Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

Prominent representative of enlightened realist literature (Najaf Bey Vazirov - 170) - Professor Islam Gharibli

02-04-2024 [ 14:56 ] [ read:174 ]
printerA+ | A-
104431

Najaf Bey Vazirov, whose name is directly related to the revival and rise of M.F. Akhundzade's literary traditions in Azerbaijani dramaturgy, and who won the honorable title of "second dramatist" after M.F. Akhundzade, is one of the writers who had exceptional services in the development of the realist literary movement in Azerbaijani literature at the end of the 19th century and the beginning of the 20th century.

N. Vazirov's arrival in the world of social and literary activity coincides with the years when serious social upheavals and changes took place in Azerbaijan, when M.F. Akhundzade's enlightened, democratic views were spread and developed. From the first steps of literary creativity, XIX century Azerbaijan felt the influence of two giant figures of social and literary thought - M.F. Akhundzade and H.M. Zardabi. He joined the struggle for the renewal of society in "Akinchi" and demonstrated an active civic position in strengthening the relationship between literature and life along with Hasan Bey Zardabi, Ahsanul-Qavaid, Seyyid Azim Shirvani, who opposed conservatism, imitation, lack of ideas in artistic art.

At different stages of N. Vazirov's creative activity, the demands of the time, or rather, the ability of this or that literary form to respond flexibly to the current events and necessary problems of the century, played a decisive role. While the writer wrote comedies, stories and articles in small dramatic and epic forms in the 70s of the 19th century, in the 90s he preferred to create large-scale dramatic works that arose from the moral requirements of the Azerbaijani society and the characteristics of the literary movement, creating a favorable ground for the propagation of enlightenment ideas.

N.Və­zi­ro­vun bi­zə gə­lib ça­tan bir məc­lis­dən iba­rət ilk dra­ma­tik əsə­ri olan “Ev tər­bi­yə­si­nin bir şək­li” ko­me­di­ya­sı “1875-ci il­də İrə­van­da ya­zıl­mış və ilk də­fə “Təs­ni­fa­ti-Nə­cəf bəy Və­zir­za­də” (1900) ki­ta­bın­da nəşr olun­muş­dur. Ədi­bin bu ko­me­di­ya­sın­da ka­pi­ta­­list mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fı ilə for­ma­la­şan müa­sir so­si­al tə­si­sat­la­ra qo­şul­maq is­tə­yən, la­kin mü­hi­tin daş­laş­mış zə­rər­li ənə­nə­lə­ri­nin tə­si­rin­dən irə­li gə­lə­rək məq­sə­di­ni hə­ya­ta ke­çir­mək üçün ki­fa­yət qə­dər ic­ti­mai ha­zır­lı­ğı, mə­də­ni in­ki­şaf sə­viy­yə­si və müa­sir əx­laq nor­ma­la­rı­na bə­ləd­li­yi ol­ma­yan mül­kə­dar­la­rın əh­val-ru­hiy­yə­si əks olun­muş­dur. Adın­dan da gö­rün­dü­yü ki­mi, ko­me­di­ya­­da mül­kə­dar hə­ya­tı­nın müx­tə­lif tip­li si­ya­si, iq­ti­sa­di, in­zi­ba­ti prob­lem­lə­ri və ha­di­sə­lə­ri de­yil, an­­caq mə­nə­viy­yat və əx­laq­la bağ­lı bir səh­nə təs­vir edil­miş­dir. Əsə­rin konf­lik­ti bir-bi­ri­ni müx­tə­lif gü­nah­lar­da it­ti­ham edən, la­kin ey­ni mə­rə­zə dü­çar olub, on­dan əzab çək­­dik­­lə­ri­ni ba­şa düş­mə­yən var­lı, am­ma qa­ba və mə­də­niy­yət­siz ata ilə tən­bəl və tər­bi­yə­siz oğul­lar ara­sın­da müa­sir tə­rəq­qi mə­sə­lə­lə­ri­nə müna­si­bət­dən do­ğan zid­diy­yət­lər üzə­rin­də qu­rul­muş­dur.

N.Və­zi­rovun ya­ra­dıcı­lı­ğı­nın müx­tə­lif mər­hə­lə­lə­rin­də ya­zıl­ma­la­rı­na bax­ma­ya­raq, möv­zu və prob­le­min ox­şar­lı­ğı, konf­lik­tin həl­li üsul­la­rı ba­xı­mın­dan “Ev tər­bi­yə­si­nin bir şək­li” ilə 1891-ci ildə yazdığı “Adı var, özü yox” ko­me­­di­ya­­la­rı ara­sın­da müş­tə­rək cə­hət­lər çox­dur. Baş­qa söz­lə, on­lar ey­ni hə­ya­tın ay­rı-ay­rı səh­nə­lə­ri­ni əks edib, bi­ri di­gə­ri­ni ta­mam­la­yır və mül­kə­dar ma­li­ka­nə­lə­rin­də ge­dən böh­ran­lı pro­ses­lər haq­qın­da bü­töv tə­səv­vür ya­ra­dır. Da­ha doğ­ru­su, “Ev tər­bi­yə­si­nin bir şək­li”ndə es­kiz ha­lın­da təq­dim edi­lən mül­kə­dar məi­şə­ti, onun tər­bi­yə­siz­lik və tən­bəl­lik aza­rı­na tu­tul­muş adam­la­rı “Adı var, özü yox”da Cən­nə­tə­li ağa­nın mə­ha­rət­lə se­çil­miş və ti­pik­ləş­di­ril­miş ma­li­ka­nə­si fo­nun­da “na­tu­ra­dan çə­kil­miş” (M.İb­ra­hi­mov) per­so­naj­lar va­si­tə­si­lə ge­niş miq­yas­da təq­dim olun­muş, giz­li gu­şə­lə­ri aş­ka­ra çı­xa­rı­la­raq sa­ti­rik gü­lü­şün qüd­rə­ti­lə if­şa edil­miş­dir.

