Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

Integrity in literature and theoretical depth in the literary process - Academician Isa Habibbayli

18-07-2024 [ 12:27 ] [ read:123 ]
printerA+ | A-
104740

2020 and 2023 years have a special place in the centuries-old history of Azerbaijan. Thus, with the "Iron Fist" of Muzaffar Supreme Commander-in-Chief Ilham Aliyev, in 2020, the heroic Azerbaijani Army liberated Karabakh, the ancient land of Azerbaijan, from occupation, and in 2023, after a successful one-day military operation, Azerbaijan fully restored its territorial integrity and state independence. These great historical victories are the most glorious and glorious events of the centuries-old history of the Azerbaijani people. There is no doubt that Azerbaijani literature has actively responded to those historical events The great unusual parade he received in Khankendi on November 8, 2023 was celebrated with the same solemn notes, but the difference is that Azerbaijani literature experienced the joy of Victory with all its unusual emotion in 2020 , and the territorial integrity won by a one-day military operation on September 20, 2023, was the manifestation of the artistic expression realized with joy and praise. That is, the complete provision of territorial integrity has found an artistic expression in Azerbaijani literature with the motifs of integrity. Already, literature is chanting the anthem of integrity, both specifically in the sense of gaining territorial integrity and also on the occasion of the changes taking place in our country. In literature, the notes of wholeness evoked by the Great Return have been further extended and carried forward by the real wholeness engendered by total territorial wholeness. It is in the background of this magnificent integrity that the integrity of our historical destiny, the unshakability of national unity and solidarity has become the main theme of Azerbaijani literature. Interesting and important works of art have been written on the theme of Wholeness in all types and genres of literature. In general, the literature of 2023 is the literature of the struggle for integrity and the description and celebration of integrity. It was no coincidence that Tehran Alishanoglu, a correspondent member of ANAS, called one of his extensive reviews "Literary criticism in the year of Shusha" and expressed the need for a scientific assessment of the reverberation of artistic works written on the theme of Shusha-Karabakh - Integrity in Azerbaijani literature. That is, the topic of Shusha-Karabakh has become a symbol of the theme of Integrity in Azerbaijani literature. Doctor of Philological Sciences Elnara Akimova's professionally written review of the "Literary Landscape of the Year" rightly pointed out that the dynamics of the literature written on the subject of Karabakh is increasing and deepening while creating a comprehensive picture of the progress of Azerbaijani literature in 2023. The main character of writer-publicist Manzar Niyarli's collection of articles "The Magic of Art" is made up of topics related to the theme of Karabakh Victory - Integrity, which has become the main theme of Azerbaijani literature. This means that the literary criticism clearly sees the progress in the dialectical development of the Karabakh discourse in Azerbaijani literature and encourages to bring out the energy of literature for the sake of wholeness to the clear sky of artistic works. Because in the present case, the subject of Karabakh for literature means not only the glorification of Azerbaijan's lands freed from occupation, but also the description and glorification of the integrity of our country. In a short period of time, the transformation of the Karabakh theme into the theme of Victory and Integrity in Azerbaijani literature is an echo of the ideal born from the complete territorial integrity of our nation and our country, which our victorious Commander-in-Chief Ilham Aliyev won for the first time in the centuries-old history of Azerbaijan with a one-day military operation. So, the 44+1 formula of our history of independence is a literary expression of the theme of Integrity in Azerbaijani literature.
 

