Commentary on the "Description of the Drought Year and Bahram's Compassion" section of the "Seven Beauties"
Masnavi's plot moves to a new stage: the first step is the description of the drought, the second step is the introduction of the famine caused by the drought, the third step is the preparations for Bahram's mercy movement, the fourth step is the analysis of the news from the world, and then from Iran...
The fifth step is the starting point of the state's movement of compassion, Bahram discussed the issue at length, officials and experts prepared proposals and plans, Bahram made a decision - ordered the movement: the duty of a compassionate state is to reach out to the people in need...
At this moment, Nizami uses the word "shah" for the first time, placing it at the beginning of the verse, there is a reason: the most suitable word when giving a decision, decree, or instruction is "shah", the poet Bahram doesn't say "shah", he just says "shah", the political will, the power of the government expresses, there is a movement of mercy in the world, and the king himself stands at the head of it, that is, the fight against famine is the number one task of the king, there is only one issue on the agenda of the king, and that is famine, this word conveys a message: the order of the king is the law, its fulfillment is mandatory, there is no concession to irresponsibility , the punishment is severe - Nizami builds the image of the compassionate Bahram Shah with these dimensions, the Shah is with the people in their difficult and difficult days, he himself leads and controls the relief movement...
Şahın ilk təsbiti budur: dəhşətli quraqlıq var, o, qorxunc qıtlığa, o da inanılmaz bahalığa yol açıb. Şah ağıllıdır, səbəb-nəticə bağını görür, anlayır ki, nəticə nəticə ilə yox olmaz, səbəbi ortadan qaldırmaqla sıradan çıxarılar. Quraqlıq şahın əlində deyil, ondan asılı olmayan hadisədir, ancaq qıtlığın nəticələrini azaltmaq imkanı var, qıtlıq azaldılsa, qiymətlər ucuzlaşar, xalqın yaşamaq imkanı artar.
Şah təsbit edir ki, dənə/ "dane" - "tum", "toxum" - taxıl, arpa bahadır, Nizami bu yerdə ərəbcə olan "ğədr" ("ölçü", "qiymət", "dəyər", bu sözün başqa mənaları da var) qəlibinə yer verir. Bu, sıradan bir bahalıq deyil, ərzaq çox bahadır, əlçatmazdır - şair qasıb qovuran bahalığı ifadə etmək üçün iki addım atır: a) məhz "bolənd" sözünü seçir - "uca", "hündür", "uzun", "yüksək". Bir qayda olaraq bu sözə bahalığı ifadə edərkən yer verilmir, Nizami bahalığın - dənin qiymətinin əlçatmaz olduğunu göstərmək üçün "bolənd" sözünü mətnə gətirmiş, bu yolla da bir neçə məsələni həll etmişdir: quraqlıq, qıtlıq qorxuncdur, bu halda, mərhəmət də çox önəmli - xilaskar dəyərdir; b) şair "bolənd" sözünə qafiyə yeri vermiş, onu açar sözə çevirmişdir: xalqın ən ciddi sıxıntısının səbəbi əlçatmaz bahalıqdır, bu həm də məsələnin həllinin başlanğıc nöqtəsidir, yəni toxumun - buğdanın, arpanın qiyməti aşağı salınmalıdır. Toxum, buğda ucuzlaşsa, insanların alım gücü artar, məhsul bollaşar, yaşamaq imkanı genişlənər.
Toxum necə ucuzlaşdırılacaq? Bircə çıxış yolu var: dövlətin anbarının (bu söz orijinalda təkdə, tərcümədə cəmdədir, cəmlik nəzərdə tutulan mənadır) qapılarını açmaq.
"Anbar" sözü bu mesajı verir: Bəhram ağıllı, tədbirlidir, xalqını düşünmüş, ehtiyat qida toplamışdır.
Nizami deyir ki, şah anbarın qapısının bəndini açdı/bənddən açdı. Şair "açmaq" feilini birbaşa şaha aid etmişdir, yəni şah gedib əli ilə qapını açmadı, qapıların bəndinin/qıfılının açılması əmrini o verdi, bu, xalqı ölümdən qurtarmaq fərmanıdır.
