The state of children's literature in textbooks - we say our word to those who...
I have written several times about textbooks and their condition. The seriousness, ethical and moral essence of the subject makes it necessary to re-actualize, re-penetrate and intervene in the process. What is the place and role of children's literature in our textbooks today? Can the signs and lines that help the children's outlook formed at school, and the education of their moral qualities, be visualized through the texts included in the textbooks?
I looked through the textbooks to find answers to these questions. First of all, let me say that the primary school textbooks gave me the impression of a more complete, clear in terms of language and style, and a teaching tool that takes into account the child's thinking and thinking. Folklore motifs, fairy tales, legends, examples of classic literature, successful materials of the Soviet era and literary examples of the period of independence are successfully combined. Selected texts by Abdulla Shaig, Mikayil Rzaguluzade, Mammadhuseyn Tahmasib, Rasul Reza, Khanimana Alibayli, Mirvarid Dilbazi, Bakhtiyar Vahabzade, Zahid Khalil, Rafiq Yusifoglu, Sevinj Nurugizi, Reyhan Yusifgizi, Laman Hasanli and other children's writers and poets are enjoyable, children's level of thinking, outlook taken into account in the textbooks. One more important point should be noted here. In the texts selected for young schoolchildren, the criterion is not only the fluency of language and fluency of expression, but also the presence of a thoughtful approach in terms of soundness of ideas, instructiveness of the work, and the highness of moral values that it can convey to children. For example, Fazil Tulbandchi's story "King and teacher" is a good choice. The text reflects the greatness of the teacher's name at a high level. In Ali Samadli's "Live Hour" the child's love for birds is brought to life in a beautiful art board. Ushinsky's "Who is stronger", Ismail Bilgi's "Sunflowers" stories, fairy tales, selected poems, as well as selections from world literature - Gianni Rodari's "Invisible Tonino" story, Lewis Carroll's "Alice in Wonderland" story, Genevieve Cote's "The Story of the Shining Cat" each is an example of the stability of a single, unchanging literary criterion - the criterion of raising children as people with a healthy spirituality and strong character.
***
Aydın məsələdir ki, bu gün dərs yükünün ağırlığı uşaqlara asudə vaxt imkanı tanımır. Bundan ən yaxşı çıxış yolu dərsliklərin özünü o şəkildə tərtib etməkdir ki, uşaqlar üçün hər mənada yararlı olsun: həm estetik tərəfləri təmin etsin, onlarda ali zövq formalaşdırsın, həm yaş səviyyələri nəzərə alınsın, həm də psixoloji dərinliyi ilə uşağa həyatın bütün çətinliklərinə davam gətirib mübariz olmaq hissi aşılasın.
Bu mənada, Cavid əfəndi demiş, pək əfsus... - yuxarı sinif dərsliklərində həmin ali zövqün dairəsini getdikcə daralan gördüm. Dərsliklərdə yer alan nümunələrin əksəriyyəti məzmunsuz və bəsit təsir bağışladı.
Niyə belədir? Deyə bilərik ki, yuxarı sinif şagirdləri üçün material azdır. Amma bu, belə deyildir. İstər klassik və sovet dövrü ədəbiyyatında, istərsə də müstəqillik dönəmində meydana az da olsa uğurlu bədii mətnlər qoyulub. Deməli, burda söhbət ya mətn seçimində peşəkar yanaşmanın, bədii-estetik zövqün nəzərə alınmamasından, yaxud da ümumilikdə uğurlu olan bədii mətnin uğursuz təqdim olunmasından gedir. Necə? Bunu əsaslandırmaq üçün çalışacam müəyyən nümunələr əsasında hər sinif dərsliyindən heç olmasa, bir, yaxud bir neçə əsərə istinad edim.
5-ci sinif dərsliyində yer almış Mixail Prişvinin "Tala" əsəri.