Doğrudur, hələlik Azərbaycan ədəbiyyatında tam Bütövlükdən çox Bütövlük uğrunda gedən ədəbi prosesin dalğası daha çox görünməkdədir. Poeziyada Qarabağ mövzusu daha çox Bütövlük mövzusu kimi tərənnüm olunmuşdur. Lakin 44+1 formulu, yəni Qarabağ Zəfəri və Ərazi Bütövlüyü Qələbəsi poeziya Bütövlüyün təntənəsinin tərənnümünün əsas hərəkətverici qüvvəsi olmuşdur. Fikrimizcə, 2023-cü ilin poeziyasında Qarabağ mövzusunda yazılmış şeirlərlə bir sırada ümumiyyətlə Azərbaycan mövzusunda yazılmış şeirlərin çoxalması Bütövlük motivlərinin tədricən ədəbiyyatın Baş mövzusuna çevrilməsinin göstəricisidir. Hətta 2023-cü ildə Cənubi Azərbaycan, Qərbi Azərbaycan, Göycə, Zəngəzur, Dərbənd, Borçalı mövzularında şeirlərin miqyasının reallıqlarıdır. Poeziya ilə müqayisədə daha təmkinli olan bədii nəsrdə Bütövlük mövzusu Bütövlüyə doğru formatında təzahür edir. Nasirlərimiz Qarabağ müharibəsinin qəhrəmanlarını və döyüş səhnələrini əks etdirməklə bərabər bədii ümumiləşdirmələr də aparmağa doğru gediş etməkdədirlər. Ədəbi proses yaradıcılıq müşavirəsi üçün "2023-cü ilin nəsr mənzərəsi" icmalını yazmış Elnarə Qaragözova yazıçı Yunus Oğuzun "Cıdır" romanını Bütövlük ruhunda yazılmış ən yaxşı nəsr əsərlərindən biri kimi dəyərləndirmişdir. Tarixi romanlar müəllifi olan Yunus Oğuzun "Cıdır" romanında Qarabağ mövzusunu müasir reallıqlarla yanaşı yaxın və uzaq keçmişlə də əlaqəli şəkildə təqdim etməsi müəllifin belə qənaətə gəlməkdə haqlı olduğunu diqtə edir. Bu mənada Elnarə Qaragözovanın Yunus Oğuzun "Cıdır" romanı 44 günlük Vətən müharibəsinin və Zəfərin bədii salnaməsi kimi qiymətləndirməsi obyektiv reallığın elmi ifadəsidir. Əsərin adındakı Cıdır sözü də geniş mənada Azərbaycanın qəhrəmanlıq rəmzlərindən biri kimi düşünülmüşdür.

İlk dəfə olaraq Azərbaycan nəşrində Qarabağ mövzusunda döyüş cəbhəsinin təsvirlərinə həsr olunmuş bədii əsərlərlə bərabər, müharibə dövründə arxa cəbhəyə həsr edilmiş əsərlərin də meydana çıxması Bütövlüyə doğru hərəkatın ritmlərin genişlənməkdə olduğunu nəzərə çarpdırır. Arif Əlinin "Tülək" səsi əsərində arxa cəbhədə gedən proseslərin təsviri ilə mövzunun əhatə dairəsi genişləndirilmişdir. Aqil Abbasın Qarabağ mövzusunu dünənli-bu günlü Qarabağ süjeti əsasında yazdığı "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" povestində əsas mətləbləri seçilmiş bir obrazın - Abdal Gülablı Şakirin simasında ümumiləşdirməsi də Bütövlüyə doğru hərəkatın bədii ifadəsidir. Nəhayət, Azad Qaradərilinin II Qarabağ müharibəsinin qadın şəhidi olan Arəstə Baxışovanın xatirəsinə həsr etdiyi povesti "Sevgilim Vətən" adlandırması nəsrdəki Bütövlüyə doğru prosesdən Bütövlük mərhələsinə istiqamətləndirilmiş addım hesab etmək olar. Ümumiyyətlə, Elnarə Qaragözovanın yığcam bir icmalda Azərbaycan bədii nəsrinin ideya-sənətkarlıq xüsusiyyətlərini nəzəri cəhətdən, izmlər və janrlar üzrə təhlil edib dəyərləndirməsini ədəbiyyatşünaslıqda əhəmiyyətli elmi yanaşma hesab edirəm. Elnarə Qaragözovanın "2023-cü ilin nəsr mənzərəsi" icmalında bədii nəsrin müasir dövrdəki, hətta bir ildəki təkamülündən bəhs edərkən mövzu və ideya üzrə qruplaşdırmaqdan başqa, həm də bu istiqamətdəki janrlar haqqında qeyd etdiyi dəqiq təyinatlar mövzunun nəzəri səviyyədəki şərhini şərtləndirmişdir. Bu məqamda Elnarə Qaragözovanın 2023-cü ilin bədii nəsrində müşahidə etdiyi janrlardan bəhs edərkən "Xatirə, ithaf tendensiyasının aktuallığını" göstərməklə bərabər, "avanqard-eksperimental roman", "avtofikşin-roman", "kuryoz-fentezi roman" və s. kimi tam yeni olan janrlardan bəhs etməsi nəsrimizin ümumi mənzərəsində yeni dalğanın əmələ gəlməsindən xəbər verir.

