Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The living embodiment of Muhammad Fuzuli (530) - Academician Isa Habibbayli

17-09-2024 [ 11:33 ] [ read:314 ]
printerA+ | A-

The life and creativity of the great Azerbaijani poet Muhammad Fuzuli began to be studied since the time when the poet himself lived. It is impossible to show tazkirs that appeared from the 16th century to the 20th century without mentioning Muhammad Fuzuli. In the study of Muhammad Fuzuli's heritage, the transition from tezkirism to scientific research took place at the beginning of the 20th century, and important scientific achievements have been achieved in this field in the last century. The famous writer and literary critic Mir Jalal Pashayev's monograph "Fuzuli craft" defended as a candidate's thesis in 1938 and first published as a book in 1958 under the editorship of academician Hamid Arasli is one of the fundamental books of fundamental Fuzuli studies in Azerbaijan.

Məhəmməd Füzulidən bəhs edən əksər müəlliflər onun "Elmsiz şeir əsası yox, divar olur" kimi şairin elmə münasibətini ifadə edən məqama diqqət yetirmislər. Lakin ilk dəfə olaraq Mir Cəlal Paşayev böyük şeir us-tadı Məhəmməd Füzulidən həm də alim kimi söz açmısdır. Əlbəttə, Məhəmməd Füzuli din, dil, dövran, fə-lək və şair, qəzəl haqqında həm də mükəmməl elmi söz demiş mütəfəkkir şəxsiyyətdir. Məhəmməd Füzu-lini "Cavahiratı elmdən" dərindən xəbərdar olan alim kimi səciyyələndirən Mir Cəlal müraciət etdiyi möv-zu ilə əlaqədar olaraq, onun şeir sənətinə dair elmi baxıslarını sistemli şəkildə arasdırıb, şairin poetika sahə-sindəki xidmətləri haqqında ümumiləsdirilmiş elmi təsəvvür yaratmısdır. Məhəmməd Füzulinin ümumiy-yətlə şeir sənəti, xüsusən də söz, qəzəl janrı, şairin ədəbi ictimai mövqeyi, məzmunla formanın vəhdəti, bə-dii təxəyyül, tarixi mövzu və müasir yanasma və sair kimi məsələlər haqqındakı fikirlərini Mir Cəlal müəl-lim ustad şairin öz sözlərindən istifadə etməklə obyektiv şəkildə dəyərləndirmiş və bu məsələlərə münasi-bətdə ustad şairin həm də dövrünün söz xiridarı olan alim kimi çıxış etdiyi qənaətinə gəlmisdir. Mir Cəlal müəllim haqlı olaraq belə fikirdə olmusdur ki, Məhəmməd Füzulinin "Söz" qəzəli mükəmməl bir ədəbiy-yatşünaslıq nümunəsidir. O, həmçinin Məhəmməd Füzulinin böyük qəzəl ustadı olmaqla bərabər, həm də dərin biliyə malik mahir bir qəzəl nəzəriyyəçisi olduğunu da isbat etmisdir. Bütün bunlar isə Məhəmməd Füzulinin öz dövrünün mükəmməl bir ədəbiyyat nəzəriyyəçisi olduğunu deməyə əsas verir.

Məlum olduğu kimi, Füzuli esqinin məzmunu və mahiyyəti məsələsi də XX əsr Füzulişünaslığında müba-hisəli mövzulardan biri olmusdur. Bir çox tədqiqatçılar Füzulinin eşq məsələsinə münasibətindən söz açar-kən onun "platonik eşq"in tərənnümçüsü olması qənaətinə üstünlük vermislər. Azərbaycan füzulişünaslı-ğında ilk dəfə olaraq Mir Cəlal Paşayev Məhəmməd Füzuli esqinin həyati əsaslara malik olan dünyəvi eşq kimi xarakterizə etmisdir. "Platonik eşq" məsələsinin populyazrlqı qazandığı dövrdə Mir Cəlal Paşayevin Füzuli eşqinin həyati və dünyəvi eşq olduğunu bəyan etməsi bu məsələdə füzulişünaslığın  səmtini dəyişdirən mühüm elmi-nəzəri müddəa olmuşdur: "Füzulinin esqi əsasən real, maddi, insani, həqiqi eşqdir. Buradakı aşiq də, məşuq də "fələklər, mələklər" aləmindən gəlmə yox, ictimai münasibətlərin məhsulu, canlı insandır. Onların yüksək mənəvi həyatı olduğu kimi, adi, təbii məişət həyatları da vardır… Füzuli esqinin məzmunu dərin, dərəsi isə genisdir. Füzulinin esqi əsirlik bilməyən, din ehkamı və adətlər çərçivə-sinə sığmayan, ancaq yüksək mənəviyyatlı bir insanın daxili ehtiyac və mənəvi tələblərindən doğan odlu, azad, qanadlı bir eşqdir".