"Tala" ədəbiyyatın verdiyi tələblər baxımdan kənarda qalası əsərdir, çünki bu əsəri oxuduqdan sonra uşaq özünə nə götürdü, uşaqda hansı tərbiyəvi xüsusiyyət formalaşdırdı, müəmmalı məsələdir. Payız fəsli, yarpaqlarını tökən ağcaqayın ağacı və ağacların xışıltısında yeriməklə səs salaraq tülküyə yem olacağından qorxub getməyə tərəddüd edən dovşan. Vəssəlam. Hekayədə mənalı heç nə yoxdur. Mətn bu sözlərlə bitir: "Dovşan qəhrəmanlıq edib o yan-bu yana baxmadan getsə, xışıltının içindən çıxan kürən qıyıqgözə yem ola bilər".
Dərslik müəllifləri bu məqamı çox zaman unudurlar. Mətn yalnız nağılçılıq etmək, informativlik vermək üçün deyil, o uşaqda həm də psixoloji dərinlik ölçüləri yaratmalı, onların daxili aləminə nüfuz etməsi ilə seçilməlidir. Dərin həyatilik və qüvvətli realizm! İnsan həqiqətinin uşaq nəzərlərindən dərki, mənalanması lazımdır. Sadə və anlaşıqlı bir dillə. Yoxsa, K.Uşinskinin sözləri ilə desək, "quru nəsihətçiliklə, yöndəmsiz ifadələlərlə, yapışıqsız təhkiyə yolu ilə uşaqların qəlbinə nüfuz etmək çətindir".
Onu qeyd edim ki, rus yazıçısı olan Mixail Prişvin zəif müəllif deyil. Ən azı, dilimizə çevrilmiş hekayələr kitabı bunu deməyə əsas verir. Prişvinin "Seçilmiş əsərləri"ndə uşaqlar üçün kifayət qədər yararlı olan mətnlər yer alır. Sadəcə heç bir məna ifadə eləməyən, sxematik təsir bağışlayan, yazıçının öz bədii imkanından aşağı səviyyədə yazılmış "Tala" hekayəsinin dərsliyə salınması müəllifin digər hekayələrindən xəbərsizliyin, yaxud məsələyə ötəri yanaşmaq mövqeyinin göstəricisidir.
7-ci sinif dərsliyində yer almış Bayram Həsənovun "İki bala" əsəri.
Əsərdə bir ayının iki balasını çayı keçərkən itirməsi, yəni balalarının boğulması və nəticədə ayının neçə aydan sonra bala həsrətindən ölməsi əks olunub. Bütün bunlar da bir insanın gözü qarşısında baş verir. Bax, bu əsərin uşağa verəcəyi nə ola bilər ki? Əgər düşünsək ki, ana məhəbbəti var, bu, lazımlı bir şeydir. Mən elə düşünmürəm. Niyə? Çünki bu məhəbbəti çatdırmaq üçün ananın insan olaraq öz balasına məhəbbətini əks etdirən əsərlərimizi dərsliyə salmaq lazımdır. Bir də ki bu əsərdə insanın təbiətə olan məhəbbəti əks olunsaydı və ya təbiətə ziyanından bəhs edilsəydi, onda dərs alacağımız nəsə olardı. Bu hekayədə isə rəvan və səlis olmayan üslubda ayıların çayda boğulma səhnəsi ilə qarşılaşırıq, üstəlik ona qədər təhkiyəçinin təbiəti, meşəni sevməsi ilə bağlı nəqli yorucu, darıxdırıcı şəkildə, cazibədar olmayan dillə çatdırılır.
6-cı sinif dərsliyində yer almış Məmməd Arazın "Azərbaycan - dünyam mənim" şeiri.
Məmməd Arazın bu şeirinin gözəlliyindən danışmağa ehtiyac yoxdur. Ən azı, ona görə ki, bu şeir bütöv bir nəsil oxucuların dilinin əzbəri olub. Amma burada məqsəd başqadır, yəni dərslikdə verilmiş parçadan gedir söhbət. Şeirdən bir misraya diqqət edək: "Oğulların göz atəşi gözəl əridir".
