Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

"Epic of Eternity" by Zalimkhan Yagub - Gulnar Sema

10-05-2022 [ 11:34 ] [ read:61 ]
printerA+ | A-
102339

"The poem" Epic of the Great Life" dedicated to the holy spirit of our great leader, the immortal son of our people, the honor of our nation Heydar Aliyev is a warm, bitter-sweet memory, an elegy written in one breath." The sincerity in the first sentence of this memoir dominates the whole spirit of the work. We are talking about Zalimkhan Yagub's poem "Epic of Eternity". Let's look at the author's presentation of the hero of the work: "This man is the greatest patriot in the last thousand years, the hero of the nation, the martyr of the people, capable of creating history".

Belə bir xalq fədaisinin ömür-gün yolundan bəhs edən  “Əbədiyyət dastanı” poeması “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” adlanan iki kitabdan ibarətdir. Birinci kitab 2003-cü ilin 15-30 dekabrında, ikinci kitab 2007-ci ilin 5 yanvarından 23 dekabrına qədər yazılmışdır. Birinci kitab əsərin yazılma səbəblərini açıqlayan nəsrlə yazılmış girişlə başlayır. Hər iki kitab adlanan hissədə ənənəvi poemalar kimi proloqlar verilib. Birinci kitabda 28 başlıqdan istifadə olunub. Proloq dördlük şeir şəklində yazılıb:

Eşqə qadağa yox, sevgiyə sərhəd,

Xatirən canlıdır, şöhrətin diri.

“Ömrünün mənası millətə xidmət,

 Adının mənası Allahın şiri” –

- Əsərin ilk bəndi olan bu misralardan poemada əsas mətləbin rəhbər və xalq sevgisi üzərində qurulduğu görünür. Xalqın böyük sevgisinə sahiblənən Heydər Əliyevin ölümü böyük faciə kimi sözün ən təsirli təqdimatını üzə çıxarır:

Döydü qapıları qara bir xəbər,

Hərə öz içinə qısılı qaldı.

Təyyarə torpağa enənə qədər,

Baxışlar göylərdən asılı qaldı.

 Şair bu faciənin gücünü qabartmaq üçün xeyli sayda bayatı-ağı, yaralı qoşmalardan istifadə etmişdir. Poemanın əvvəli lirik notlar üzərində qurulub. Heç bir süjet və ya əhvalatların təsviri hiss olunmur. “O həyatı sevirdi” bölümündə onun həyat sevgisi, yaradıcı insanlara hamiliyi sözün ən poetik çalarları ilə vəsfə tuş gəlib:

Memar ilə danışır

Kərpiclə daş dilində.

Heykəl ilə danışır

Heykəltəraş dilində.

Bu bölümdən sonra hadisələrin sujet ətrafına cəm olunması nəzərə çarpır. Heydər Əliveyin 1923-cü ilin mayında Naxçıvanda doğulması və sonrakı həyatı haqqında məlumatlar verilir. Uşaqlığından qeyri-adi insan olduğu təsvir edilir. Gəncliyindəki fəaliyyətindən “Gizli bir təşkilatda aydın bir rəhbər oldu, Öz milləti yolunda hər gün səfərbər oldu” – misralarından məlumat alırıq. Onun şəxsi həyatının da millət üçün töhfə olduğu vurğulanır: “Gələn nəsillərə dərs olasıdı Zərifə sevgisi, Heydər sevinci”. İzzət ananın öz gəlini Zərifə xanıma “Heydərim amanatı!” vəsiyyəti isə milli nümunə örnəyi kimi mənalandırılır.

Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsi “Gəlişinlə sən gətirdin bu torpağa qurtuluşu, 14 iyul – on dörd illik rəhbərliyin özül daşı” kimi misralarla vəsf olunur. Sonra “Türk oğlu türk Kremildə rəhbər oldu!” sətirləriylə onun Moskvadakı işi və ona qarşı törədilən təxribatlar bədiiləşdirilir.

Qırmızı imperiyanın onu gözdən salmağa cəhd etdiyi bir dönəmdə doğulduğu Naxçıvanın öz doğma balasına qucaq açması millət və rəhbər sevgisinin vəhdəti kimi verilir. Qarabağın kənd-kənd talanıb getdiyi, “Ləzgistan”, “Talış-Muğan” kimi separatçı qüvvələrin meydana gəldiyi, Gəncənin od içində boğulduğu bir dönəmdə bu böyük şəxsiyyətin öz xalqının yanında olmağı gerçəkliklərin ifadəsi kimi əksini tapır.

“Heydər “Xalq!” deyəndə xalq “Heydər!” dedi” bölümündə qarşılıqlı sevginin bütün incəlikləri nəzmə çəkilir. Ümummilli liderin qara nefti ağ yanağına çəkməsi, millətini səfalətin girdabından xilas etməsi, dünyanın marağını ölkəmizə yönləndirməsi poemada peşəkarlıqla ifadə olunub. “Dünyanı gətirib qədəmlərinə, Qaldırdı milləti Tanrı dağına” – kimi misralarda bir dövlət başçısının siyasi qələbəsi etiraf edilir. “Ata Heydər - Atatürk” bölümündə hər iki dahinin tale bənzərliyi ilə yanaşı, bir sıra oxşar cəhətləri sadalanır. Bildirilir ki, onların hər ikisi dünyaya mayda gəlib, gözlərinin rəngi eynidir, ikisinin də atasının adı Əlirzadır və s. Bölümün yekununda şairin inamı ən yüksək həddə çatır:

Yüz əlləşsin, yüz vuruşsun,

tapa bilməz xata türkü,

Onu min il qoruyacaq

Azərbaycan torpağının

Heydər adlı Atatürkü!!!