Sənətkarlıq baxımından Məhəmməd Füzulinin türk-müsəlman dünyası ədəbiyyatında görkəmli yer tutması qənaəti geniş mənada şərqşünaslıqda da, Azərbaycan ədəbiyyatşünaslığında da qəbul edilmiş obyektiv elmi reallıqdır. Bununla belə, bədii təsvir və ifadə vasitələrindən istifadə, şeirlərində məcazların orijinallığı və zənginliyi dönə-dönə etiraf edilsə də, sənətkarlıq, poetika cəhətdən xüsusi aktuallıq kəsb edən bu məsələ uzun dövr ərzində ayrıca bir tədqiqatın mövzusu olmamısdır. Azərbaycan ədəbiyyatşünaslıq elmində ilk dəfə olaraq Mir Cəlal Paşayev Məhəmməd Füzuli yaradıcılığının sənətkarlıq xüsusiyyətlərini ədəbiyyatşü-naslıq tədqiqatlarını diqqət mərkəzinə çəkmisdir. Fikrimizcə, Mir Cəlal Paşayevin namizədlik dissertasiyası kimi yazdığı tədqiqatını "Füzuli sənətkarlığı" adlandırılması təsadüfi olmayıb, təqdim olunan əsərin əksər fəsillərində dahi şairin fərdi özünəməxsusluğundan, sənətdə göstərdiyi fərqli şücaətdən bəhs edildiyini özündə birləsdirir. Doğurdan da, "Füzuli sənətkarlığı" monoqrafiyası tam mənada Füzulinin poetikasına həsr edilmiş mötəbər nəzəri əsərdir. Hətta monoqrafiyadakı ilk baxısdan daha çox ədəbiyyat tarixçiliyi tə-əssüratı yaradan "Nizami və Füzuli" "Ölməz Məhəbbət dastanı", "Rindü və Zahid", "Bədii nəsri" adlan-dırılan bölmələrdə də Mir Cəlal Paşayev mövzuya dair ədəbiyyat tarixinə aid məlumatları nəzərə çatdırdıq-dan sonra, məsələnin poetikasını, sənətkarlıq xüsusiyyətlərini ön mövqeyə çəkmisdir. Mir Cəlal Paşayevə görə, Məhəmməd Füzuli yaradıcılığı mövzusundan və janrından asılı olmayaraq, bütövlükdə ədəbiyyatda insanlığın mahiyyətini "Zəngin, əngin və rəngin" şəkildə, bənzərsiz surətdə açıb təqdim edən nadir sənət nümunəsidir. Məhz yaradıcılığındakı orijinal ideya-sənətkarlıq xüsusiyyətlərinə görə Mir Cəlal Paşayev bö-yük Azərbaycan şairi Məhəmməd Füzulini geniş mənada "Lirik şeirimizin atası" miqyasında qiymətləndi-rir: "Füzulinin böyük sənətkarlıq hünəri orasındadır ki, o, islənmiş söz, istifadə formalarına tam yeni, oriji-nal şəkil, yeni məna, yeni məzmun və xarakter verir… Predmetə, obyektə, həyati hadisəyə heç bir şairin yanasmadığı bir dəqiqliklə yanaşır. Predmetə yanaşanda onun kölgədə qalmış bədii fanarla hələ indiyə qə-dər işıqlandırılmamış tərəflərini işıqlandırır. Buna görə də böyük şairin sənəti hamıdan fərqlənir, surətləri, hətta zahirən təkrar görünən bədii surətləri də tam orijinal, tamam müstəqil xarakter daşıyır. Buna görə də Füzuli haqlı olaraq lirik şeirimizin (ədəbiyyatımızın - İ.H.) atası sayılır. O, ədəbiyyat tariximizdə qəlb alə-minə vaqif olan və bu aləmin həyatı hərtərəfli, xüsusi bacarıqla, gözəl və şirin bir formada ifadə edən dahi şairdir."

Mir Cəlal müəllim haqlı olaraq Məhəmməd Füzulinin sənətkarlığını onun əsərlərinin dili ilə üzvi əlaqədə arasdırmaqla ümumiləsdirilmiş nəticələr çıxarmısdır. Bu ona görə doğru elmi yanasmadır ki, sənətkarların əsərlərindəki bədii təsvir və ifadə vasitələri onların mənsub olduqları xalqın dilinin zənginliyinin, poetik imkanlarının genisliyinin bədii ifadəsindən ibarətdir. Məcazlar xalqın dilinin daxili zənginliyinin şair tərə-findən obrazlı şəkildə ifadəsi vasitəsilə yaradılan təsvir vasitələridir. Bu baxımdan Mir Cəlal Paşayevin Fü-zulinin şeirinin sənətkarlığının öyrənilməsinə şairin əsərlərinin bədii dil xüsusiyyətlərinin arasdırılması ilə birlikdə, vəhdətdə baxması obyektiv elmi yanasmadır. Mir Cəlalın yanasmalarında dil ağacın gövdəsi, mə-cazlar isə onun budaqları, yarpaqları və çiçəkləridir. Ona görə də Mir Cəlalın Məhəmməd Füzulisi Azər-baycan xalqının milli mənəviyyatının, dilimizin bağrından qoparaq, qeyri-adi dərəcədə obrazlı düşünmək və tərənnüm etmək istedadına malik olan qüdrətli sənətkarlıq nümunəsidir.

Azərbaycan dilində yaranan poeziya XIII əsrdən etibarən yaranıb inkişaf etsə də, XVI əsrdə Məhəmməd Füzuli türk dilinin-ana dilinin geniş və zəngin daxili imkanları əsasında yüksək poeziya standartı yaratmaqla Azərbaycan ədəbiyyatını xarici dillərin monopoliyasından birdəfəlik xilas etmək vəzifəsini ümummilli mis-siya kimi qəbul etmiş və yerinə yetirmisdir. Mir Cəlalın bildirdiyi kimi, "ona görə də böyük şair Azərbay-can dilində incə şeir yazmağın hünər istədiyini", - deyir və özü bu hünəri əməldə bütün parlaqlığı ilə gös-tərirdi... Füzuli şeirində ərəb və fars kəlmələrinin bolluğuna baxmayaraq, dil öz quruluşu, sistemi, bədiiliyi, səhihliyi etibarilə anlaşıqlı və sadədir. Mir Cəlal ilk dəfə yazmısdır ki, "Füzuli şeirində dilin xalq ruhu, xalq ifadə formaları, hətta çox yerdə canlı danışıq dilinin xüsusiyyətləri saxlanılmısdır". Aşağıdakı ümumiləsdi-rilmiş nəzəri qənaət də Məhəmməd Füzulinin dilinə münasibətdə yeni və gerçək elmi baxışın ifadəsidir: "Füzuli yalnız özündən əvvəlki klassik şeir dilinə, ədəbi dilə yox, ...ən çox xalq dilinə əsaslanmısdır". Azərbaycan ədəbiyyatşünaslığında məhz Mir Cəlal müəllim ilk dəfə Məhəmməd Füzulinin ədəbi dilimizə gətirdiyi "qabaq", "quymaq", "iplik", "yasdıq", "basmaq", "birçək", "çanax" və sair kimi xalq danışıq dilində işlədilən sözləri seçib tapmış, ondan əvvəl ana dilimizdə yazan şairlərin əsərlərinin lüğət tərkibi ilə müqayisə edərək, şairin azərbaycanlı olması haqqında qəti fikir söyləmisdir. Məhəmməd Füzulinin Azər-baycan atalar sözləri və məsəllərindən, söz birləsmələrindən yaradıcı şəkildə faydalanması istedadının Mir Cəlal Paşayev şərhləri ustad sənətkarın ana dili fəlsəfəsini tam olaraq başa düsməyə imkan yaradır.