Uşaq bu misranın izahını istədikdə necə izah verilir görəsən 6-cı sinif şagirdinə? Vacibdirmi ki, o cür gözəl şeirdən məhz, bu bənd dərslikdə yer alsın?
6-cı sinif. Əli Səmədlinin "Qanlı bönövşə" hekayəsinə diqqət edək.
"Qanlı bənövşə" əsərində erməni obrazlarını Suren dayı, Siranuş xala deyə çağırmağımız, 9-cu sinifdə Qılman İlkinin "İntiqam" əsərində Sarkis dayı deyə "şirin-şirin" müraciət etməyimizin qəti əleyhinəyəm.
6-cı sinif dərsliyində yer almış "Ana rəhmi" əfsanəsində Xurşidbanu Natəvan obrazının uşaqlarına danışdığı əhvalat və onun quldurların, soyğunçuların əlindən asanlıqla qurtulması səhnəsi heç də inandırıcı boyalarla əks olunmur. Deyə bilərsiniz, əfsanədir. Amma bütün hallarda mətn inandırıcı olmalıdır. Hələ söhbət uşaq zehniyyətinə, mənəviyyatına xitab edən mətndən gedirsə. Əlbəttə, mən dərslik tərtibçilərinin məsələyə xoş məramla, xoş niyyətlə yanaşmasına şübhə etmirəm. Dərsliklərdə mərhəmət duyğusunu önə çəkən mətnlərə üstünlük vermələrini də alqışlayıram. Amma mətn seçiminə zövqlü və peşəkar yanaşma təəssüf ki, bütün hallarda meyara çevrilmir. Halbuki dərsliklərə ana məhəbbətini əks etdirən daha səbatlı, məzmunlu əsərlər seçib salmaq çətin iş deyil.
Keçək digər məsələyə. 6-cı sinif dərsliyində "Basatın Təpəgözü öldürdüyü boy"un başlanğıcında belə bir ifadə var. "Bir gün oğuzların yurdlarına düşmən basqın etdi. Onlar gecəylə qorxub köçdü. Qaçıb gedərkən Aruz qocanın körpə oğlu düşüb yolda qaldı..."
Bu yerdə müəllim uşağa necə başa salsın ki, oğuzlar igid və qorxmaz olublar. Məncə, belə fikirlər ən azı dərslikdə verilməməlidir. O boyda dastandan məhz bu boyun dərsliyə gətirilməsinin nə əhəmiyyəti var? Başqa boy ola bilməzdimi? Bilərdi.
6-cı sinif. "Tülkü ilə Qurd" təmsilinin uşağa nə verməsi də düşündürücüdür. Hiyləgərlik, riyakarlıq və s. Təmsil də elə hiyləgərliyin qələbəsi ilə bitir.Tülkünün şirin dillə qurda yalvarıb onun evində özünə sığınacaq tapması, daha sonra isə hiyləgərliklə qurdu ordan qovub evinə yiyələnməsi. Məzmun bundan ibarətdir. İndiki halda söhbət ondan gedir ki, əsər çox zəifdir. Və belə zəif mətnlər uşaqların mənəvi dünyasına təsirsiz qalır.
10-cu sinif. Şah İsmayıl Xətayinin "Dəhnamə" poeması.
Bu əsərin də 10-cu sinif şagirdinə nə verəcəyi aydın deyil. Həm əsərin dili çətindir, həm də mətnin məzmun ardıcıllığını əhatə edən hissələr verilməyib.
10-cu sinif. "Həmzənin Qıratı qaçırması".
Görəsən, tərtibçilər "Həmzənin Qıratı qaçırması" qolundan dərslikdə yer alan parçanı verməklə nəyi əsas tutublar? Bu da tamamilə qaranlıqdır, çünki verilən parçada əsərin adına şübhə ilə yanaşırsan. Burada Keçəl Həmzənin Qıratı qaçırması səhnəsindən bir cümlə belə yoxdur. Əvəzində Hasan paşanın yollar axtarması, min cür hiyləgərliklərə əl atması, öz qızlarını bu yolda kimlərəsə peşkəş eləməsi kimi epizodlar yer alıb.