Əsərin bu hissəsindən sonra lirizm güclənir. “Son görüş, son ayrılıq” bölümündə bəzi epik təsvirlər nəzərə çarpır. Respublika Sarayında aprelin 21-də Ali Hərbi Məktəbin otuz illik bayram tədbiri keçirilən gün Heydər Əliyevin çıxış edərkən səhhətinin pisləşməsi, çıxışını yarımçıq kəsməyə məcbur olmağı və yenidən əhvalı düzələrkən səhnəyə qayıdaraq sözünə qaldığı yerdən davam etməsi sınmayan bir şəxsiyyətin simvolu kimi xarakterizə edilir. Onun Ali Baş Komandan olaraq son görüşünün hərbçilərlə olması simvolik şəkildə yozumlanır. “O – general, o – komandan, o - əsgər, Bu, son görüş, son ayrılıq günüydü” – misraları bir komandanın yeri gələndə bir general, yeri gələndə sıravi bir əsgər kimi öz görəvini layiqincə yerinə yetirməsinin tərənnümüdür. Heydər Əliyevin səhnədən əl eyləyib getməsinin son gediş olduğunu şair böyük ağrı ilə qələmə alır. “Bugünkü kədərimiz Ucadır Heydər qədər, Başın sağ olsun, Vətən!” misraları itkinin necə böyük olduğunun yaşantılarıdır.

“Səndən sonra” adlı bölümdə “Ulu ustad, ulu öndər, İlhamından lap rahat ol!” misralarında şair onun layiqli davamçısı, Prezidentimiz İlham Əliyevə olan xalq inamından bəhs edir. Poemanın birinci kitabı “Minnətdarlıq” adlı parçayla bitir.

          “Böyük ömrün davamı” adlanan ikinci kitab da proloqla başalyır. Proloqda müdrik bir qocanın bu əsərin yazılmasına xeyir-dua verməsindən bəhs edilir. İkinci kitabda 19 yarımbaşlıqdan istifadə olunub. Doqquzuncu bölümədək olan hissələr lirik düşüncələr toplusudur. Əsas fikirlər “Yenə mən səninkiyəm, yenə mən səninləyəm” və ya “Tayfa dönüb xalq olur, xalq millətə çevrilir Sənin adın gələndə!” tipli misralarda cəmləşib.

“Davam edir bu tarix” bölümündən sonra şairin yeni düşüncələri ilə qarşılaşırıq. Ulu öndərin yoluyla inamla addımlayan Prezidentimizin ölkədə apardığı quruculuq və abadlıq işlərindən söz açılır: “İllərlə yol görməyən Zirvələrin qoynuna cığır açır, yol çəkir”. Bakı adlı gözəlin belini qucaqlayan körpülərdən gələcək nəsillərin keçəcəkləri obrazlı şəkildə mənalandırılır. Bundan sonrakı bölümlər “Anam Azərbaycanın canlı xəritəsidir üzündəki cizgilər” fikirlərinin lirik tərənnümü fonunda davam etdirilir. Heydər Əliyevin yaradıcı insanlara olan diqqətindən, tariximizə, soy-kökümüzə dərin bələdçiliyindən söz açılır.

Hər iki hissə, demək olar ki, tərənnüm üslubunda yazılıb. “Dövlət adlı bir sarayı Kərpic-kərpic ucaltmışdı, divar-divar hörmüşdü o!” – qətiyyəti müəllif inamının həqiqətə əsaslandığının göstəricisidir. Poemanın sonlarına yaxın şair etiraf edir ki, “Bu əsəri kimlərəsə xoş gəlməkçün yazmadım, Sözün canı nədədirsə, mən o canı yazmışam”. Poema “Göylərdən göndərdi yaradan səni” parçasıyla tamamlanır.

Poema dastan adlansa da, digər bu tipli əsərlər kimi, nəsr və nəzm hissələrdən ibarət deyil. Şeirlərin böyük əksəriyyəti heca vəznindədir. Əsərin heç bir hissəsində nəzərə çarpacaq süjet yoxdur. Eyni ideya və mövzu ətrafında birləşən ayrı-ayrı şeirlərin hibridi vardır. Zəlimxan Yaqub bu əsərində dastan tipində dastan yaradan kimi yox, dastançılıq ənənəsinin mahir bilicisi, dastançılıq ruhunun daşıyıcısı olaraq sözünü deyir. Ümumiyyətlə, əsərin özəyini türk millətinin qəhrəman oğulları sayəsində əbədi yaşarlılığı ideyasına inam təşkil edir.

 

OTHER NEWS