Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Поэтическое выражение духа «Я пришел, Шушам, я пришел» - Марзия Наджафова

26-02-2022 [ 10:43 ] [ прочитано:180 ]
printerA+ | A-
102042

Yəqin həssas oxucular bilirlər ki, “Orxan Paşa” istedadlı qələm sahibi, gözəl alim və şair Məhərrəm Qasımlının təxəllüsüdür – Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi kimi onun onlarla kitabının da yeni və dərin keyfiyyətlər ihəmişə hamımızın ürəyində olmuşdur. İndiyə kimi yeddi şeir kitabı da işıq üzü görüb.

Onun şeirlərində illər boyu Vətən sevgisi, azərbaycançılıq, Qarabağ mövzusu, türk-oğuz bahadırının yenilməz ruhu hər zaman çox qabarıq görünüb.Bu yaxınlarda işıq üzü görən “”Əllərini uzat mənə  (Bakı, 2020) kitabı da eyni ovqat üstündədir. Orxan Paşa beş il qabaq nəşr olunan “Yağmur qoxusu” kitabında “Azərbaycan” adlı şeirində belə bir misra işlətmişdi: “Vəsfini yazmağa hazırlaşırdım, dərdindən danışmaq qismətim oldu”. Bu şeirdə bir Azərbaycan oğlunun qırılmış qüruru, parçalanmış vüqarı vardı. Torpaqlarımızın işğal olması onu bir ziyalı kimi nə qədər yandırıb-yaxırdısa “sapı özümüzdən olan baltalar”ın nankorluğu da bir o qədərvarlığını param-parça edirdi.

Hərraca qoyulub yurd dilim-dilim,

Biri torpaq satır, biri qız –gəlin.

Adın çəkiləndə lal olur dilim,

Sözlərim qırılır, Azərbaycanım.

“lal olur dilim”, “sözlərim qırılır”ifadələri ilə Orxan Paşa çox mətləblərə işiq tuturdu. Onun poetik dünyasında  ovunmayan bir ağrı vardı. Bu itrilən torpaqların xəcaləti idi.

Şair törədilən faciələri saf-çürük edir, birliyimizi-bərabərliyimizi əsas şərt kimi qiymətləndirir, Vətən torpağının igid ərlərinin qəhrəmanlığını görəndə bir az təskinlik tapır, qəhrəman oğullarımızın şücaətini vəsf edirdi.  Ramil Səfərovun  mərdliyinə, qəhrəmanlığına  həsr etdiyi “Orda bir aslan var “şeiri o illərdə şairin yaradıcılığına ümid və can verirdi.

Ər biləyinə,

Nər biləyinə

Meydan tapmayınca

Vətən ortasında –

kükrədin aslan kimi

Avropanın tən ortasında!

Dalğalandırıb  damarında

Türkün qeyrət bayrağını -

Atilla, Mete gücüylə

baltaladın murdar yağını...

Şair “damarında türkün qanını daşıyan, qeyrət bayrağını dalğalandıran” bu igid oğulun gücünə, cəsarətinə heyranlığını, vurğunluğunu, dözümünə heyrətini bildirirdi.

 O zamanlar Orxan Paşa öz poetik yaradıcılığında  “Getdim, gördüm”, “Xudəfərin körpüsü”, “Şuşanın xarı bülbülü”, “Əl boyda çay daşı” şeirlərində vətən torpaqlarının vəhşicəsinə işğalını təcəssüm etdirirdi:

Bir udum bürkü gələ Vətəndən,

Burda dönüb külək olar, vallah

Əl boyda bir çay daşı gələ

   Vətəndən,

Götürüb sinəmə qoyam-

Döyünüb ürək olar, vallah...

  Məhərrəm Qasımlının “Əllərini uzat mənə” şeirlər kitabını vərəqlədikcə həsrət yanğısından yoğrulub, mərd igidlərimizin, qəhrəmanlarımızın canı-qanı bahasına və Ali Baş Komandanımızın”Qarabağ Azərbaycandır!” nidasından sonra Azərbaycan xalqının, qəlbi 30-illik həsrət yuvası olan ziyalı və şairlərimizin misralarına hopan sevincin bəxtəvərliklə vəhdətini görmək əvəzsiz xoşbəxtlikdir. Azərbaycan poeziyasının bu günkü günlərdəki  qürur dolu misraları tarixə çevrilir və böyük poeziya nümunələrimiz yaranır.  Orxan Paşanın yuxarıda dediyimiz kimi  vətəndən gələn əl boyda bir daş arzulaması  və onu götürüb cansızlaşmış, döyüntüsü günü-gündən zəifləyib, azalmış sinəsinə qoyaraq, döyünüb bütöv bir ürək olması istəyi nə qədər ağrı və yanğı verirdisə bu gün- 30 - ildən sonra qanad çalıb Şuşanın görüşünə getməsi uzun zamandan sonra bir möcüzə  kimi şairin xəyalını  göylərə  pərvazlandırır:

Dağıt başından dumanı,

Gəlmişəm, Şuşam, gəlmişəm.

Qalmasın ahın-amanın,

Gəlmişəm, Şüşüm, gəlmşəm.

  Orxan Paşanın Şuşaya səyahəti  mənəvi –poetik dünyasına elə bir su səpir ki, şair illər öncə etdiyi əhdini yerinə yetirir.   Dizlərini yerə qoyub, Şuşanın daşını - divarını öpüb bağrına basır. Şair bu görüş üçün  borclu olduğu vətən mücahiddlərini - igidləri şeirdə yad edir.  Hesab çəkərək, qan tökərək yağılardan yurdu qurtaran ulu vətən savaşçılarının arxasınca Şuşaya səfər edən şair Azbaycan oğullarını, şəhidlərimizi yad edir. Fəxarət, qürur hissindən onun sevinci köksünə sığmır.

