Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Muhammad Iqbal‘s view of Man, Love and Heart - Basira Azizali

10-11-2022 [ 11:51 ] [ read:75 ]
printerA+ | A-
102846

MUHAMMAD IQBAL-145

   The thinker poet Mohammad Iqbal in his work "Peyam-i-Mashrig" like other works included in his work, praises the human sublimity of creation, declares his philosophy of love, and tries to reveal the secrets of the heart.

    The "Mountain Tulip" section of the book consists of rubai's dedicated to various topics. The section of rubai dedicated to deep philosophical topics such as love, heart, mind, spirit, human, self, world, unity, God, search for truth, eye of insight, unconscious dream, existence, life, death, self-awareness, loneliness, struggle, Islam is important in the work. takes up space.

  İqbal insanın varlığının dəyərinə inanır: “Eşq nəğməsini çalan ney Adəmdir. Bizə sirrləri açan Adəmin özü bizzat sirrdir. Cahanı O, (Cənabi-Haqq) yaratdı, Adəm daha da gözəlləşdirdi”. İnsanın yaradılışı ilə bağlı İqbal Qurana və dini kitablara istinad edir: “Allah su və palçıqdan gözəl bir şəkil yaratdı. İrəm bağından daha gözəl bir cahan dünyaya gətirdi”. İnsan maddi dünya üzərində torpaqdan yoğrulmuş bütün varlıqlardan fərqlənir, çünki onun ruhu Allahdandır: “Keyqubadın taxtı, Cemin tacı torpaq. Kilsə, büt yerləri, Kəbə torpaq. Lakin bilmirəm ki, mənim cövhərim nədəndir? Gözüm göylərin üstündə, bədənim torpaq”.

  Nurdan yaradılmış mələklərdən fərqlənən, torpaqdan yaradılan insanın ən mühüm özəlliyi ayrılıq həsrətində arayış ruhuna sahib olması, vəhdətə doğru yürüməsidir. “Mənim tərəfimdən Cəbrailə de ki, “məni sənin kimi nurdan yaratmadılar. Lakin biz, torpaqdan yaradılanların (həqiqət yolundakı) iztirablı qaçışına bax. Onlar ayrı qalmağın zövqünü nurdan yaradılmış olmağa dəyişmədilər” deyən İqbal vəhdətə çağırır: “Bir”i ara, “Bir”i gör, “Bir” ol”.

Özünü dərk etməklə qəflət pərdəsini qaldıran insanlar ilahi yaradılışın mahiyyətini də dərk edirlər. Mütəfəkkir şair yazır: “Kimi arayırsan? Çünki o bütün zühuruyla meydanda, sən örtük altında gizlisən. Onu ararsan özündən başqasını görə bilməzsən, özünü ararsan ondan başqasını tapa bilməzsən”. İqbala görə, insan içindəki sirrdən xəbərsizdir, ona görə də şair “get, insan ara (insanın həqiqətinə vaqif olmağa çalış), Allah belə insanın dalınca qaçır” deyir.

  İqbal insanı gizli bir məna, ixtiyarının nə tamamilə özündə olan, nə də tamamilə özündə olmayan, yaşayan, daim dəyişən torpaq hesab edir. İnsan Allahın bir parçası olan nurdur: “Sən günəşsən, mən də sənin peykin olan ayam. Sənin baxışın məni başdan-ayağa nur halına gətirir. Qucağından uzaq qaldıqca əksilirəm. Sən bir Quransan, mən də sənin cüzinəm”. Allah insanın həm içində, həm də dışındadır. İnsan Allahsız bir heçdir: “Hər könüldə onun açdığı yaradan bir qəndil var”.

  M.İqbal əsərdə Allahı günəş adlandıraraq vəsf edir: “Ey göy üzündə dövr edən günəş, bu qədər uzaq olduğun halda gözümə necə gəlirsən? Bu fani torpaqdan uzaq olduğun halda bir faniyə qovuşursan. Ey kipriklərdən süzülüb gözə girən nur, sən hardasan ki?”