Orijinalda olan, ancaq tərcümədə ixtisar edilmiş, məna pozuntusuna yol açmış bir incəlik var. Mətndə "bər qoşad" feili seçilmişdir, Nizami "baz kərd" ("açdı") demir, "bər qoşad" deyir - geniş, çox geniş, sonunadək açdı. "Geniş açmaq" feili Bəhram şah obrazının inşasında şairə/bizə bu imkanları verir: şah çox mərhəmətlidir, xalqı qurtarmaq üçün dövlətin bütün imkanlarını səfərbər etmişdir, hər kəsi, xalqın bütün təbəqələrini düşünür.
Beytdə iki feil var: "gördü", "geniş açdı", ikisi də şühudi keçmiş zamandadır, qətilik, şahidlik bildirir - şahın əzmini, iradəsini, mərhəmətini, xalq sevgisini ifadə edir - məsələni anladı, qərar verdi, hərəkətə keçdi.
Yeddinci beytin şərhi:
Məktub göndərdi
(Ərzaq) ehtiyatı olan hər şəhərə,
Şah məktub göndərdi.
Bu, öncəki beytin davamı, mərhəmət hərəkatının ikinci addımıdır (tərcümədə misraların yeri dəyişik verilmişdir), elə buna görə də orijinalda "şah" sözünə təkrar yer verilməmişdir.
Nizami tərcümədəki "göndərmək" feilini deyil, "əmr vermək", "buyurmaq" feilini seçmişdir. Bu, şah anlayışına, dövlət idarəçiliyinə, siyasi iradəyə uyğun feildir.
Mətndəki "əmr etmək" / "buyurmaq" feili bu mənaları da əhatə edir: a) qıtlıqdan, bahalıqdan əziyyət çəkən xalqın vəziyyəti, ona yardım etmək Bəhram üçün əsas məsələdir; b) mərhəmət hərəkatına şah özü başçılıq edir; c) əmrin icrası şərtdir;
Bəhram hər şəhərə bir məktub göndərilməsini buyurur - əmr edir. Misrada mərhəmətli şah obrazını inşa edən iki yeni vasitə var: məktub bir şəhərə deyil, hər şəhərə göndərilir, məkan böyüdülür - Bəhramın mərhəmət hərəkatı hər kəsi, hər məkanı əhatə edir. "Məktub" sözü müəyyənlik əlaməti ilə işlədilir, "bir məktub" (bu, tərcümədə nəzərə alınmayıb), "bəlli məktub", o məktubda bircə məsələ var, o da qıtlığın nəticələrini aradan qaldırmaqla bağlıdır, yəni Bəhramın həll etməyə çalışdığı ən önəmli məsələ budur.
İkinci misranın başında "ke" / "ki" bağlayıcısı var, göndərilən məktubun (eyni məzmunlu məktub hər şəhərə göndərilir) məqsədini açıqlayır, sadəcə iki misra arasında deyil, sıradakı beytlə də əlaqə qurur, "hər şəhər" ifadəsinin çərçivəsini cızır: o şəhərlərə ki, orada ehtiyat ərzaq var idi, az da olsa ("çizi"), ərzaq ehtiyatı olan şəhərlərə məktub göndərildi. "Çizi" ("bir şey", "bir az şey") qəlibi deyir ki, Bəhram dövlətin bütün imkanlarını səfərbər etdi (təbii ki, ölkənin bütün yerlərində ehtiyat anbarı olmaz), böyük, kiçik fərqi qoymadan hansı şəhərdə ehtiyat ərzaq anbarı varsa, oraya məktub göndərdi.
Səkkizinci beytin şərhi:
Əmin adamlar yığışsınlar
Ki, şəhərin əmin adamları yığışıb,
Bağlı anbarların qapılarını açsınlar.
Şahın mərhəmətinin ifadəsi üçün bu addımlar atıldı: Bəhram qıtlığın ortaya çıxardığı nəticələri müzakirə etdi, qərar verdi, hərəkətə keçdi, ərzağın çox az və baha olduğunu gördü - ən önəmli məsələ bahalıqdır təsbitini ortaya çıxardı, başlanğıc nöqtəsi olaraq ərzağı artırmaqla qiymətləri düşürmək yolunu seçdi, anbarın (anbarların) qapısını geniş açdı, qida ehtiyatı olan hər şəhərə məktub göndərilməsini buyururdu...
