Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

Young scientists of Azerbaijan are purposefully working to convey our science to the world

29-03-2023 [ 11:37 ] [ read:20 ]
printerA+ | A-
103195

As a result of the successive reforms carried out in the direction of the development of science in modern Azerbaijan, what once seemed like a dream is now being realized. The main reason for this is the value given to science, the great care given to the development of Azerbaijani science at the state level, and the raising of the reputation of scientists and science in the country. On April 9, 2018, President Ilham Aliyev signed a Decree on the establishment of Science Day in the Republic of Azerbaijan, taking into account the importance of science in the development of society. According to this Decree, Science Day is celebrated in Azerbaijan every year on March 27. In addition to bringing together scientists and specialists working in the field of science throughout the country, it also allows to present the achieved scientific achievements to the public, to discuss the shortcomings of Azerbaijani science in a wide range and to unite around the solution of problems.

Bu fikirləri AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva bildirib. Onun sözlərinə görə, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “kiçik akademiyalarla” əlaqələr gücləndirilib, məktəblilərlə görüşlər, “açıq qapı” günləri təşkil edilib, müxtəlif layihələrə şagirdlərin cəlb edilməsi, elmimizin nailiyyətlərini, yeni innovasiyaları gələcəyin alimlərinə nümayiş etdirmək, eləcə də cəmiyyətdə elmə olan marağı artırmaq məqsədilə bir sıra elmi-praktiki tədbirlər keçirilib. Bu tədbirlər sırasında ən yaddaqalanı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş körpələr, məktəblilər üçün təşkil edilmiş intellektual yarışlar, şeir və esse müsabiqələri olub. Bununla yanaşı, gənc alimlərimiz aztəminatlı ailələrin övladlarına ali məktəblərə hazırlıq mərhələsində təmənnasız yardım etmək məqsədilə bir sıra məktəblərdə könüllü müəllim kimi fəaliyyət göstərirlər. Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə bir çox ümumtəhsil müəssisələrində zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici görüşlər, eləcə də regionlarda məktəbli qızların elmə təşviqi məqsədilə elmi seminarlar təşkil edilib.

Şəfa Əliyeva qeyd edib ki, bu gün qloballaşmanın, elmi-texniki inkişafın nəticəsi olaraq elm və təhsil sahəsində beynəlxalq əlaqələr genişlənib və mübadilə xarakterli tədbirlər geniş vüsət alıb. Azərbaycan alimləri və tədqiqatçıları beynəlxalq elmi tədbirlərə qatılır, əməkdaşlıq əlaqələri qurur, beynəlxalq jurnallarda məqalələr dərc etdirir, xarici həmkarları ilə birgə layihələr və əsərlər üzərində işləyirlər. AMEA-nın fəlsəfə və elmlər doktoru hazırlığı üzrə nəticələri digər müəssisələrdən əsaslı şəkildə fərqlənir. Statistika göstərir ki, ötən illərlə müqayisədə gənc alimlərin “Web of Science” və “Scopus” platformalarında indeksləşən jurnallarda çap etdirdikləri məqalələr daha çoxdur. AMEA Rəyasət Heyəti və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Horizon – 2020” və ya “Horizon Europe” proqramı üçün layihələrin hazırlanması, eləcə də əməkdaşlıq mübadiləsi proqramı haqqında məlumatlandırma günü keçirilib. Tədbirin səmərəliliyi nəticəsində qısa müddət ərzində akademiya əməkdaşlarından bir neçəsi xaricdə əməkdaşlıq üçün təklif alıb. Bir sözlə, müasir Azərbaycan gəncliyi elmimizin dünyaya çatdırılmasında məqsədyönlü şəkildə çalışaraq mühüm işlər görür.

AMEA-nın gənc alim və mütəxəssisləri ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırlar

Müstəqilliyin ilk illərində Azərbaycanda hökm sürən qarışıqlıq və xaos bütün sahələr kimi elmə də öz mənfi təsirini göstərirdi. Vaxtilə möhkəm təməllər üzərində yaradılmış Azərbaycan elmi 1990-cı illərin əvvəllərində çətin durumda idi və demək olar ki, çıxış yolu görünmürdü. Elm adamları yaxşı başa düşürdülər ki, ölkədə vəziyyət normallaşmayana qədər nə ciddi elmi tədqiqatlardan, nə gənc nəslin elmə təşviq olunmasından, nə də beyin axınının qarşısının alınmasından danışmaq olar. Bu xaotik vəziyyət uzun sürmədi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi elmdə də yaranmış problemlərin qarşısını almağa müvəffəq oldu. Ulu Öndərin “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Onu qoruyub saxlamalıyıq” fikri həmin dövrdə elmə verilən qiymətin, göstərilən qayğının ən bariz nümunəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan Milli Elmlər Akademiyasına və akademiyanın simasında Azərbaycan elminə diqqət və qayğı daha da artdı.

