etdiyimiz hekayələrində də yazıçı qadınları dünyanın ilk və son dayanacağında təsvir edir, dünyaya məhz bu saflıq, təmizlik mücəssəməsi olan varlıqların gözündən baxır.