Nizami mərhəmətli Bəhram obrazının inşası üçün bu vasitələrə də yer verdi: ona şah dedi, siyasi iradəsini önə çıxartdı, qıtlıqla bağlı məsələ onun tək işi oldu, bütün feilləri şaha bağladı: "gördü", "geniş açdı", "əmr etdi" - işin başında Bəhram var, göstərişlərə əmr/buyruq - fərman dərəcəsi qazandırdı, hər kəsi nəzərə aldı, dövlətin bütün imkanlarını səfərbər etdi...
Mərhəmətli şahın, sosial dövlətin tanıdılması davam edir. Misra "ta" qəlibi ilə başlayır, beyti öncəki beytə bağlayır, "o məqsədlə" mənası yüklənir, şahın ərzaq ehtiyatı olan hər şəhərə məktub göndərilməsini buyurmasının hədəfini açıqlayır, biz bu yolla məktubun - əmrin məzmununu da öyrənirik.
Şah önəmli bir əmr verir, şəhərlərdəki qida anbarlarının açılması, xalqa ərzaq verilməsi işini sadəcə dövlət məmurlarına tapşırmır, şəhərin əmin insanlarından ibarət qurumun - şuranın yaradılmasını tələb edir. Misradakı söz "əminan" - "əminlər" biçimindədir, güvənilən, xalqın sayğı duyduğu, ağsaqqal saydığı insanlar mənasını daşıyır. Şah, birincisi, əmin insanların olmasını, ikincisi, onların çox olmasını istəyir, nəzarət imkanı formalaşdırır, xalqın güvənini artıracaq addım atır - qurumda hər kəsimi təmsil edən əmin insan var. O, buna niyə ehtiyac duyur? Səbəbləri sıralayaq: Ölkədə qorxunc qıtlıq, bahalıq var, gərginlik, qəzəb, ehtiyac son həddədir, insanları idarə etmək çox çətindir, kiçik bir səhv idarəçiliyi alt-üst edər, ərzaq gücü olanların əlinə keçər, qarışıqlıq ölkəni fəlakətə sürükləyər, idarəçilik nizamı çökər, şaha, dövlətə güvən itər...
Şah əmr verir: şəhərin əminləri bir araya gəlsinlər. Yığışmağın - bir araya gəlməyin anlamı budur: şah onlara məsuliyyət yükləyir, dəyər verir, imkanlarından istifadə edir, bu yolla, hakimiyyətlə xalq arasında bağ qurur, siyasi yükü bölüşür, toplaşın, müzakirə edin, doğru plan qurun, ərzağı elə paylayın ki, hamıya çatsın, xalq əmin olsun ki - bunu yalnız dövlət məmurları edə bilməz - dövlət dar günündə onun yanındadır, şah ədalətli, mərhəmətlidir.
Şahın bir əmri də var - beytdə iki feilə yer verilib, ikisi də əmr biçimindədir, deyir ki, oturmaq deyil, hərəkət vaxtıdır, dövlətin siyasətini gerçəkləşdirin - bağlı anbarın qapısını geniş açın. Burada önəmli söz geniş açın - geniş açsınlardır: a) anbarda nə varsa, versinlər; b) hər kəsə versinlər - bu iki ölçü də mərhəmətli şah, sosial dövlət anlayışının inşasında yerini tutur. Mesaj budur: Bəhram ağıllı, tədbirli, ədalətli, mərhəmətlidir.
Doqquzuncu beytin şərhi:
Nəvaziş göstərsinlər
Varlılara dəni münasib qiymətə satsınlar,
Pulsuzlara isə (pulsuz) verib nəvaziş göstərsinlər.
Nizami ərzaq ehtiyatı olan hər şəhərə məktub göndərilməsi əmrini ağıllı, tədbirli, ədalətli, mərhəmətli şah obrazının inşasına yönəldir. Məktubun məzmununu müəyyən edən də, göndərmə əmrini verən də şahdır, məktubun birinci əmrinin - təlimatının iki bəndi var idi: şəhərin əminləri yığışsınlar, anbarın qapısını geniş açsınlar. Şahın ikinci əmri də var, o, dənin/toxumun - ərzağın paylanılması üçün iki ölçü qoyur: ədalət, mərhəmət. Bəhram seçici yanaşır, şəhər əhalisini iki yerə ayırır: zənginlər, yoxsullar.
