An international scientific conference on "Literature of Asian Peoples; Traditions and Modern Trends" was held on December 15-18, organized by the Nizami Ganjavi Institute of Literature of ANAS.
The head of the Azerbaijan-Asian Literary Relations Department of the institute, Doctor of Philology, Professor Badirkhan Ahmadli, shared his thoughts on the conference and its results: “The impressions are beyond our expectations. Imagine, for the first time a scientific symposium dedicated to Asian literature is being held, and scholars from different parts of the world are joining the discussion. We have been preparing for this conference since the beginning of the year. It was a very important, productive scientific meeting. About 20 reports were heard from Asian countries. In total, 50 reports examined various problems, personalities, and literary development trends of Asian literature. There were also many reports in the context of comparative literary studies. I must say that comparative literary studies have been given great importance in recent years. We also gave priority to this. While European and American literature was given more priority in the research conducted so far, after the opening of the Azerbaijan-Asian Literary Relations Department, Asian literature began to dominate. Asian literature is also coming to the fore in world artistic thought. In recent years, several representatives of Asian literature have received the Nobel Prize. Prominent representatives of Indian, Japanese, Chinese, and Korean literature have already been awarded this prize.
Konfransda Çin, Yaponiya, Koreya, İndoneziya, hind, Pakistan, Vyetnam, qazax, türk, Azərbaycan, qırğız, özbək, malay ədəbiyyatından edilən məruzələrin böyük maraq doğurduğunu vurğulayan alim deyib: “AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşkilatçılığı ilə keçirilən konfransa dünyanın müxtəlif ölkələrindən görkəmli alimlər dəvət olunmuşdu. Asiya Elmlər Akademiyası və Cəmiyyətlər Assosiasiyasının prezidenti Əhməd Nuri Yurdisev, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti Nəcibə Arif, habelə Cənubi Koreyanın Seul Milli Universiteti, Vyetnam Hanoy Universiteti, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutu, Fərqanə Dövlət Universiteti, Qazaxıstanın Abay Milli Pedaqoji Universiteti, Hindistanın Camiə Milli Universiteti, Özbəkistan Milli Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu, Latviya Universitetinin Asiyaşünaslıq departamentindən alimlər və digər xarici qonaqlar məruzələr etdilər.
İlk dəfə olaraq belə bir mövzuda konfrans keçirildi. Ona görə də bunu ənənəyə çevirərək Azərbaycanda üç ildən bir keçirilməsi qərara alındı. Artıq Özbəkistan, Pakistan, Türkiyə, Koreya, Hindistan kimi ölkələrin təmsilçiləri bu cür konfransların keçirilməsini məqsədəuyğun hesab ediblər. Qonaqlar Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Pakistan, Çin, Mehmet Akif Ərsoy mərkəzləri ilə tanış oldular və böyük təəssüratlarla ayrıldılar. Onların fikrində, bu cür elmi toplantıların tez-tez keçirilməsi Asiya ədəbiyyatının araşdırılmasına böyük töhfələr verəcək. Qeyd olundu ki, belə tədbirlər elmin inkişafı ilə yanaşı, xalqlar arasında elmi, mədəni, ədəbi, siyasi inteqrasiyanı da sürətləndirir və intensivləşdirir”.
AzərTac