Özünəməxsus məcazlar sistemi yaratması baxımından Məhəmməd Füzulinin təkrarsızlığı "Füzuli sənətkar-lığı" monoqrafiyasının baş mövzusudur. Mir Cəlal monoqrafiyanın "Qəzəllər haqqında", "Bədii dil xüsu-siyyətləri", "Şeir mədəniyyəti-texnika", "Bədii məntiq", "Lirika" kimi bölmələrində Füzuli sənətkarlığının şah damarı olan bədii təsvir və ifadə vasitələrindən yaradıcı istifadənin müxtəlif aspektlərindən yüksək nə-zəri səviyyədə bəhs etmisdir. Füzuli şeirində yüksək yer tutan epitetlərin "bütün misra boyu çəkilən bədii lövhəyə uyğunluğu" və şairin nadir "epitetli tərkiblər" yaratmasını müşahidə edən Mir Cəlal nəzəri qənaət-lərini onun şeir xəzinəsindən aldığı bədii nümunələr əsasında formalasdırır. Füzulinin şeirlərindəki "bədii bəzəklərdən" biri olan mübaliğələrin şairin yaradıcılığında tutduğu yeri və ifadə etdiyi mənaları izah etmək üçün "Leyli və Məcnun" poemasından seçib təhlilə cəlb etdiyi "Səhraya düşüb günəş misalı, tənha yürür oldu laübalı" beyti ilə baslanan parçadakı mübaliğələrə dair verdiyi açıqlama həm böyük lirika ustadının əl-çatmaz sənətkarlığını və həm də Mir Cəlal Paşayevin bədii mətnin nəzəri dərkində və şərhində göstərdiyi elmi məharəti əyani şəkildə nəzərə çatdırır. Mir Cəlal Paşayevin şərhində "Leyli və Məcnun" poemasın-dan seçilmiş parçada "Məcnunun göz yaşı yağış kimi, ahı isə ildırım kimi təsirlidir. Bu təsirin şiddəti elədir ki, "göz yaşından bir damla səhraya düssə, səhralar dənizə çevrilər. İldırımın bir qığılcımı dəryalara düssə, dəryalar səhraya çevrilər". Bu izahlardakı bir damla gözyaşının səhraları dənizə çevirmək qüdrəti, yaxud il-dırımın bir qığılcımının dəryaları səhraya döndərmək gücü haqqındakı qənaətlər sadə ədəbiyyatşünas gözü ilə baxanda təsbeh kimi görünən bədii təsvir vasitəsinin əslində qeyri-adi bir mübaliğə olduğunu elmi cə-hətdən təsdiq edir.

Füzulinin təsbeh-bənzətmə dünyası haqqında da Mir Cəlalın təhlilləri şairin sənətkarlığının əlçatmazlığını dərk etmək üçün çox dəqiq qənaətlərdən ibarətdir. "Füzuli sənətkarlığı" kitabında təhlili verilmiş çoxsaylı bədii nümunələrdəki təsbehlərdən biri haqqındakı elmi fikirlər ustad şairin dahiyanə sənətkarlıq imkanları-na malik olan yaradıcı bədii düha olduğunu meydana qoymaq baxımından dərin və əsaslı mülahizələrdən yoğrulmusdur. "Bülbülü qəmzədəyəm, baği-baharım sənsən, Dəhəmi qəddü rüxün qönçəvü sərvü səmə-nim" beytində Füzulinin silsilə təsbehlər yaratmaq istedadını Mir Cəlal əsl alim olaraq açıb aşağıdakı kimi aydınlasdırmısdır: "Bu kiçik beytdə sözə son dərəcə qənaətlə bərabər, beş qüvvətli təsbeh verilmisdir. Nis-bətən "həmcins" olan bu təsbehlərin yanaşı yazılması ilə yenə maraqlı bir bədii lövhə yaradılmış olur: şair bülbüldür, məşuqə bahar bağıdır. Məşuqənin dodaqları bağın qönçəsidir, boyu bağın sərvidir, üzü isə bağın yasəmənidir.

Bu da maraqlıdır ki, şair heç vaxt bənzəyən ilə bənzədiləni yanaşı yazmağı vacib saymır. Bu misrada, əksi-nə, o, bütün bənzəyənləri misranın bir tərəfinə, bənzədilənləri də o biri tərəfinə yığmısdır:

...Dəhənü qəddü rüxün

Qönçəvü sərvü səmənim".