Nizami hər təbəqəyə bir misra ayırırb:
- Öncə varlılarla (bu söz təkdədir) bağlı ölçü açıqlanıb: zənginlər aldıqları toxum/dən üçün pul ödəyəcəklər, ancaq onlara da mərhəmət və ədalətlə yanaşılacaq: şəhər əminləri varlılarla - varlılar üçün "beh" (daha yaxşı/uyğun, münasib) nırx - qiymət müəyyən etsinlər. Burada daha yaxşı deyilərkən dövlətin deyil, varlıların çıxarı nəzərdə tutulur, yəni fürsətdən istifadə edilərək nə varlılar soyulsun, nə də dən havayı verilsin - tarazlıq qorunsun, orta yol seçilsin;
- İkinci misra yoxsullarla bağlıdır, Nizami onlara "biderəm" / "derhəm" deyir - "derhəm" qızıl, ya da gümüş sikkədir. Şahın onlara münasibəti özəldir. Şair bu ayrıcalığı ifadə etmək üçün vasitələr seçir: varlılarla bağlı misrada bir, yoxsullarla bağlı misrada iki feil var, şah onlara yoxsul demir, dirhəmsizlər deyir, iki feil şahın iki təlimatını/əmrini yüklənir: versinlər, sonra "və" bağlayıcısı gəlir, feilləri sıralayır, bir-birinə bağlayır, versinlər, üstəlik, nəvaziş göstərsinlər, yəni utandırmadan, qəlblərini qırmadan, xəcalət duyğusu yaşatmadan versinlər, verdiklərini ən gözəl biçimdə təqdim etsinlər. Bu da var: beytdə varlılarla yoxsullara veriləcək dənin miqdarında fərq olduğunu göstərən bircə əlamət də yoxdur - verilən miqdar eynidir. Şah bu ölçülərlə ədaləti, tarazlığı, mərhəməti qoruyur, güvəni, sevgini, ümidi artırır.
Beytdə üç feil var, üçü də əmr biçimdədir, ikisi qafiyə mövqeyindədir, mesajlar bunlardır: qıtlığın ortaya çıxartdığı nəticələri aradan qaldırmaq uğrunda mübarizə dövlətin, şahın ən önəmli işidir, sıxıntı bu ölçülərlə həll olunacaq: yardım, ədalət, mərhəmət, tarazlıq - Bəhram ağıllı, tədbirlidir, işi bilir, usta idarəçidir.
Onuncu beytin şərhi:
Quşlara versinlər
Anbarxanalarda yerdə qalan (dənləri isə),
Ehtiyac vaxtı quşların qabağına töksünlər.
Bu, mərhəmətli şahı, sosial dövləti, mərkəzində insan olan, hər şey insan üçündür deyən anlayışı ifadə edən zirvə beytdir deyə bilərik. Bəhramın, dövlətinin mərhəməti sadəcə insanları deyil, quşları da əhatə edir. Nizami niyə heyvanları nəzərə almayıb deyə bilərsiniz. Səbəb aydındır: qıtlıq heyvanların kökünü kəsib, bir də dən quşların yemidir.
Şair sözə "və" qəlibi ilə başlayır, bağlayıcının misrada iki işi var: şahın məktubda göstərilən əmrlərini əhatə edən beytləri bir-birinə bağlayır, əmrlərin bitdiyini göstərir, son nöqtəni qoyur.
"Ançe", nə, hər nə, hər nə ki - yəni anbardakı ərzağı öncə insanlara paylayın, sonra o dənlər ki yerdə qalacaq onları...
"Anbarxanadan" - Nizami bu sözdən iki dəfə "anbar" biçimində istifadə etmişdi, ilk dəfə "anbarxana" qəlibini seçir: anbar böyükdür, göz-gözdür (ev-ev), buğda, arpa, noxud - fərqli dənlərin öz yeri var.
"Baz" - bu sözün məna çaları çoxdur, mətndə "onu da" mənasını yüklənmişdir - insanlara paylanandan sonra yerdə qalanlar var ha, onu da...
Şah "qalan" (yerdə qalan, artıq qalan) deyir, bu söz anbarda mütləq bir şey qalmış olacaq vurğusu daşıyır, onu - son dənəni, dənə qırıntısını belə israf etməyəcəksiniz.
İki daşın arasında quşları da düşünən bir mərhəmətli şah var, o, əmr - təlimat verir - məktuba yazdırır, rəsmi dövlət sənədi, fərman dərəcəsi qazandırır: onu, o dənləri də quşların qarşısına qoysunlar. Feil əmr biçimindədir, şahın buyruğudur, yerinə yetirilməsi zəruridir, əmin insanlara ünvanlanmışdır.