  İqbal insanın Allahdan uzaqlaşdığını dilə gətirir və bunu özünəməxsus şəkildə ifadə edir: “Min illər boyu yaradılışla bərabər oldum. Ona bağlanıb özümdən keçdim. Lakin bütün macəram bu iki kəlmə içindədir: Oydum, pərəstiş etdim, qırdım”. Mütəfəkkir şair insanın əzəmətini, varlığındakı ilahi nuru, vəhdəti-vücudu göstərmək üçün orijinal ifadələrdən istifadə edir, təkrar fikirlərə yol vermir, oxucunu düşünməyə vadar edir: “Özümə bənzəyən bir büt hazırladım. Allahı öz şəklimdə təsəvvür etdim. Özümdən kənara çıxmaq mənim üçün imkansızdır. Nə şəkildə olursam, olum, özümə taparam”. İqbal Allahı göy, insanı isə yer ilə simvollaşdırır: “Bil ki, yer göyün sirrini bilir. Məkanı laməkan işarətinin şərhi kimi tanı. Hər zərrə sevgilinin məqamına uçur. Yolunu, izini tapmaq istəsən, axan quma bax, anla!”. İqbal insanı “varlığın qəlbi”, “nişanı olmayan Haqqın nişanı” adlandırır.

  “Dağ laləsi” bölümü mütəfəkkir şairin yaradıcılığında aparıcı yer tutan eşq mövzusu baxımından da diqqəti çəkir. Əslində, eşq İqbalın bütün digər mövzuları ilə də vəhdət təşkil etməkdədir. Şairə görə, yalnız həyatın sirrinə vaqif olan şəxslər eşqin əzəmətini anlaya bilərlər. Eşq İqbal üçün sərhəd tanımayan bir anlayışdır: “Ey Kəbə şeyxi, çox ehtimal ki, sən bilməzsən, eşq cahanının da bir məhşəri var. O məhşərdə günah, əməllər dəftəri və mizan-tərəzi kimi şeylər yoxdur. O məhşərdə nə müsəlmanlıq vardır, nə də kafirlik”. Eşq, İqbala görə, çeşidli təzahürləriylə görülən, əslində isə vəhdətdə olan bir sirrdir: “Eşq nədir, min bir təcəllisi ilə insanı aldadır, heç sorma. O istədiyin rəngdə zühur edir. Sinədə bir nöqtədən çox bir şey deyildir. Lakin bir dəfə ondan bəhs açıldımı, sonu gəlməz...” İqbal üçün eşq qəlbi aydınladır: “Gizli dərdi olmayan insanın təni vardır, amma canı yoxdur. Əgər can istəyirsənsə, sonsuz bir eşq və qızğın bir çırpıntı istə!”

  M.İqbal eşqi maddi dünyaya və ağıla qarşı qoymuşdur. Vəhdətdən gələlərək sonsuzluğa doğru gedən eşq üçün fani dünya əngəl deyil, insan ruhunun səfərinə çıxmalı, onu məkanına bağlayan zəncirləri qırmalıdır: “Bu qaldığın yerə könül vermə... Burax, səfərə çıx. Baxışın ay və günəş kimi tərtəmiz olsun. Ağıl və din malını başqalarına bağışla, lakin eşq iztirabı əlinə keçərsə, onu yaxşı saxla”.

  M.İqbal eşqə insanın mənası kimi baxır, onun üçün eşq həm insanı yaradır, həm də insan eşq toxumunu səpir: “Ey eşq, ey könlümüzün iç mənası (rəmzi) ey əkdiyimiz toxum, ey biçdiyimiz məhsul, gəl, təni torpaq olan insanlar artıq köhnəldilər, bizim camurumuzdan başqa bir adam vücuda gətir...” Eşq, İqbala görə, insana nə qədər əzab və əziyyət versə də, insan eşq iztirabından keçərək saflaşır, fani dünya nəfsindən arınaraq öz ilkin cövhərinə yaxınlaşır. Ona səbr edənlər qalibdirlər: “Eşq hər könüldə yeni bir rəng göstərdi. Bəzən daş ilə, bəzən isə şüşə ilə çarpazdır. Səni özündən aldı, ağlatdı. Məni daha çox özümə yaxınlaşdırdı”.

  Rübailərin ədəbi-fəlsəfi mövzuları arasında qəlb önəmli yer tutur. İnsan qəlbi, İqbala görə, cahanı içinə sığdıran bir ovuc qan, bir ümandır: “Cahan bir ovuc torpaq, könül də onun məhsuludur. Cahanın bütün müşkülü bu bir qətrə qandan başqa bir şey olmayan könüldən çıxır. Biz biri iki görürük, amma hər kəsin cahanı öz könlü içindədir. İqbal hesab edir ki, qəlb hər zaman sevgiliyə doğru can atır, yeni arzularla dolur. Onun həyatı yanmağında, atəşindədir: “Köksün içində könül nədir”, - deyə sorarsansa, cavabı budur: Ağıl yanmağa başladısa, könül olur. Qəlb çırpındığı üçün qəlbdir. Lakin bir an iztirabı tərk edərsə, torpaqdan başqa bir şey olmaz”.