Bütün bunlardan sonra Mir Cəlal Paşayevin "silsilə təsbehlər Füzuli bədii dilinin ən zəngin xüsusiyyətlə-rindəndir", - kimi ümumiləsdirilmiş elmi nəticə çıxarması elmi cəhətdən çox təbii və məntiqli alınır. Bütöv-lükdə isə Mir Cəlalın nəzəri qənaətlərini Füzuli şeirinin daxili məntiqi əsasında formalasdırması ədəbiyyat-şünaslıq baxımından son dərəcə zəruri və əhəmiyyətlidir. Etiraf edilməlidir ki, əksər hallarda ədəbiyyatşü-naslar bədii mətnə özlərinin formalasdırdıqları, yaxud müxtəlif elmi mənbələrdən aldıqları hazır elmi müd-dəalardakı fikirləri təsdiq etmək üçün, habelə misal, nümunə gətirmək məqsədilə müraciət edirlər. Belə məqamlarda haradansa alınmış və ya uydurulmuş, təxmin edilmiş, irəli sürülən nəzəri müddəanın hər hansı bir bədii nümunə ilə təsdiqlənməsi haqqında bəhs edilən yazıçı və şairin yaradıcılığı ilə uyğunlasdırılsa da, bütövlükdə onun sənətinin mahiyyəti ilə tam olaraq səsləsmədiyini də müşahidə etmək mümkündür. Bu cəhətdən ümumiyyətlə elmi əsərlərində, o cümlədən də "Füzuli sənətkarlığı" monoqrafiyasında böyük sə-nətkarın özünəməxsusluğu haqqındakı elmi fikirlərin və qənaətlərin onun şeirlərinin və digər janrlarda ya-zılmış bədii əsərlərinin daxili məntiqindən çıxarılaraq formalasdırılması Mir Cəlalın görkəmli bir elm xadimi kimi özünəməxsusluğunu müəyyən edir. Buna görə də "Füzuli sənətkarlığı" monoqrafiyası sözün həqiqi və tam elmi mənasında Məhəmməd Füzuli sənətinin mahiyyətindən doğan və şairin yalnız özünə məxsus olan sənətkarlıq xüsusiyyətlərini meydana qoyur. Füzulinin fərdi sənətkarlıq xüsusiyyətlərini, məcazlarını hər hansı bir digər şairə aid etmək mümkün deyildir. ona görə də bu, Füzuli sənətkarlığı haqqında onun fər-di sənət dünyasının işığında yaradılmış fərqli elmi əsər kimi mühüm əhəmiyyətə malikdir. Məhz Azərbay-can ədəbiyyatına bu qədər dərindən bələd olması, yazıçı və şairlərin sənət aləmindəki fərqli özünəməxsus-luqlarını görüb qiymətləndirməsi Mir Cəlal Paşayevin "Ədəbiyyatşünaslığın əsasları" kimi ədəbiyyat nəzə-riyyəsinə dair qiymətli bir dərsliyin, "Azərbaycanda ədəbi məktəblər" miqyasında fundamental bir monoq-rafiyanın meydana qoyulmasına gətirib çıxarmısdır.

Mir Cəlalın "Füzuli sənətkarlığı" kitabı, ümumiyyətlə eşq şairi kimi tanınmış, məhəbbət lirikasının şedevr-lərini yaratmış Məhəmməd Füzulinin şeir dünyasının əhatə dairəsinin genisliyi haqqında aydın elmi təsəv-vür yaradır. İlk dəfə olaraq Mir Cəlal Paşayev sözü həmişə aşiqanə olan Məhəmməd Füzulinin təbiət löv-hələri və dini mərasimlər haqqında da orijinal şeirlər yazmasını elmi fikrin diqqət mərkəzinə çəkmisdir. Mir Cəlal müəllim Füzuli şeirlərini diqqətlə arasdırarkən yəqin etmisdir ki, "Füzuli şeirində biz gözəl təbiət löv-hələri, peyzajlar görürük". Və tədqiqatçı bu qənaətə gəlmisdir ki, "Füzuli insanın, bəşər gözəlliyinin məf-tunu olduğu kimi, zəngin təbiətin də, təbiət gözəlliklərinin də məftunu idi". Şairin bahara, payız fəslinə və qış lövhələrinə həsr etdiyi şeirləri onun peyzaj lirikasının da istedadlı yaradıcılarından olduğunu göstərir. Füzulinin məhəbbət şeirləri ilə müqayisədə peyzaj lirikası nümunələri geniş ictimaiyyətə və oxuculara, de-mək olar ki, bəlli olmadığından Mir Cəlalın onun şeir xəzinəsindən seçib yüksək qiymət verdiyi bahara həsr edilmiş bir şeirini müəyyən ixtisarla oxuculara çatdırmağı faydalı hesab edirik:

Seyr qıl, gör kim, gülüstanın nə abü tabı var,

Hər tərəf min sərvi-sərsəzü güli-sirabı var.

...Bulunur hər dərdə istərsən

gülüstanda dəva,

Höqqəsində qönçənin sanki

şəfa gülabı var.

...Ğalib olmuş xəlqə

zövqi-seyri-gülşən, ğaliba,

Çəkməyə xəlqi bənəvşə

zülfünün qullabı var.

Bundan basqa, Mir Cəlal Paşayev Füzulinin eşq şeirlərindən ibarət olan şeir divanından ictimai məzmunlu lirika nümunələrini də seçib ayırmısdır. Mir Cəlalın Füzuli lirikasının ideya-məzmuna görə təsnifatında aşi-qanə qəzəllər, təsviri qəzəllər və minacat, nət ruhunda olan rəsmi qəzəllər, yəni dini məzmunlu qəzəllərlə yanaşı, ictimai-fəlsəfi qəzəllər də ayrıca istiqamət kimi qeyd olunmusdur. Lakin Mir Cəlal müəllim o fikir-dədir ki, Füzulinin sırf "ictimai-siyasi hadisələrə, ya fəlsəfi bir problemə həsr olunmuş qəzəlləri yox kimi-dir". Şair ictimai-fəlsəfi fikirlərini əsasən mürəbbe, rübai, qitə və qəsidələrində, poemalarında ifadə et-misdir. Buna baxmayaraq, Mir Cəlal az sayda olsa da, Füzulinin ictimai-fəlsəfi qəzəllərini də müəyyən edib, onun bu sahədəki ədəbi xidmətlərinin də elmi qiymətini vermisdir. Mir Cəlalın təhlil üçün ayırdığı bir qəzəlini dəyərləndirməsi Füzulinin ictimai-fəlsəfi lirika sahəsindəki baxıslarını tam təsəvvür etməyə imkan yaradır. "Füzuli sənətkarlığı"nda haqlı olaraq Məhəmməd Füzulinin "həyat piyaləsinin üzü üstə çevrildiyi-ni" mənalandıran "Dust bipərva, fələk birəhm, dövran bisükun, Dərd çox, həmdərd yox, düsmən qəvi, tale zəbu" beyti ilə baslanan qəzəli Azərbaycan poeziyasında yüksək sənətkarlıqla yazılmış ictimai-fəlsəfi şeirə ən mükəmməl nümunə kimi təqdim olunur. Haqlı olaraq qeyd olunur ki, "mövzunun dairəsi nə qədər geniş olsa da, şair vahid bir bədii istiqamət ilə gedərək, çox əhatəedici, ümumiləsdirici və qabarıq surətdə gö-zəçarpan obyekt və vasitələr alır, bununla öz fikrini oxucuya aşılayır. Mövzusunun genisliyinə, fikrin dərin-liyinə müvafiq olaraq şairin misraları çox qısa, ifadələri çox konkret, obrazları çox aydın verilmisdir. Bu qə-zəli oxumaqla oxucu Füzulinin dövrü, o dövrdəki ictimai münasibət, cəmiyyət həyatı haqqında təsəvvür, məlumat almış olur".