N.Və­zi­rov maa­rif­çi rea­list sə­nət­kar idi. O, ko­me­di­ya­la­rı­nın möv­zu­su­nu bir qay­da ola­raq ger­çək­lik­dən gö­tü­rür, ta­cir, mül­kə­dar hə­­ya­­tı­nın əl­van və zid­diy­yət­li səh­nə­lə­ri­ni, küt­lə­vi su­rət­də ya­yı­lan fakt­­la­­rı­nı, ti­pik in­san sə­ciy­yə­lə­ri­ni təs­vir edir­di. La­kin hə­yat­dan əxz olun­muş səh­nə­lər və in­san sə­ciy­yə­lə­ri ya­zı­çı­nın təs­vi­rin­də bir məq­sə­də – an­caq maa­rif­çi gö­rüş­lə­ri­nin ifa­də­si­nə xid­mət edir­di.

N.Və­zi­rovun pyes­lə­ri­nin bü­tün mün­də­ri­cə, ide­ya, sü­jet, kom­po­zi­si­ya, xa­rak­te­ri in­ki­şaf et­dir­mək va­si­tə­lə­ri və s. bə­dii kom­po­nent­lər “in­kar və təs­di­qin vəh­də­ti” üzə­rin­də qu­rul­muş­dur. Bu­ra­dan irə­li gə­lə­rək onun ko­­me­­di­ya­la­rı­nın bir qru­pu qo­şa sü­jet­li və qo­şa ide­ya­lı əsər­lər­dir. Bu xü­su­siy­yət “Dal­dan atı­lan daş to­pu­ğa də­yər”, “Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük”, “Pul düş­kü­nü Ha­cı Fə­rəc”, “Son­ra­kı peş­man­çı­lıq fay­da ver­məz”, “Vay şə­lə­küm məə­lə­küm” pyes­­lə­rin­də qa­ba­rıq su­rət­də nə­zə­rə çar­pır. Bu ko­me­di­ya­lar­da əs­ki şü­ur və dü­şün­cə tər­zi­nin və na­qis əx­la­qi si­fət­lə­rin tən­qi­di mü­tə­rəq­qi fi­kir və ide­al­la­rın müx­tə­lif şə­kil­də təb­li­ği ilə pa­ra­lel ve­ri­lir.

Dra­ma­turq sa­ti­rik tən­qid və di­dak­tik təq­dir va­si­tə­si­lə diq­qə­ti cə­miy­yət­də mən­fi və müs­bət qütb­lə­rin mü­ba­ri­zə­si­nə cəlb edir, bi­ri­nə rəğ­bət, di­gə­ri­nə nif­rət ya­ra­dır. Qa­ran­lıq mə­i­­şət, ey­bə­cər dü­şün­cə tər­zi, na­qis əx­laq nor­ma­la­rı, fə­na in­san mü­na­si­­bət­lə­ri bu ko­me­di­ya­la­rın əsas tən­qid və gü­lüş hə­dəf­lə­ri­dir. La­kin “Ev tər­bi­yə­si­nin bir şək­li”, “Adı var, özü yox” pyes­lə­rin­dən fərq­li ola­raq ya­zı­çı bu­ra­da yal­nız mən­fi və xəs­tə cə­hət­lə­ri gös­tər­mək, on­la­ra ik­rah do­ğur­maq­la ki­fa­yət­lən­mə­miş, XIX əs­rin so­nun­dan baş­la­ya­raq Azər­­bay­can hə­ya­tın­da qa­ba­­rıq su­rət­də nə­zə­rə çar­pan köh­nəl­miş məi­şət tər­zi­nə, zə­rər­li adət-ənə­nə­lə­rə qar­şı çı­xan, on­la­rın müa­sir qay­da­lar­la əvəz olun­ma­sı uğ­run­da mü­ba­ri­zə apa­ran mü­tə­rəq­qi qüv­və­lə­ri də gö­rüb təs­vir et­miş­dir.

Bu ba­xım­dan dörd məc­lis­dən iba­rət, “1890-cı il­də ya­zıl­mış və ilk də­fə 1893-cü il­də Şu­şa­da çap olu­nan “Dal­dan atı­lan daş to­pu­ğa də­yər” ko­me­di­ya­sı ma­raq­lı xü­su­siy­yət­lə­rə ma­lik­dir. Pye­sin möv­zu­su bəy-mə­mur ailə­lə­ri­nin məi­şə­tin­dən gö­tü­rül­müş­dür. Möv­hu­mi tə­səv­vür­lə­rə, ca­du­gər­li­yə və bun­la­rın ic­ra­çı­la­rı­na qar­şı mü­ba­ri­zə əsə­rin ide­ya­sı­nı təş­kil edir. Əya­lət şə­hər mü­hi­ti, sa­kin­lə­ri­nin xır­da məi­şət qay­ğı­la­rı, on­la­rı hə­ya­ta ke­çir­mək təd­bir­lə­ri və bun­la­rın do­ğur­du­ğu gü­lünc nə­ti­cə­lər əsə­rin əsas tən­qid hə­də­fi­dir.

Möv­zu­su mə­mur hə­ya­tın­dan alın­mış, “1891-ci il­də ya­zıl­mış və ilk də­fə Şu­şa­da “Dal­dan atı­lan daş to­pu­ğa də­yər” ko­me­di­ya­sı ilə bir yer­də ki­çik bir ki­tab­ça­da çap edi­lən” üç məc­lis­dən iba­rət olan “Son­ra­kı peş­man­çı­lıq fay­da ver­məz” əsə­rin­də ya­zı­çı­nın idea­lı­nı ifa­də edən su­rət­lər xü­su­si cəb­hə təş­kil edir. Dra­ma­turq müs­bət və mən­fi qütb­lə­ri qar­şı-qar­şı­ya qo­yur, ailə-məi­şət mə­sə­lə­lə­ri­nə da­ir etik gö­rüş­lə­ri­ni ifa­də edir. Ko­me­di­ya­da köh­nə­lik­lə ye­ni­li­yin mü­ba­ri­zə­si mə­mur ailə­lə­rin­də qay­na­na-gə­lin, gə­lin-bal­dız mü­­na­­si­bət­lə­ri­nin fo­nun­da təs­vir olu­nur.