Ədəbi mühitdə yeniləşmə proseslərinin özünəməxsusluğunu, fərqli xüsusiyyətini müəyyən etmək üçün ədəbi proses mətnlərində nəzəri yanaşmalara, nəzəri təhlillərə ehtiyac vardır. Bunu filologiya elmlər doktoru Cavanşir Yusifli də hiss etmişdir. "İlin bədii yekunları, hekayə 2023" icmalında gəldiyi qənaət nəticə etibarilə Ədəbi proses müşavirələrində nəzəri yanaşmalara üstünlük verilməsinə çağırış kimi qəbul oluna bilər: "İndi toplam məhsuldan vaz keçib janr kontekstindən, janrların bir-birinə nüfuzu, onların transformasiyasından danışmağın vaxtıdır". Belə fikirlər Elnarə Akimovanın da məruzə mətnində öz əksini tapmışdır. Belə ki, Elnarə xanım "İlin ədəbi mənzərəsi"ni təhlil edərkən janrlar üzrə meydana çıxan əsərlərə obyektiv elmi nəzəri qiymət verilməsini  müasir tənqidin əsas vəzifələrindən biri kimi qeyd etmədən keçməmişdir. Ustad-tənqidçi Vaqif Yusifli isə poeziya üzrə icmalında görkəmli rus tənqidçisi Vissarion Belinskidən mühüm nəzəri əhəmiyyət kəsb edən sitat gətirməyə zərurət duymuşdur. Və Vaqif Yusifli ilin poeziya xəzinəsini dəyərləndirərkən həmin sitatın irəli sürdüyü tələblərin müasir poeziya aləmindəki vəziyyətinə nəzər salmışdır. Bütün bunlar Ədəbi proses yaradıcılıq müşavirəsinə təqdim edilən icmal mətnlərində nəzəriyyə faktoruna ciddi fikir verilməsini zəruri olduğunu diqqətə çatdırır. Həm də Ədəbi proses icmalarındakı nəzəri yanaşma yalnız janrlara elmi münasibət bildirməklə məhdudlaşdırılmamalıdır. İcmallarda janrlar üzrə ilin ədəbiyyatı təqdim olunarkən ədəbi cərəyanlar, süjet və kompozisiya, dil və üslub, bədii təsvir vasitələri və s. kimi kateqoriyalardan çıxış etmək, yaxud bədii mətnin daxili məntiqindən, və ya konkret faktiki materialdan sərf-nəzər etməklə bədii fakta, ədəbi axına, əsərin (yaxud əsərlərin) ideya-sənətkarlıq səviyyəsinə qiymət vermək yalnız və yalnız ümumi elmi səviyyəni yüksəldir.

Yaxşı cəhətdir ki, müxtəlif icmallarda belə məqamlarda rast gəlmək mümkündür. Elnarə Akimovanın icmalı ümumiləşdirilmiş elmi-nəzəri təqdimat xarakteri daşıyır. Vaqif Yusiflinin Ramiz Qusarçaylının "Vətən" poemasından söz açarkən bu uğurlu poemanın "Poetik epopeya" adlandırılması, sərbəst şeirin poetikasını təhlil zamanı nəzərə alması, Firuzə Məmmədlinin avtobioqrafik şeirlərini təhlilə cəlb etməsi, Rasim Nəbioğlunun 2023-cü ilin bədii tərcümə təfərrüatını müxtəlif ədəbi növlər və janrlar üzrə qruplaşdırıb təhlil etməsi, Cavanşir Yusiflinin ilin hekayə tiplərindən söz açması, Vüqar Əhmədin publisistikadakı "Redaktor guşəsi"ni ilk dəfə təhlil meydanına gətirməsi təqdim olunan icmalların nəzəriyyə faktorundan heç də xali olmadıqlarını nümayiş etdirir. Hətta Ədəbi proses yaradıcılıq müşavirəsində ilk dəfə məruzəçi statusu qazanmış Elnarə Qaragözovanın "2023-cü ilin nəsr mənzərəsi"nə cəlb etdiyi əsərləri janrlar üzrə hekayə, esse və felyeton, roman və povestlər, hətta Rəşad Məcidin "Qələmsiz yazılanlar" silsilələrini status-esselər bölgüsü əsasında təhlildən keçirməsi istər-istəməz janrların poetikasından da söz açılmasına imkan yaratmışdır. Bundan başqa, Elnarə Qaragözovanın yazıçıların əsərlərini dəyərləndirərkən Xalq yazıçısı Anarın "Niorealizm cərəyanı konktekstində", Mübariz Cəfərlinin Macik realizm xəttində çıxış etməsi də onun icmalında nəzəri dərinliyi artırılmasına xidmət etmişdir. Hesab edirik ki, Ədəbi proses mətnlərindən qırmızı xətt kimi keçən nəzəri təhlilə meyl daha da qüvvətləndirilməlidir. Bu, həm Azərbaycan ədəbiyyatının konkret bir ilinin elmi cəhətdən aydın obrazının yaradılmasına və həm də əbədi tənqidin sosioloji təhlildən daha çox uzaqlaşması səbəb olar.