Qeyd etmək lazımdır ki, Mir Cəlal Paşayev Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasını ədəbiy-yat tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəsinin işığında təhlil etmisdir. Monoqrafiyada "Leyli və Məcnun" poe-masının yaranma tarixçəsi mövzusu və ideyası, Qeysin tarixi şəxsiyyət olub-olmaması, Nizami Gəncəvinin eyniadlı poeması haqqında verilmiş məlumatlar Mir Cəlalın ədəbiyyat tarixçisi kimi də professional elm xa-dimi olduğunu göstərir. Lakin Mir Cəlal müəllimin özünün də etiraf etdiyi kimi, "bu yüksək sənət abidəsi ("Leyli və Məcnun poeması" - İ.H.) haqqında indiyə qədər (elə indi də - İ.H.) çox tədqiqat getmiş, çox əsərlər yazılmısdır. Ancaq buradakı zəngin sənətkarlıq xüsusiyyətlərini, sənətin ən ecazkar lövhələrini təskil edən parlaq şeir nümunələrini, oradakı yaradıcılıq sirlərini dərindən öyrənməyə az fikir və diqqət ye-tirilmisdir". Bu mənada Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" monoqrafiyasındakı "Ölməz məhəbbət dastanı" adlanan bölmə Məmməd Füzulinin "Leyli və Məcnun" poemasının sənətkarlıq xüsusiyyətlərinə həsr edilmiş ilk əhəmiyyətli tədqiqatlardan biri kimi ədəbiyyatşünaslıq elmində həmin sahədə mövcud olan bosluğu doldurmağa xidmət edir. Əvvəla, Mir Cəlal digər poemalardan fərqli olaraq, Füzulinin "Leyli və Məcnun" poemasının nəinki bədii haşiyələr və ricətləri ilə hətta "alovlanmaqda, yanmaqda olan iki varlığın qəlbinin sarsıntılarını, …. bu aşiqlərin … hüdudbilməz həyəcan və tüğyanlarını təsvir və tərənnüm edən ru-hi həyəcanların inkişafını" əks etdirən süjetlərinə görə də lirizmin ardıcıllığı ilə yazılmış qeyri-adi poema ki-mi təqdim edir. İkincisi, Mir Cəlal müəllim "Leyli və Məcnun" poemasında Məcnunun dilindən verilən qə-zəllərin, Leylinin oxuduğu və eşitdiyi təranələrin obrazların xarakterlərini açmağa xidmət etməklə yanaşı, əsərin bədii təsir gücünü, lirizmini daha da gücləndirən poetik vasitələr olduğunu müəyyən etmisdir: "Bir qayda olaraq poema boyunca aşiqlərin halına müvafiq məzmunlu qəzəllər ara-sıra süjeti bəzəyir. Bu qəzəl-lər əlbət ki, öz-özlüyündə yüksək şeir nümunələri olmaqdan basqa, gənclərin faciəvi sevgi macərasının ay-rı-ayrı xarakter mərhələlərini əks etdirmək cəhətindən də çox münasib və qiymətlidir". Nəhayət, üçüncüsü isə, "Füzuli sənətkarlığı" monoqrafiyasında "Leyli və Məcnun poeması poetika baxımından tədqiq olun-muş, necə deyərlər, şairin poema janrı sayəsindəki sənətkarlıq aləmi açılıb göstərilmisdir. Obrazların təhli-lində də müəllif orijinal elmi ümumiləsdirilmiş nəzəri qənaət irəli sürür: "Məcnun bütün varlığını cananı yolunda fəda edən vəfadardır… Məhəbbət nəinki bu surətlərin mənəviyyatında, hətta ümumən həyatında da hakim hiss və qüvvədir. Böyük şair epizodik surətlərdə də sevginin ecazkar qüdrətini, hər şeydən üstün olduğunu, ən yüksək məna kəsb etdiyini göstərir".

