Poet, publicist, translator, author of books such as "Winds of Karabakh", "Spring on Water", "Quiet and Strong as Water", "Night Dreams", "Martyr Brothers", "The Door", laureate of the Rasul Reza Award, "Literary Poem" The book "Karabakh - from longing to victory" by Rafail Taghizadeh, the founder of the magazine, is above all a chronicle written about 30 years of longing. The book talks about the pain of exile, the pain and weight of being forced to dig a trench between your home and yourself, about your loved one and your past being on the other side of the barbed wire. Sometimes the author addresses violets, roses, sometimes pomegranate trees, mulberry trees, in this book he paints a picture of ovens that have forgotten the aroma of bread, waterless ditches that have lost their way and buried themselves in khazal, courtyards that have lost fences, and houses without walls.
30 ilə yaxın cavabını tapa bilmədiyimiz sualların pıçıltısı eşidilir, "gö-rən, kötüklər bizi öz kölgəsinə qoyacaqmı?", "sönmüş ocaqları kim yandıracaq?", "sevdiyimiz çiçəklər bizsiz də çiçək açırmı, görən o yerlərdə?" - kimi suallarla, "Yolçu, mənə quş göndər, dimdiyində torpağım!" kimi ni-dalar əvəzləyir bir-birini. Yaxşı haldır ki, müəllif Qarabağın işğaldan əvvəl-ki illərinə də səyahət edir, Şuşanın, Kəlbəcərin, Ağdamın çal-çağırlı, qonaqlı-qaralı, ilıq xatirəli zamanlarından da söz açır. Gənc oxucuda, gələcək nəsillərdə söz-sənət beşiyi, musiqi ocağı hesab edilən Qarabağın mədəniyyət tarixi haqqında təsəvvür formalaşdırır. Yəqin hamınızın yadındadır, torpaqlarımızın işğal olunduğu ilk illərdə, çadır şəhərciklərinin salındığı vaxtlarda "Çadırlarda Üzeyir Hacıbəyli doğula bilməz!" nidası bir ziyalı ça-ğırışına, ozan fəryadına çevrilmişdi. Amma bu, nə qədər acı olsa da, həqiqət idi. Söhbət təbii ki, dəbdəbəli saraylardan, yüksək məişət təminatından, rahat həyat tərzindən getmirdi. Məsələ çadır şəhərciyində doğulan uşağın ruhunda məğlubiyyət duyğusunun hakimliyi idi. "Silah əvəzinə, bel əvəzinə əlində təsbeh çevirən", at belindən uzaq düşüb, çadır evinin kandarında ata və babasının boynunu bükük görən uşaq böyüyəndə necə "Cəngi", yaxud "Koroğlu" uvertürası yaza bilərdi? "Qarabağ - həsrətdən zəfərə" kitabında Rəfail müəllim həm gəncliyin, həm anaların, ataların yaşadığı o utancaqlıq duyğusunu səmimiyyətlə ifadə etmişdir. Bu kitabı oxuyan hər bir qarabağlı - şuşalı da, ağdamlı da, füzulili də, kəlbəcərli də, cəbrayıllı, zəngilanlı, xocavəndli, laçınlı, qubadlılı, xankəndili, xocalılı da eyni duyğunu yaşayacaq. Çünki qürbətin acısı, həsrətin, nisgilin rəngi, vətənində köçkün adıyla yaşamağın, dünyadan köçənlərini torpağa əmanət verməyin ağrısı hamı üçün eyni olub. Baharı qərib-qərib qarşılamağın, bəzəkli evlərini, bağ-bağatını ancaq yuxularda görməyin göynərtisi, tüstüsüz alışmağın yanğısı, başın üstündən keçən durna qatarının arxasınca boylanmağın acı dadı da oxşar olub. Müəllifin böyük kədərlə yazdığı bu duyğuları hansımız yaşamamışıq ki? "Uçulub tökülmüş daşları üst-üstə qoyaraq xəyallarda bir ev qururam, köhnə çərçivəli. Qapısız, pəncərəsiz. Qoyub gəldiyimiz bağlı qapıların sınmış, atılmış qıfıllarını yığa-yığa. Cırılmış uşaqlıq şəkillərini qurumuş dodağıma tutub birtəhər yapışdıra-yapışdıra uşaqlığın itmiş günlərini düzüb vərəqləmək istəyirəm. Çözələnən xatirələrin başlanğıcını, sonunu tapa bilmirəm. Cavabı bilinməyən, adamı özünə oxşadan boynu bükülü cavabsız suallar qarışıq. Evdəkilərdən, uşaqlardan, torpaqdan, daşdan, havadan, sudan, özündən və hamıdan utana-utana dolaşırıq bu məmləkəti didərgin ayaqlarla".