“İn­kar və təs­diq” de­vi­zi­nin prin­si­pi­nə uy­ğun ola­raq cə­ha­lət dün­ya­­sın­­dan mi­ras qal­mış zə­rər­li şü­ur və çir­kin əx­laq nor­ma­la­rı­na ya­zı­çı mü­na­­si­bə­ti­ni ifa­də et­mək ba­xı­mın­dan “Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük” və “Pul düş­kü­nü Ha­cı Fə­rəc” ko­me­di­ya­la­rı da­ha ka­mil və diq­qə­tə­la­yiq­dir. Möv­zu­su Ba­kı ti­ca­rət bur­jua­zi­ya­sı­nın hə­ya­tın­dan gö­tü­rü­lən və onun bir-bi­rin­dən se­çi­lən müx­tə­lif lay­la­rı­nı və mər­hə­lə­lə­ri­ni təs­vir edən bu iki pyesdə mü­əl­li­f di­gər əsər­lə­rin­dən fərq­li ola­raq müs­bət idea­lı­nın ifa­də­sin­dən öt­rü bir epi­zod­da iş­ti­rak edən “if­şa­çı” və “nə­si­hət­çi” ob­raz­la­rın­dan is­ti­fa­də et­mir. O, hər iki ko­me­di­ya­nın sü­je­ti­nə müs­bət idea­lı­nı ifa­də edən və fi­kir­lə­ri­nin ru­po­ru­na çev­ri­lən ob­raz­lar da­xil et­miş, on­la­rın ha­di­sə­lə­rin bü­­tün in­ki­şaf mər­hə­lə­lə­rin­də əs­ki dün­ya­nın rə­za­lət­lə­ri­nə qar­şı çı­xış­la­rı­nı gös­tər­mək­lə pyes­lə­rin ic­ti­mai mün­də­ri­cə­si­ni qüv­vət­­lən­dir­miş­dir.

“Ya­ğış­­dan çıx­dıq, yağ­mu­ra düş­dük” ko­me­di­ya­sı­nın sü­je­ti əsə­rin adı­na uy­ğun ola­raq qo­şa xət­li və qo­şa ide­ya­lı­dır. İlk də­fə “Təs­ni­fa­ti-Nə­cəf bəy Və­zir­za­də” ki­ta­bın­da (1900) çap olunan dörd məc­lis­dən iba­rət olan “bu ko­me­di­ya baş qəh­rə­ma­nı­nın adı ilə “Ha­cı Qəm­bər” də ad­la­nır. Əsər 1875-ci il­də ya­zıl­mış və 1895-ci il­də ye­ni­dən iş­lə­nə­rək təs­hih edil­miş­dir.

1924-cü ilin iyun ayı­nın əv­və­lin­də yaz­ılan və ilk də­fə 1935-ci il­də akadermik Fey­zul­la Qa­sım­za­də­nin top­la­yıb tər­tib və Se­yid Hü­sey­nin re­dak­tor­lu­ğu ilə çı­xan “Nə­cəf bəy Və­zi­rov. Əsər­lə­ri” ki­ta­bın­da çap olu­nan  dörd məc­lis­dən iba­rət “Pul düş­kü­nü Ha­cı Fə­rəc” ko­me­di­ya­sın­da Ba­kı ti­ca­rət bur­jua­zi­ya­sı­nın XX əs­rin əv­və­lin­də ye­ni in­ki­­şaf mər­hə­lə­si təs­vir olu­nur.

Ha­cı Qəm­bər­dən fərq­li ola­raq, qan­lı qo­yun də­ri­si sat­maq­dan tən­gə gə­lən Ha­cı Fə­rəc hu­ma­nizm, qo­hu­ma mə­həb­bət, qay­ğı­­keş­lik ki­mi nə­cib əməl­lə­rin pər­də­si al­tın­da hiy­lə iş­lət­mək­lə müf­tə sər­və­tə na­il ol­maq is­tə­yir. Dra­ma­turq maa­rif­çi idea­lın köh­nə­ni in­kar, ye­ni­ni təs­diq mə­ra­mı­nı Ha­cı Fə­rəc və Mah­mud bəy qar­şı­dur­ma­sı fo­nun­da ifa­də edir.

N.Və­zi­ro­vun dörd məc­lis­dən iba­rət “Pə­hləva­­nani-zə­ma­nə” əsə­ri ədə­biy­ya­tı­mı­zın ta­ri­xi­ndə neft möv­zu­sun­da ya­zıl­mış ilk əsər­dir. “Ko­me­di­ya­nın son sə­hi­fə­sin­də mü­əl­li­fin bir qey­din­dən onun 1900-cu il yan­va­rın 6-da ya­zı­lıb ta­mam ol­du­ğu mə­lum olur. Əsər hə­min il­də Ba­kı­da “Təs­ni­fa­ti-Nə­cəf bəy Və­zir­za­də” ki­ta­bın­da nəşr edil­miş­dir. Hə­min ki­tab­da bu əsər sı­ra tər­ti­bi ilə bi­rin­ci ola­raq get­miş­dir.