"Füzulidə alleqoriya" fəslində alleqoriyanın ədəbi termin kimi mənası və Şərq ədəbiyyatındakı yeri açıq-landıqdan sonra Məhəmməd Füzulinin alleqorik əsərlərindən geniş söz açılmısdır. Monoqrafiyada Füzuli-nin "Səhhət və Mərəz", "Bəng və Badə", "Həft cam" ("Şaqinamə") kimi alleqorik əsərləri haqqında ümumi məlumat verilmiş, lakin "Həft cam" poeması geniş təhlil olunmusdur. "Füzuli sənətkarlığı"nın ya-zıldığı dövrdə Füzulinin "Söhbətül-əsmar", ("Meyvələrin söhbəti") adlı alleqorik əsəri elm aləminə bəlli olmadığı üçün monoqrafiyada ondan söz açılmamısdır. "Həft cam" ("Şaqinamə") alleqorik əsərini seçib ayırması isə Mir Cəlalın özünün yazdığı kimi, həmin əsərin Füzulinin alleqorya sahəsindəki ustalığını və orijinallığını sübut etməkdən basqa, bir də ona görə maraqlıdır ki, şairin müasir elmlərə, nəzəriyyələrə nə dərəcədə dərindən vaqif olduğunu, real həyati, böyük əxlaqi nəticələr çıxarıb təbliğ etdiyini, habelə sənət, musiqi haqqında islam ehkamını çox məharətli bir şəkildə … dəf etdiyini də göstərir". Ədəbiyyatşünaslıq elmində klassik Şərq ədəbiyyatında "Şahnamə"lərin, "İskəndərnamə"lərin dəbdə olduğu bir vaxtda Füzu-linin "Saqinamə" kimi öz dövrü üçün "təhlükəli mövzuda" əsər yazması Füzulinin dünyəvi baxısları ilə əlaqələndirilmisdir. Lakin Mir Cəlal XX əsrin əllinci illərində nə qədər çətin olsa da, açıq və qəti şəkildə göstərir ki, "Füzuli ateist olmamısdır, dinə, xüsusən islam ehkamına inanmısdır… Ancaq şairin din təbliğat-çılarına, bu savadlı fırıldaqçılara, dini ehkamın icrasında gördüyü rəzalətlərə olan nifrəti də ar-askar bir hə-qiqətdir". Yeri gəlmiskən, qeyd etməyi lazım bilirəm ki, Mir Cəlal müəllimin Məhəmməd Füzulinin dinə münasibəti haqqında sovet-ateist hökumətinin din əleyhinə mübarizə apardığı dövrdə irəli sürdüyü model bizim günlər üçün də qəbul ediləndir. Hər kəsə məlumdur ki, "Könül səccadəyə basma ayaq, təsbihə əl vurma, məscidə basma ayaq, namaz əhli ilə oturma-durma" kimi beytlərində ifadə olunan fikirləri nəzərə alaraq Məhəmməd Füzulinin sovet dövründə ateist şair kimi göstərməyə cəhd edilmisdir. Müstəqillik döv-ründə isə dini motivli şeirlərinə, məsələn, ramazan bayramını tərif etdiyi qəzəlinə görə Füzulini dindar şair olaraq təqdim etmək cəhdləri vardır. Bu baxımdan, Mir Cəlalın müəyyən etdiyi "dünyəvi baxıslara malik olan dindar şair" formatı Məhəmməd Füzulinin dinə münasibətini dəqiq müəyyən edir. Orasını da qeyd et-məmək olmaz ki, nə "Füzuli sənətkarlığı" kitabının yazıldığı 1938-ci ildə və nə də monoqrafiya kimi nəşr edildiyi 1958-ci ildə hər hansı basqa bir sənətkardan, o cümlədən də Məhəmməd Füzulidən "dünyəvi ba-xıslara malik dindar şair" olaraq söz açmaq heç də asan məsələ deyildi. Mir Cəlal müəllimin məsələni ay-dınlasdırmaq üçün "Həft cam" ("Yeddi cam" - "Saqinamə") əsərinə istinad etməklə heç birini tənqid et-mədən vaizlə şairin dinə və musiqiyə münasibətlərini aydınlasdırmaq priyomu əsasında yumşaq şəkildə irəli sürdüyü "Dünyəvi fikirli dindar şair" formatı dövrün senzurasının da üstündən keçə biləcəyi mülahizə olmusdur. "Saqinamə" poemasının təhlili prosesində də Mir Cəlal əsas diqqəti alleqorik şəkildə altı "həm-dəm" saydığı musiqi alətlərinə və mütrüblə dialoqa, tarixi əhvalatların gündəmə gətirilməsinin təhlilinə yönləndirməklə dini motivlərə münasibət bildirməkdən sanki yan keçməyə çalısmısdır. Həm də Mir Cəla-lın doğru olaraq yazdığı kimi, Füzuli musiqi alətlərinin timsalında etibarsızlıq və vəfasızlıq haqqında heka-yətləri təsvir edərək, mütrübün simasında insanın mənəvi dəyanətini və bütünlüyünü vəsf etmiş, "dünyəvi fikirli dindar şair" haqqındakı qənaətini bu təhlillərin içində çox da diqqəti cəlb etməyən şəkildə bildir-misdir.

Genişhəcmli əsərləri sırasında Mir Cəlal Füzulinin "Rind və Zahid" əsərini də ayrıca təhlil etmisdir. İki sə-bəbdən: birincisi, şair və nasir kimi təqdim etdiyi Füzulini filosof mütəfəkkir olaraq da göstərmək üçün; ikincisi isə "Rind və Zahid"in Azərbaycan və ümumiyyətlə Şərq ədəbiyyatında geniş yer tutan Rind (azad-pərəst) və Zahid (axirətpərəst) münaqişəsinə yekun vuran fərqli yaratmaqdan ötrü "Rind və Zahid" Azər-baycan ədəbiyyatına "atalar və oğullar" problemlərinə həsr edilmiş ilk və fərqli bədii əsər kimi də ayrıca təhlilə layiqdir. Rus və dünya ədəbiyyatında olduğu kimi, Məhəmməd Füzulinin "Rind və Zahid" əsərində də nə qədər ağıllı görünsə də, dövrünün ehkam və ənənələrindən kənara çıxa bilməyən, yalnız oğlunun səadətini düşünən Ata ilə mütləq həqiqətə çatmaq yolunda daha çox cəmiyyətin yeniləsdirilməsinə və inki-şafına üstünlük verən Rind (oğul) arasındakı fikir ayrılıqları diqqət mərkəzinə çəkilmisdir. Mir Cəlal Paşa-yev fəlsəfəsi mahiyyət daşıyan bu aktual ictimai-mənəvi məsələdə Füzulinin mövqeyinin həm "yenilik his-lərinə malik olan, azad düşüncəli dərin mühakiməli" Rindin diqqət mərkəzinə çəkmək və həm də "ehkam-lara kor-koranə boyun əyən" atanın həqiqətə çatmaq üçün təkamülə, dəyisməyə ehtiyacı olduğunu yeni-ləsməyə üstünlük vermək niyyəti kimi təzahür etdiyini göstərmək idi. Fikrimcə, cəmiyyətin inkişafı naminə yalnız oğulların deyil, Mir Cəlal Paşayevin müşahidə etdiyi kimi, həm də ataların yeniləsməyə möhtac ol-duqlarını göstərməsi Füzulini "Rind və Zahid"ini dünya ədəbiyyatındakı "Atalar və oğullar" probleminə həsr edilmiş əsərlərdən fərqləndirir.