  M.İqbal belə hesab edir ki, qəlbini fani dünyanın buxovlarına həsr edən insan qəflət yuxusundadır: “Kilsə, məscid, bütxanə, bütün bunları yalnız bu bir ovuc torpaq (könül) meydana gətirdi. Qəlb deyilən şey səndə varsa, başqalarının mühakimələrindən qurtara bilərsən. Lakin, ey qafil, sən daha könlü əldə edə bilmədin”.

  Mütəfəkkir şair insan qəlbinin yalnız Allah sevgisi ilə bağlı olduğunu dəfələrlə yazmışdır. Şair maddi dünya əyləncələrindən qəlbi qorumağı, könlünü Haqqa verməyi insan üçün ən böyük halal hesab edir. İqbal insan qəlbini Yaradanla yaxınlaşdırır. “Gülün üzündəki parıltı onun şərabındandır. İçində günəş, ay və ulduzlar olan könül onun açılmamış qapısıdır” deyən mütəfəkkir şair yazır: “Qəlb öz tilsimi içində əsirdir. Halbuki, cahan onun nuru ilə aydınlanır”.

  İqbala görə, qəlb insan üçün sonsuzluqdan gələn və ona doğru gedən səfər və eyni zamanda, onun bu dünyada dayanacağıdır: “Könlüm, ey könlüm, ey könlüm; mənim dənizim, mənim gəmim, mənim sahilim! Torpağıma toxum dənəsi kimi düşdünmü, yoxsa qönçə kimi torpağımdan yetişdinmi? Mütəfəkkir şair qəlbi insanın ruhu ilə analogiyaya gətirir, ruh kimi fani dünya səfərindən dönməyə cəhd edən qəlbin sıxıntılarını ifadə edir: “Könül yolçusu malikanədən xoşlanmaz. Su, atəş və torpaqla uyğunlaşmaz. Zənn etmə ki, vücud içində rahatdır. Bu dəniz sahil ilə uyğun gəlməz”. M.İqbala görə, insan idrakının məhdud cəhətləri var, o bəzən ölümü son mənzil kimi düşünür. İqbal isə “nəfəs getsə də, könül qalır” deyərək qəlbi ilə ruhu eyniləşdirir. İnsanın mənəvi zənginliyi olan qəlb onun hər iki dünyadakı mənidir: “Ey könül, sən mənim yanımda olduqca mənim fəqirliyim padşahların mənə verəcəkləri kürkdən daha gözəldir. Öldükdən sonra sən mənim köksümdə olacaqsanmı? Mən sənə görə ümid və qorxu içindəyəm”.

  M.İqbalın qəlb haqqındakı düşüncələrində klassik Şərq ədəbi düşüncəsi, təsəvvüf ədəbiyyatı ilə bağlı məsələlər olduğu kimi, şairin orijinal fikirləri daha çox diqqəti cəlb edir. İqbal insan qəlbini Allahın nurundan pay alan, eyni zamanda, cahanı içinə sığdıran bir məkan kimi dəyərləndirir: “Öz qüdrətinə sahib olmayan cahan istək, sevgi diyarına varmaq üçün bir yol axtarırdı. Yoxluğun qucağından gizli şəkildə qaçıb insan könlünə gəldi sığındı”. Qəlb cahanın məkanı olduğu kimi, yeni cahanları da yetişdirir: “Mənim bir ovuc torpağımdan cahanlar yetişib çıxar. Gəl, mənim məhsulumdan sərmayə al. Sevginin məskunlaşdığı yerə gedirdim, amma yolu qarışdırdım. Gəl, bir an mənim könlümün səhrasında qeyb ol”.

  Qəlb, mütəfəkkir şairin düşüncəsinə görə, hər iki cahanın aynası olduğu üçün bəsirət gözünə sahib insanın arayışı, ilk növbədə, öz içinə yönəlməlidir: “Bu rəng və qoxu cahanının üzərində düşünməyə, araşdırıb anlamağa dəyər. Bu vadidə toplanacaq çox gül var. Lakin öz iç aləminə də baxmağa etinasızlıq etmə. Çünki canının içində görülməyə dəyər bir şey vardır”.

  Məhəmməd İqbalın “Peyam-i-Məşriq” əsəri mənəvi dəyər və yazıçı məntiqinin sintezini əks etdirir. Mütəfəkkir şair orjinal ifadə tərzini, ənənəvi mövzu və fikirləri yeni formada təzahür etdirmək və ideya aşılamaq cəhətlərini qorumuşdur.