Ağıllı, tədbirli, mərhəmətli Bəhram quşlarla bağlı bir incəliyi də düşünmüşdür: misrada "vəqte niyaz" qəlibi var, şah yerdə qalan dənləri dərhal quşlara səpin demir, anbarda saxlayın, müşahidə edin, quşların ehtiyacı olanda onlara verin, uyğun/ehtiyac olmayan zamanda versəniz, israf olar, sonra da quşlar acından ölər.
Beyt deyir ki, bunlar mərhəmətin əlamətləridir: hər zaman, özəlliklə dar, zor zamanlarda insanları, quşları ... düşünmək, onlara dəyər vermək, qorumaq, yardım göstərmək...
On birinci beytin şərhi:
Heç kəs ölməsin
Ki, onun dövründə aclıqdan,
Heç kəs ölməsin, mərdlik bax belə belə olar!
Öncəki beyt "və" bağlayıcısı ilə başlamış, şahın əmrlərinin bitdiyini xəbər vermişdi. Bu beyt isə şahın addımlarının - qıtlığın ortaya çıxardığı qorxunc vəziyyəti anladı, çıxış yolu tapmaq üçün müzakirə etdi, işi bilənlərlə ölçülüb-biçilmiş plan hazırladı, anbarın qapısını geniş açdı, ərzaq ehtiyatı olan şəhərlərə məktub göndərdi, əmrlər verdi: əmin/güvənilən insanlar şura yaratsınlar, anbarların qapısını geniş açsınlar, dəni varlılar uyğun qiymətə satsınlar, yoxsullara pulsuz versinlər, onlara qayğı ilə yanaşsınlar, yerdə qalan dəni ehtiyac vaxtı quşlara səpsinlər - məqsədini izah edir.
Beytdəki hər söz, qəlib, vasitə mərhəmət deyir:
- Misra "ta" qəlibi ilə başlayır, "o məqsədlə", "ta ki", "bu hədəf gerçəkləşsin deyə" anlamlarını yüklənir, şah sayılan addımları bu məqsədlə atdı ki... Onun bir məqsədi var - mərhəmətli olanın insanlarla bağlı gözəl məqsədləri, arzuları, xəyalları, əməlləri olar, o oturmaz, hərəkət edər, tənbəl olmaz, çalışar, yığmaz, paylayar, mərhəmətli insan gözəl sözlər seçər, bu sözlər yaralı qəlblərə şəfa, ümid, cəsarət verər, mərhəmət işıqdır, qaranlıqları yox edər;
- "Dər əyyame u", Nizami ərəbcə olan "youm"/ "yəvm" sözünün cəmini seçir: "günlər" - onun zamanında, hakimiyyət illərində - Bəhram özünün, hakimiyyətin qalıcı olmadığını bilir, o gələr, gedər, bu gün var, sabah yoxdur, belədirsə, tarixdə, insanların qəlbində silinməz iz qoymağın bir yolu var: mərhəmətli olmaq, mərhəmətə uyğun işlər görmək;
- Qidasızlıqdan/aclıqdan - Bəhramın hakimiyyət illərində ondan asılı olmayan bir hadisə baş verdi - quraqlıq qıtlığa, qıtlıq bahalığa, bahalıq aclığa, yoxsulluğa yol açdı. Bəhram ağıllı, iradəli, güclüdür, o, bu qorxunc hadisəyə yox oluş, hər şeyin sonu kimi baxmadı, əksinə, onu imtahan kimi dəyərləndirdi, fəlakətin içindəki neməti gördü, şəri xeyirə çevirmək imkanı qazandı, hər şərdə bir xeyir var anlayışı ilə hərəkət etdi, bildi ki, imtahanda iki yön olur: sıxıntı və fürsət - o, qıtlıq fəlakətini mərhəmətli şah, sosial dövlət anlayışının inşasına yönəltdi, xalqın qəlbini qazandıracaq imkana çevirdi;
- İkinci misranın ilk sözü "kəs"dir - kimsə, mərhəmət anlayışının inşası üçün seçilmişdir. Bu söz mərhəməti necə tanıdır? "Kəs" deyir, sayı ən aza endirir: heç bir kimsə, bircə insan belə, sayın azlığı mərhəməti çoxaldır - Bəhram sayılan işləri ona görə etdi ki, o dərəcədə mərhəmətlidir ki, bircə nəfərin də aclıqdan ölməsini, hakimiyyət illərinin ölümlə xatırlanmasını istəmir, əksinə, xilaskarlıq missiyası yüklənir, xalqı ölümün pəncəsindən qurtarır;