Məlum olduğu kimi, Ədəbi proses yaradıcılıq müşavirəsinin əhatə etdiyi 2023-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan olunmuşdur. Cəmiyyət həyatının bütün sahələri kimi elmdə və ədəbiyyatda da "Heydər Əliyev İli"nin uğurlu nəticələri kimi əhəmiyyətli elmi və bədii əsərlər meydana çıxmışdır. Azərbaycan Milli Elmlər Akademiyasında 2023-cü ildə müxtəlif elm sahələrini təmsil edən alimlər tərəfindən yazılmış 52 monoqrafik tədqiqatın meydana çıxması Azərbaycan elmində Heydər Əliyevşünaslığın xüsusi bir elmi istiqamətə çevrilməsinə səbəb olmuşdur. Kəmiyyət etibarilə diqqət çəkən bu statistik göstərici Ulu Öndərə həsr edilmiş kitabların yüksək elmi-nəzəri səviyyəsi ilə müşayiət olunur. "Heydər Əliyev İli"ndə Azərbaycan elmində bu mövzuda tanıtma, təbliğat və təşviqat kitablarından sistemli elmi araşdırmalar əsasında yazılmış fundamental tədqiqatlara doğru ciddi addımlar atılmış, mühüm elmi nəticələrə gəlinmişdir. Nəticədə Azərbaycan elmində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında fundamental elmin əsası qoyulmuşdur.

İl ərzində görkəmli dövlət xadimi Heydər Əliyev haqqında dərc olunmuş ədəbi axtarışların nəticəsi olan qiymətli bədii əsərlər də meydana çıxmışdır. Əlisəfa Azayevin "Qarlı zirvə" romanında Ulu öndər Heydər Əliyevin mübarizələrlə dolu keşməkeşli ömür yolu aydın və obyektiv yazıçı baxışı vasitəsilə işıqlandırılmışdır. Müəllif imkan daxilində mövzunun aktuallığı ilə bədiilik amilini paralel olaraq qoruyub saxlamışdır. İbrahim Yusifoğlunun "Azərbaycan dünyaya günəş kimi doğacaq" poemasında da seçilmiş hadisələr əsasında Heydər Əliyev dühasının əbədiyaşarlığı poetikləşdirilmişdir. Əbədi proses icmallarında da "Heydər Əliyev İli"nin ədəbi hesabatına diqqət yetirilmişdir. Heydər Əliyevə həsr edilmiş şeirlərdə isə bu dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı xidmətləri və parlaq, bütöv şəxsiyyəti obrazlı şəklində təqdim olunmuşdur. Azərbaycan şeirində "Heydər Əliyev İli" ölkəmiz, ədəbiyyatımız üçün mənəvi bir hesabat ili kimi mənalandırılmışdır:

 

Müstəqil dövlətin hesabatı,

Azərbaycanla qoşa adı,

Ölkəmizin mübarizələrlə dolu həyatı,

Tarixin danışan dili -

Heydər Əliyev İli!

 

***

Fəth olunmuş dövlətçilik zirvəsi,

Tükənməz yaratmaq və qurmaq həvəsi,

Yenidən doğulmuş Odlar ölkəsi!

Xalqımızın sabahlara uzanan əli -

Heydər Əliyev İli!

 

***

Əbədi yaşayan səsdi,

Ölkəni sınaqdan çıxaran dərsdi,

Azərbaycançılıq manifesti!

Müstəqil dövlətçiliyin heykəli -

Heydər Əliyev İli!

 

***

Milli istiqlalçılıq andı,

Ölkəyə şərəfdi, şandı,

Yüksələn Azərbaycandı!

