Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Курс обновления НАНА: в контексте государственности и современность

20-05-2024 [ 13:13 ] [ прочитано:97 ]
printerA+ | A-
104564

Международное индексирование научных журналов страны и расширение связей с различными научными центрами мира – тесно связанные направления.
Они направлены на одну цель – продвижение азербайджанской науки в мировом масштабе. И в новой, более обоснованной и убедительной форме.

Дело в том, что существует традиция, сложившаяся еще в советское время: ученые в индивидуальном порядке представлялись за рубежом. Например, наш очень известный и ценный ученый Худу Мамедов выступил на одной из научных конференций в Германии так, что в зале люди слушали стоя. Однако до этого они представляли Х.Мамедова «каким-то учёным» из «далёкого» для них Азербайджана и запланировали его доклад за 5 минут до окончания конференции. Однако азербайджанский учёный выразил протест и заявил, что представит доклад на следующий день.....

Almanlar onu təşkil etmişdilər və Xudu Məmmə­dov geniş məruzə ilə onların beyinlərini və qəlblərini fəth etmişdir. Başqa nü­munələr də çoxdur. Ancaq məsələ ondan ibarətdir ki, indi AMEA özünün alimləri üçün sistemli və öncədən təşkilatı təmsil edən yaradıcı insan olaraq dünya miqya­sına çıxarır. Belə ki, öncədən imzalanan əməkdaşlıq sənədinə görə, beynəlxalq aləmə çıxış edən Azərbaycan aliminin arxasında AMEA dayanır – alim həm özünü, həm də təşkilatını təmsil edir! Bu, daha real və nüfuzlu yanaşmadır. 

Həmin aspektdə elmi jurnalların bey­nəlxalq indeksə malik olması öncədən Azərbaycan alimlərini dünyaya tanıdır və onlar beynəlxalq tədbirə tanınmış alimlər kimi gedirlər. Burada, təbii ki, “Azərbay­candan gəlmişdir, çıxış etsin” məntiqi deyil, “Azərbaycandan tanınmış alim, AMEA-nın əməkdaşını maraqlı məruzə üçün dəvət etmişik” məntiqi işləyir. Bu təqdimatlar arasındakı fərqi, yəqin ki, hər kəs aydın görür.

Deməli, Azərbaycan jurnallarının beynəlxalq indeksləşməsi sadəcə iki qar­daş dövlət olan Azərbaycan və Türkiyə­nin elmi əməkdaşlıq formatı deyildir və o, geniş anlamda Azərbaycan alimlərinin dünya miqyasında yaradıcı əlaqələrinin artırılması, onların tanıdılması vasitəsilə elmimizin dünya elminə inteqrasiyasının “canlı” üsullarından biridir. AMEA bu is­tiqamətdə ciddi surətdə yeniləşir! 

Yubiley tədbirləri

Bu məsələni bir neçə dəfə vurğula­mışıq. Azərbaycan alimlərinin yubiley tədbirləri, şübhəsiz ki, həm ayrılıqda alimlərin yaradıcılığının təşviqi, həm də bir camiyə olaraq Azərbaycan elm dairə­sinin simalaşmasıdır. Buna “AMEA sima­larda” desək, məsələnin proses olaraq əhəmiyyəti daha aydın görünər. Çünki əgər yubiley tədbirləri yaradıcılıqları ilə AMEA-nı təcəssüm edən alimlərimizin elm insanı kimi psixoloji, mənəvi, mədə­ni, kreativ özəlliklərini daha dərindən və geniş xarakterizə edə biləcəksə, bütöv­lükdə təşkilatın elmi fəaliyyətinin incəlik­ləri daha aydın olacaqdır. Buna görə də məhz Azərbaycan alimlərinin yaradıcılıq yubileyləri, onlar haqqında “AMEA sima­larda” kod adlı əsərlərin nəşri əhəmiyyətli məqamdır. Bu kontekstdə dünyanın ta­nınmış alimlərinin AMEA-ya dəvət edil­məsi ayrıca vacib prosesdir. Vurğuladı­ğımız hallar sistem halında Azərbaycan elminin təşviqi üçün geniş imkanlar açır. 