N.Və­zi­rov “Pəh­lə­va­nani-zə­ma­nə” ko­me­di­ya­sı ilə ədə­biy­ya­ta avam kənd­li küt­lə­si­ni var­lan­maq eh­ti­ras­la­rı­nın qur­ba­nı edən və bu­nun­la cə­miy­yət­də ic­ti­mai bə­la­ya çev­ri­lən də­lə­duz zi­ya­lı­la­rın ob­ra­zı­nı gə­tir­di. Ya­zı­çı bu­nun­la maa­rif­­çi­ il­lü­zi­ya­la­ra ağır zər­bə en­dir­di. Əv­vəl­ki ko­me­di­ya­la­rın­dan fərq­li ola­raq “Pəh­lə­va­nani-zə­ma­nə”də ya­zı­çı idea­lı­nın da­şı­yı­cı­sı, fi­kir­lə­ri­nin ru­po­ru­na çev­ri­lən if­şa­çı və nə­si­hət­çi ob­raz­lar yox­dur. Ədib bi­tə­rəf möv­qe­də du­rur, ide­ya an­caq təs­vir edi­lən ha­di­sə­lə­rin məz­mu­nun­dan do­ğur. Əsər­də maa­rif­çi ədə­biy­ya­tın tər­kib his­sə­si­ni təş­kil edən di­dak­tizm ele­ment­lə­ri də nə­zə­rə çar­pa­caq də­rə­cə­də zə­if­dir. Mü­əl­lif ha­di­sə­lə­rin təs­vi­rin­də da­ha çox tünd qa­ra bo­ya­lar­dan is­ti­fa­də edir və bü­tün mü­hi­ti tut­qun fon­da təs­vir edir. O, bu­nun­la cə­miy­yə­tin baş­dan-ba­şa çü­rü­dü­yü­nü nü­ma­yiş et­di­rir, onun əsas­la­rı­nı sar­sı­da­raq ya­şa­ma­ğa qa­dir ol­ma­dı­ğı­nı gös­tə­rir­di. Bü­tün bun­lar N.Və­zi­ro­vun ədə­bi me­to­dun­da ye­ni key­fiy­yət­lə­rin ya­ran­ma­sın­dan xə­bər ve­rir­di. Ona gö­rə “Pəh­lə­va­nani-zə­ma­nə”ni N.Və­zi­rov ya­ra­dı­­cı­lı­ğın­da maa­rif­çi rea­lizm­dən tən­qi­di rea­liz­mə ke­çid he­sab et­mək olar.

N.Və­zi­rov bu əsər­də zülm və is­tis­mar üzə­rin­də qu­rul­muş cə­miy­yə­tin is­lah edi­lib də­yiş­di­ril­mə­si və və­tən­daş­la­rın hü­qu­qu­nu tə­min edən ye­ni bir ida­rə üsu­lu­nun ya­ra­dıl­ma­sı ide­ya­sı­nı irə­li sü­rür. “Pəh­lə­va­na­ni-zə­ma­nə” ilə N.Və­zi­ro­vun ko­me­di­ya ya­ra­dı­cı­lı­ğı özü­nün yük­sək zir­və­si­nə ça­tır.

N.Və­zi­rov ic­ti­mai hə­yat­da baş ve­rən mü­rək­kəb pro­ses­lə­ri mü­şa­hi­də edib ma­hir ya­zı­çı gö­zü ilə gör­müş, on­la­rın ma­hiy­yə­ti­ni dərk edib sə­nət­kar ki­mi ya­ra­dı­cı­lıq süz­gə­cin­dən ke­çir­miş, ye­ni­lik­lə köh­nə­lik ara­­sın­da baş­la­nan konf­lik­tin əks sə­da­sı­nı ədə­biy­ya­ta gə­ti­rə­rək “Mü­­si­­bə­ti-Fəx­rəd­din” fa­ciə­si­ni ya­rat­mış­dır. “Əsə­rin möv­zu­su­nu mü­əl­lif hə­lə Di­li­can­da me­şə­bə­yi və­zi­fə­sin­də ol­du­ğu za­man dü­şün­müş, əsər isə 1896-cı il­də Ba­kı­da ya­zıl­mış­dır.  Bu­nun­la da N.Və­zi­rov Azər­bay­can ədə­biy­ya­tın­da fa­ciə jan­rı­nın ba­ni­si ol­maq şə­rə­fi­ni qa­zan­mış­dır.

“Mü­si­bə­ti-Fəx­rəd­din” ilk də­fə so­vet ha­ki­miy­yə­ti­nin ilk il­lə­rin­də ay­rı­ca ki­tab­ça şək­lin­də və 1935-ci il­də Nə­cəf bəy Və­zi­ro­vun kül­liy­ya­tın­da çıx­mış, son­ra­lar “Ədə­biy­yat mün­tə­xə­bat”la­rın­da nəşr edil­miş­dir.

Al­tı məc­lis­dən ibarət olan “Mü­si­bə­ti-Fəx­rəd­din” fa­ciə­si­nin möv­zu­su XIX əs­rin 70-ci il­lə­ri­nin axır­la­rın­da Azər­bay­can­da cə­ha­lət və na­dan­lıq du­ma­nı­nın sey­rəl­mə­yə, üfüq­də maa­rif şə­fə­qi­nin gö­rün­mə­yə baş­la­dı­ğı mü­rək­kəb bir mər­hə­lə­də hu­ma­nizm, azad­lıq, dost­luq ide­ya­la­rı­nı, bir­gə ya­şa­yış qay­­da­la­rı­nı xalq hə­ya­tı­na tət­biq edən, bu yol­la cə­miy­yə­tin si­ma­sı­nı də­yi­şib mə­də­ni dün­­ya­nın tə­məl daş­la­rı­nı qo­yan zi­ya­lı­la­rın mü­ba­ri­zə­sin­dən gö­tü­rül­müş­­dür.

Dra­ma­turq jan­rın tə­ləb və spe­si­fi­ka­sın­dan irə­li gə­lə­rək, “Mü­si­bə­ti-Fəx­rəd­din”də cə­miy­yə­tin ölən və do­ğu­lan tə­bə­qə­si­nin toq­quş­ma­sın­dan yaranan tra­giz­mi əks edən ob­raz­la­rın zən­gin qa­­le­re­ya­sı­nı ya­rat­mış­dır. Rüs­təm bəy, Fəx­rəd­din bəy, Mə­lək xa­nım, Şah­mar bəy, Ca­­han­gir bəy, Əh­məd, Mah­mud bəy, Səa­dət xa­nım, Gül­ba­har, Hü­rü nə­nə və b. hə­yat­dan gö­tü­rül­müş, ya­zı­çı tə­rə­fin­dən mə­ha­rət­lə ümu­mi­ləş­di­ril­miş və fər­di­ləş­di­ril­miş ob­raz­lar­dır.