Böyük gələcəyin məşəli -

Heydər Əliyev İli!

 

Göründüyü kimi, Azərbaycan ədəbiyyatı 2023-cü ildə bütün ədəbi növlər və janrlar üzrə irəliyə doğru inkişaf etmiş, ölkəmizin, cəmiyyətimizin həyatında baş verən yeniləşmələri bədii cəhətdən uğurla əks etdirmişdir. Xüsusən, Azərbaycan ədəbiyyatında Qarabağ mövzusundan Bütövlük mövzusuna doğru müşahidə olma keçid prosesləri ədəbiyyatımızın xalqımızın həyatı və ideyaları ilə həmahəng nəfəs aldığını əyani şəkildə göstərməkdədir. Fikrimizcə, Azərbaycan ədəbiyyatı müharibə və Bütövlük mövzusunda özünün ideal qəhrəmanını da yaradacaqdır.

 

***

Başqa bir mühüm cəhəti də qeyd etməyi lazım bilirəm. Keçən il biz Ədəbi proses müşavirələrinin yeni mərhələsinin 10 illiyini qeyd etmişdik. Əslində həmin 10 illik Ədəbi proses yaradıcılıq müşavirələrinin deyil, Ədəbi proses müşavirələrində əhatə olunan ədəbiyyatın 10 illiyi idi. Çünki müstəqillik dövründə Ədəbi proses yaradıcılıq müşavirəsi 2014-cü ildən keçirilməyə başlanmışdır. Həmin ədəbi proses müşavirəsində 2013-cü ilin Ədəbiyyat tədqiq və təhlil edilərək qiymətləndirilmişdir. Bu il biz 2023-cü ilin ədəbiyyatın həsr edilən 10-cu Ədəbi proses müşavirəsini keçiririk. Bu, "Ədəbi proses" yaradıcılıq müşavirəsinin təşkili üzrə keçilmiş yolun möhtəşəm başlanğıcı və həm də qarşıdakı yeni tarixi mərhələnin başlanğıcıdır.

Ötən 10 il "Ədəbi proses" yaradıcılıq müşavirəsinin inkişaf və təkamül yolu olmuşdur. Əvvəla, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ardıcıl olaraq keçirilməkdə davam edən "Ədəbi proses" yaradıcılıq müşavirəsi ümumrespublika elmi hadisəsinə çevrilmişdir. Keçən illərdə "Ədəbi proses" müşavirələrinin yalnız Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda deyil, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında və Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda da keçirilməsi Ədəbi prosesçilərin Akademiyadan cəmiyyətə, ölkə ədəbi-elmi mühitinə doğru inamlı hərəkatının da ifadəsidir. Ədəbi proses hərəkatında Akademiya əməkdaşları ilə yanaşı, ardıcıl olaraq Azərbaycan Yazıçılar Birliyinin, ayrı-ayrı yazıçı və şairlərin, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Azərbaycan", "Ulduz" kimi ədəbi mətbuat orqanlarının, hətta bəzi saytların baş redaktorlarının və əməkdaşlarının yaxından iştirakları da "Ədəbi proses"i respublika hadisəsi səviyyəsinə çatdırmışdır. Bundan başqa, "Ədəbi proses"in artıq yaxşı bir kitabxanası formalaşmışdır. Biz "Ədəbi proses kitabxanası" dedikdə "Ədəbi proses" yaradıcılıq müşavirəsinin ötən 10 ildə nəşr edilmiş çoxcildlik və külliyyatın ədəbi prosesçilərdən hər birinin 2014-2014-cü illər ərzində müstəqillik dövrü Azərbaycan ədəbiyyatına həsr edilmiş çoxsaylı monoqrafiyaları və məqalələrini nəzərdə tuturam. Bunlar, həqiqətən yaxşı bir mini kitabxananın əhəmiyyətli materialları ola bilər. Nəhayət, ədəbi prosesçilərin sıralarından AMEA üzvlüyünə seçilənlərin, elmlər doktorları və fəlsəfə doktorlarının yetişib formalaşması da keçən 10 ilin elmi-ədəbi uğurları sırasındadır.

"Ədəbi proses" yaşayır, davam edir, müxtəlif istiqamətlər üzrə gedən çoxcəhətli ədəbi prosesləri elmi güzgüdə əks etdirərək Azərbaycan ədəbiyyatının daha böyük inkişafına dönmədən xidmət göstərir.