"Füzuli sənətkarlığı" çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Məhəmməd Füzulinin nəsr sənətkarlı-ğına elmi cəhətdən gur işıq salır. İlk növbədə qeyd etmək lazımdır ki, 1958-ci ildə çap olunmuş "Füzuli sə-nətkarlığı" kitabında o zamana qədər dini mövzuda yazıldığı üçün qeyri-rəsmi şəkildə qadağan olunmuş, ya da arxa plana keçirilmiş Məhəmməd Füzulinin "Hədiqətüs-süəda" adlı nəsr əsəri haqqında geniş məlumat verilmisdir. Bundan basqa, o, tədqiqatında dini mövzuda yazılmış əsərin ideya-məzmununu danısmaqdan yan keçməklə və əsasən əsərin sənətkarlıq xüsusiyyətlərindən bəhs etməklə "Hədiqətüs-süəda"dan daha ətraflı söz açmaq imkanı qazanmısdır. Mir Cəlal "Hədiqətüs-süəda"nı janr baxımından nəsrimizdə birinci "tarixi povest" adlandırır ki, bu lirik-romantik nəsr üslubunda yazılmış əsərin janrı baxımından düzgün elmi qiymətdir. Çünki müxtəlif tədqiqat əsərlərində öz əksini tapmış "lirik-romantik" əsr ifadələri janrı deyil, əsərin yazı üslubunu müəyyən edən nəzəri təyinatdır. Lirik-romantik üslubda yazılan əsərlərin mənsur şeir, mənsur hekayə, hətta mənsur roman kimi janr formalarının olduğu məlumdur. Məhəmməd Füzulinin "Hə-diqətüs-süəda" əsəri də Mir Cəlal müəllimin müəyyən etdiyi kimi mənsur şəkildə yazılmış tarixi povestdir. Görkəmli elm xadiminin aşağıdakı nəzəri tezisi isə əslində dövrün çətinlikləri nəzərə alınmaqla "Hədiqə-tüs-süəda"nın sənətkarlıq xüsusiyyətlərindən bəhs etmək priyomu demək idi: "Mövzunun dini mahiyyəti, qəhrəmanların çoxunun dini tarixi simalar olması heç vaxt bizə əsərin gözəl sənətkarlıq xüsusiyyətlərini, səlis stilini, qüvvətli dilini, mülayim təhkiyə, cosqun tərənnüm üsullarını diqqətdən qaçırmağa haqq ver-mir".

Monoqrafiyada Füzulinin məshur "Şikayətnamə" adlı nəsr əsəri də diqqətlə təhlildən keçirilmisdir. Mir Cəlal müəllim "Şikayətnamə"nin janrını elmi-nəzəri cəhətdən düzgün müəyyən etmisdir: "Füzulinin Ni-şançı Paşaya yazdığı və "Şikayətnamə" adı ilə məshur olan əsəri ədəbiyyat tariximizdə bizə məlum olan ilk bədii satirik nəsrdir", yəni satirik hekayədir. Monoqrafiyada "Şikayətnamə"nin mövzusu və ideyası da cəmi iki cümlə ilə obyektiv şəkildə ifadə olunmusdur: "Həcmcə balaca olan (iki varaq) bu məktub ("Şika-yətnamə" - İ.H.) dövrün o zamankı üsul-idarəsinin, dövlət adamlarının səciyyələndirilməsi üçün böyük ta-rixi vəsaitdir. Buna "şikayətnamə" yox …. Lənətnamə, nifrətnamə desək, daha düz olar". Mir Cəlal tərə-findən Füzulinin "Qazi Ələddinin tərifi" adlı nəsr əsəri də "bəzəkli, metoforik, çox yerdə qafiyəli" nəsr əsəri kimi dəyərləndirilmisdir. Ümumiyyətlə, Mir Cəlal Paşayevin apardığı təhlillərdən və müqayisələrdən nəticə çıxararaq, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin Azərbaycan bədii nəsrinin formalasması və inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə verdiyi aşağıdakı elmi cəhətdən ümumiləsdirilmiş qiymət dahi sənətkarın bu sahədəki fəaliyyətinin real olaraq dəyərləndirilməsi ilə bərabər, həm də çoxcəhətli yara-dıcılıq fəaliyyətinə malik olan görkəmli sənətkar kimi onun obrazını da tamamlayır: "Böyük şairin bədii nəsri ilə yaxından tanıslıq göstərir ki, Füzuli, eyni zamanda qüdrətli bir nəsr ustadıdır. Böyük şair olduğu qədər də böyük ədibdir. İnsan qəlbinin mahir tərənnümçüsü, həqiqi insani hisslərin nəğməkarı olduğu ki-mi, həqiqi həyat lövhələrinin də gözəl rəssamıdır".

