Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Произведения Джалила Мамедкулизаде изданы на французском языке в Париже

06-03-2024 [ 10:40 ] [ прочитано:130 ]
printerA+ | A-
104321

В офисах издательств Maisonneuve & Larose и Hemispheres в Париже Стефан Дюдваньон, научный сотрудник Французского национального центра научных исследований (CNRS), исламский историк Ближнего Востока и Центральной Азии начала XX века, и переводчиком русской, узбекской, таджикской, азербайджанской и иранской литературы этого периода (Стефан А. Дюдуаньон) состоялась презентация книги «Даллек и другие рассказы», основанной на рассказах Джалила Мамедгулузаде.

AZƏRTAC xəbər verir ki, kitabda Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadənin “Dəllək”, "Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy", "Kişmiş oyunu", “Pirverdinin xoruzu”, “Quzu”, “Xanın təsbehi", "Molla Fəzləli" kimi novellaları yer alıb.

“Dəllək və digər novellalar” kitabının təqdimatında müəllif Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqında məlumat verib. Onun Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında fəaliyyətindən, yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus" qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolundan söz açılıb. Bildirilib ki, ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşri ilə o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub. Başqa mollanəsrəddinçilər kimi, C.Məmmədquluzadə də irtica və qaraguruhçuların arakəsilməz təqib və təzyiqinə məruz qalıb. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edib. XX əsin əvvəllərində C.Məmmədquluzadənin Təbrizdə olduğu müddətdəki fəaliyyətindən danışılıb.

Qeyd edilib ki, tənqidi realizm yolunu tutmuş C.Məmmədquluzadə əsərlərində o zaman hökm sürən feodal-patriarxal münasibətlərini, çar məmurlarının və din xadimlərinin özbaşınalığını, mövhumat və xurafatı, İran və Türkiyə inqilablarını, qadın azadlığı kimi məsələləri qələmə alıb.

Təqdimatda iştirak edən tədqiqatçılar C.Məmmədquluzadənin həyat və yaradıcılığına dair biliklərini bölüşüblər. Təqdimatda tədqiqatçılar, tələbələr, jurnalistlər və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Другие новости