Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Проведен научный семинар, посвященный 780-летию Юнуса Эмре

16-11-2021 [ 11:24 ] [ прочитано:74 ]
printerA+ | A-
101542

2021-ci il Yunus Əmrənin vəfatının 700-cü ildönümü ilə əlaqədar YUNESKO tərəfindən “Yunus Əmrə ili” elan edilməsi ilə əlamətdardır.  “Yunus Əmrə ili”  çərçivəsində 03  noyabr 2021- ci il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində  elmi seminar keçirilib. XIII əsr Türk övliya şairi Yunus Əmrə həsr olunmuş elmi seminarda Yunus Əmrənin dövrü, həyatı, yaradıcılığı, Azərbaycanla əlaqəsi, divan nüsxələri və  yaradıcılığının mövzu dairəsi haqqında şöbənin aparıcı elmi işçisi, Yunus Əmrə irsinin tədqiqatçısı Xuraman Hümmətova ətraflı məruzə ilə çıxış edib. Yunus Əmrə yaradıcılığının şeir şəkilləri haqqında isə prof. Məmməd Əliyev geniş məlumat verib. 

PHOTO GALLERY