Qeyd edim ki, bu hissləri yazıya almaq elə yaşamaq qədər çətindir. 30 il Xocalıdan yazmaq istəsəm də, yaza bilməmişəm, ürəyimdə qövr edənləri 30 ildən sonra kağıza köçürmüşəm. Ağdam haqqında yazmaq istədiklərim isə hələ də qələmin ucunda düyünlənibdir. Rəfail müəllim isə hamımızın yaşadığı, hamımızın həyatından keçən ağrını tarixiləşdirməyə özündə təpər tapıbdır. Güllələnmiş uşaqlığımızın, itirilmiş gəncliyimizin, gözlərimizin dərinliyində dondurulmuş təbəssümümüzün tablosunu yaradıb. "Qara gün gün sayılmaz, çünki gündüzü bəlli olmaz", "Yurduna xarabalıq deməkdən ağır söz, ağır ittiham varmı, görə-sən?", "Həbsxanada dəmir barmaqlıqlar arasındakı balana baxan kimi baxırsan o yerlərə" kimi müharibə aforizmləri ilə 30 illik tarixi acının poetik ifadəsini təqdim edibdir. Nə qədər çətin olsa da, şəhid olan dostları, tanıdığı insanlar haqqında Vətən sevdalıları adı ilə söz açmış, onların da xatirəsinə olan ehtiramını əbədiləşdirmişdir. Qaziləri də yaddan çıxarmayan müəllif Etibar Əsədovun simasında bütün Qarabağ qazilərini yad edir. Bütün bu sadalananlar Rəfail müəllimin əsərində həm də ona görə təbii və səmimi alınır ki, o, eyni zamanda zabit olaraq o ağır günləri yaşayıb.
Kitab adından da göründüyü kimi, təkcə Qarabağ həsrətindən və acısından bəhs etmir. Azərbaycan xalqının və ordusunun Dəmir Yumruq ətrafında birləşərək qazandığı zəfər sevincindən və qələbə qürurundan da danışılır. Rəfail müəllim bu zəfərə gedən yolun heç də asan olmadığını, bir xalq olaraq hansı məhrumiyyətlərdən keçdiyimizi göstərməklə yanaşı çətin məqamda, əzmkarlıq və dəyanət tələb olunanda yumruq kimi bir olmağımızı da əks etdirir. Və maraqlı bir nüansı qeyd etmək istəyirəm. İşğal illərindən, məğlubiyyət durumunda olduğumuz zamanlardan yazanda müəllifin təhkiyəsi nə qədər lirik, həzin tondadırsa, məhz 27 sentyabr 2020-ci ildən sonraya aid olan bölmələrdə bir nida əzəməti diqqəti çəkir. Hələ qələbə qazanmağımızdan, savaşın nəticəsindən xəbərsiz olsaq da, haqq, ədalət uğrunda savaş əzmimiz bizə ruh verirdi. 7-dən 77-yə hər kəsin ürəklə qoşulduğu, bu yükün qarşısında özünü borclu bildiyi bir savaş başlamışdı. Əsgər də toya-düyünə gedirmiş kimi sevincək çıxmışdı yola, ölüm-dirim savaşına gedən oğlunun ardınca su atan ana da qürurlu idi, özünə arxa bildiyi yeganə oğlunu cəbhəyə göndərən ata da. Yolda əsgərinə meyvə uzadan, su daşıyan uşaqlar da müharibə qorxusunu dəf edib sevinirdilər. Hər gün şəhid xəbərləri ilə sarsılsaq da, haqq davamızı yarımçıq qoymaq istəmirdik. Biz qələbəni birlikdə qazandıq, tarixi torpaqlarımızı, evlərimizi azad etdik, haqq savaşında qalib gəldik. İndi səngərlərin, tikanlı məftillərin, bombalanmış sərhədlərin o üzü gözləyirdi bizi.