- "Ölməsin" deyir, yəni yaşasın, hər kəs diri qalsın, şair xilaskarlıq anlayışına uyğun söz seçir, mərhəmətlə xilaskarlıq arasında bağ qurur, feili əmr biçimində işlədir, Bəhramın əmrlərinin - işlərinin hədəfini açıqlayır: mərhəmət hərəkətə / saleh əməllərə, o da diriliyə yol açır, Allah sevgisinin, ona təslimiyyətin nəticəsi mərhəmət, mərhəmətin sonucu da insanları yaşatmaq, onlara xidmətdir - mərhəmət ac qarınları yeməklə doyurar, ölmüş qəlbləri ümidlə dirildər. Bəhram sadəcə ölməsin demir, bu, bir arzu, təmənna deyil, işdir, saleh əməldir, o, bircə insanın da ölməməsi üçün işlər görür - yuxarıda sayıldı - mərhəmət söz deyil, işdir, saleh əməl, hərəkətdir;
- Nizami "ölməsin" deyil, "yaşasın" sözünü də seçə bilərdi, seçmir, belə ki, mərhəmət anlayışını, Bəhramın ağır xilaskarlıq yükünü ölüm anlayışı daha dəqiq, güclü, təsirli biçimdə ifadə edir: Bəhram ondan asılı olmayan bir səbəblə ölümlə burun-buruna gələn, aclıq adlı Əzrayılın nəfəsini duyan insanları ölümün caynağından qurtarır;
- Bu yerdə/anda - məqamda mərhəmətin ortaya çıxardığı nəticə Nizamini də coşdur, mərhəmətli şaha, sosial-xalqın xidmətçisi olan dövlətə təşəkkürü borc sayır, dəyər verilən şey artar anlayışı ilə hərəkət edir, özü mətnə girir, "zehi" - "yaşasın", "afərin" deyir, sevincini ifadə edir (tərcümədə "mərdlik bax belə olar" kimi verilmişdir, dəqiq deyil);
- Nə yaşasın? Nəyə afərin olsun? "Cəvanmərdi" - səxavətə (səxavət igidlikdir), səxavət niyə yaşasın? Yaşasın ki, yaşatsın, bircə insan da ölməsin, səxavət/əliaçıqlıq olan toplumda insanlar acından ölməz, barış, sevgi, hüzur olar, səxavət mərhəmətin övladıdır;
- Əliaçıqlıq fədakarlıqdır, insanın əlini açması - uzatması, verməsi üçün öncə qəlbi Allaha açılmalıdır - Ona iman etməlidir, iman mərhəmətə, mərhəmət səxavətə, səxavət həyata/diriliyə yol açar;
- İnsanın qəlbini Allaha açması bu deməkdir: o, sərvətlə, hakimiyyətlə Allah arasında bağ qurur - sərvət, hakimiyyət mülkiyyət deyil, ilahi əmanətdir, imtahan vəsiləsidir, xeyri sadəcə sənə / şaha deyil, hamıyadır (sosial dövlət anlayışı), insan sərvət, hakimiyyət üçün deyil, onlar insan üçündür, halalından qazan - insanın da, dövlətin də qazancı halal olmalıdır, ehtiyacın qədər istifadə et, yığma, paylaş - rifaha yönəlt, israfdan qaç, halal qazanc imkanlarını artır, maddi imkanı olmayan insanları qoru;
- Nizami səxavət sözünü qafiyə mövqeyinə yerləşdirmiş - anlamı, mesajı gücləndirmiş, Bəhramın səxavətini onun Allah inancına bağlamışdır, inancı mərhəmətə, o da səxavətə yol açdı - qıtlıq bəlasının dərmanı mərhəmət, mərhəmətin varlığının əlaməti də səxavətdir;
On ikinci beytin şərhi:
Çəkib aparırdı
Onun nə qədər dən ehtiyatı var idi,
Hər kəs onun anbarından çəkib aparırdı.