Yolu açdı igidlərim,

Qazilərim, şəhidlərim,

Gerçək oldu ümidlərim-

Gəlmişəm, Şuşam, gəlmişəm.

     Şeirlərindəki  kökümüzə, folklorumza sevgi və hörmət bu dəfə də Şuşamızın azad ruhu və torpağı ilə vəhdətə girir. Müsəlmançılığımızla “Allah əkbər” sədasını şeirinin baş tacı edən şair, Azərbaycan xalqının qəhramnı “Koroğlu havası”nı da unutmur. “Koroğlu havası” tarixi  qəhrəmanlığımızın bariz nümunəsidir.

  “Allah əkbər” sədasıyla,

“Can Qarabağ” nidasıyla.

Koroğlunun havasıyla

Gəlmişəm, Şuşam , gəlmişəm.

      Şuşanı müqəddəs bir varlıq kimi qəbul edən şair, zəfərimizin haqqdan gələn bir həqiqət olduğunu, ədalətin qalib gəldiyini  və bunun nəticəsində Vaqifin  görüşünə, Şuşa ziyarətinə gəldiyini vurğulayır.

 Haqq-tala itaətinə,

 Pir-ocaq ibadətinə,

Vaqifin ziyarətinə

 Gəlmişəm, Şuşam, gəlmişəm.

Şeirdən aydın olur ki, 30  - illik həsrətin sonda bir möcüzə olması, bu möcüzə ilə tarixə düşən Ali Baş Komandanın Azərbaycan sevdasından, verdiyi sözə sadaqətindən və Azərbaycan ordusunu möhtəşəm şəkildə qura bilmək gücündən irəli gəldi. Birlik və sevgi 30 - illik həsrətə son qoydu. Bu zəfərə birlik və bərabərliyimizlə yetişməyimiz  Baş Komandan   öndərimizin ədalətli, qeyrətli və yenilməz mübarizəsi  ilə qalib gəlməyimiz şeirdə  qwrurverici bi yekunla poetikləşir.

Qarabağ bizim yerimiz,

Meydandayıq  hər birimiz.

Baş Komandan öndərimiz,

Gəlmiəm, Şuşam, gəlmişəm,

Gəlmişik Şuşam, gəlmişik.

“Qırx dörd günün gerçək nağılı” şeirində  də  vətən müharibəsinin poetik ilmələrlə işlənmiş portretini görmək olur. Müəllif sentyabrın 26-sından 27-sinə keçən gecənin səfərbər ruhunu  zəfərə gedən yol kimi görərək, o gecə dəmir bir yumruğa dönən aslan pəncəsinin unudulmaz poetik əksini verə bilir. Bu misralarda  böyük bir xalqın mübariz əhvalını əsas götürən şair o gecədən torpaqlarımızın şəhid qanı ilə birləşərək su içəcəyini və torpaqların cana gələcəyini obrazlı şəkildə ifadə edir.

Bir az sonra

Şəhid qanı,

Qazi qanı

Qarışıb can verəcəkdi torpağa...

44 günlük alov içində

Ürəklənib

Təzədən Vətən olacaqdı

Çayır torpaq,

Yovşan torpaq...

Şairin dediyi kimi, illərcə düşmən tapdağından cansızlaşan, ürəksizləşən yaralı torpaq Şəhidlərimizin, qazilərimizin qanından can qazanacaqdır. “Torpaq üzərində ölən varsa,  Vətəndir” ifadəsinin bu da yeni bir deyimidir.  Şair tarixə dönərək torpaqlarımız qarşısında xəcalətli olduğumuz illəri yada salaraq öz nisgilinə son qoyur:

“Oğuz igidlərim hardadı”-deyib

Illər boyu

Yurdun yiyəsini

Soruşan torpaq,

Əroğulların çəkmələrinə qovuşan torpaq,

canlanıb, ürəkdən nəfəs alacaqdı.

Şair qələbə sevincini də çox müdrükcəsinə ifadə edir. “Noyabırın onu, diz çökməklə bitdi, yağının sonu”. “Yağı” ifadəsi şairin qəhrəmanlıq dastanlarımızdakı deyimləri yada salması özü də şeirə bir rəng qatır. Lap dastanlarda olan :

 “Zəfər soraqlı  o mübarək gün, o hava gün, o işıq gün, o ürək gün” kimi az işlənən ifadələrlə şair gözəl duyğular yaradır. Şeirin sonunda bütövləşən bir vətən obrazı diqqətə çatdırılır.

... Əlvida söylədi otuz illik

                 Qara baxtına,

                Aranıyla, dağıyla

Bütünləşdi Qarabağ.

Şuşa-Kəlbəcər,

Ağdam-Laçın da

Kökləndi Bakı vaxtına;

Can oldu,

Azərbaycan oldu-

Vətənləşdi Qarabağ!

Kitaba daxil edilən “Kasıbın oğlu”,”Bir ayrıydı o kənd”, “Bayrağım”, “Ordumuz”, “Azərbaycan əsgərinə”, “Yolum gedir Zəngilana”, “Şəhid köynəyi lalələr” və başqa onlarca şeirdə 44-günlük Vətən müharibəsi mövzusu təcəssüm edilmişdir. Bu şeirlərdə şairin könül çırpıntılarını, vətənə olan sevgisini duymamaq mümkünsüzdür.İlk dəfə  Şuaşaya səfərində şəhidlərimizin  qanı dəyən daşı bağrına basıb öpən şair, içerisinde yaşadığımız möhtəşəm Şuşa ilində torpaqlarında xarı bülbüllər yetişdirən o cənnət məkanın yaratdığlarını  bağrına basıb-OXXAY deyəcək!