Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The secret of closed doors in poetry - based on Khayal Rza‘s poems - Matanat Vahid

07-09-2023 [ 11:28 ] [ read:63 ]
printerA+ | A-
103644

Following literary constants in artistic texts, in a way, allows to appreciate the author's work without studying his life and personality against the background of familiarity with his soul. The door is one of the images used regularly in the works of many of our contemporary poets. In Khayal Rza's system of images, if the man standing in front of the door and calculating is the priority, the existential beginning is dominant in the literary-semantic functions expressed by the door. In these poems, the image of the door participates as an important, dramatic element in the psychological organization of the author's thoughts and intentions. In the poet's poetic perception, the door is an associative, metaphorical expression of the subject's internal turmoil, the approach to the concepts of time and space from the level of individual worldview. This metaphorical image reflects the conceptual meaning of the border in all cases.

    The leading character in the poems "Homeless Door", "Orphaned Door", "Hey Girl Knocking on My Door" serves to realize the threshold topos. As the space between the house and the house, the door is also an expression of the concept of time in the poems: it is not only an entrance to a place that was once left, but also a return to that time. According to M.M. Bakhtin, the space of any text is opposed to others. In this case, we can say that the image of the door in Khayal Rza's poems is the central image of the chronotope between the old and the new, the past and the present, the real and the unreal, the inside and the outside...

Salam, həyət qapı,

Salam, yol qapı.

Salam, qabaq qapı,

Salam, dal qapı.

Nəzərdən, fitnədən

Uzaq ol deyə

Boynundan sallanan

Qara nal qapı

 

Salam, otuz doqquz,

Salam, qırx qapı.

Salam, söyülməkdən

Üzü tökülmüş,

Hər gün min təpiyə

Qonaq edilən

Səbirli, təmkinli,

Ay qırıq qapı…

     Xəyal Rzanın şeirlərində rənglər süjet məkanının poetikasına nəinki təsir göstərir, hətta onu özünə tabe edərək intermedial kontekst yaradır. Bu şeirlərdə rəng yalnız obyektiv reallığın obrazı deyil, həmçinin  mədəni işarələrdən tutmuş müəllifin fərdi üslubunadək subyektiv başlanğıcın ifadəçisidir: “Qırmızı”, “Bu dünya eşq qoxuyar” şeirlərində rənglər fundamental kateqoriya kimi çıxış edərək şairin dünyaduyumu fonunda fərdi yaradıcı keyfiyyətləri müəyyənləşdirir. Burada obrazlı təsvirdən başlayaraq, mətndə işlənmə yerinə görə dəyişib simvolik, semantik, emosional-psixoloji, ekspressiv, mənəvi-əxlaqi və s. anlamlar kəsb edə bilən rənglər çoxfunksiyalıdır.  

     Rənglərin mifoloji və dini mənalandırmaları dilin leksik və poetik sisteminə adlayıb müəllifin fərdi dünyaduyumundan asılı olaraq müxtəlif şərhlər üçün imkan yaradır. Xəyal Rzanın şeirlərindəki rənglər sistemi arxetipik olduğu kimi, həm də özünəməxsus, təsadüfi mahiyyət də kəsb edə bilir – şəffaf duyğular müəllifin seçdiyi rəngi alır. Bədii mətndə rənglərə münasibət əsasən təbiətdən gələn assosiasiyalara görə formalaşaraq ətraf aləmin dil vasitəsilə mənzərəsini yaradır. Məsələn, qırmızı ilə od, göy (və ya mavi) ilə su, yaşılla təbiət və s. arasında semantik əlaqə qurulur.  “Evsiz qapı” şeirində rənglər mənaları yaradan paradiqm olaraq mətnin bütün səviyyələrini birləşdirməklə, ədəbi niyyəti gerçəkləşdirir:

Salam, yaşıl qapı,

Salam, ağ qapı.

Köhnə dəmirlərdən

Cağbacağ qapı.

Hələ qırmızısı,

Sarısı da var,

Yarını gözləyən yarısı da var.