Bu fikirləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc alim və Mütəxəssislər Şurasının sədr müavini Orxan İsayev bildirib. “Əminliklə deyə bilərik ki, bu gün də Azərbaycan elmi böyük diqqət və qayğı ilə əhatə olunub. Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyev elmin inkişafına xüsusi əhəmiyyət verir. Çağdaş dövrdə elmin inkişafı və müasir tələblərə cavab verməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Zaman-zaman Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan fərman və sərəncamlar elmimizin dünya arenasına çıxmasına, müasir tələblərə cavab verməsinə hesablanan addımların müəyyən bir hissəsini təşkil edir. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”, 2016-cı ilin avqust ayının 9-da imzalanan Fərmanla “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməsi dediklərimizin bariz sübutudur. Bu və digər çoxsaylı tədbirlər, layihələr Azərbaycan elminin müasir tələbələr cavab verməsinə, alimlərimizin beynəlxalq arenada öz sözlərini deməsinə, Azərbaycan həqiqətlərinin dünya elm ictimaiyyətinə düzgün şəkildə çatdırılmasına hesablanmışdır”, - deyə O.İsayev vurğulayıb.

O qeyd edib ki, XXI yüzillik elm və texnologiya əsri sayılır. Sürətlə dəyişən və inkişaf edən dünya elmi bəşəriyyətin qarşılaşdığı problemlərin həlli istiqamətində ən təsirli “silah”dır. Bu gün əminliklə deyə bilərik ki, elm sərhəd tanımır. Vaxtilə dünya elminə dühalar bəxş edən Azərbaycan elmi də dünya standartlarına cavab verməli, müasir gedişatdan kənar qalmamalıdır. Dövlətimizin başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı da bu istiqamətdə atılmış ən önəmli və zəruri addımlardan biridir. Elm və təhsilin inteqrasiyası, bir-biri ilə sıx bağlı olan bu iki sahənin qarşılıqlı idarə edilməsi və inkişafı dövrün tələbidir. Dövlətimizin başçısının bu Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində yeni bir səhifə açılmış oldu. Artıq konkret hədəfləri və məqsədləri olan Akademiya əvvəlki illərdə olduğu kimi, yenə də ölkədə elmin kurasiyasına cavabdeh qurum kimi qorunub saxlanıldı. Bu, Prezident İlham Əliyevin AMEA-ya və onun potensialına olan inamının, etibarının bariz nümunəsi idi. Bu Fərmandan sonra Azərbaycan Milli Elmlər Akademiyası beynəlxalq əlaqələrə daha ciddi şəkildə yanaşmağa başlayıb. Təsadüfi deyil ki, qısa müddətdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin müraciəti əsasında Azərbaycan Milli Elmlər Akademiyası Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyası (AASSA) kimi nüfuzlu qurumun üzvlüyünə qəbul edilib. Artıq Avropa Akademiyaları Assosiasiyasına üzvlüklə bağlı da quruma müraciət ünvanlanıb. Hər iki nüfuzlu təşkilata üzvlük AMEA-nın gələcək inkişafına və dünya elm ailəsinin bir üzvü olmasına böyük töhfələr verəcək. Beynəlxalq arenaya çıxış təkcə AMEA-nın vahid rəhbərliyi ilə məhdudlaşmır. Akademiyanın tabeliyində olan elmi-tədqiqat institutlarının da beynəlxalq əlaqələri genişləndirilir. Müasir standartlara cavab verən tədqiqatların həyata keçirilməsinə, alimlərin beynəlxalq konfrans və simpoziumlarda iştirakına, bir sıra xarici ölkə alimləri ilə müştərək tədqiqat layihələrinin reallaşmasına xüsusi önəm verilir.

Qarşısına yeni hədəflər qoymuş Azərbaycan Milli Elmlər Akademiyası gənclərin elmə gəlməsinə və bununla da Azərbaycan elminin gələcəyinin etibarlı şəkildə təmin olunmasına xüsusi önəm verir. AMEA-da təhsilin magistratura və doktorantura pillələrinə qəbulun son zamanlarda daha da artması, məzunların müvafiq institutlarda işlə təmin olunması, beynəlxalq konfranslarda çıxış etmələrinə şəraitin yaradılması və s. bu kimi məqsədyönlü işlər dediklərimizi bir daha təsdiq edir. Bu gün AMEA-nın gənc alim və mütəxəssisləri Azərbaycanın ictimai və siyasi həyatında da kifayət qədər fəal rol oynayırlar. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində arxa cəbhədə olan gənc elm adamları bir sıra beynəlxalq platformalarda, müxtəlif xarici dillərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi fəallıq göstərdilər.

AzərTac

OTHER NEWS