9-cu sinif. Sabir Əhmədlinin "Dənizdən gələn səda" hekayəsi.
Bir məqaləmdə Sabir Əhmədlinin 5-ci sinif dərsliyində yer almış "Şəhidlər Xiyabanı" hekayəsindən bəhs etmiş, Sabir Əhmədlinin çətin üslubunu, qəliz, uzun cümlələrdən qurulmuş hekayələrini böyüklər belə asan oxumadığı halda 5-ci sinif şagirdinə oxutmağın düzgün olmadığını qeyd etmişdim. Ondansa uşaqlara 20 Yanvar faciəsi ilə bağlı sadə, rəvan bir dillə yazılmış informasiya vermək olmazmı? Bu faciənin mahiyyətini onlara anlatmadan verilən hekayə hansı bədii təsir oyada bilər? Hələ bunu çətin bir dillə qavramağa çalışırlarsa.
9-cu sinif dərsliyində isə yazıçının "Dənizdən gələn səda" hekayəsi yer alıb. Bu hekayə də bilirik ki, 20 Yanvar hadisələri ilə bağlı yazıçının yazdığı "Yanvar hekayələri" silsiləsindəndir. Rus ordusunun əsgərləri tərəfindən öldürülüb dənizə atılan oğlanın dilindən anasına ünvanlanmış məktubdur. Hekayə dərsliyə sadəcə yerləşdirilib. Maraqlıdır ki, bütün mətnlərin izahı, onunla bağlı yönləndirmələr geniş şəkildə verildiyi halda bu hekayə ilə bağlı heç bir əlavə izah yoxdur. Yəni hekayə hansı hadisə zəminində yazılıb, məlumat verilmir. Bunu bilməyən şagird də hekayəni adi mətn kimi oxuyur. Ümumiyyətlə, dərsliklərimizdə ermənilərin obrazı, qəsbkarlığı, təcavüzkarlığı ilə bağlı ideoloji təbliğat zəif qoyulub, məfkurəvi hissin tərbiyəsinə xidmət edən mətnlər ətrafında geniş fikir mübadiləsi aparılmır. Cümhuriyyət sevdası, milli oyanış ruhunu ehtiva edən nümunələr var, amma dərin deyil. Məsələn, deyək ki, bayrağımızdakı rənglərin mənası verilir, amma yanında kiçik bir parçada bayrağımızdakı rənglərin ideoloqu Əli bəy Hüseynzadə ilə bağlı informasiya vermək yaxşı olardı. Axı milli triadanın müəllifi odur.
11-ci sinifdə Cəlil Məmmədquluzdə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Əhməd Cavadla XX əsrin birinci yarısının ədəbi mənzərəsi tamamlanır. Bu sırada Mikayıl Müşfiqin də həyatına, şeirlərinə yer verilsəydi yaxşı olardı. Düzdür, Rəsul Rzanın Müşfiqə həsr etdiyi "Qızılgül olmayaydı" poemasından geniş bir parça verilib. Amma özünə ayrıca diqqət ayrılsaydı, bu, daha məqsədəuyğun olardı.
Bu nümunələrin sayını artırmaq olar. Bir məsələyə də toxunmaq istəyirəm. İndiki ədəbiyyat dərslikləri artıq uşağa inkişaf üçün istiqamət vermir. Dərslik müəllifləri şagirdi istiqamətləndirmək əvəzinə hər mövzunun sonunda "mənbələr üzrə araşdırma apararaq əsər haqqında dolğun təsəvvür qazanmaq olur və ya ... əsərin mövzusu barədə dolğun cavabın hazırlanmasına imkan yaradacaqdır" kimi cümlələr verməklə nə demək istəyirlər? Bu riyaziyyat deyil ki, 2x2=4 eləsin. Ədəbiyyat mənəviyyatdır, mənəviyyatı isə görüb götürmək, formalaşdırmaq lazımdır. İndiki ədəbiyyatsa deyir: düşün, özün tap.
Bir neçə təklifim var.
