Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Новые публикации

Энциклопедия журнала "Молла Насреддин"

28-01-2021 [ 10:30 ] [ прочитано:141 ]
printerA+ | A-
100456

lk dəfə olaraq “Molla Nəsrəddin” jurnalının ensiklopediyası hazırlanaraq çap olunub. Ensiklopediya Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanıb. Ensiklopediyanın baş redaktoru Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, tərtib edəni və çapa hazırlayanı filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, koordinatoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir.

Sanballı nəşr Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə işıq üzü görüb.

Nəşrdəki əsas məqalələrin müəllifləri İsa Həbibbəyli, Asif Rüstəmli, Vüqar Əhməd, Elçin Mehrəliyev, Gülbəniz Babayeva, Rauf Sadıxov, Elmira Qasımova, Müştəba Əliyev, Aynurə Paşayeva, Gülnar Qasımlı, Dilbər Rzayeva, Təhminə Vəliyeva, Şəfəq Nasir və başqalarıdır.

“Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyası” adlı “Ön söz”də akademik İsa Həbibbəyli yazır: “Molla Nəsrəddin” ensiklopediyası Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi-ictimai fəaliyyətinin ensiklopedik kitabıdır”. İsa Həbibbəyli və Gülbəniz Babayevanın yazdığı “Görkəmli dövlət xadimi Heydər Əliyev “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında” məqalədə Ümummilli Liderin bu istiqamətdə gördüyü işlərdən bəhs edilir. 466 səhifəlik ensiklopediya “Elm” nəşriyyatında çap olunub. Məqalələr əlifba sırası ilə düzülüb. Ensiklopediyanın “Əlavələr” bölməsində jurnalın nəşr olunduğu ünvanlar və mətbəələr, redaktorları və nömrələri haqqında məlumat verilib. Həmçinin mollanəsrəddinçilərdən bəhs edən doktorluq və namizədlik dissertasiyalarının və kitabların siyahısı da yer alıb.