Əvvəlki məqalələrdə də qeyd etdiyi­miz məqamları nəzər alsaq, şübhə yeri qalmır ki, AMEA rəhbərliyi yeniləşmə kursunu çox istiqamətdə vahid mən­tiqi müstəvidə və məqsədyönlü şəkildə həyata keçirir. Bu zaman ölkənin stra­teji inkişaf kursu çərçivəsində fəaliyyət göstərilir. AMEA-nın 80 illik yubileyinə hazırlıq həmin mənada istisna deyil­dir – təşkilat müəyyən dərəcədə ye­niləşmənin bir mərhələsinin hesabatını verməyə hazırlaşır. Bu hesabat atılan addımların konkret məzmunu prizma­sında ölkənin baş elmi təşkilatının ta­rixi ənənə üzərində müasirləşməsinin müəyyən mənzərəsi olacaqdır. Elə bir mənzərə ki, orada AMEA-nın dövlətçi­lik və müasirliyin sintezində milli ideya kontekstində Prezident İlham Əliyevin, bütövlükdə, Azərbaycanı yeniləşdirmə­sinin konkret əlamətləri görünsün. Elə bir mənzərə ki, Azərbaycan Preziden­tinin dövlət, ölkə və cəmiyyətin strateji inkişaf kursunun AMEA-nın öhdəsinə düşən aspektlərini həyata keçirməkdə qətiyyətli olduğunu hər kəs görsün.

AMEA-nın bu yeniləşmə əzmi çox vacib başqa bir məsələni daha da aktu­allasdırır.

Maliyyə təminatı

Uzun müddətdir ki, AMEA-nın ma­liyyələşməsi ölkənin ziyalı dairələrində geniş müzakirə olunur. Alimlər hesab edirlər ki, onların əməklərinin maliyyələş­məsi sistemi ciddi keyfiyyət dəyişikliyinə uğramalıdır. Ayrıca, AMEA əməkdaşlıq və bütövlükdə kollektiv bir təşkilat olaraq, ölkənin baş elmi müəssisəsinə maliyyə ayırımı kəskin olaraq artmalıdır. Müqa­yisə üçün deyək ki, inkişaf etmiş ölkələr­də elmə 3-4 faiz ayrılır. Azərbaycanda bu rəqəm KİV-dəki informasiyalara görə, çox azdır. 

Əlbəttə, burada həqiqət vardır. Eyni zamanda, bəziləri “alimlər nə yaradıblar ki, yüksək maliyyə təminatı olsun” kimi mücərrəd süni arqumentlərlə çıxış edir­lər. “Qutadqu bilik” və “Nizamülmülk”dən bu yana belə bir ənənə vardır: dövlət alimi tam təmin etməlidir və hətta, ona müəyyən mülk verməlidir. Səbəbini belə izah edirlər ki, əgər dövlət alimini təmin etməsə, onda bunu başqaları edəcək və elm yadlara xidmət edəcək. Deməli, “Qu­tadqu bilik” və “Nizamülmülk” də əsrlərlə öncə elmin dövlətə və xalqa xidmətini ön plana çəkmişdir. 

İndi AMEA tarixi yeniləşmə həyata keçirir. Dəfələrlə vurğulamışıq ki, bu xət­tin əsas strateji məqsədi Azərbaycanın inkişafına xidmətdən ibarətdir. Azərbay­can Prezidenti İlham Əliyev mükəm­məl inkişaf kursu müəyyən etmişdir və bunun fonunda alimlər öz dövlətinə, cəmiyyətinə fayda verən araşdırmala­ra üstünlük verməkdə qərarlıdırlar. Və AMEA rəhbərliyinin bu seçimi, məncə, çox doğru və tarixi mahiyyətlidir. Çünki AMEA müasir mərhələdə ilk dəfədir ki, bir sistem, təşkilat və baş elmi müəssisə olaraq yeniləşmədə konkret istiqamət müəyyən edərək (Azərbaycan Prezi­dentinin bütövlükdə ölkəni inkişaf etdir­mək kursu fonunda) ardıcılıqla yeniləşir. 

Şübhə yoxdur ki, bu cür sistemli və davamlı prosesə ciddi maliyyə dəstəyi la­zımdır. AMEA-nın dövlətçilik və milli ideya kontekstində tam yeniləşməsi üçün ona uyğun maliyyələşmə mexanizmi həyata keçirilməlidir. Buraya dövlət büdcəsi ilə yanaşı, ayrı-ayrı nazirliklər və təşkilatla­rın da sifarişləri və qrant müsabiqələri də daxil olmalıdır. Müqayisə üçün deyək ki, Rusiya alimlərinin məqalələrini oxuyan­da əksəriyyətində “filan qrant əsasında yazılmışdır” informasiyasına rast gəlinir. Əlbəttə, Azərbaycanda da qrantlar verilir¸ lakin bu işin dinamik sistemli təşkilinə və irihəcmli qrantların sayının çoxaldılması­na açıqca ehtiyac vardır. 

Maliyyələşmənin yeniləşməsi müasir tədqiqat üsulları prizmasında çox vacib görünür. Məsələnin mahiyyəti indi dünya­da kollektiv, komanda halında araşdırma­ların aparıcılıq təşkil etməsi ilə bağlıdır. Müxtəlif elm sahələrinin tədqiqatçıları bir­gə işləməyi və faydalı olmağı öyrənmə­lidirlər. Bunun üçün xüsusi maliyyələşən araşdırmaların aparılması zərurətdir. 

Yeniləşməyə davam!

Yuxarıda vurğulanan fikirlərin işığın­da AMEA-da yeniləşmə prosesinin inam­lılığı aydın görünür. Təşkilat rəhbərliyinin həyata keçirdiyi kompleks proqram-la­yihələr vahid bir məqsədə istiqamət­lənmişdir və sistemli olaraq reallaşır. Azərbaycan alimləri öz potensiallarını dövlət və cəmiyyət üçün sərf etməkdən qətiyyən çəkinmirlər. Bu yolda hər cür fədakarlığa hazırdırlar. Azərbaycanın müstəqilliyi, güclü dövlət quruculuğu və güclü cəmiyyətin formalaşması prosesin­də AMEA bütün imkanları ilə iştirak edir. Belə görünür ki, təşkilatın 80 illik yubileyi bu baxımdan ayrıca əhəmiyyət daşıyan hadisə olacaqdır. Bu, AMEA-nın yeniləş­məsi mərhələsinə düşən ilk yubileydir. Onun yüksək səviyyədə və elmi baxım­dan faydalı olması üçün kompleks tədbir­lər nəzərdə tutulmuşdur. 

Yubiley müəyyən mənada həm də AMEA-nın yeniləşmənin hansı mərhələ­sində olduğuna aydınlıq gətirəcəkdir. Şübhə etmirik ki, həmin kontekstdə 80 illik yubiley təşkilatın elmi tarixində bir dönüş nöqtəsi olacaqdır və ictimai etirafa yol açacaqdır. Mən burada “ictimai eti­raf” ifadəsini konkret mənada işlədirəm. Yəni Azərbaycan cəmiyyətinin hətta AMEA-nın fəaliyyətinə müəyyən şübhə ilə yanaşan kəsimləri ölkənin baş elmi təşkilatının düzgün və uğurlu yeniləşmə kursu seçdiyini etiraf edəcəklər. Bu da bütövlükdə cəmiyyətdə son illər müəy­yən dairələr tərəfindən aparılan “antiaka­demiya” kampaniyasının iflası olacaqdır. 

AMEA-nın elm tarixində 80 illik yu­bileyin dönüş nöqtəsi olmasının dərin mənası vardır. Burada bir neçə faktorun qarşılıqlı əlaqəsi özünü göstərir. 

Birincisi, AMEA bundan sonra ölkə Prezidentinin həyata keçirdiyi inkişaf kursunun fəal iştirakçıalarından biri kimi dövlət quruculuğunda strateji qurum kimi funksiyasını yeni mərhələyə yüksəldə­cəkdir. 

İkincisi, AMEA-da tədqiqatların təşkili üsulu müasir proqressiv araşdırma üsul­ları ilə zənginləşəcəkdir. 

Üçüncüsü, AMEA institutlararası əlaqələri daha sistemli, geniş və dərin səviyyəyə çatdırmaqla bir böyük araşdır­ma kollektivi kimi yeni struktur-funksional keyfiyyətə yiyələnəcəkdir. 

Dördüncüsü, AMEA beynəlxalq əlaqələrini düşünlümş qaydada geniş­ləndirərək həm Azəbaycanda elmi təcrü­bəni zənginləşdirəcək, həm də müstəqil dövlət quruculuğu üçün prinsipial strateji əhəmiyyət daşıyan türk dövlətləri ilə elmi əməkdaşlığı yeni dinamik formata trans­fer edəcəkdir.

Əlbəttə, biz AMEA-nın 80 illik yubi­leyinin konkret nəticələrini 2025-ci ildə yenidən fəlsəfi təhlil etməyi və proqnostik fikirlər irəli sürməyi vəzifəmiz hesab edi­rik. Ancaq indidən təşkilat rəhbərliyinin yeniləşmə kursunun bir sıra fəlsəfi as­pektinin təhlili göstərir ki, nikbin nəticələr alınacaqdır! AMEA bunun üçün səfərbər olunmuşdur və bu proses davamlı ola­caqdır! 

Füzuli QURBANOV,

XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

“Xalq qəzeti”

 

Другие новости