Rəfail müəllim qeyd edir ki, "məndən o yerləri, evinizi görəndə hansı hissləri keçirəcəksən, soruşanda nə cavab verəcəyimi bilmirdim". Həqiqətən də, onun üçün o anı yaşamaq la-zımdır. Bizi nə gözlədiyini bilmirdik. Bizimlə yoldaşlıq etməyi bacarmayan düşmən yollarımızla da yola gedə bilməmişdi. Evlərimizə getməyə yol, cı-ğır tapmırdıq. 27 ildə elə düşünürdük ki, şəhərin girişinəcən getsək, evimi-zi də, məktəbimizi də gözübağlı gedib tapa bilərik. Amma ucundan tutub getməyə yol yox idi ki... Rəşad Mə-cid demişkən, Ağdamda axtardıqlarımızı gözüyumulu tapmaq olardı, amma gözüaçıq tapmaq olmur. Rəfail müəllim bu məqamda deyir, Ağdamda erməni zəlzələsi olub.
Biz bu vüsal sevincini tam yaşaya da bilmirdik. Həm itkilərimiz, şəhid balalarımızın nisgili, həm daşı daş üstdə qalmayan məmləkətin halı bizi ürəkdən sevinməyə qoymurdu. İlk səfərlərimizdə bələdçilər bizi şəhərlə tanış edirdilər. Burada qonaq evi olub, indi yoxdur, burada isə univermaq, izi də qalmayıb, poçtun binasından qalan budur, Şahmat məktəbinin yeridir, Dram Teatrının binasından qalan di-varlardı, elə bil yaddaşını itirmiş birinə doğmalarını göstərirlər ki, bu, sənin anandır, bu qardaşın, bu isə ən yaxın sirdaşın olub. Sənsə xatırlamağa çalışırsan, özünü sındırmaq istəmirsən, - təqdimata ehtiyac yoxdur, mən burda böyümüşəm, hər yeri tanıyıram deyirsən, amma içində çilik-çiliksən. Çünki illərdir xəyalında yaşayan o möcüzə gözəllikdən əsər-əlamət yoxdur. Çünki sənin tanıdığın şəhər bu şəhər deyildi. Amma Rəfail müəllimin dediyi kimi, nə yaxşı ki, Sənə gəldim, məbədim mənim!
Çox sevindiricidir ki, Rəfail Tağızadə bu kitabı çapa hazırlayarkən xalqımız zəfər üstündən zəfər yaşadı, Azərbaycan Ordusunun Ali Baş Komandanı üçrəngli bayrağımızı tarixi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə də ucaltdı. Artıq tarixi qələbəmizin əbədiliyinə şübhə yeri qalmadı. Bunu istəməsələr də, düşmənlərimiz də qəbul etdi. Bunu Azərbaycan əsgəri, güclü Azərbaycan diplomatiyası qəbul etdirdi.
Müəllif "Qarabağ - həsrətdən zəfərə" kitabının bir yerində Ağdamın Dram Teatrından qalan arka divarlarını səhrada quraşdırılmış səhnəyə bənzədir. "Önündə şəkil çəkdirmək istəyənlər tamaşa qurtarandan sonra tamaşaçıların qarşısına çıxıb baş əyən rejissorları, aktyorları xatırladır... Ağdamın mərkəzi hissəsində bütün dünyadan köçən, şəhid olan ağdamlıların ruhları qarşısında baş əyirmiş kimi". Maraqlı bənzətmədir, amma bu, bir tamaşanın sonudursa, növbəti tamaşaların, çal-çağırlı günlərin başlanğıcıdır. Hər birinizə bundan sonra könül açan, ruh oxşayan tamaşaların qəhrəmanı və izləyicisi olmağı arzulayıram!
525-ci qəzet. 30 dekabr 2023.