XIX əs­rin so­nu, XX əs­rin əv­və­lin­də Azər­­bay­can hə­ya­tı­nın mən­zə­rə­si əl­van və rən­ga­rəng idi. N.Və­zi­ro­vun diq­qə­ti­ni onun ko­mik və tra­gik tə­za­hür­lə­ri ilə ya­na­şı, cid­di və gər­gin tə­rəf­lə­ri də cəlb edir, cə­miy­yət­də in­san­lar ara­sın­da mü­na­si­bət­lə­rin dra­ma­tiz­mi­nin təs­vi­ri­nə də yer ayı­rır­dı. Bu ba­xım­dan “Nə əkər­sən, onu bi­çər­sən” (1911), “Keç­miş­də qa­çaq­lar” (1912), “Tə­zə əs­rin ib­ti­da­sı” dram­la­rı diq­qə­ti cəlb edir. “Keç­miş­də qa­çaq­lar” ya­zı­çı­nın di­gər əsər­lə­­rin­­dən nə­in­ki janr, ey­ni za­man­da işıq­lı hə­yat səh­nə­lə­ri, nik­bin, mü­ba­riz əh­­val-ru­hiy­yə­li ob­raz­la­rın üs­tün­lük təş­kil et­mə­si ilə də se­çi­lir­di.

Dörd pər­də­dən iba­rət “Keç­miş­də qa­çaq­lar” dra­mı 1912-ci il­də ya­zıl­mış və 1914-cü il­də Qaf­qaz Ca­ni­şin­li­yi­nin sen­zu­ra­sı tə­rə­fin­dən oy­nan­ma­sı­na ica­zə ve­ril­miş­dir. Əsər ilk də­fə Nə­cəf bəy Və­zi­ro­vun 1935-ci il­də çap­dan çıx­mış kül­liy­ya­tın­da nəşr edil­miş­dir. Əsə­rin möv­zu­su XIX əs­rin 80-ci il­lə­rin­də Azər­bay­can­da ge­niş ya­yı­lan, xalq küt­lə­si­nin ça­riz­min bü­rok­ra­tik ida­rə üsu­lun­dan na­ra­zı­lı­ğı­nı ifa­də edən qa­çaq hə­rə­ka­tın­dan gö­tü­rül­müş­dür.

“Keç­miş­də qa­çaq­lar” dra­mın­da per­so­naj­lar kəs­kin su­rət­də mən­fi və müs­bət qütb­lə­rə bö­lü­nür­lər. Sü­jet xət­ti­nin bi­rin­ci tə­rə­fin­də ic­ti­mai mü­hi­tin for­ma­laş­dır­­dı­ğı adam­lar: qə­za rəi­si İvan bəy Sər­da­rov, İs­ma­yıl bəy, İb­ra­him bəy və İs­gən­dər, di­gər tə­rə­fin­də tə­biə­tin do­ğur­du­ğu və qoy­nun­da ye­tiş­dir­di­yi Ca­mal bəy, Pir­ver­di, Ha­cı Qur­ban, Zin­yət xa­nım, Səa­dət xa­nım və b. da­ya­nır. Əsə­rin dra­ma­tik konf­lik­ti də kə­sif cə­miy­yət və tə­miz tə­biə­tin ye­tir­mə­lə­ri ara­sın­da mü­na­qi­şə üzə­rin­də qu­rul­muş­dur.

1911-ci ilin 6 ap­re­lin­də ta­mam­la­nan, 1914-cü il 12 fev­ral­da oy­nan­ma­sı­na ica­zə ve­ri­lən, ilk də­fə 1935-ci il­də Nə­cəf bəy Və­zi­ro­vun kül­liy­ya­tın­da nəşr olu­nan dörd məc­li­si “Nə əkər­sən, onu bi­çər­sən” dra­mı “Keç­miş­də qa­çaq­lar”dan fərq­li ola­raq möv­zu və ide­ya ba­xı­mın­dan dra­ma­tur­qun ko­me­di­ya­la­rı ilə müş­tə­rək­dir. Bu­ra­da “Ev tər­bi­yə­si­nin bir şək­li”, “Son­­ra­kı peş­man­çı­lıq fay­da ver­məz”, “Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük” və s. əsər­lə­rin ay­rı-ay­rı mo­tiv­lə­ri­ni və epi­zod­la­rı­nı, baş­lı­ca ola­raq ide­ya­sı­nı ya­da sa­lan mə­qam­lar var­dır. San­ki ya­zı­çı mül­kə­dar və ta­cir hə­ya­tı­nın eyib və rə­za­lət­lə­ri­nin tən­qi­di­nə həsr olun­muş ko­me­di­ya­la­rın­da qoy­du­ğu so­si­al-əx­la­qi prob­lem­lə­ri “Nə əkər­sən, onu bi­çər­sən” dra­mın­da ye­kun­laş­dır­­mış, əmə­yin, ha­lal zəh­mə­tin tən­tə­nə­si­ni təs­vir et­mək­lə, tü­fey­li cə­miy­yə­tə böh­ran­lı və­ziy­yət­dən qur­tu­luş yo­lu­nu gös­tər­miş­dir.

