Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

A piece of paper or a life melting abroad - Gunay Garayeva

16-03-2023 [ 12:09 ] [ read:37 ]
printerA+ | A-
103176

Majid Musazade was one of the active, patriotic personalities whom the second wave of Azerbaijani emigration threw to the foreign country. It has been my desire to write about Majid Musazade for a long time. Along with it, on the one hand, to shed light on the fate of a lost generation, on the one hand, to shed light on the fate of a lost generation, on the other hand, to introduce people who always have love for Azerbaijan in their hearts, even if they live in other countries. moral responsibility and civic duty remain relevant.

After the death of Ramiz Abutalibov, an outstanding public figure, well-acquainted with the fate and activities of our compatriots living in Western Europe, who unearthed valuable materials related to Azerbaijan in the archives, I read an interesting article by the valuable editor Azer Turan about this enlightened person. In the article, Azer Turan, who comprehensively covered the personality of the diplomat and emigration scholar Ramiz, also talked about his work. In one note, it is stated that teacher Ramiz is aware of Majid Musazade's life and activities in Germany and New York. Ramiz Abutalibov was a guest of Majid Musazade in Munich, called him a talented publicist, introduced him as the author of valuable articles about the culture and art of our nation, talked about his rich archive in his writings, and the fact that he was the translator of "Ali and Nino" (unfortunately, I was not lucky enough to meet him - G.Q.). The mentioned points, the information I got about Majid teacher made it necessary for me to write about our intellectual who lived abroad for more than half a century of his life.

Who is Majid Musayev (Karsalali or Garsalani)? Majid Musazade was born on October 10, 1914 in Yeniyol (Nüyadi) village of Ismayilli district. The small village of Karsala, consisting of 7-8 houses, where his great-grandfather lived, is still known as a holy hearth and a place of pilgrimage (currently there is a shrine of Hajali Baba in that village - G.Q.). After graduating from high school, he worked as an accountant in a savings bank in Ismayilli district for some time. He entered the Faculty of Literature and History of Baku University, while still a student, his articles were published in newspapers. In addition, Majid Musayev is also learning several foreign languages. Majid's father, Abdullatif, was a merchant and lived in a 32-room property with his family in the 1920s. In the 1930s, his property was confiscated, he voluntarily surrendered his house to the government and settled in a two-room house. After graduating from Majid University, he started working as a researcher at the Nizami Ganjavi Museum of Literature. In 1941, two weeks after starting a family life, he went to the front. Majid Musazade's 27-year life connected with Azerbaijan continues abroad after this period. In 1942, Majid was captured by the Germans in the city of Rostov and was taken to Berlin together with the officers and soldiers of a whole regiment. He worked for some time at the "Contact Headquarters" in Berlin, and then at the "Azerbaijan" newspaper, rising from editor to the position of chief editor. He continued to work in that magazine until 1945. He spent most of his life in Munich, Germany, and worked for 26 years in the Azerbaijan department of "Azadlig" radio. He lived in a foreign country for nearly half a century, and until the end of his life, his life was spent in a state of loneliness and longing. Mr. Majid, who did not lose the national traditions and hospitality that he carried abroad with him, could not forget the pain of his homeland until the end of his life. It is not so difficult to see the depth and pain of this longing in the meeting of the Azerbaijani reporter with our compatriots who settled in Germany in the 1980s and were accused of being "traitors" and "traitors". "...Majid sighed again and went out into the corridor. Honestly, I was suspicious and immediately followed him. I saw that he was crying, he was crying from the heart. ...I have a lot to say to you. If you don't come to Munich, come to Austria or Bulgaria. let's meet, he said. When Majid was angry, he could not speak"...