Sökülmüş uçulmuş köhnə evlərdə

Xəstə, əldən düşmüş qarısı da var…

     Bu şeirlərdə qapı keçmişlə gələcək arasında donub qalmış insanın varlıqla görüş yeri olan ontoloji obrazdır. “Ay qapımı döyən qız” şeirində qapı içəridən bağlıdır. Döyülən qapıya qaçmaq, onu açmaq öz içindən, ruhundan uzaqlaşmaq deməkdir. Bu dəfə astanadakı obrazla qapı deyil, tam mərkəzdə dayanmış qapı ilə iki tərəfdən – döyən və açmayan “üz-üzə” dayanıb. Çöldə qalan üçün döydüyü qadağan olunmuş qapıdır; açar varsa da, açanı yoxdur. Aradakı maneə açılmayan, açılmayacaq qapı – könül evinin sərhədlərinin keşikçisidir: “Könül qapısıdı bu, Açılmaz hər döyənə. İnan ki, bel bağlamır, Hər sevirəm deyənə.  Ayaqlarım yerimir, Səsə qaça bilmirəm. Daha döymə qapımı, Gəlib, aça bilmirəm.” Bu şeirdə ağrı, çarəsizlik, kədər “idilliya”sı hər misrada etirafa, yalvarışa, yenidən aşiq ola bilmə ehtimalının qorxu və təhlükəsindən yaranan səksəkəyə dönür. Burada qapı daxili dramatizmin doğurduğu transendental sərhəd, psixoloji baryerdir.

Salam, yaxşı qapı,

Salam, pis qapı.

Salam, paslı qapı,

Salam, his qapı.

Salam, qızıl qapı,

Salam, mis qapı,

Salam, qara qapı,

Avara qapı.

Salam, köçkün qapı…

Tər-təmiz qapı.

Salam, evsiz qapı,

Ən əziz qapı.

     Şeirdə lirik subyektin varlığını ekzistensial əhvali-ruhiyyə, apatiya, müəyyən qədər qəzəb hissi müəyyənləşdirir – keçmişin rəngarəng xatirələrindən qopa bilməyən qapı bu günün realiyasından gələcəyə boylananda “evsiz”dir. Lakin müəllif şeiri bu ladda bitirsə də, “əhvalat” burada yekunlaşmır: bir növ, onu tamamlayan növbəti şeiri ilə çevrəni qapayır. “Yetim qapı” şeiri “Evsiz qapı”nın son iki misrasından yaranaraq davam edir. Ritm, intonasiya dəyişməsə də, məzmun içəriyə yönəlik hal alır:

Salam, evsiz qapı,

Ən əziz qapı…

Salam, aciz qapı,

Çarəsiz qapı.

Salam, göy üzünün

Təkbir qapısı,

Salam, yer üzünün əsir qapısı…

Burada qapı daha çox ruhani rəng alır, getdikcə ictimai-fəlsəfi məzmun kəsb edərək vətən sərhədlərinin qapısına çevrilir. Bu “çevrilmə” ilə sona doğru şeirin ahəngi də dəyişir: sərhədlər yıxılır, həsrət aradan qalxır, tamamilə sosial motiv qazanan qapı qovuşma aktının şahidi, iştirakçısı olur.

Yumruğa çevrilən,

Dəmirə dönən,

Dərdlərin şəriki –

Vətəndaş qapı!

Salam, namus dağı,

Vicdan ocağı,

Qürurüm, şərəfim, qeyrətim qapı.

Salam, gözü yolda, qulağı səsdə

Kimsəsiz, binəva, ay yetim qapı…

Bu sonluqda regionlar, yollar arasında xüsusi qarşılıqlı əlaqə məkanı kimi sərhədsərhədyanı ərazi fenomeninin ifadəçisi olan qapı mənanın yarandığı, xüsusi semiotik “narahatlıq” zonasıdır: bir yandan sistemin dəyişildiyi, digər tərəfdən, bütövlüyün, birləşmənin, vəhdətin formalaşdığı ərazidir. Beləliklə, deyə bilərik ki, Xəyal Rzanın şeirlərində  emosional intensivlik qazanaraq həyatın dönüş nöqtəsinin xronotopuna çevrilən qapı metaforik obraz kimi bu sərhəddə dayanan insanın duyğularından daha artıq onun özünün maddi və mənəvi aləm arasında sərhəd olduğunu ifadə edir.

OTHER NEWS