“Nə əkər­sən, onu bi­çər­sən” dra­mın­da bur­jua ta­cir hə­ya­tı mül­kə­dar-bəy sil­ki­nin nü­ma­yən­də­lə­ri­nin təs­vi­ri ilə pa­ra­lel ve­ri­lir. Vax­ti­lə N.Və­zi­rov ko­me­di­ya­­la­rın­­da kəs­kin tən­qid hə­də­fi­nə çe­vir­di­yi mül­kə­dar mü­hi­ti, onun na­dan və ye­kə­baş ye­tir­mə­lə­ri “Nə əkər­sən, onu bi­çər­sən” dra­mın­da nə­in­ki müs­bət plan­da ve­ril­miş, hət­ta poz­ğun ti­ca­rət dün­ya­sı­na qar­şı qo­yul­muş­dur. N.Və­zi­rov ka­pi­ta­liz­min gə­li­şi ilə sar­sı­lan mül­kə­dar hə­ya­tın­da dir­­çə­liş uğ­run­da ge­dən pro­ses­lə­ri diq­qət­lə iz­lə­miş, Bay­ra­mə­li bə­yin Səf­dər­qu­lu və Rə­su­lu (“Ev tər­bi­yə­si­nin bir şək­li”), Cən­nə­tə­li ağa­nın Hey­dər­qu­lu­nu (“Adı var, özü yox”) oxut­maq cəhd­lə­ri­nin za­man keç­dik­cə baş tut­ma­sı­nı Fəx­rəd­din bə­yin (“Mü­si­bə­ti-Fəx­rəd­din”), Əş­rəf bə­yin (“Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük”) ar­zu və əməl­lə­ri­nin hə­ya­ta keç­mə­si­ni mü­şa­hi­də et­miş, bəy, xan mü­hi­tin­də ti­pik ha­di­sə­yə çev­ril­miş in­san­la­rın ob­ra­zı­nı Nu­rəd­din ağa, Göv­hər xa­nım, İs­ma­yıl bəy si­ma­sın­da ümu­mi­ləş­dir­miş­dir.

N.Və­zi­ro­vun dra­ma­tur­gi­ya­sın­da so­vet ha­ki­miy­yə­ti­nin ilk il­lə­rin­də yaz­dı­ğı dö­rd məc­lis­dən iba­rət, ilk də­fə 1935-ci il­də ədi­bin kül­liy­ya­tın­da nəşr olunan “Tə­zə əs­rin ib­ti­da­sı” dra­mı xü­su­si və müs­tə­qil mər­hə­lə təş­kil edir. Ya­ra­dı­cı­lı­ğın­da ar­dı­cıl su­rət­də bur­jua-ka­pi­ta­list və mül­kə­dar cə­miy­yə­ti­nin rə­za­lət­lə­ri­ni, qə­ba­hət­lə­ri­ni yük­sək və­tən­daş­lıq cə­sa­rə­ti­lə aman­sız su­rət­də tən­qid edən, işı­ğa, azad­lı­ğa can atan mü­tə­rəq­qi qüv­və­lə­rin, “ağıl­dan bə­la” çə­kən­lə­rin məh­ru­miy­yət və fa­ciə­lə­ri­ni gös­tə­rən dra­ma­turq, “Tə­zə əs­rin ib­ti­da­sı”nda ilk də­fə hə­ya­tın işıq­lı səh­nə­lə­ri­ni, bö­yük ar­zu­lar­la ya­şa­yan, amal­la­rı uğ­run­da mü­ba­­ri­zə apa­ran və on­la­rı əzm­lə hə­ya­ta ke­çi­rən in­san­la­rın ob­ra­zı­nı ya­rat­mış­dır.

N.Və­zi­ro­vun dra­ma­tur­ji ya­ra­dı­cı­lı­ğın­da bir tər­cü­mə (“İvan Qroz­nı­nın ölü­mü”) və iki təb­dil (“Ağa Kə­rim­ xan Ər­də­bi­li” (1908) və “Də­lə­duz”) var­dır. Rus ya­zı­çı­sı A.K.Tols­to­yun “İvan Qroz­nı­nın ölü­mü” fa­ciə­si­nin tər­cü­mə­si mü­tər­ci­min səy­lə­ri­nə bax­ma­ya­raq çap olun­ma­mış, əl­yaz­ma­sı it­miş­dir. “Ağa Kə­rim xan Ər­də­bi­li” məş­hur fran­sız dra­ma­tur­qu J.B.Mol­ye­rin “Xə­sis” əsə­rin­dən, “Də­lə­duz” isə na­mə­lum in­gi­lis mü­əl­li­fin­dən təb­dil edil­miş­dir. Hər iki ko­me­di­ya­da N.Və­zi­rov ha­di­sə­lə­ri Av­ro­pa mü­hi­tin­dən Azər­bay­ca­na kö­çür­müş, per­so­naj­la­rın ad­la­rı­nı də­yi­şib on­la­ra mil­li ko­lo­rit və sə­ciy­yə aşı­la­mış və bu yol­la yer­li mü­səl­man məi­şə­ti­nin qü­sur­la­rı­nı tən­qid et­miş­dir.