Məcid Musayev haqqında ilk məlumata 1988-ci ildə "Ulduz" jurnalında dərc olunan "Satqınlar yuvasında" başlıqlı yazıda rast gəlinir. Bu məqalədə məlumatlar təhrif olunmuş, dövrün ideoloji tələblərindən irəli gələrək qiymətləndirilmişdir. Təbii ki, bu zamana qədər Məcid Musazadə ailəsi ilə əlaqə saxlamış, "vəfadar, əziz anacığına" məktublar ünvanlanmışdır. 1980-ci ilin əvvəllərində Məcid Mucazadə vətəndə yeganə yadigarı, oğlu Nemətlə də görüşmüşdür. Müharibədən Məcidin itkin xəbəri gəldikdən bir müddət sonra atasına onun ölüm xəbəri verilir. Bir müddətdən sonra atası Abdullətif kişi dünyasını dəyişir. Anası Fatma gəlini Nazlı və Məcidin yeganə yadigarı nəvəsi Neməti də götürüb Kürdəmirə, qohumlarının yanına köçür. Ailəsi əvvəlcə Məcid Musazadənin itkin xəbərini alsa da, sonradan onun sağ olması və Münhendə yaşaması, "Azadlıq" radiosunda çalışdığı barədə xəbər alır. Ali məktəbi bitirib işə başlayan oğlu Nemət toya hazırlaşdığı zaman iş yerində bir nəfər çağırıb ona kiçik bir bağlama verir. Təəccüb içində bağlamanı açan Nemət atasından aldığı məktubla onun sağ olduğunu bilir. Bağlamada məktubla yanaşı, atasının oğluna toy hədiyyəsi olaraq göndərdiyi qızıl  medalyon və qızıl zəncirli kişi saatı da var idi. Məlum olur ki, atası sağdır, Almaniyada Münhendə yaşayır. Məcid Musazadə əsir düşdükdən sonra uzun müddət ailəsi haqqında məlumatı olmasa da, mütəmadi olaraq onlarla maraqlanır. Ölüm düşərgələrinə gətirilənlər arasında tez-tez azərbaycanlı olub-olmadığını soraqlayır. Həmin düşərgədə təsadüfən əslən Kürdəmirdən olan bir nəfərdən yoldaşı Nazlını tanıyıb-tanımadığını soruşduqda həmin şəxs onlarla qohumluq əlaqələrinin olması, söhbət əsnasında Məcidi tanıdığını, onun cəbhəyə yola düşdükdən sonra bir oğul övladı olduğu xəbərini verir. Bununla yanaşı, Qərbi Avropada səfərdə olan tanınmış maestro Niyazi əmisi Ceyhun Hacıbəyli ilə görüşür. O zaman Ceyhun Hacıbəyli ilə Məcid Musazadə arasında isti dostluq, ailə münasibətləri vardı. Ceyhun Hacıbəyli yaxın dostu Məcid Musazadənin Azərbaycanda qalan ailəsi ilə bağlı məlumat almaqda Niyazidən kömək istəyir. Maestro onun xahişini yerinə yetirir. Vətənə qayıtdıqdan sonra Məcid Musazadəyə ailəsi haqqında məlumat verir. Onu babasının adını daşıyan bir oğul övladının varlığı və anasının sağ olması hədsiz sevindirir. Bundan sonra ailə ilə uzun müddət qırılmış bağlar bərpa olunur, tez-tez anasına, övladına məktublar ünvanlayan Məcid Musazadə 1982-ci il 8 noyabr tarixində "Vəfadar, əziz anacığım" başlıqlı anasına ünvanlanmış latın əlifbası, türk ləhcəsində sevgi hissləri ilə dolu məktubunda anasının sağ olmasına sevindiyini və onun yolunu Münhendə səbirsizliklə gözlədiyini qeyd etmişdir. Əfsuslar olsun ki, nə Fatma ananın oğlunun yanına getməyi, nə də Məcid Musazadənin vətənə gəlməyi baş tutur.

1969-cu ildən başlayaraq Məcid Musazadə ailəsi ilə əlaqə qurmağa, məktublaşmağa başlayır. Ailəsi ilə görüşmək istəsə də icazə verilmir. Nəhayət, 1987-ci ildə cəbhəyə yola düşdükdən sonra dünyaya gələn, atasının üzünü 45 ildən sonra görmək nəsibi olan oğlu Nemətlə görüşə müvəffəq olur. 