Məsnəvinin süjet xətti yeni mərhələyə keçir, şahın addımlarının nəticələri sayılır, xalq mərhəmət anlayışının, mərhəmətli şahın, sosial dövlətin xeyrini görür. Nizami mərhəmətin qurtarıcılıq işini/vəzifəsini bu vasitələrlə tanıdır:
- "Ançe" - "nə", "hər nə", "hər nə ki" deyir, anbarda olan bütün ərzaq ehtiyatını - dənələri nəzərdə tutur, istisnaya yer qoymur, dövlət xalqı qıtlığın pəncəsindən qurtarmaq üçün bütün imkanlarını topladı, şah heç bir şeyi əsirgəmədi;
- Nə qədər dənə/ərzaq varsa - hamısı insanlara verildi;
- Nizami şahı önə çıxarır, "dərbarəş" deyir, (şahın) sarayında - sarayında nə qədər ərzaq ehtiyatı varsa, hamısını - şair onun sarayı deyərkən Bəhramın tabeliyində olan anbarları nəzərdə tutur. Saray siyasi gücü təmsil edir, qıtlıqla mübarizənin mərkəzi saray, lideri Bəhramdır;
- "Hər kəsi" mərhəmət anlayışına uyğun olaraq kimsəyə fərq qoyulmadı, anbarlardakı ərzaq varlılara uyğun qiymətə, yoxsullara pulsuz verildi, "hər kəs" qəlibinin sonunda müəyyənlik əlaməti var, hər bir kəsi, bircə insanın da kənarda qalmadığını nəzərdə tutur - şahın mərhəməti hamını əhatə etdi;
- "Çəkir" - şahın anbarlarında nə qədər ərzaq ehtiyatı var idisə, hər kəs çəkir - daşıyır, aparır(dı) - mərhəmət anbarlarla evlərin yolunu açmışdı, bu yolun maddi, mənəvi yönü var idi, maddi yolla qida, mənəvi yolla ümid, sevinc, işıq daşınırdı, biri mədəni, o birisi qəlbi doyururdu. "Çəkir"/ "daşınır" feili indiki zamandadır, davamlılığı göstərir (ingilis dilindəki indiki davamedici zamana uyğundur) mərhəmətin evlərə daşıdığı bitməyən hüzuru ifadə edir;
- Beytdə mərhəmətli Bəhramı önə çıxaran bir vasitə də var, Nizami onun anbarı - "anbarından" ("ənbarəş") deyir, öncə də "dərbarəş" ("onun sarayı") demişdi, bu iki sözü ("dərbarəş", "ənbarəş") qafiyə mövqeyinə yerləşdirir, görünən, yadda qalan yerdə tutur, mesajlar verir: mərhəmət, ədalət, hüzur, xilas, səxavət hərəkatının başçısı Bəhramdır, o, siyasi, mənəvi gücünü, dövlətin bütün imkanlarını insanların qurtuluşuna yönəltdi;
On üçüncü beytin şərhi:
Dən daşıyırdılar
Onun dəvələri yad ölkələrdən,
Arası kəsilmədən dən daşıyırdılar.
Nizami beytdə mərhəmətli Bəhram obrazını, sosial dövlət anlayışını inşa etmək üçün bu vasitələrə yer verir:
- "O" vurğusunu önə çıxarır - Bəhramı nəzərdə tutur, "şah", "Bəhram" sözlərinə yer vermir. Son iki beytdə üç "o" var, üçü də bitişən əvəzlik ("əş") biçimindədir - "dərbarəş" ("onun sarayı"), "ənbarəş" ("onun anbarı"), "şotoranəş" ("onun dəvələri");
- "O" vurğusu bu işləri yerinə yetirir: Bəhramı qıtlıqla mübarizənin ortasına qoyur - xalqı düşünən, əmrlər verən, işi təşkil edən odur, xalqı qıtlığın pəncəsindən qurtarmağa çalışan odur, dövlətin bütün imkanlarını toplayan odur, siyasi iradə ona aiddir, saray-siyasi hakimiyyət, anbar - dövlətin mülkiyyəti, dəvə - dövlətin daşıma gücü onun iradəsi ilə xalqın xidmətinə yönəldilir;