Dra­ma­tur­gi­ya ilə ya­na­şı, ya­ra­dı­cı­lı­ğı­nın bi­rin­ci döv­rün­də dram əsər­lə­ri yaz­maq­la bə­ra­bər bə­dii nəsr­lə məş­ğul olan, Mosk­va­da təh­sil alar­kən “Ağı­çı” (1875), “Mə­nim va­qi­əm” (1876), me­şə­bə­yi və­zi­fə­sin­də ça­lı­şar­kən “Paho?” (1884) he­ka­yə­lə­ri­ni ya­zan N.Və­zi­ro­vun bö­yük əhə­miy­yət ver­di­yi və vax­ta­şı­rı məş­ğul ol­du­ğu di­gər ya­ra­dı­cı­lıq sa­hə­si pub­li­sis­ti­ka idi. Ya­zı­çı pub­li­sis­ti­ka ilə ədə­bi fəa­liy­yə­ti­nin iki mər­hə­lə­sin­də: XIX əs­rin 70-ci il­lə­rin­də, ic­ti­mai is­la­hat­lar uğ­run­da mü­ba­ri­zə ge­niş­lə­nib, “Əkin­çi” qə­ze­ti nəşr olu­nar­kən və XX əs­rin əv­və­lin­də öl­kə­də mil­li azad­lıq hə­rə­ka­tı çi­çək­lə­nib döv­ri mət­bu­at gur inki­şaf yo­lu­na dü­şər­kən, in­qi­lab və ir­ti­ca il­lə­rin­də məş­ğul ol­muş­dur. Bu müx­tə­lif vaxt kə­sik­lə­ri­nin Azər­bay­can ta­ri­xin­də mü­hüm mər­hə­lə təş­kil et­di­yi­ni və gər­gin si­ya­si ha­di­sə­lə­rin aram­sız cə­rə­yan et­di­yi mü­rək­kəb dövr­də zə­ma­nə­nin or­ta­ya çı­xar­dı­ğı prob­lem­lə­rə açıq və çe­vik ya­zı­çı mü­na­si­bə­ti­nin zə­ru­ri ol­du­ğu­nu nə­zə­rə al­saq, N.Və­zi­ro­vun pub­li­sis­ti­­ka­ya mü­ra­ci­ət et­mə­si­nin sə­bə­bi, ümu­miy­yət­lə, və­tən­daş­lıq qa­yə­si ay­dın­la­şar. Bu pub­li­sis­ti­ka bir-bi­rin­dən fərq­li mər­hə­lə­lər­də ya­ran­dı­ğı ki­mi, möv­zu, mün­də­ri­cə, prob­lem, janr, üs­lub rən­ga­rəng­li­yi cə­hət­dən də əsas­lı şə­kil­də se­çi­lir­di. Ədi­bin fəa­liy­yə­ti­nin bi­rin­ci, 70-ci il­lər mər­hə­lə­si üçün ic­ti­mai pub­li­sis­ti­ka – mə­qa­lə, ikin­ci mər­hə­lə­si üçün bə­dii pub­li­sis­ti­ka – fel­ye­ton, sa­ti­rik mi­nia­tür jan­rı sə­ciy­yə­vi­dir. La­kin ay­rı-ay­rı ta­ri­xi mər­hə­lə­lər­də, müx­tə­lif janr­lar­da ya­zıl­ma­sı­na bax­ma­ya­raq bu əsər­lə­ri müş­tə­rək cə­hət­lər – ak­tu­al­lıq, də­rin ic­ti­mai mün­də­ri­cə, kəs­kin tən­qi­di pa­fos, sa­ti­rik if­şa, hə­yat fak­tı­na açıq ten­den­si­ya­lı mü­na­si­bət, ay­dın və­tən­daş­lıq möv­qe­yi bir­ləş­di­­rir. N.Və­zi­ro­vun mə­qa­lə və fel­ye­ton­la­rı Azər­bay­can ta­ri­xi­nin is­la­hat­lar və in­qi­lab­lar mər­hə­lə­sin­də ya­ran­sa da, cə­miy­yə­ti maa­rif­çi­lik me­tod­la­rı əsa­sın­da tə­ka­mül yo­lu ilə də­yiş­mək ide­ya­sı on­la­rın əsas məf­ku­rə­vi məğ­zi­ni təş­kil edir­di.

N.Və­zi­rov pub­li­sis­ti­ka­sı­nın bi­rin­ci – 70-ci il­lər mər­hə­lə­si “Əkin­çi” qə­ze­­ti­nin ide­ya is­ti­qa­mə­ti, müa­sir el­mi bi­lik­lə­ri, de­mok­ra­tik fi­kir­lə­ri yay­maq­la əha­li­nin dü­şün­cə tər­zi­nə ye­ni­lik gə­tir­mək məq­səd və mə­ra­mı ilə üz­vi şə­kil­də bağ­lı idi. Bu­ra­dan irə­li gə­lə­rək Azər­bay­can cə­miy­yə­ti­ni is­lah edib, onu dü­çar ol­du­ğu elm­siz­lik və na­dan­lıq mə­rə­zin­dən, si­ya­si süst­lük­dən, və­tən­daş bi­ga­nə­li­yin­dən, iq­ti­sa­di tə­nəz­zül­dən, mə­də­ni ge­ri­lik­dən qur­ta­rıb, müa­sir in­ki­şa­fın axı­nı­na qoş­maq meyili on­la­rın leyt­mo­ti­vi­ni təş­­kil edir­di.

N.Və­zi­ro­vun “Əkin­çi” qə­ze­ti ilə əmək­daş­lı­ğı qə­ze­tin 18 de­kabr 1875-ci il ta­rix­li 11-ci nöm­rə­sin­dən baş­lan­mış, 1 sent­yabr 1877-ci il ta­rix­li 18-ci nöm­rə­si­nə qə­dər da­vam et­miş­dir. Mü­əl­li­fin qə­ze­tin sə­hi­fə­lə­rin­də “Nə­cəf Və­zir­za­də”, “Nə­cəf”, “N.V.”, “Ha­ray­çı qar­daş” im­za­la­rı ilə sək­kiz mə­qa­lə­si dərc olun­muş­dur. Mə­qa­lə­lər­dən bi­ri “Əkin və zi­ra­ət xə­bər­lə­ri”, bi­ri “Elm xə­bər­lə­ri”, qa­lan­la­rı isə “Mək­tu­bat” şö­bə­sin­də çap edil­miş­dir.

N.Və­zi­ro­vun “Əkin­çi” döv­ri pub­li­sis­ti­ka­sın­da vur­ğu bir qay­da ola­­raq or­ta əsr­lər­dən qal­ma tə­si­sat­la­rın tən­qi­di və də­yiş­di­ri­lib ye­ni­si ilə əvəz olun­ma­sı mə­­sə­­lə­si üzə­ri­nə dü­şür. Ya­zı­çı və­tən qar­daş­la­rı­nın diq­qə­ti­ni tə­bəd­dü­la­ta üz qo­yan dün­ya­nın öz gə­li­şi ilə gə­tir­di­yi ye­ni mü­tə­rəq­qi əla­qə for­ma­la­rı­na, əs­ki qa­nun­la­rın bu­xo­vun­dan xi­las ola bil­mə­yən in­san­la­rın ta­le­yi üçün ya­ran­mış re­al təh­lü­kə­yə cəlb edir­di.

