Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

Institute of Literature - 90. Congratulations of Shohrat Siraceddinov, Rector of Tashkent State University of Uzbek Language and Literature named after Alishir Navai

06-03-2024 [ 14:16 ] [ read:211 ]
printerA+ | A-
104324

Əssalamu-aleykum, əziz azərbaycanlı qardaşlarımız!

Çox hörmətli akademik İsa Həbibbəyli!

Hörmətli elm xadimləri!

Məni Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubiley mərasiminə dəvət etdiyinizə və bu möhtəşəm tədbirdə iştirakımı təmin etdiyinizə görə şadam!

Azərbaycan torpağı dünyanın yüksək sivilizasiya, elm və mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı dövlətçilik tarixində çoxlu tanınmış şairlər, alimlər, dövlət xadimləri yetişdirmiş böyük bir xalqdır.

Bugünkü dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlət qurulur, elm sahəsində böyük irəliləyişlər əldə edilir. Bu nailiyyətlərin əldə edilməsində Azərbaycan Elmlər Akademiyası alimlərinin rolu misilsizdir.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaradılmasının 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə göstərildi ki, öz inkişafında son dərəcə mürəkkəb və şərəfli yol keçmişdir.

Ədəbiyyat İnstitutundan yetişib çıxan bir çox görkəmli akademiklər və onların akademik məktəblərində formalaşmış yüzlərlə alimlər təkcə Azərbaycanda deyil, həm də qardaş türk ölkələrində də elmin inkişafı üçün səmərəli əməkdaşlıq etmələrini, xüsusən də, özbək-azərbaycan ədəbi əlaqələrinin möhkəmlənməsində böyük xidmətlərini minnətdarlıqla yad edirik.

1926-cı ildə Bakıda Əlişir Nəvainin doğum günü ilə bağlı hicri tarixi ilə 500 illik yubileyi münasibətilə keçirilən "Birinci Bakı Türkoloji Qurultayı" tam mənada, klassik ədəbiyyatımızla dilimizin vəhdəti, ideyalarımızın ümumiliyini nümayiş etdirən və qardaş xalqlarımız arasında ədəbiyyat sahəsində əməkdaşlığımıza başlamaq üçün xalqlarımızın tarixində layiqli yer tutmuşdur.

Bu qurultayın ruhu bu günə qədər özbək və Azərbaycan xalqlarının bir-birinə məhəbbəti, səmimi dostluq münasibətləri ilə yoğrulub,  iki ölkə liderlərinin Türk Dövlətləri Təşkilatındakı səmərəli fəaliyyətində özünü göstərir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, hörmətli akademik İsa Həbibbəyli tərəfindən özbək alimləri ilə qurulan dostluq əlaqələri sayəsində iki ölkənin alimləri arasında əməkdaşlıq əlaqələrinin yüksəldiyini qeyd etməliyik. Onun təşəbbüsü ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi açılıb və əməkdaşlarından, xüsusilə, professor Almaz Ülvi Binnətovanın xidmətləri ilə son illər Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında möhkəm əməkdaşlıq əlaqələri qurulub.

Aparıcı alimlərin, istedadlı gənc alimlərin fəaliyyətinə və elmi tədqiqatlarına dəstək vermək, elm nümayəndələrinin cəmiyyətdə diqqət və nüfuzunu artırmaq məqsədi ilə Özbəkistan alimləri ilə daimi əməkdaşlıqda beynəlxalq konfranslar, kitablar, seminarlar təşkil olunur.

2023-cü ildə "Əlişir Nəvai və XXI əsr" konfransı və "Əmir Əlişir" kitabının təqdimatı keçirilib, Şeyx Nizami Gəncəvi və Əmir Əlişir Nəvai "Xəmsə"ləri iki dildə tərcümə edildi. Özbək və Azərbaycan xalqlarının ədəbiyyatı, qarşılıqlı ədəbi əlaqələrimizə həsr olunmuş kitabların nəşri, bu ilin may ayında keçirilməsi nəzərdə tutulan Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi konfrans İsa Həbibbəylinin və İnstitut alimlərinin iştirak edəcəyindən qürurlandıq.

Hörmətli akademik İsa Həbibbəyli! Siz və sizin rəhbərlik etdiyiniz Ədəbiyyat İnstitutunun alimləri Müstəqillik dövrünün, xüsusən də, sonrakı illərdə ulu əcdadlarımız tərəfindən qoyulmuş şanlı ənənəni davam etdirir və  Türk dünyası xalqlarının elmi-ədəbi irsini dünya dillərinə tərcümə etməklə xalqlarımızın şöhrətini dünyaya yayırsınız.