Bir neçə dil bilən Məcid Musazadənin ən böyük xidmətlərindən biri uzun müddət müəllifi ilə bağlı mübahisə doğuran "Əli və Nino" əsərini almancadan Azərbaycan dilinə tərcüməsidir. O, alman dilini sonralar deyil, tələbə vaxtlarında öyrənmişdi. 1972-ci ildə bu əsəri almancadan Azərbaycan dilinə tərcümə edən  və onu "Azadlıq" radiosunda səsləndirən Məcid Musazadənin haqqı yeyilmiş, "Əli və Nino" əsərinin tərcüməsi Almaniyada yaşamış, "Azadlıq" radiosunda çalışmış Mirzə Xəzərə aid edilmişdir. Hətta M.Ə.Rəsulzadənin adına təsis edilmiş mükafata Mirzə Xəzər layiq görülmüşdür. Nyu-Yorkda yaşayan, Amerika-Azərbaycan "Vətən" Mədəniyyət Mərkəzinin prezidenti olan Rufa Odyurdlu 1990-cı illərdə yerli mətbuata xaricdə diasporanın, soydaşlarımızın apardıqları əməli iş və mücadilələri haqqında məlumat verərkən Məcid Musazadəni də xatırlamış, onun haqqında "qeyrətli bir azərbaycanlı ziyalı" kimi söz açmışdır. Məcid Musazadə qürbətdə yaşamasına baxmayaraq vətəninə, xalqına, məsləkinə, əqidəsinə, milli adət-ənənəsinə bağlı insan olmuşdur. Almanlara əsir düşdükdən və faşizmin məğlubiyyətindən sonra bir müddət Amerikada, Türkiyədə yaşamış, "Amerikanın səsi" radiosunda və "Vətənin səsi" qəzetində çalışmış, SSRİ-yə, sovet Azərbaycanına qarşı çıxışları ilə Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarətində olmuşdur. Mühacir soydaşlarımızın dəstəyi sayəsində əsirlikdən qurtaran Məcid Musazadə müharibə dövründən Almaniyada nəşr olunan "Azərbaycan" dərgisində adi jurnalistdən redaktor vəzifəsinədək yüksəlmişdir. Məcid Musazadə ictimai-siyasi, publisistik fəaliyyəti, Qarabağ hadisələri zamanı "Azadlıq" radiosundan alovlu çıxışları ilə fərqlənən legionerlərdən biri kimi tanınsa da, onun Almaniyadakı fəaliyyəti tam şəkildə öyrənilməmişdir. O, mətbuatda çıxışları, publisistik yazıları ilə daha çox seçilmişdir. II Dünya müharibəsindən sonra Azərbaycan mühacirlərinin istiqamətlənməsində, azərbaycanlıların diaspora fəaliyyətində publisistika sahəsi daha aktiv idi. Azərbaycanın istiqlalı məsələsi legionçuları daim düşündürən, onların diqqət mərkəzində olan aktual, ədəbi-ictimai fəaliyyətlərinin prioritet məsələlərindən idi. 1943-cü ildə legionçuların keçirdikləri konqresdə "Milli Birlik Məclisi" yaradılmış və Azərbaycanın istiqlalı orada əsas məsələlərdən biri kimi qoyulmuşdur. 1954-cü ildə Nyu-Yorka köçən Məcid Musazadə bir müddət "Amerikanın səsi" radiosunda çalışmış ilk azərbaycanlılardan olmuşdur. Legionçuları bir araya gətirən milli birlik, vəhdət onların ideyalarının əsas qaynağına çevrilmiş suverenlik, mücadilə, istiqlal mövzusunu aktuallaşdırmışdır. Fikir, ideya  ideologiyadan öncə ədəbiyyatda, söz sənətində doğulur, müəyyən zamandan sonra təkrarlanaraq əsas ideya, məfkurə qaynağına çevrilir. Məcid Musazadə  1956-cı ildə ilk dəfə Azərbaycanın üçrəngli bayrağını Nyu-Yorkda ucaldıb. Həmin dövrdə macar xalqı üsyana qalxır. Məcid Musazadə haqları qırılmış, hissiyyatları tapdalanmış xalqların cərgəsində Azərbaycanın da haqq səsini duyurmaq üçün üçrəngli Azərbaycan bayrağını necə ucaltdığı haqda 1989-cu ildə Münhendən Azərbaycana göndərdiyi məktubunda qeyd edir: "O zaman Amerika Birləşmiş Ştatlarında Azərbaycan adında bir məmləkətin mövcud olduğunu çox az adam bilirdi. Bu səbəbdən dükanda hazır Azərbaycan bayrağı yox idi... Sifariş vermək lazım idi. Fəqət vaxt da çox dar idi. Dükan sahibinə dərdimi anlatdım, məsələni qavradıqdan sonra onu iki günə hazırlayacağına söz verdi. Üçüncü gün bayrağı alıb oradan da toplantı yerinə getdim. Yığıncaqda məndən başqa 10-12 azərbaycanlı mühacir də var idi. Beləliklə, toplantının rəyasət heyətində müxtəlif xalqların milli bayraqları ilə yanaşı, bizim milli bayrağımız da asılmışdı". İctimai fəaliyyətlə də məşğul olan Məcid Musazadə Nyu-Yorkda Amerika-Azərbaycan cəmiyyəti (Ənvər Sultanzadə ilə birgə) yaratmışdır.

