Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

NEWS FEED

Young literary critics have been awarded with the diploma "Young scientist of the year"

14-03-2017 [ 14:38 ] [ read:172 ]
printerA+ | A-
fancybox

Yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlərdən danışıb.

2 fevral - Gənclər günü münasibətilə gənc alimləri təbrik edən akademik İsa Həbibbəyli ölkədə gənclərə göstərilən dövlət qayğısından söz açıb. Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayan akademik İsa Həbibbəyli Ulu öndərin gənclərə böyük qayğısını real faktlarla xatırladaraq Azərbaycan rəhbərliyi tərəfindən bu gün də həmin siayasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli qarşıda duran vəzifələr istiqamətində Akademiyada çalışan gənc alim və mütəxəssislərin uğurlu nəticələr əldə etdiyini bildirib. İnstitut rəhbəri AMEA-nın yeni inkişaf mərhələsində Ədəbiyyat İnstitutunun gənc əməkdaşlarının da rolundan danışaraq onların elmi tədqiqat sahəsində uğurlarından bəhs edib.

Sonra Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva təmsil etdiyi elmi-tədqiqat müəssisəsinin gənc alimlərinin 2016-cı ildəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üsrə fəlsəfə doktoru  Famin Salmanov çıxış edərək Ədəbiyyat İnstitutunun gənc elmi işçilərinin ötən ildəki fəaliyyətlərini yüksək qiymətləndirib.

Elmi şuranım iclasında 2 fevral - Gənclər günü münasibətilə və 2016-cı ilin göstəricilərinə əsasən  institutun bir neçə əməkdaşı "İlin gənc alimi" nominasiyası üzrə mükafatlandırılıb. Akademik İsa Həbibbəyli filologiya üzrə fəlsəfə doktorları Lalə Həsənova, Mətanət Vahid və Elnarə Qaragözovanın 2016-cı ildəki elmi fəaliyyətini yüksək qiymətləndirərək onlara institutun təsis etdiyi "İlin gənc alimi" diplomunu, döş nişanını və xüsusi hədiyyəni təqdim edib. Təltif olunanlar çıxış edərək institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ədəbiyyat İnstitutunun elmlər doktorluğu üzrə doktorant və dissertantlarının hesabatları barədə institutun Təhsil şöbəsinin müdiri, fəlsəfə doktoru Samir Səttarov ətraflı məlumat verib. Sonra doktorant və dissertantların attestasiyasının yekunları müzakirə olunub. Məsələ ətrafında müzakirələrdə filologiya elmləri doktorları Qəzənfər Paşayev, Zaman Əsgərli, Şirindil Alışanov, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı və başqaları çıxış ediblər.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə olunub.