Azərbaycan ədəbiyyatşünaslıq elmində orta əsr tədqiqatçılarının müraciət etdiyi Nizami və Füzuli məsələsi Mir Cəlal Paşayev tərəfindən ayrıca tədqiqat obyekti səviyyəsinə qaldırılmısdır. Haqqında söz açdığımız monoqrafiyada "Nizami və Füzuli" məsələsindən ayrıca bir fəsil səviyyəsində arasdırma aparılması bunun əyani sübutudur. Mir Cəlal Nizami və Füzuli məsələsini tədqiq edərkən nə Füzuli pərəstiskarı, nə də Niza-mi heyranı kimi çıxış etmir, əksinə, ilk növbədə bu böyük dühaların ölməz sənətinin gerçək ortaq tərəfləri-ni tapıb göstərməyə üstünlük verir. Nizami Gəncəvi kimi Məhəmməd Füzulinin də "Leyli və Məcnun" mövzusunda əsər yazmağın çətinliklərindən söz açmasını, poemasını Nizami ilə eyni bəhrlə və məsnəvi formasında yazılmasını, əsərdə beytlərin bir misrasının Leyli sözü ilə, ikincisi Məcnun sözü ilə baslamasını bu ölməz sənətkarların bir çox hikmətli sözlərinin oxşarlığını Mir Cəlal haqlı olaraq "hər iki şairin" bədii zövqündəki, sənətindəki daxili vəhdəti, məna səslənməsini göstərmək üçün" ortaq ədəbi dəyərlər kimi qiymətləndirmisdir. Bununla belə, ayrı-ayrı sənətkarlar tərəfindən, xüsusən də fərqli tarixi dövrlərdə yazıl-ması "Leyli və Məcnun" mövzusunda qələmə alınmış bu ölməz əsərləri bir-birindən ayıran xüsusiyyətlərin də olmasını zəruri bir tələb kimi irəli sürür. Çünki Nizami Gəncəvi Leyli və Məcnun mövzusundakı məlum ərəb rəvayətini eynilə nəzmə çəkmədiyi kimi, Məhəmməd Füzuli də "təqlid yolu ilə getməmisdir". Bu nöqtədən çıxış edən Mir Cəlal Paşayev sələf-xələf münasibətlərindəki yüksək ehtiramı göstərməklə bəra-bər, məlum mövzuya yaradıcı münasibətin orijinal təzahürlərini də zərgər dəqiqliyi ilə müəyyənləsdir-misdir. Mir Cəlalın tədqiqatında: "Leyli və Məcnun" poemasının Azərbaycan dilində yazılması, Füzulidə sıx-sıx əhvalatın yerinə münasib, gözəl və qüvvətli qəzəllər verilməsi", Nizami Gəncəvidə epik təsvirin, Füzuli poemasında isə lirizmin qüvvətli olması, nisbi fəallığı ilə seçilən Nizami Leylisindən fərqli olaraq, Füzuli Leylisinin daxili dünyasının zənginliyinin önə çəkilməsi, bədii mətndə bənzərsiz bədii təsvir və ifa-də vasitələrinin yer alması Azərbaycan ədəbiyyatının iki böyük dühasının eyni mövzuya müraciət edərkən fərqli bucaqdan yanasmalarını nümayiş etdirir. Azərbaycan ədəbiyyatşünaslıq elmində Nizami Gəncəvi və Məhəmməd Füzulinin "Leyli və Məcnun"larının oxşar və fərqli cəhətləri müqayisə edilərkən Mir Cəlal Paşayevin XX əsrin ortalarında müəyyən etdiyi məqamlar sonralar əsas kimi qəbul edilmisdir.

Əlbəttə, Mir Cəlal müəllim böyük Azərbaycan şairi Məhəmməd Füzulinin ölməz sənətinə yalnız ədəbiy-yat tariximizin orta əsrlər dövrünün zirvəsi kimi baxmır. Əksinə, Mir Cəlal Paşayevin təqdimatında Mə-həmməd Füzuli sənəti özünün humanizmi, əbədiyaşar idealları, tərbiyəvi əhəmiyyəti etibarilə" böyük mə-nəvi müasirimiz" kimi təqdim olunur. "Füzuli sənətkarlığı" monoqrafiyasında dahi sənətkarın yaradıcılığın-dakı müasirlik anlayışının böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 1925-ci ildə "Molla Nəs-rəddin" jurnalında çap etdirdiyi "Füzuli" adlı məqaləsindən gətirilmiş aşağıdakı müdrik və uzaqgörən fikir-lərlə ifadə olunması Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının görkəmli tədqiqatçısı olan Mir Cəlal Paşayevin özünün də əsl ədəbiyyatın kəşf edilmiş bədii sözün əbədiliyinə dərin inamının əks-sədasıdır: "Rəhmətlik Füzuli "Molla Nəsrəddin"in birinci nömrəsindən baslayıb, bu günə qədər məcmuəmizdə isti-rak etmiş və şeirlər yazmısdır... İnanmırsınız, götürün "Molla Nəsrəddin" məcmuəsinin 20 illiyini tökün qa-bağınıza, hansı şeirə baxsanız, görəcəksiniz ki, orada Füzulidən bir duz vardır.

... Füzuli azərbaycanlıdır. Çünki dili Azərbaycan dilidir. Onun məktəbi-ədəbisi bizim şairlərin başına girib, bütün əsərlərində bir Füzuli ruhu görünməkdədir.

... "Molla Nəsrəddin" sözünü qurtarıb deyir ki, Füzuli diridir. Füzuli şeir dövrümüzün hazırladığı, yeniliyə məğlub olmaz və sarsılmaz bir qüvvədir".

Biz də nəticə olaraq onu deyə bilərik ki, Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" monoqrafiyası Azər-baycan füzulişünaslığının əsas təməl kitablarından biridir. "Füzuli sənətkarlığı" kitabı füzulişünaslığın poeti-ka qolunun əsasnaməsidir. Mir Cəlal Paşayevin bu elmi əsərindən sonra Azərbaycan elmində meydana çı-xan füzulişünaslıq əsərlərində "Füzuli sənətkarlığı"ndan "bir duz" vardır. Böyük sənətin də, böyük elmin də əsl missiyası bundan ibarətdir.

Akademik Həmid Araslının elmi redaktorluğu ilə 1958-ci ildə nəşr edilmiş Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" monoqrafiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında"kı tarixi Sərəncamının həyata keçirilməsi sahəsində akademik elmin hesabatıdır.

Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" monoqrafiyası yaşayan füzulişünaslıq abidəsidir.

8 sentyabr 2024-cü il

OTHER NEWS