Tarixçi, mühacir və legionerlərin həyatı, ictimai fəaliyyəti ilə bağlı ardıcıl araşdırmalar aparan Nəsiman Yaqublu Məcid Musazadəni mətbuat fəallarından biri kimi əməli iş və fəaliyyətini yüksək qiymətləndirmişdir. Məcid Musazadənin 26 il fəaliyyət göstərdiyi "Azadlıq" radiosunun dalğalarından səslənən "Azərbaycanda Qızıl Ordunun qurulması", "Stalin terrorunun qurbanları", "Azərbaycanın Şaumyan fitnəkarlığından qurtulması münasibətilə" məqalələri millətimizi narahat edən məsələlərdən biri kimi daim onu düşündürmüşdür. "Dağlıq Qarabağ" məsələsi, Böyük Ermənistan xülyasına kəskin münasibət bildirmiş, onların torpaq iddialarına qarşı sərt çıxışlar etmişdir.

Ömrünün ahıl çağlarında elmlə, xeyriyyəçiliklə məşğul olan  Məcid Musazadə 1990-cı il iyulun 20-də yaşadığı Münhen şəhərində vəfat etmiş, Nordfriedhof qəbiristanlığında dəfn olunmuşdur. Ömrünün yarıdan çox hissəsini mühacirətdə yaşayan, qəlbi və qələmi daim vətən sevgisi ilə alovlanan Məcid Musazadənin dəfn mərasimi böyük izdihamla keçmişdir.

1990-cı il mayın 28-də Türk Dünyası Araşdırma Vəqfinin Kayseri şəhərində təşkil etdiyi  Birinci Beynəlxalq Millətlərarası  Konqresdə filologiya elmləri doktoru Kamal Talıbzadə Məcid Musazadə və yoldaşı ilə görüşünü xoş xatirələrlə yada salaraq qeyd edirdi: "....Nümayəndələr arasında sakit, nəcib ər-arvad hamının diqqətini cəlb edirdi. Kişi Abdulla Şaiqə çox oxşayırdı. Bir gün özümü saxlaya bilməyib ona yaxınlaşdım, qucaqlayıb öpdüm, Şaiqin oğlu olduğumu bildirdim. Arvadı İrena ilə məni tanış etdi... Gözəl insanlar idilər...".

Məcid Musazadənin ədəbi, publisistik  fəaliyyətinə də ciddi təsir göstərmişdir. Bu cəhətdən Məcid Musazadənin Məhəmməd Əmin Rəsulzadə ilə yaxınlığının kökləri yalnız sonrakı tanışlıq, yaxınlıq deyil, hələ böyük mücahidin mərkəzdən uzaqlaşaraq bir müddət Lahıcda olması, Maçaxıda gecələyərək Kürdəmirə getməsi ilə bağlanır. Məcid Musazadənin atası Abdullətif kişi, yuxarıda qeyd etdiyimiz kimi, ticarətçi olub. Sonralar onun Bakıdakı mülkü əlindən alınır. Çox güman ki, Abdullətif kişi M.Ə.Rəsulzadə ilə tanış olub və onun Lahıca gedərkən və oradan geri döndükdə Maçaxıda, Nüyədidə Məcidin ata qohumlarıgildə olması, sonra Abdullətifin qohumu nüyədili Abdulcabbarın onu Kürdəmirə kimi müşayiət etməsi (o zaman Məcid Musazadənin Kürdəmirdə də yaxın qohum və tanışları vardı) bunu söyləməyə əsas verir.   