Hazırda iki ölkədə elmi fəaliyyətlə məşğul olan çoxsaylı tədqiqatçıların əksəriyyəti, xüsusən, gənclərə üstünlük verilməsi gələcəyimizin etibarlı əllərdə olduğunu göstərir.

Bu gün Ədəbiyyat İnstitutu iki ölkə alimlərinin əməkdaşlığını daha da canlandırır, türk dünyasında elmin, innovasiyanın və yeni kəşflərin təməli "Özbəkistan-Azərbaycan-2030" strategiyası çərçivəsində elmi və innovativ fəaliyyətə dəstək, elm və istehsal inteqrasiyasının gücləndirilməsi haqqında genişmiqyaslı hərəkətlərdə əsas icraçılardan biri olaraq fəaliyyəti hamımız üçün nümunədir.

Xüsusilə, Nizami Gəncəvi, İmaməddin Nəsimi, Məhəmməd Füzuli kimi Azərbaycanın mütəfəkkirləri Mahmud Kaşğari, Yusif Xas Hacib, Əmir Əlişir Nəvai, Zəhirəddin Məhəmməd Babur, Məşrəb kimi böyük sənətkarların mənəvi əlaqəsi, əsərlərinin müqayisəli öyrənilməsi məsələsi, iki ölkənin dövlət dili və ədəbi ənənələrinin addım-addım inkişafi, tədqiq edilməsi, heç bir "izm"in ideoloji məcburiyyət olmadan, müstəqillik ideologiyası əsasında həyata keçirilməsindən çox məmnunuq!

Bu kimi strateji vəzifələrin həyata keçirilməsində, ilk növbədə, sizə, əziz alimlərin böyük potensialına arxalanırıq! Türk birliyimiz, mədəniyyət, elm, dil və ədəbiyyatımızın müştərəkliyi bütün güc və imkanlarımızı işə salmaq lazım olduğuna işarədir.

Akademik İsa Həbibbəyli və nəvaişünas alimə "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri" şöbəsinin müdiri Almaz Ülvi Binnətovaya Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatının Universiteti fəxri doktoru kimi, universitetimizin alimləri və gənc tədqiqatçılarının qardaş xalqların ədəbiyyatı, xüsusən də, Azərbaycan ədəbiyyatı ilə bir-birini tanımaqda böyük xidmət göstərdiklərini vurğulamaq istərdim. Bu gün bizim əziz ustadlarımız Azərbaycanda hansı hörmət-izzətə layiqdirlərsə, onlar da Özbəkistanda böyük nüfuz və etibara sahibdirlər.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyi münasibətilə mən özbək xalqı, özbək ziyalıları, çoxsaylı Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kollektivi adından Azərbaycan elm adamlarını ürəkdən təbrik edirəm! Zəhmətkeş alim və akademiklər, istedadlı tədqiqatçılar, doktorant və aspirantlarını, bugünkü mübarək gün münasibətilə səmimi təbrik edirəm.

Böyük alim Mahmud Kaşğarinin "Alimin yastığı daşdandır", - dediyi sözlərdə elm əhli axtarışlarla əziyyət çəksə də, daim insanlara işıq saçır mənası təcəssüm olunur.

Biz Sizin timsalınızda yeni tədqiqat və araşdırmalar aparan, Azərbaycan Respublikasının elmi və intellektual potensialını artıran belə fədakar insanları görürük.

Möhtərəm akademik İsa Həbibbəyli!

Dəyərli konfrans iştirakçıları!

Sizin timsalınızda Azərbaycan Respublikası elmin inkişafı yolunda fədakarlıqla çalışan bütün elm adamlarını  bugünkü bayram münasibətilə bir daha təbrik edirəm!

Yüksək şərəfli və məsuliyyətli vəzifələrin icrasında, dostluq bağlarının möhkəmləndirilməsində, elm və mədəniyyətimizin, dil və ədəbiyyatımızın inkişafına gözəl töhfələr verən sizin kimi dəyərli tərəfdaşlara güc-qüvvə, möhkəm cansağlığı, ailə səadəti, yeni nailiyyətlər və uğurlar arzulayıram!

 

Özbək dilindən çevirən:

Almaz Ülvi BinnƏtova

fil.e.d., dos.

OTHER NEWS