1. Bir dəfə müsahibəmdə demişdim ki, hər işin başında milli ruhu sağlam insanlar dayanmalıdır. Hələ söhbət dərsliklərdən gedirsə, daha məsuliyyətli olmalıyıq. Dərsliklərin hazırlanması işində milli şüuru ayıq olan və yüksək intellektli insanlar dayanmalıdır.
2. Dərsliklər komissiyasına müxtəlif dərsliklər təqdim olunmalı, bu dərsliklər gizli rəyə verilməli, sonra bu rəylər komissiya üzvləri arasında ciddi müzakirə olunmalıdır. Ən yaxşı mətnlər, məzmunlu şeirlər, hekayələr dərsliklərdə yer almalıdır.
3. Dərslik komissiyasında çalışanlardan bir qismi mütləq şəkildə cari proseslə əlaqəli insan olmalıdır. Çağdaş uşaq ədəbiyyatı nümunələrini oxuyan, tanış olan, zövqlə dəyərləndirən və belə mətnləri seçib dərsliyə salınmasına cəhd edən. Çünki cari proses ədəbiyyatın isti qanıdır. Həm yenilikləri bilmək, yeni imzaları tanımaq, yeni mətnlərlə tanış olmaq üçün çağdaş uşaq ədəbi nümunələri ilə mütləq tanış olmaq lazımdır.
4. Uşaq ədəbiyyatı hər dövrün ən yaxşı, ən seçilmiş nümunələrinə istinad etməlidir. XIX əsrin sonlarında tərtib olunan "Vətən dili" dərsliyini bəlkə bu gün də meyara çevirmək olar. Klassik və müasir uşaq ədəbi nümunələrini, xarici ədəbiyyatdan tərcümələri, nağıl və əfsanələri, folklor mətnlərini yüksək təəssübkeşlik və zövqlə bir estetik məkana cəm etmək baxımından. Yəni, bütün hallarda məqsəd ideya-bədii cəhətdən kamil nümunələrə yer vermək olmalıdır. Bu yerdə V.Q.Belinskinin bu fikirlərini xatırlatmaq yerinə düşər: "Uşaqlar üçün yazılan o əsərlər yaxşıdır ki, onlar böyükləri də, yalnız uşaqlar üçün yazılmış bir əsər kimi deyil, hamı üçün yazılmış ədəbi bir əsər kimi maraqlandıra bilsin".
Bu gün dərsliklərin qarşısında qoylan tələblərin miqyas və mündəricəsini əhəmiyyətli dərəcədə artırmalıyıq. Onlarda yer alan qüsurların islahını sabaha saxlamaq olmaz. Çünki hər dəfə ideya-bədii baxımdan qüsurların ehtiva olunduğu dərsliklə bir nəsil yetişir, oxuduqları onda bu və ya digər dərəcədə iz qoyur. Bu gün yuxarı sinif dərsliklərimizdə problem yalnız istedadlı yazıçı qələmi, mətnlərdəki məzmun gözəlliyi, bədii kamillik, ifadə səlisliyinin bir arada cəm olmasının çətinliyi deyil, həmçinin bu keyfiyyətləri böyük səriştə ilə duymağı bacaran cavabdehlərin, həssas ürəyə, diqqət, qayğı və can yanğısına malik şəxslərin məsuliyyət hissinin azalmasıdır.
Son zamanlar bir çox sahələrlə, istiqamətlərlə bağlı sanki "Əcəl zəngi" çalınır. Mən çox istərdim ki, bu zənglər vaxtında çalınan SOS siqnalı, həyəcan təbili ilə əvəz edilsin. Çünki bu təbil bizim diriliyimizə, dirçəlişimizə daha çox zəmin yarada, daha böyük stimul verə bilər. Bu yazını da SOS siqnalı kimi qəbul edə bilərsiz. Hərçənd, bu gün belə səsləri eşitmək bəzi qurumlara o qədər də sərf eləmir. Amma biz yenə də Mirzə Cəlil demiş, sözümüzü bizə qulaq verməyən kəslərə deyənlərdən olaq...