1943-cü ildə Münhendə yaradılmış "Azərbaycan Milli Komitəsi" 1972-ci ilə qədər fəaliyyət göstərmişdir. Həmin komitəyə ilk olaraq mayor Fətəlibəyli, Həsənbəy Kərbəlayi, sonralar Süleyman Təkinər, Əli Həsənzadə (Əli Aran), İsmayıl Əkbərov, Səmran Məmmədzadə rəhbərlik etmişdilər. Məcid Musazadə erkən yaşlarında Azərbaycandan, öz doğma yurdundan ayrılsa da, sonralar orda qurduğu ailə, sürdüyü həyat tərzi ilə bağlı olduğu ənənələrə hər zaman sadiq qalmışdır. O, milli ruhlu alman kimi yaşamışdır. Bunu Məcid Musazadənin Münhendə Şərq üslubu ilə bəzədilmiş dəbdəbəli evində qonaq olan jurnalistlər dönə-dönə qeyd etmişdilər. Məcid Musazadənin dəvətini qəbul edən müxbirlərdən biri yazır: "Günlərin bir günü Məcid məni və həyat yoldaşımı evinə qonaq dəvət etdi. Məmnuniyyətlə razılaşdıq. Məqsədim onun həyat tərzi ilə tanış olmaq idi... Məcidin arvadı İrena, qızları Süsən və Yasəmən bizi olduqca səmimi qarşıladılar...

Almaniyada yaşayan legionerlərlə dəfələrlə görüşlər keçirən, onların həyat tərzi, ictimai-siyasi baxışları ilə bağlı silsilə müsahibələr hazırlayan müxbir "Münhenlə tanışlıq", "Satqınların xam xəyalları", "Vətən xainləri", "Satqınlar yuvasında" məqalələrində ziddiyyətli fikirlər yürüdür, hər bir cəhətdən onları alçatmağa, müstəqil, suveren Azərbaycan dövləti qurmaq ideyalarına qarşı kəskin mövqedən çıxış edirdi. "Vətən xainləri" məqaləsində İsmayıl Ələkbərov, Məcid Musayev, Əli Aran antisovet təbliğatda suçlandırılır, Azərbaycan redaksiyasında çalışanlar haqqında həqiqətə uyğun olmayan mülahizələr irəli sürülürdü. Məqalədə "Azərbaycan" redaksiyasında çalışanlardan Qulam Qurbanoğlu, Murad Muradlı, Süleyman Məmmədov, Fərman Məmmədov haqqında da məlumat verilir, ünvanlarına müxtəlif böhtanlar yağdırılırdı. Məcid Musazadəni oradakı azərbaycanlılardan ən savadlısı olduğunu qeyd etsə də, "antisovet materiallar hazırlamaqda çox usta" olduğunu vurğulayırdı. "Satqınların xam xəyalları" adlı eyni silsilədən olan məqalədə ikitərəfli, əks cəbhələrdə duran şəxslərin bir-birinə qarşı gərgin, sərt çıxışlarına aydınlıq gətirən Məcid Musazadə dillənir: "İnanın ki, Azərbaycanı bəlkə də sizin qədər sevirik, qəlbimiz daim oradadır. Amma Vətən tam azad olandan sonra oraya qayıdacağıq". Vətənin nə vaxt azad olacağı sorğusuna qarşı Məcid Musazadə deyir: "- Vaxtını deyə bilmərəm, amma o gün mütləq gələcəkdir" - dedi. 

Müstəqil ölkənin vətəndaşı olmaq xaricdə məskunlaşan legionçuların əsas amalları idi. Heyif ki, onların çoxu həmin günün uzaqda olmamasını bilsələr də, bu sevinci yaşamaq onların çoxuna qismət olmadı. Məcid Musazadə kimi...