- Nizami məhz "dəvə" sözünü seçir, ayrıca vurğulayır (yükdaşımada başqa heyvanlar da ola bilər), bu qəlib mərhəmət anlayışının öyrədilməsində iştirak edir: dəvə daha güclüdür, yük daşımaq imkanı çoxdur, yəni mərhəmətli Bəhram xalqı qıtlıqdan qurtarmaq üçün ən önəmli yükdaşıma vasitəsini seçdi ki, ölkəyə daha çox dən/ərzaq gətirilsin;
- Şair "dəvə" sözünü cəmdə işlədir - "o" vurğusu, çoxluq anlayışı Bəhramın mərhəmətini, sosial dövlətin xalqa xidmət imkanlarını tanıdır - dəvələr (onun dəvələri) dən daşıyırdılar ki, xalq acından ölməsin, dəvə çox, yük də ağırdır - qurtuluş üçün bu ikisinə ehtiyac var;
- Nizami mərhəmət anlayışının inşası üçün bir vasitəni də mətnə yerləşdirir: uzaqlıq - onun dəvələri yad ölkənin (nəzərdə tutulan məna ölkələrdir, yenə çoxluq var) sınırından yük daşıyırdı, məsafə uzaq, yük ağırdır, olsun, Bəhram xalqı qurtarmaq üçün bütün mümkün vasitələrdən istifadə edər/etdi;
- Misradakı "biqane" ("yad", "özgə") sözü də mərhəmət anlayışının inşasına xidmət edir: Bəhram xalqını aclıq bəlasından qorumaq üçün yad (uzaq, onunla bağı olmayan) ölkələrlə də əlaqə qurdu, hər şey insan üçündür şüuru ilə hərəkət etdi;
- Bu, uyğunsuzluqdur deyə bilərsiniz: Nizami məsnəvinin əvvəlində söyləyirdi ki, qıtlıq dünyanı əhatə etdi, indi deyir ki, Bəhramın dəvələri yad ölkələrdən dən daşıyırdı. Burada uyğunsuzluq yoxdur, belə ki, Bəhram bir imperatorluğun başçısıdır, şair də dünya deyərkən imperatorluğun geniş sınırları içində olan məkanı nəzərdə tutur - qıtlıq bütün imperatorluğu əhatə etmişdi;
- "Mikeşidənd" - bu söz üç imkanı ilə mərhəmət anlayışının inşasında pay sahibi olur: birincisi, feildir, deyir ki, mərhəmət söz deyil, işdir, hərəkətdir, qurtuluş hərəkatıdır, həm anlayış, həm də bu anlayışa uyğun davranışdır. İkincisi, indiki (indiki davamedici) zamandadır, davamlılığı bildirir - dən daşınması qıtlıq dönəmində davam edir - mərhəmət birdəfəlik deyil, davamlı işdir, üçüncüsü, sözün canında fasiləsizlik mənası var, dəvələr ara kəsilmədən dən daşıyır, uzaq/yad ölkələrdən daşıyır, çox daşıyır, yükləri ağırdır - mərhəmət ağır yükdür, onu çox, aralıqsız, hər kəsə daşıyanı böyüdər;
- Nizami mərhəmətli şah obrazının tanıdılması üçün bir vasitəyə də yer verir: "noube" ("növbə"), bu söz dəvə karvanını ifadə edir, karvan qəlibində çoxluq, yük, fasiləsizlik anlamları var, ucu-bucağı bilinməyən dəvə karvanları illərlə (quraqlıq illərində) ölkəyə dən daşıyırlar, Bəhram dövlətin daxili, xarici imkanlarını xalqın xilasına yönəldir;
- İkinci misrada "nou" ("təzə", "yeni") sözü var, tərcümədə ixtisar olunub, yəni dəvələr yeni - əlavə, çox dən daşıyırdı, daşınan yük getdikcə artırdı, ərzağın miqdarı xalqın ehtiyacına uyğunlaşdırılırdı - daha çox dən alınırdı;
- Beytin açar sözü "dən" / "dane"dir, Nizami bu qəlibi qafiyə mövqeyinə qoyur, bütün sözləri də ona bağlayır: baha olan dəndir, xalqın ehtiyacı dənədir, Bəhram xalqı dənlə təmin etmək üçün çalışır, onun dəvələri dən daşıyır, uzaq/yad ölkələrdən daşınan dəndir, dən aralıqsız daşınır, çox dən daşınır. Dəni daşıtdıran Bəhramdır, səbəbi mərhəmətdir - mərhəmətli dövlət başçısı qıtlıq zamanı xalqına dən daşıyar, ərzaqla mədəsini, mərhəmətlə ruhunu doyurar...
(Davamı olacaq)