N.Və­­zi­­rov pub­­li­­sis­­ti­­ka­­sı­­nın XX əs­­rin əv­­və­­li­nə dü­­şən mər­­hə­­lə­si isə ədə­­biy­­ya­­tı­­mız­­da sö­­zün hə­­qi­qi mə­­na­­sın­­da ori­­ji­­nal ya­­ra­­dı­­cı­­lıq ak­­tı­­dır. Tək­­cə ona gö­rə yox ki, ədib mil­­li ədə­bi for­­ma­­la­­rın da­i­­rə­­si­nə sa­­ti­­rik mi­ni­a­­tür fel­­ye­­ton jan­­rı­nı gə­­tir­­di, bir də ona gö­rə ki, o, “Ba­­la­ca mü­­tə­­fər­­ri­­qə­­lər” ümu­mi baş­­lı­ğı al­­tın­­da yaz­­dı­ğı sil­­si­lə va­­si­­tə­­si­lə tə­­la­­tü­mə gə­­lib sü­­rət­­lə də­­yi­­şən zə­­ma­­nə­­nin mü­­rək­­kəb ha­­di­­sə­­lə­­ri­nə mü­­da­­xi­lə et­­mə­­yin, bur­­jua-ka­­pi­­ta­­list cə­­miy­­yə­­ti­­nin müx­­tə­­lif tip­­li rə­­za­­lət­­lə­­ri­ni aş­­ka­ra çı­­xa­­rıb riş­­xənd, is­­teh­­za hə­­də­­fi­nə çe­­vir­­mə­­yin ori­­ji­­nal ifa­də tər­­zi­ni kəşf et­­di. Bu­­nun­­la da ya­­zı­çı Bi­­rin­­ci rus in­­qi­­la­bı il­­lə­­rin­­də və son­­ra fel­­ye­­ton­­çu­­lu­ğu özü­nə ya­­ra­­dı­­cı­­lıq yo­lu se­­çən C.Məm­­­məd­­qu­­lu­­za­də, N.Nə­­ri­­ma­­nov, Ü.Ha­­cı­­bə­y­li və b. sə­­nət­­kar­­la­­rın sə­­lə­fi ol­­du.

N.Və­zi­ro­vun fel­ye­ton­la­rı 1905-1919-cu il­lər ara­sın­da “Hə­yat”, “İr­şad”, “Tə­rəq­qi”, “Tə­zə hə­yat”, “Ye­ni İr­şad”, “Sə­da­yi-həqq”, “Açıq söz”, “İt­ti­had” qə­zet­lə­rin­də, “Mi­rat” və “El hə­ya­tı” jur­nal­la­rın­da “Ba­la­ca mü­tə­fər­­ri­qə­lər” ümu­mi baş­lı­ğı al­tın­da “Dər­viş” im­za­sı ilə dərc olun­muş­dur. La­kin “Dər­viş” mü­əl­li­fin tək­cə üs­tü­ör­tü­lü ün­va­nı de­yil. O həm də təh­ki­yə­çi ob­raz­dır. Dər­viş, ya­xud Ağa Dər­viş fel­ye­ton­lar­da təs­vir olu­nan əh­va­lat­la­rın mər­kə­zin­də du­rur. Bu mə­na­da o, “Ba­la­ca mü­tə­­fər­ri­­qə­lər” sil­si­lə­si­nin əsas qəh­rə­ma­nı­dır. Ya­zı­çı onun pro­to­ti­pi idi. Ağa Dər­vi­şin si­ma­sın­da mü­əl­lif özü də da­xil ol­maq­la əs­rin qa­baq­cıl adam­la­rı­nın, mil­lət yo­lun­da fə­da­kar­lıq gös­tə­rən qə­ləm əh­li­nin, sı­ra­vi mü­ca­hid­lə­rin ən yax­şı sə­ciy­yə­vi key­fiy­yət­lə­ri­ni ümu­mi­­ləş­­dir­­miş­di.

“Ba­la­ca mü­tə­fər­ri­qə­lər”də XX əs­rin baş­lan­ğı­cın­da Azər­bay­can hə­ya­tı­nın bü­tün xəs­tə tə­rəf­­lə­ri, cə­miy­yə­ti çü­rü­dən “müf­sid hə­şə­rat­lar” mə­ha­rət­lə ni­şan ve­ril­miş, us­ta­lıq­la if­şa edil­miş­dir. La­kin bun­lar­la ya­na­şı de­mək la­zım­dır ki, “Ba­la­ca mü­tə­fər­ri­qə­lər” fel­ye­ton­lar sil­si­lə­si­nin pa­fo­su yal­nız tən­­qid və if­şa­dan iba­rət de­yil. Ya­zı­çı əmin idi ki, ca­maa­tı­mız heç vaxt avam de­­yil. An­caq bi­zi kə­sa­lət ba­sıb.

O, cə­miy­yə­ti kə­sa­lət­dən qur­tar­maq uğ­run­da mü­­ba­­ri­zə apa­ran işıq­lı qüv­və­lə­ri, Bi­rin­ci Döv­lət Du­ma­sı­na ge­dən de­pu­tat­la­rı, hə­yə­ca­na gə­lib İran is­tib­da­dı­na qar­şı vu­ru­şan Təb­riz əh­li­ni, “na­dan­lıq­dan, cə­ha­lət­dən” ya­zan “bi­ça­rə mü­hər­rir­lə­ri” də gör­müş və mə­həb­bət­lə təs­vir et­miş­dir. O, be­lə­lə­ri­nin qüv­və­si və əməl­lə­ri ilə xal­qın qü­sur­la­rı­nın is­lah olu­nub maa­rif­lən­miş azad bir cə­miy­yə­tin qu­ru­la­ca­ğı­na ina­nır­dı.

Bü­tün bun­lar köh­nə dün­ya­nın xa­ra­ba­lıq­la­rı üzə­rin­də de­mok­ra­tik cə­miy­yət qur­maq uğ­run­da mü­ba­ri­zə apa­ran və onun qə­rar tut­ma­sı­na də­rin­dən ina­nan ya­zı­çı­nın idea­lı idi.

İslam QƏRİBLİ,

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor